Son və başlanğıc

Bu məhsula rəy verən ilk şəxs olun

man. 12,00
Məhsulun kodu 558

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Hafiz Mirzə
Dil: Azərbaycan
Nəşriyyat: “Apostrof”
Nəşr ili: 2010
ISBN: 978-9952-29-023-4
Səhifə: 600 səh.
Format: 70x90/16 (180x250 мм)
Cildi: qalın
Tiraj: 500 nüsxə

Details

Hafiz Mirzə
"Son və başlanğıc"

(roman) + CD

Kitab İsa məsihin doğulmasından 3750-ci ilə kimi olan ədalətsizlik, haqsızlıq və ağır günahlar içərisində davam edən, buna görə də kainata daima qara enerji saçan bəşər tarixinin daha düzgün bədii mənzərəsinin yaradılması və insanlığın dünyanı xilas etmək üçün ayağa qalxması məqsədlərinə xidmət edir. Getdikcə dünyada xaos və anarxiya hökmranlıq edir. Belə bir şəraitdə dünyanı xilas etmək istəyən 7 müdrik və hələ də öz paklığını itirməmiş az sayda insanlar var. Amma onların ciddi cəhdlərinə baxmayaraq dünyanın sonu çatır. Müdriklər bəşər elminin nailiyyətlərini başqa qalaktikalara aparmaqla onu xilas etmək istəyirlər. Bu mümkündürmü? Bu dünyanın başlanğıcı olacaqmı? Romanda bu aqibəti doğuran mənəvi, tarixi, iqtisadi, siyasi və ekoloji səbəblər geniş analiz edilir və bütün ümumbəşəri suallara sadə və qəti cavab axtarılır. Eyni zamanda müəllif dünya tarixinin düzgün yazılmamış qaranlıq səhifələrinə işıq salmağa, islam və xristianlıq, Qərb və Şərq barəsində hər şeyin daha doğrusunu deməyə çalışır. Əsərdə qlobal hadisələrin təəssüratını ifadə edən müvafiq musiqi səsləri ayrıca təqdim olunur və oxucuya tam münasib ovqat aşılanır. Bu əsəri ilə Hafiz Mirzə həm də musiqili roman janrının təməlini qoyur. Roman fəlsəfi, tarixi, dini və elmi-fantastik xarakter daşıyır.

Təqdimatı: http://www.youtube.com/watch?v=wg8mhcb4NuM

Öz rəyinizi yazın

You're reviewing: Son və başlanğıc

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.