RUS
|AZE
|ENG

Kukaraça (povest)

Добавить отзыв

3,50 AZN
код продукта 1675

Доступность: Есть в наличии

Quick Overview:


Müəllif: Nodar Dumbadze
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 126 səh.
Format: 70x100/16 (120x170 мм)
Cildi: yumşaq
Tiraj: 100 nüsxə

ИЛИ
 

Подробности

Nodar Dumbadze
Kukaraça (povest)
Tərcümə: Ulduz Sadıqova


Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.

 

© Kitab Klubu MMC, 2016
© Gənclik, 1989

 

XX əsrdə gürcü xalqı dünya şöhrətli yazıçı yetişdirdi – Nodar Dumbadze. 
Bu ad və soyad hazırda nəinki Gürcüstanda, onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Nodar Dumbadzenin əsərləri hər bir gürcü ailəsinin stolüstü kitabıdır. Onun əsərləri bütün keçmiş Sovet İttifaqı respublikalarında, Avropada çap edilmişdir. Onun kitablarına dünyanın bütün qitələrində rast gəlmək olar. 

Dumbadzenin hər bir romanı, yaxud hekayəsi dərhal səhnəyə qoyulmuş, ekranlaşdırılmış, milyonlarla tamaşaçının sevimli ekran əsərinə çevrilmişdir. Gürcü Sovet yazıçısı, Lenin mükafatı laureatı Nodar Vladimiroviç Dumbadze 1928-ci il iyulun 14-də Tbilisidə anadan olmuşdur. Qərbi Gürcüstanın Xidistavi kəndində qohumlarının yanında böyümüşdür. Orta məktəbi bitirdikdən sonra Tbilisi Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin universiteti bitirmişdir. Bir neçə il universitetdə laborant işləmişdir. 1957-ci ildən bütövlükdə ədəbiyyat işinə bağlanır. 1962-65-ci illərdə «Gürcüstanfilm» kinostudiyasında ssenari şöbəsinin əməkdaşı olur. 1965-ci ildə yenidən «Niangi» («Kirpi») jurnalına qayıdır, 1973-cü ilə qədər jurnalın baş redaktoru vəzifəsini daşıyır.

«Mən, nənəm, İliko və İllarion», «Mən günəşi görürəm», «Günəşli gecə», «Darıxma, ana!», «Ağ bayraqlar», «Əbədiyyat qanunu» romanlarının, «Kukaraça» povestinin, «Xelados», «Qan», «Şeytanlar», «Qaraçılar», «İt», «Ana» «Quzğun şəhərin harasındadır», «Oyatma», «Didro», «Xazarula», «Tamerlan», «Qəbiristanlıq», «Korrida», «Günəş», məşhur “Ellados” hekayələrinin, «Yaxşı yol», «Çağırış» kinossenarilərinin və s. və i.a. əsərlərin müəllifidir. 

1966-cı ildə «Mən, nənəm, İliko və İllarion» romanına görə Lenin komsomolu mükafatı, 1975-ci ildə Şota Rustaveli mükafatı laureatı, 1980-ci ildə «Əbədiyyat qanunu» romanına görə Lenin mükafatı laureatı olmuşdur. 1973-cü ildə «Qorxma, ana!» romanına görə A.A.Fadeyev adına Gümüş medal almışdır. N.Dumbadze bir müddət Gürcüstan Yazıçılar İttifaqına rəhbərlik etmişdir.

Unudulmaz sənətkar və görkəmli ictimai xadim 1984-cü il sentyabr ayının 14-də 57 yaşında vəfat etmişdir. 

Keçmiş SSRİ-nin böyük bədii söz ustaları arasında öz əsərlərində fəlsəfi-etik problemlərin dərin təhlilini verən istedadlı gürcü sovet yazıçısı Nodar Dumbadze mühüm yer tutur. 

Hələ onun ilk əsərlərindən başlayaraq yazıçının əxlaq problemlərinə münasibətində bir ardıcıllıq özünü göstərir. Bu, Nodar Dumbadzenin ilk əsərlərindən olan “Mən Günəşi görürəm”də və daha yetkin romanlarından olan “Əbədiyyat qanunu”da satqınlıq, xəyanət mövzusunun izahlarının tutuşdurulmasında, müqayisəsində aydın nəzərə çarpır. 

