Details
Mehmet Rıhtım, Mehman Süleymanov
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu
(2-ci nəşr)
Oxucuların ixtiyarına verilən bu kitab Azərbaycan Cümhuriyyətinin doğuluşuna, hazırda rəşadət örnəyinə çevrilən Qafqaz İslam Ordusunun fəaliyyətinə həsr olunub. Azərbaycan xalqı bolşevik və erməni işğalı qarşısında Osmanlı dövlətindən yardım istəmiş, Qalitsiyadan Suveyşə, Geliboludan Qafqaza qədər geniş coğrafiyada ölüm-dirim mübarizəsi içində olan Osmanlı Dövləti isə bu çox çətin dövrdə, bütün imkansızlıqlara baxmayaraq qardaşlarının yardım çağırışına laqeyd qalmamışdır. Nuru Paşanın komandanlığı altında təşkil olunan Qafqaz İslam Ordusu Gəncə şəhərinə göndərilmiş, azərbaycanlı əsgərləri də öz ordusuna daxil edərək, böyük fədakarlıqla düşməni məğlub etmiş, addım-addım Bakıya doğru irəliləmiş, 45 gün davam edən döyüşlər nəticəsində bolşevik, ingilis və ermənilərdən ibarət düşmən hissələrinə qalib gəlmiş və Bakı şəhərini xilas etmişdir. Beş aydan çox davam edən döyüşlərdə 1000-dən çox Osmanlı və Azərbaycan Türkü şəhid olmuşdur. Bu hərəkatın ən əhəmiyyətli nəticəsi təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin suverenlik və ərazi bütövlüyünün təmin edilməsi olmuşdur.
Öz rəyinizi yazın
Sizi bu məhsullar da maraqlandıra bilər
![]() |
![]() Bakının qurtuluşu
man. 10,00
|
![]() Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası
man. 10,00
|
![]() Məmməd Əmin Rəsulzadə (1884-1955)
man. 7,00
|
![]() |