Azərbaycan Respublikasının Milli Atlası

Bu məhsula rəy verən ilk şəxs olun

man. 300,00
Məhsulun kodu 1649

Mövcüd olması: Anbarda var

Quick Overview:


DTXK + AMEA

Dil: Azərbaycan, English
Nəşriyyat: -
Nəşr ili: 2015
ISBN: -
Səhifə: 300 səh.
Format: 60x90 1/16 (200x300 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə

OR
 

Details

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
“Azərbaycan Respublikasının Milli Atlası”

“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafiq saxtakarlıqların artdığını bildirib. O deyib ki, məhz bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Prezident İlham Əliyev tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və 18 aprel 2012-ci il tarixli “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncamlarında əksini tapıb.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən akademik Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Milli atlasların məkan məlumatları infra­struk­turları üçün yeganə baza rolunu oynadığını bildirən AMEA-nın prezidenti Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının ha­zırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini söyləyib.

Çıxışının sonunda “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşrinı Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirən akademik Akif Əlizadə diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirib.

Ölkəmizin informasiya müharibəsində kartoqrafik saxtakarlıqlarla üz-üzə qaldığını vurğulayan akademik “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın bu kimi təhdidlərə tutarlı cavab olduğunu bildirib. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir” sözlərini xüsusi vurğulayan akademik Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını bildirib, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas funksiyalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Atlasın nəşri ilə bağlı aparılmış işlərdən, onun digər atlaslardan fərqindən, ölkənin sosial-iqtisadi kompleksinin inkişaf proqramlarının analizində, proqnozlaşdırılmasında və hazırlanmasında istifadəsindən, elmi tədqiqatlarla məşğul olanlar üçün əhəmiyyətindən, dərs vəsaiti kimi yararlığından geniş bəhs edən Q.Məmmədov Milli Atlasın geoməkan məlumatlarının idarəolunması ideologiyası əsasında yaradıldığını qeyd etməklə, ölkəmizdə bu istiqamətdə görülmüş işlər haqqında da məlumat verib.

Atlasın bölmələrini ayrı-ayrılıqda xarakterizə edən akademik Qərib Məmmədov 2015-ci ilin ölkə Prezidenti tərəfindən “Kənd təsərrüfatı ili” elan edildiyini vurğulayaraq, “elektron kənd təsərrüfatı”, “dəqiq kənd təsərrüfatı” kimi konsepsiyaların inkişafında Milli Atlasın xüsusi önəmini qeyd edib. Həmçinin, dünya kartoqrafik ictimaiyyətinin bu nəşri yüksək qiymətləndirdiyini vurğulayan akademik, atlasın elektron versiyasının yaradılması, eləcə də Milli Məkan Məlumatları İnfrastrukturu ilə bağlı önəmli addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra “Azərbaycan Respublikasının Milli Atlasının nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir” adlı məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Milli Atlas”ın nəşr olunması ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. O, həmçinin bu nəşri xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbə kimi səciyyələndirib və deyib ki, müstəqil Azərbaycan dövlətinin “Milli Atlas”ının nəşr olunması gələcək nəsillərimizdən ötrü, gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir.

Öz məruzəsində Milli Atlasa daxil olan tarixi xəritələrin qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut etdiyini qeyd edən Y.Mahmudov atlasa Azərbaycan tarixinə dair bütövlükdə 70 xəritənin daxil edildiyini bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini, deputat Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və digər natiqlər “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritələrinin əsas mahiyyətindən və əhəmiyyətindən danışaraq görülən işləri müsbət dəyərləndiriblər.

Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov deyilən fikirləri ümumiləşdirərək nəşrlərin tarixi əhəmiyyətindən danışıb, məzmun zənginliyi və tərtibatını yüksək qiymətləndirib.

Öz rəyinizi yazın

You're reviewing: Azərbaycan Respublikasının Milli Atlası

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.