RUS
|AZE
|ENG
Новый товар

Qədim Yunanıstanın mifləri və əfsanələri

Добавить отзыв

12,00 AZN
код продукта 1677

Доступность: Есть в наличии

Quick Overview:


Müəllif: N.A.Kun
Dil: Azərbaycan
Nəşriyyat: "Mütərcim"
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 540 səh.
Format: 70x100 1/16 (170x240 мм)
Cildi: yumşaq
Tiraj: 1000

ИЛИ
 

Подробности

N.A.Kun "Qədim Yunanıstanın mifləri və əfsanələri"

Rus dilindən çevirənlər: Oqtay Səmədov, Əzizə ismayılova və başqaları

Bu əsər haqqında nə demək olar? Qeyd edək hələ 1914-cü ildə işıq üzü görmüş bu əsər, sonradan dünyanın demək olar, bütün dillərinə tərcümə olunub və 120 dəfədən də çox nəşr edilib. Hər dəfə yüksək tirajlarla çap olunan bu kitab, təəssüf ki, indiyəcən Azərbaycan dilinə tərcümə edilməmişdi. Sözsüz ki, bu əsərin çapı mədəni həyatımızın mühüm hadisəsidir.
Kitab oxucuları ümumbəşəri mədəniyyətin çox vacib elementi, bir növ dünya mədəniyyətinin sonrakı inkişafının əsasını qoymuş qədim yunan mifologiyası ilə tanış edir. Heç kəsə sirr deyil ki, dünya ədəbiyyatının, mədəniyyətinin bütün inkişaf mərhələlərində mifologiya, mifoloji motivlər və süjetlər aparıcı mövqelərdə olub. Biz antik mifologiya ilə də məhz qədim ədəbiyyat nümunələri əsasında tanış olmuşuq. Hind mifləri - "Vedalar"ın və "Mahabharata"nın, german mifləri - "Eddalar"ın, Fin mifləri - "Kalevala"nın, bizim miflər "Dədə Qorqud"un və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmışlar və bizi təəccübləndirməkdə davam edirlər. Müasir ədəbiyyatın özünü də mifoloji elementlər olmadan təsəvvür etmək mümkün deyil. Kitabın ön sözünün müəllifləri (Kamal Abdulla və Rəhman Bədəlov) yazır: Bütövlükdə götürdükdə, bəşər tarixi boyu miflərə münasibət dəyişikliyə uğrasa da, yunan mifləri həmişə dünya, ya da ən azı Avropa mədəniyyətinin ön səhnəsində olub. Yunan mifologiyası incəsənət və ədəbiyyat üçün daima eyni zamanda həm xüsusi, özünəməxsus "sirlər xəzinəsi", həm də bədii etalon olmuşdur". Buna görə də, ədəbiyyatşünasların, mədəniyyət tədqiqatçılarının yunan mifologiyası kimi möcüzəvi mənəvi fenomenin rolunu dərk etmədən hansısa dəyərli nəticələr əldə etməsi problemli görünür.
N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" əsəri həm məktəblilər, həm də geniş oxucu auditoriyası üçün maraqlıdır. Yunan mifləri ilə az-çox tanış olan oxucular rəngli illüstrasiyalar və geneologiyayla, hələlik onlardan xəbərsiz olanlar isə sadə və anlaşıqlı dildə ifadə olunmuş əfsanələrlə və miflərlə tanış ola biləcəklər.
"Mütərcim" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çap olunmuş əsər 1000 nüsxəylə yayımlanır.

Напишите ваш собственный отзыв

Вы пишете отзыв на товар: Qədim Yunanıstanın mifləri və əfsanələri

Метки товара

Используйте пробелы для отделения меток. Используйте одинарные кавычки (') для фраз.

Вы возможно также заинтересованы в следующих товарах
Harput əfsanələri Ağıl mücrüsü (Qədim Çin Rəvayətləri)