Fyodor Dostoyevski. Seçilmiş əsərləri I cild

Добавить отзыв

10,00 AZN
код продукта 631

Доступность: Есть в наличии

Quick Overview:


Müəllif: Fyodor Mixayloviç Dostoyevski
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2009
ISBN: 978-9952-34-226-0
Səhifə: 584 səh.
Format: 60x90 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə

ИЛИ
 

Подробности

Fyodor Dostoyevski. Seçilmiş əsərləri I cild

Seçilmiş əsərlərin bu cildinə müəllifin “Cinayət və Cəza” əsəri daxil edilmişdir. Bu Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu roman Dostoyevskinin katorqadan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır. O, hesab eləyir ki, var-dövlətin, pulla nələr eləmək gərəkdiyini bilməyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində olması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq insanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Sonyaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir. “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

Напишите ваш собственный отзыв

Вы пишете отзыв на товар: Fyodor Dostoyevski. Seçilmiş əsərləri I cild

Метки товара

Используйте пробелы для отделения меток. Используйте одинарные кавычки (') для фраз.

Вы возможно также заинтересованы в следующих товарах
Puşkin A.S. Seçilmiş əsərləri Lev Tolstoy. Seçilmiş əsərləri I cild Nikolay Vasilyeviç Qoqol. Seçilmiş əsərləri Fyodor Dostoyevski. Seçilmiş əsərləri  II cild Karamazov qardaşları (2 cilddə)