Details
Akif Məmmədli
“Haylada unudulan tariximiz və təmbur”
Elmi redaktor: Y.M.Mahmudov
Kitabda Balakən-Zaqatala bölgəsinin folkloru ilk dəfə tədqiqata cəlb edilib və bununla bölgə tarixinin, etnoqrafiyasının bəzi məqamlarına aydınlıq gətirməyə cəhd göstərilib. Qədim türklər ən əski çağlardan bəri bir nəslin, bir soyun yaşadığı yeri “tabun” adlandırırdılar. Balakən-Zaqatala bölgəsində (həmçinin İlisuda) bir nəslin yaşadığı yerə, obaya bu gün də “tabun” deyilir. Buna haylalarda və bölgədəki yaşlıların dilində tez-tez rastlanır. İlk dəfə bölgə folklorunun bu qədər çoxlu sayda nümunələri toplu şəklində dərc edilir.