Çağımızın Siyavuşu / Əsrimizin Səyavuşu

Bu məhsula rəy verən ilk şəxs olun

2,00 man.
Məhsulun kodu 1131

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Dil: Azərbaycan
Nəşriyyat: “Təknur”
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 72 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 300 nüsxə

OR
 

Details

Məhəmməd Əmin Rəsulzadə
Çağımızın Siyavuşu

(Tərtib edən: Yadigar Türkel)

/ Əsrimizin Səyavuşu / 

M.Ə.Rəsulzadə bolşevik istilasından sonra bir ay Bakıda gizlənir. Sonra Gürcüstana keçmək üçün bir dostu ilə yola çıxır. Dağlar-dərələr aşır (özü belə yazır). Şamaxı qəzasının Lahıc qəsəbəsində gizlənmək zorunda qalır. Bəxti gətirir. Tiflis yolu Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi udmuşdu. Lahıcda bir kəndlinin evində qalmalı olurlar. Onun evində farsca, türkcə və rusca kitabları olan balaca bir kitabxanası olur. Əmin bəy Firdovsinin «Şahnamə»sini oxumağa başlayır. Əsər «pək həssas olan ruhunu istila edir». Yanındakı dostuna «Tariximin Səyavuşunu» dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam» deyir. 7-8 gün içində əsəri tamamlayır. Bu müddətdə bir dəfə də qaldıqları evi dəyişirlər. Əmin bəy əlyazmanın üzünü təmizə çıxarır. Təmiz nüsxəni evində qaldığı kəndliyə verir. O birini özündə saxlayır...
Məhəmməd Əmin bu əsərində gəncliyə müraciət edir:
«Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!
Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq. Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!»

/ Əsrimizin Səyavuşu / 

Müəllif haqqında

Müəllif haqqında M/D

Öz rəyinizi yazın

You're reviewing: Çağımızın Siyavuşu / Əsrimizin Səyavuşu

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.