Details
Leo Huberman
Sosializmin əlifbası
Amerikalıların çoxunun sosializm haqqında bildikləri tək şey onu xoşlamadıqlarıdır. Bu insanları Sosializmin ya həyata keçməz olduğu üçün gülməli, ya da şeytan işi olduğu üçün qorxulu bir şey olduğuna inandırıblar. Sosializm dünya miqyaslı bir hərəkatdır. Ondan bu ölkədə nifrət edən milyonlarla insanlarla yanaşı, başqa ölkələrdə çox məmnun olan milyonlar vardır. Sosializm daha indidən 200 milyon insanın həyat tərzinə çevrilib-bu, yer üzündə yaşayanların altıda biri deməkdir. Beləliklə, Bu kitabın ilk hissəsində kapitalizmin əsas xüsusiyyətləri sosialist nöqteyi-nəzərdən təhlil edilib, əsasən də ABŞ-ın bu günkü durumu nəzərə alınaraq, kapitalizmin quruluşu və qüsurları gözdən keçirilib. İkinci hissədə ən böyük fikir adamları və onların nəzəriyyələri ilə birlikdə sosializm nəzəriyyəsi izah olunur.