Sakların tarixi, dili və ədəbiyyatı

Bu məhsula rəy verən ilk şəxs olun

5,00 man.
Məhsulun kodu 686

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Bəxtiyar Tuncay
Dil: Azərbaycan
Nəşriyyat: “Apostrof”
Nəşr ili: 2009
ISBN: -
Səhifə: 280 səh.
Format: 60x84/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000 nüsxə

OR
 

Details

Bəxtiyar Tuncay
Sakların tarixi, dili və ədəbiyyatı

Kitabın ən böyük özəlliklərindən biri odur ki burada sakların Azərbaycan ərazisinə kənardan gəlmə olmadıqları, ölkəmizin aftoxtonsakinlərindən olduqları həm yazılı mənbələr, həm də arxeoloji abidələr əsasında sübut edilib. Kitabda sakların təkcə Azərbaycan və Orta Asiya ilə bağlı tarixləri deyil, eyni zamanda Hindistan və Şərqi Türküstanla bağlı tarixlərinə də toxunulub, onların Hindistan və Azərbaycanda yazıb-yaratmış şairlərinin adları və əsərləri müəyyənləşdirilib. Kitabda maraq doğuran digər bir fakt isə hər il mart ayında keçirdiyimiz Novruz bayramı ilə əlaqədardır. B.Tuncay bu bayram haqqında ilk yazılı mənbənin 5 min il bundan qabaq Şumer mətnlərində verildiyini, onların martın 21-də qeyd etdikləri bu bayramı məhsuldarlıq və çobanların tanrısı olan Dumuzun şərəfinə keçirdiklərini bildirib. Türk kurqanlarından da söhbət açılan kitabda iskitlərin öz ölülərini necə dəfn etmələri barədə məlumat verilib. Nəşrdə Sak dilinin Şərq (Xotən-Kəncək), Qərb (Parfiya) şivələri və Sak dilinin Şərq şivəsində işlənmiş Hind (Sanskrit) mənşəli söz və ifadələrin şərhi öz əksini tapıb. Nəşrdə türklərin qədim inancları ilə bağlı məlumatlar da öz əksini tapıb. Məsələn, qədim türklərin “yada daşı” adlanan daşla quraqlıq zamanı yağış yağdırdıqları və bu daşa olan inancları təsvir edilib. Maraqlı faktlardan biri də Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və C.Cəfərovun Qobustan və Gəmiqayada üzə çıxardıqları türk soy və tamğalarının önəmli bir hissəsini oğuz tamğalarının təşkil etməsidir. Həmin işarələrin bir hissəsinin paralellərinə digər qədim xalqların əlifbasında, Orxon və Yenisey əlifbalarında rast gəlindiyinə diqqət yetirilib. Müəllif bu faktlara əsaslanaraq qeyd edib ki, bu təsvir və tamğaları yaradan xalq məhz türklərdir, bu da onu göstərir ki, Azərbaycan dünya yazı mədəniyyətinin beşiyidir. Kuti dilinin elmdə Elam-Zaqroş və Qafqaz dillərinə mənsubluğunu müəllif dilçilikdə tam diletant olan elm adamlarının uydurması olduğunu yazıb və bildirib ki, elam dilinin Qafqaz dilləri ilə heç bir qohumluğu yoxdur.

Öz rəyinizi yazın

You're reviewing: Sakların tarixi, dili və ədəbiyyatı

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Son və başlanğıc Qədim türk hökmdarları Təhmasib şah

Təhmasib şah

12,00 man.
Vətən düşüncələri (tarixin olaylarında) Şah Abbas

Şah Abbas

6,00 man.