İlk Kitab (II nəşr)

Bu məhsula rəy verən ilk şəxs olun

5,00 man.
Məhsulun kodu 1642

Mövcüd olması: Anbarda yoxdur

Quick Overview:


Müəllif: Əbu Sadiq Suləym İbn Qeys Hilali Amiri Kufi
Dil: Azərbaycan
Səhifə: 192
Kitabın ölçüsü: 60x90
Nəşriyyat: "Qədim Qala" Nəşriyyat Evi

Details


İlk Kitab (II nəşr)
Müəllif: Əbu Sadiq Suləym İbn Qeys Hilali Amiri Kufi

“İlk kitab” İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır.

“İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir.


Əbu Sadiq Suləym İbn Qeys Hilali Amiri Kufi İslamın bö­­­­yük şəx­siy­yət­lə­rindəndir. O, Allah rəsulunun (s) hic­­­­­rəti zamanı dünyaya gəl­miş­dir; İmam Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səc­­­cadın (ə) ən yaxın səhabələrindən olmuşdur. İmam Mə­həm­məd Ba­qi­rin (ə) zamanında da yaşamış, ondan (ə) da elm öyrənmişdir. Bu böyük şəxsin həyatı beş imamın (ə) za­­­manına təsadüf etdiyindən o, beş ima­mın sə­ha­bə­si ol­maq şərəfinə nail olmuşdur. İslam tarixi bu şəxsin gözü qar­­­­­şı­sında başladığından o, bütün tarixi cə­rə­yan­la­rın iş­ti­rak­­­çısı olmuşdur. İslamın ya­ran­ma­sı, inkişafı, tə­la­tüm­­lü və çax­­­naşmalı hadisələri onun gözü önündə cə­rə­yan etmişdir. Suləym ibn Qeysin tayfa içində adı Hilal ibn Amir ol­muş­­­dur. Bu tayfa Hicaz ətraflarında məskunlaşmış bir tay­­­fa idi. Onlar İbrahim peyğəmbərin oğlu İsmayılın öv­lad­larının nəslindəndirlər. Bu tayfa sonradan İraq və Şam şə­hərlərinə tərəf hərəkət etmişdir. Suləym ibn Qeys Allah rəsulunun (s) Məkkədən Mə­­­­­­­dinəyə hicrət etməsindən iki il əvvəl Kufə şəhərində dün­­­­ya­ya göz açmışdır. Allah rəsulu (s) vəfat edən za­­man onun 12 yaşı var idi. Suləym Allah rəsulunun (s) za­­­ma­nında və həmçinin Əbu Bəkrin hakimiyyəti il­­­lərində Mə­di­nədə olmamış, xanım Zəhranın həyatı za­ma­nı da onu gör­­­mə­yə müvəffəq ola bilməmişdi. Bu sə­bəb­­dən onun şə­ha­də­ti dö­nəmində baş verən hadisələrdə iş­­tirak et­mə­mişdir. Su­­­ləym ibn Qeys təqribən on beş yaş­la­­rın­da Ömə­­rin ha­­ki­­miy­­yə­tinin əvvəllərində hicrətin 16-cı ilin­dən əv­vəl Mə­di­nə şə­­­hə­rinə gəlir. O, Mədinəyə gə­lən za­man Ərə­bistanın si­ya­si və­­ziy­yəti sabit deyildi. O za­man­lar Al­lah rəsulundan (s) son­ra hədis nəqli qa­da­ğan olun­muş, xilafətdə bəzi da­­­­­xili iki­ti­rəliklər ya­ran­mış­­dı. Hə­dis­lə­rin yazılıb-yayılma qa­­­­­da­ğası İs­lam alə­min­də uzun müddət qüv­vədə qalır. Mə­di­nə­də yerli hö­­ku­mə­tin təzyiqləri sə­bə­bi­lə insanlar tarixi və hə­­­­­dis­ləri yaz­maq­­dan çəkinirdilər. Çün­ki belə insanlar hö­ku­mət tə­rə­fin­dən həb­­sə məruz qa­lır­dı­lar və əldə etdikləri mən­bə­­lər yan­dı­rı­­lır­dı. Vəziyyəti belə gö­rən Suləym ibn Qeys İs­lam ta­ri­­xi­nin məhv olub aradan get­məməsi və gələcək nə­sil­lə­rə ötü­­rül­məsi üçün tarix və hə­disləri qeyd etməyə baş­la­yır. O, Mə­­di­nə­yə daxil olandan son­ra dövrün böyük şəx­siy­yət­­­­­ləri, Allah rə­sulunun (s) səhabələri ilə yaxından ta­nış olur. İmam Əli (ə) və Salman, Əbuzər, Miqdad kimi bə­zi sə­ha­bə­lərlə ün­siyyət qur­mağa başlayır. Suləym ibn Qeys gələcək üçün ta­rixi mən­bə olacaq kitabını yazarkən sə­­ha­­­bələr və döv­lət xa­di­m­lə­ri ilə ünsiyyət nəticəsində əldə et­di­yi mə­lu­mat­ları da gi­z­lin­cə qeyd etməyə başlayır. Su­ləym bu illərdə Əbu­zərlə bir­­gə Həcc ziyarətinə gedir və sonra da onun­­la bir­lik­də Mə­di­nə­yə qayıdır. Əbuzər hicrətin 34-cü ilin­­də Rə­bə­zə­yə sür­gün olunanda belə onların dostuqları qı­rıl­mır. Su­ləym onu gör­­mək üçün Rəbəzəyə gedir və onlar ora­­­da gö­rü­şür­lər.

 

Müəllif haqqında

Müəllif haqqında M/D

Öz rəyinizi yazın

You're reviewing: İlk Kitab (II nəşr)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Zamanı Necə Yeyək İnsan Dünyadan Sonradan Sonra (II nəşr) Bəla və Səbir (III nəşr) Xisal (Xislətlər) Hikmətin Əvvəli

Hikmətin Əvvəli

7,00 man.