N.Dumbadzenin əsərlərində o əsas deyildi ki, yazıçı əleyhinə çıxır və ya nəyi qeyri-əxlaqi hesab edir, yalnız o əsas idi ki, yazıçı nəyi əxlaq meyarı kimi açıqdan-açığa elan edir. Bu, yazıçının müdafiə etdiyi keyfiyyətlər idi və o, öz qəhrəmanlarını da bunu etməyə vadar edirdi. 

N.Dumbadze üçün insanın hansı millətə mənsub olub-olmaması əsas amil deyildir. Onunçün vacib onun necə adam, öz doğma torpağının necə vətəndaşı olması idi. “Heç bir irsi xüsusiyyət, cinsi və irqi üstünlüklər mövcud deyildir. Bütün adamlar bərabərdirlər ” - müəllif bunu öz personajının dili ilə təsdiq edir. Onun əsərlərinin səhifələrində müxtəlif millətlərdən olan adamlar mehriban dostluq ailəsində yaşayırlar. Onların vətəni birdir - Gürcüstan, o ümumi vətəndir, onların doğulduğu və böyüdüyü, əcdadlarının dəfn olunduğu, uşaqlarının yaşadığı və işlədiyi yerdir. Nodar Dumbadze belə hesab edirdi ki, “ vətənə məhəbbət-əsrlər boyu inkişaf edən və nəsillərdən nəslə keçən instinktdir ”. Və təsadüfi deyildir ki, “Ağ bayraqlar” romanında başqa millətin nümayəndəsi romanın qəhrəmanı Zaza Nakaşidzenin gürcü dilindəki nitqində səhvini düzəldir. Eyni zamanda, “Qorxma, ana!” romanındakı surət, Gürcüstan dağlarında dövlət sərhədini pozanı yaxalayarkən həyatını qurban vermiş ukraynalı oğlan Şerbinin obrazı oxuculara əzizdir.

Beynəlmiləlçilik hissi sovet adamlarının çoxuna xas idi və müqayisədə beynəlmiləl dostluğun həqiqi təzahürləri real həyatda bədii ədəbiyyat səhifələrində olduğundan çoxdur. Bunu belə bir fakt təsdiq edir ki, gürcü xalqı 1987-ci ilin faciəli qışında Gürcüstanın üstünü almış təbii fəlakət zamanı adamları xilas etmək naminə canını qurban vermiş azərbaycanlı oğlan Rahib Məmmədovun xatirəsini hörmətlə, ehtiramla yad etmişdir. 

N.Dumbadzenin anlamında əsl ziyalı öz yüksək mədəni səviyyəsi, namusluluğu ilə fərqlənir. Əsl ziyalı, deməli, həm də əsl dünya vətəndaşıdır. Cəmiyyətin bütün üzvlərinin mədəni səviyyəsinin yüksəldilməsi problemi daha mühüm, eyni zamanda, daha çətin həll olunan problem kimi irəli sürülmüş, ön plana çəkilmişdir. Birinci növbədə bu onunla izah olunur ki, öz-özlüyündə artan, inkişaf edən savadlılıq, məlumatlılıq, insanların görüş dairəsinin genişlənməsi heç də onun daxili mədəniyyətinin yüksəlməsi faktına dəlalət etmir.

N. Dumbadze dönə-dönə bildirmişdir ki, o, insanda hər şeydən artıq “ məhəbbət istedadını ” qiymətləndirmişdir. Belə bir istedaddan özünə səxavətlə pay verilmiş yazıçı öz qəhrəmanlarını empatiya – başqasının dərdinə şərik olmaq, rəhmlilik, canıyananlıq, şəfqət hissləri ilə səciyyələndirmişdir. Bu o keyfiyyətlərdir ki, cəmiyyətdə onların çatışmazlığını yazıçı kəskin hiss edirdi. Ancaq xeyirxahlıq, dərin insanpərvərlik heç də o demək deyildir ki, o, adamlarda bizim ideallarımıza yad olan baxışları bağışlamağa hazırdır. Yazıçı humanizminin daha aydın nəzərə çarpan cəhətlərindən biri–insana böyük məhəbbətin, onun qeyri-məhdud imkanlarına dərin inamın, onun əxlaqi keyfiyyətinə, öz hərəkət və işlərinə cavabdehliyinə onun bir o qədər böyük tələbkarlığı ilə uzlaşmasıdır. Məhz belə bir mövqe onun İnsan uğrunda daimi mübariz olmasına kömək etmişdir.

