Details
Dilarə Ağamusa Nağıyeva
Zamanın sorağında
“Zamanın sorağında” Dilarə Ağamusanın üçüncü kitabıdır. Kitab güclü və tərəqqipərvər bir şəxsiyyətin - Ağa Musa Nağıyevin uzun müddət kölgədə qalmış fəaliyyətinə və xalqına göstərdiyi xidmətə həsr edilib. Ötən əsrin əvvəllərində varidatına və çoxsaylı tikililərin sayına görə 11 Bakı milyonçuları arasında birincilik qazanmış Ağa Musa Nağıyevə Sovet hakimiyyəti illərində “istismarçı kapitalist” damğası vurulmuşdu. Halbuki, o, xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus yer tutanlardan olub. O, xalq üçün yaşanan ömrün davamçısı olaraq məsuliyyət və qətiyyəti ilə gündəmə gətirib.