Amerika Birləşmiş Ştatları xalqlar tarixi

Bu məhsula rəy verən ilk şəxs olun

5,00 man.
Məhsulun kodu 1209

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Howard Zinn
Dil: Azərbaycan
Nəşriyyat: “Başla”
Nəşr ili: 2014
ISBN: 978-9952-494-14-3
Səhifə: 248 səh.
Format: 84x108 1/32 (130x190 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə

OR
 

Details

Howard Zinn
"A People's History of the United States (ABŞ Xaqlar Tarixi)

Amerika Birləşmiş Ştatları xalqlar tarixi

Uyğunlaşdıran: Rebecca Stefoff
Tərcüməçi: İlkin Hüseynli

Kitaba Amerika tarixçisinin qeydləri daxil edilib..

Kitabdan bir hissə:

İllər boyu həmişə bu suallarla qarşılaşmışam: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endryu Cekson və Teodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq
doğrudurmu? Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi
sinfinin istismarına və ABŞ-ın Amerikanın aborigenlərini məhv edərək genişləməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?”

Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə
gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən, bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır, milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür. Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil.

Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli, hökümətin siyasətini tənqid etmək haqqınız var.

Öz rəyinizi yazın

You're reviewing: Amerika Birləşmiş Ştatları xalqlar tarixi

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.