Onun əsərlərinin səhifələrində cəmiyyətin antipodları: öz əsgəri borcundan qaçan fərari Datiko, qatil Kikvidze, oğru və narkoman Murtalo, tütün tədarükü işçisi, adamların dərdi və bədbəxtliyi hesabına qəbiristanlığın direktoru görünür. “Əbədiyyat qanunu” romanındakı surət, xəz məmulatları kombinatı direktorunun obrazı daha səciyyəvidir. İfşaedici felyeton Bacananın redaktor olduğu qəzetdə çap olunmaq üzrədir ki, onun yanına gələn felyetonun “qəhrəmanı” Sandro Maqlaperidze həyasızcasına qəzetin nömrəsinin dəyərini 50 min manata ödəməyi vəd edərək, qəzetin bütün tirajını ləğv etməyi tələb edir. 

Yaşamağın mənasını qazanmaq, mənimsəmək, varlanmaq imkanında görən meşşan hətta təsəvvürünə belə gətirə bilmir ki, dünyada alınıb-satılması mümkün olmayan “şeylər” mövcuddur: namus, vicdan, ləyaqət... Adi, elementar namusluluqdan məhrum olan o və onun kimilər əyri yolla əsli olmayan sərvət dalınca qaçaraq tezliklə şəxsiyyət kimi pozulur, istənilən iyrənc və abırsız hərəkətə qabil olub, hətta cinayətlə üz-üzə dururlar. Məhz Maqlaperidzenin Bacananın sevdiyi qadın Mariya haqqında çirkin anonim məktubun müəllifi olduğu məlum olur. Rustaveli və Moemdən sitat gətirən adamın kifayət qədər geniş dünyagörüşü onun əsl əclaf simasını pərdələyə bilmir. Böyük humanist A.P.Çexov qeyd edirdi ki, bilikli, məlumatlı adam ona görə qorxuludur ki, o daha “mahir yaramaz” ola bilər. 

N.Dumbadze həyatın passiv nümunə göstərmək fəlsəfəsini inkar edir. Bəli, yazıçı belə hesab edirdi ki, pislik zülm etmədən namusla yaşamaq olar, lakin öz ömrünü zülmə, pisliyə qarşı fəal mübarizə etməklə yaşamaq nə qədər mürəkkəb və nə qədər şərəflidir. Real işdə özünü doğrultmamış yüksək ideyalar vaizi, təbliğçisi olmaq –təhlükəli mövqedir, o, cəmiyyətə çox zərər gətirə bilər. Humanizm heç də mücərrəd prinsip deyildir. O, əməllərdə konkret, dəqiq təcəssüm olunmalı, bütün mütərəqqi ideyaların hər yerdə bütünlüklə təsdiq olunmasına, həyata keçməsinə kömək etməlidir. Şərlə, pisliklə fəal mübarizə etmədən, onun üzərində qələbə çalmadan cəmiyyətin tərəqqisi, onun xoşbəxt gələcəyə doğru hərəkəti, irəliləyişi mümkün deyildir. Axı, bizlərdən çoxumuz hələ də sözdə hansısa problemin həll edilməsi uğrunda mübarizə edir, işdə isə gözləmə mövqeyini tuturuq. Guya kim isə bizim əvəzimizə bizim problemlərimizi həll edəcək. 

N. Dumbadze onun oxucularının hamısına yaxşı tanış olan incə milli yumordan xali deyildir. Yazıçı deyirdi: “Tarix elə bir dövr tanımır ki, o dövrdə gülməyə heç nə tapılmasın və bizim dövrümüzdə olmasın”. Onun yaradıcılığında gülüş zərərli ənənələrinin daşıyıcılarına qarşı yönəldilmiş dəhşətli silaha çevrilir. Ancaq qeyd etmək lazımdır ki, Dumbadze gülüşü qəzəbli gülüş deyil – o, yazıçının özü kimi mərhəmətlidir. “Mən öz gülüşümlə insanı alçaltmağa çalışmıram, ancaq, əksinə, ona kömək etməyə, yüksəltməyə, çalışıram”. Məhz onun gülüşü insana daha yaxşı olmağa, həyatın əsl mənasının nədə olduğunu anlamağa, kömək etməyə xidmət göstərir. Yumor insan şüuru ilə dərin əxlaq problemləri arasında elə körpücüklərdən biridir ki, o bunları tez-tez öz əsərlərində qurur, yaradır. 

