Xidmətlərimiz

Kitab klubunun məqsədi 

Azərbaycanda nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməkdir. 
Birinci növbədə
- Kitab bazarının vəziyyətini öyrənilə, bu barədə məlumatları naşirlərə və
müəlliflərə,
- Yeni nəşr olunmuş və olunacaq kitablar haqqında məlumatı isə potensial oxuculara çatdırmaqdır.


Bunu həyata keçirmək üçün seçilmiş yollar:

- kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;
- yeni kitab kataloqlarının buraxılması və yayılması;
- kitab sərgilərinin keçirilməsi;
- kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi;
- yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin
keçirilməsi;
- müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi;
- müəlliflər haqqında məlumatların yayılması;
- yeni kitabların satışı üçün sifarişlərin toplanması;
- kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövrü görüşlərin, seminarların, konfransların keçirilməsi;
- digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;
- kitabxana və oxu zalı xidmətinin göstərilməsi və s.