Son çağrı (roman-reportaj)

Bu məhsula rəy verən ilk şəxs olun

man. 5,00
Məhsulun kodu 342

Mövcüd olması: Anbarda var

Quick Overview:


Arif Əliyev


Son çağrı (roman-reportaj)



“Altun Kitab”,
2013,
240 səh.
tiraj 1000


OR
 

Details

Arif Əliyev

Son çağrı (roman-reportaj)

Bu tarixçədə hər şey bir-birinə qarışıb: keçmiş – bugunə, bəlkə, daha çox gələcəyə; gerçəklik – əlçatmaz görunən, son nəticədə isə ondan da güclü reallığa çevrilən arzuya; məntiq – hadisələrin ağlasığmaz axınına, az qala mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə. Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin qatqıları arasındakı nisbətdən asılıdır. Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Nəcəf Nəcəfov, Elif Şafak və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr stenoqrafik dəqiqliklə əks etdirilir. Maraqlı və dinamik süjetin qəhrəmanları hamının dəfələrlə üzləşdiyi suallara cavab axtarırlar: - Niyə biz uşaqlıqda tez böyümək, böyük olanda uşaqlığımıza qayıtmaq istəyirik? - Zaman nədir? Sonsuzluğa varan düz xətmi, hüdudları olmayan okeanmı? Onu necə adlamaq ya geriyə qaytarmaq mümkündür? - Media niyə həmişə «ən yaxşı xəbər – ən pis xəbərdir» deyir? - Niyə yalnız O-nun yaratdığı ədalət gözəl ola, rahatlıq gətirə bilər, insanların nail olduqları ədalət isə çox vaxt özləri kimi eybəcər alınır? - Hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur; biri qışqırır, o biri «susmaqla fəryad edir», biri vuruşur, o biri başını götürüb gedir... Kim haqlıdır?

Öz rəyinizi yazın

You're reviewing: Son çağrı (roman-reportaj)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.