RUS
|AZE
|ENG
Новый товар

Tarix Şumerdə başlayır

Добавить отзыв

9,00 AZN
код продукта 1676

Доступность: Есть в наличии

Quick Overview:


Müəllif: Samuel N.Kramer
Dil: Azərbaycan
Nəşriyyat: "Mütərcim"
Nəşr ili: 2012
ISBN: 978-9952-28086-9
Səhifə: 434 səh.
Format: 60x90 1/16 (130x210 мм)
Cildi: bərk
Tiraj: 500

ИЛИ
 

Подробности

«Tarix Şumerdə başlayır: Yazılı tarixdə otuz doqquz ilk»
Samuel N.Kramer 

İngiliscədən tərcümə edən: Tamara Hacıyeva

BSU «Filoloqun kitabxanası-100» seriyasından ...

Samuel Noah Kramer ömrünü şumer tarixini öyrənməyə həsr edib. Kramer Şumerin tarixdə ən qədim siyasi qurum olmasını sübut edib. O, şumer miflərinin öyrənilməsini elm kimi formalaşdırıb.

Şumer ədəbiyyatının mahiyyətini, tarixi məzmununu, estetik qavramını sələflərindən - müəllimlərindən, müasirlərindən - çiyin-çiyinə çalışdığı həmkarlarından və xələflərindən - tələbələrindən fərqli şəkildə izah edib və bununla da 4-5 min il əvvəlki Şumer ədəbiyyatını 2 min il, 3 min il ondan sonrakı, hətta bugünkü ədəbiyyatın təməli, başlanğıcı və estetik məfkurə mənbəyi kimi təqdim edib.

O, şumerlər haqqında bir neçə kitabın müəllifidir. «Şumerlər: tarixləri, mədəniyyətləri və xarakterləri», «Şumerlərin bic tanrısı Enki», «Şumer mifologiyası», «Tarix şumerdə başlayır» və. s. Müəllif 39 tarixi, bəşəri hadisə və faktın ilk dəfə şumerdə yazıya alındığını bildirir və o səbəbdən də kitabını «Yazılı tarixdə otuz doqquz ilk» adlandırıb. Kitab 1956 və 1959-cu illərdə çıxıb və ilk adı «Şumer tabletlərindən» olub. Daha sonra araşdırmalarını davam etdirən Kramer yeni ilklər tapıb və 1989-cu ildə əsərin üçüncü nəşrinə nail olub. Kramerin fikrincə, tarixdə ilk ikipalatalı məclis, ilk yeniyetmə özbaşınalığı, ilk farmakopeya, ilk diplomatik yazışma, ilk layla, hətta ilk rüşvət şumerlərdə yaranıb. Tədqiqatçı şumerdə insan haqqı və hüququnun tanındığı qənaətinə gəlib. Çünki şumerlərə aid arxeoloji tapıntılarda müqavilələr, kontraktlar, vəsiyyətnamələr, veksellər, qəbzlər, məhkəmə qərarları və s. tabletlər tapılıb.

«Şumer məktəblərində yuxarı sinif şagirdləri xüsusi hüquq terminlərini, qanun maddələrini və məhkəmə qərarlarını yazaraq öyrənməyə çalışmışlar. Belə bir məhkəmə qərarının bütün mətnini əhatə edən bir tablet 1950-ci ildə tapıldı». Samuel N. Kramerin «Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk» kitabı indiyədək 17 dilə, o cümlədən, alman, fransız, ərəb, rus, türk və s. dillərinə tərcümə olunub.

Elmi redaktor, şərhlər, ön və son sözün müəllifi professor Tofiq Hacıyev, redaktoru isə filologiya doktoru Rövşən Əliyevdir.

Напишите ваш собственный отзыв

Вы пишете отзыв на товар: Tarix Şumerdə başlayır

Метки товара

Используйте пробелы для отделения меток. Используйте одинарные кавычки (') для фраз.

Вы возможно также заинтересованы в следующих товарах
Azərbaycan mühacirəti tarixi Türklərin İraqda qısa tarixi Məşhur Avşarlar (tarixi-bioqrafik tədqiqat) Azərbaycan türklərinin İslamaqədər tarixi (Doqquz bitik) III Bitik Azərbaycan xanlıqlarının qısa tarixi