Uzaqdan gələn yağış

Be the first to review this product

$4.62
Product code: 1872

Availability: In stock

Quick Overview:


Müəllif: Varis
Dil: Azərbaycan
Nəşriyyat: TEAS Press Nəşriyyat evi
Nəşr ili: 2017
ISBN: 978-9952-5206-44
Səhifə: 224 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000

OR
 

Details

"Uzaqdan gələn yağış" | VARİS

Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir.
İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir. Ona görə də çalışır ki, şagirdlərinə, illah da qızlara sevgi məsələsində düzgün yol göstərsin, onları mümkün yanlış addımlardan çəkindirsin. İstəyir ki, valideynlərə təsir edə bilsin, onların övladları da mələk kimi məsum Aylanın qandonduran nakam taleyini yaşamasın...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Write Your Own Review

You're reviewing: Uzaqdan gələn yağış

Product Tags

Use spaces to separate tags. Use single quotes (') for phrases.

You may also be interested in the following product(s)
İblis busəsi (roman) Xallı gürzə (tarixi roman) Sunami (roman) Bu mәnәm ­Ediçka (roman) Altunsaç (roman)