Öz həyatını ləyaqətlə yaşamaq, namusunu itirməmək, həyatın bütün müsibətlərinə, sərt sınaqlarına, sevinc və qələbələrinə, insanlığın əzablı yollarla nail olduğu əxlaq ideyalarına tab gətirmək – hər bir insanın borcudur və vacib deyildir: Sən öz adını gəmi göyərtəsinəmi həkk etdirəcəksən, şəhərmi, meydan və ya küçəmi sənin adınla adlandırılacaq, başlıcası - öz sahəndə öz borcunu namusla və vicdanla yerinə yetirmək, yaxşılıq, doğruluq və ədalət ideyalarını rəhbər tutaraq yaşamaqdır. 

Elə yaşamaq ki, sənin nümunən səninlə yanaşı olanların heç olmasa bəzilərində səni təqlid etmək cəhdi oyatsın. Zira biz cəmiyyətdə yaşayırıq və sosial əlaqələrdən kənarda, gündəlik ünsiyyətsiz keçinə bilmərik. N. Dumbadze tərəfindən kəşf olunmuş “Ədəbiyyat qanunu” bizi məhz buna çağırır: “ İnsanın qəlbi öz çəkisindən yüz dəfə ağırdır.... O qədər ağırdır ki, bir adamın onu daşımağa gücü çatmaz... Və ona görə adamlar nə qədər ki, sağdırlar, gərək bir-birinə köməklik göstərməyə, bir-birinin ruhunu, qəlbini ölməz etməyə cəhd etsinlər: siz mənimkini, mən o birininkini, o biri üçüncününkünü. Ondan ötrü ki, ölüm bizi həyatda tənhalığa məhkum edə bilməsin”. 

“Ədəbiyyat qanunu”nun mahiyyəti adamlar arasındakı münasibəti daha insani etməyə, bizlərdən hər birimizdə birimizi müdafiə, kömək, yardım etmək tələbatı yaratmaq uğrunda çağırışa gətirib çıxarır. O öz mövcudluğu üçün ancaq həyata borcludur. O hər kəsin ayağının altında uzanmışdır, ancaq “məhəbbət istedadı”na malik olmaq lazımdır ki, onu yerdən qaldırıb həyata tətbiq edə biləsən. Bu isə elə də sadə bir iş deyildir və N. Dumbadze kimi adamların, onun qəhrəmanlarının işi bəşəriyyət qanununun hər gün qarşıya çıxan sualların həllində tətbiq olunmasına, onu öz həyat fəaliyyətinin prinsipinə çevirmiş köməkçinin, xeyirxahın qanuna çevirilməsinə, öz həyatını ləyaqətlə yaşamağa cəhd edənlərə nümunə göstərməkdir. Və “ədəbiyyat qanunu” öz işini görür, “başqa cür yaşamağa da dəyməzdi”, buna N. Dumbadze əmindir.

N. Dumbadze insanın mənəvi aləminin realistcəsinə ifadəsi hesabına, humanist ideyalar daşıyıcısı kimi onun formalaşmasının dərin psixoloji qatlarının elmi cəhətdən anlamaq hesabına öz yaradıcılığı ilə bədii ədəbiyyatda etika mövzusunu zənginləşdirdi. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, teatrlarda onlardan tamaşalar gedir. Bəzi əsərləri Azərbaycan dilinə tərcümə olunmuş, eyniadlı romanı əsasında yazdığı “Darıxma, ana” pyesi Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. Məhz buna görə də, hətta Yaponiya, Amerika, Türkiyə, Qərbdə onun yaradıcılığı ilə tanış olanlar yazıçının yüksək insani hisslərinə dərin rəğbət bəsləyirlər. N.Dumbadzenin roman, povest və hekayələrinin yüksək humanizmi, ideya-bədii səviyyəsi, dərin orijinallığı hər yerdə həmin əsərlərin geniş yayılmasına səbəb olmuşdur. Məhz bu xüsusiyyətlərinə və yaradıcılığına, görə yüksək mədəniyyətə və şəxsiyyətə malik insan N. Dumbadze dünya şöhrətli yazıçı kimi onu tanıyanların qəlbində özünə əbədi məskən salmışdır.



Об авторе

Об авторе Н/Д

Напишите ваш собственный отзыв

Вы пишете отзыв на товар: Kukaraça (povest)

Метки товара

Используйте пробелы для отделения меток. Используйте одинарные кавычки (') для фраз.

Вы возможно также заинтересованы в следующих товарах
Kreyser sonatası (povestlər) İlan dərəsi (povestlər) Şeytan (povestlər) Qasırğa (povest) | İfritə (hekayə) Çöl Qala (povest)