Meyxanənin poetikası

Bu məhsula rəy verən ilk şəxs olun

12,00 man.
Məhsulun kodu 1839

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Nizami Tağısoy
Dil: Azərbaycan
Nəşriyyat: "Çaşıoğlu"
Nəşr ili: 2011
ISBN: -
Səhifə: 430 səh.
Format: 60x84 1/16 (150x230 мм)
Cildi: bərk
Tiraj: 200

OR
 

Details

Prof. Nizami Tağısoy
“Meyxanənin poetikası”

Kitabı bu araşdırmalar sırasında özünün metodoloji yanaşması, materialın işlənmə, problemə dərindən nüfuz etmə dərəcəsinə görə xüsusilə fərqlənir. Meyxana folklor mərasim nitq janrı kimi son vaxtlar yayılma hüdudlarını genişləndirmiş, ənənəvi meyxana landşaftı olmayan ərazilərdə belə kök salmağa başlamışdır. Buna səsəb, bir tərəfdən, meyxana janrının demokratikliyi, sosial-ictimai həssaslığı, meyxana mətnlərinin ritmik çevikliyi, digər tərəfdən, TV-lərdə meyxana ilə bağlı müsabiqələrin keçirilməsi, nəticədə həm də folklor mətnində, ictimaiyyətdə meyxanaçı obrazının və statusunun dəyişməsi baş vermişdir. Prof. Nizami Tağısoy Azərbaycan filoloji fikrində ilk dəfə olaraq və sistemli şəkildə bu janrı araşdırmaya cəlb etmişdir. Görkəmli tədqiqatçı meyxana anlayışının, etimoloji yozumunun xüsusiyyətini açmış , “bədihə”, “bədiyə” sözlərinin semantikasını icələmiş, meyxananın meydan mərasim diskursu ilə əlaqəsini göstərməyə müvəffəq olmuşdur. Araşdırmanın müəllif tərəfindən sinxron və diaxron səviyyədə aparılması tədqiqatçıya XX əsrin əvvəllərində yaşayıb yaratmış meyxana ustadları (Hacı Əli Kərəm, Mirzə Bağır, Əli Ağa Vahid, Əli İslam, Mirpaşa, Ağahüseyn Əfsun, Hacı Kazım) ilə yanaşı, XX1 əsrdə fəaliyyət göstərən meyxanaçıların repertuarı,varislik və novatorluq məsələlərini tipoloji müqayisə etməyə imkan vermişdir. Kitabın qiymətli cəhəti ondadır ki, meyxana şifahi folklor janrı olmasına baxmayaraq, müəllif buraya arxiv materialları, yazıya alınmış meyxana mətnləri və s. araşdırmaya cəlb etmişdir. Meyxana mətnlərinin poetikası ritm-intonasiya, qafiyə-rədif, adresant-adresat, auditoriya obrazı yüksək filoloji səviyyədə öyrənilmişdir. Bu əsər yalnız meyxanasevərlər üçün deyil, başqa poetik folklor mətnlərimizin tədqiqatçıları üçün də dəyərli mənbədir.

Öz rəyinizi yazın

You're reviewing: Meyxanənin poetikası

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Nəriman Həsənzadə, Seçmə şeirlər Əliağa Vahid. Qəzəllər Seçmə sevgi şeirləri "Dövrün dəyirmanı" (poemalar, şeirlər) Dənizə dönmək istəyirəm! (şeirləri)