Azərbaycan: ekoturizm potensialı

Bu məhsula rəy verən ilk şəxs olun

man. 75,00
Məhsulun kodu 424

Mövcüd olması: Anbarda var

Quick Overview:

Müəllif: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov
Dil: Azərbaycan, İngilis
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2012
ISBN: 978-9952-34-805-7
Səhifə: 360 səh. 864 şəkil
Format: 64x90/16 (220x300 мм)
Cildi: qalın
Tiraj: 1000 nüsxə

Details

Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov
Azərbaycan ekoturizm potensialı: 2 cilddə (I cild)
(azərbaycan və ingilis dillərində)

Kitab Azərbaycanın ekoturizm potensialına, onun təbiəti, təbii sərvətləri və mədəni irsinə həsr edilib. Məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılıb. Təbiət abidələri bioloji, geoloji və paleontoloji təsnifat əsasında verilib. Bir sıra unikal təbiət abidələri, nadir-nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləriilk dəfə olaraq təqdim edilir. Kitabda həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri öz əksini tapıb. Verilmiş məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilərək ən yeni və ciddi mənbələrə əsaslanır. Azərbaycanın təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiya ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, eyniadlı profil üzrə ali məktəb tələbələri, elmi mütəxəssislər üçün dəyərli vəsait ola bilər. Kitab, həmçinin turistlər və geniş oxucu kütləsi üçün əhəmiyyət kəsb edə bilər. Kitab iki cilddən ibarətdir. Bu cild Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi-coğrafi bölgələrini əhatə edir.

Öz rəyinizi yazın

You're reviewing: Azərbaycan: ekoturizm potensialı

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.