Irk Bitig (qədim uyğur dilində yazılmış fal kitabı)

Bu məhsula rəy verən ilk şəxs olun

man. 3,00
Məhsulun kodu 1170

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Göybey Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova
Dil: Azərbaycan
Nəşriyyat: “OL”
Nəşr ili: 2013
ISBN: 9789952484472
Səhifə: 120 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200 nüsxə

OR
 

Details

Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova
Irk Bitig (qədim uyğur dilində yazılmış fal kitabı)

(2-ci nəşr)

Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.

Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir.

Azərbaycanda nəşri:
İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.

Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir.

Əlavə məlumat

Weight 0.3000

Öz rəyinizi yazın

You're reviewing: Irk Bitig (qədim uyğur dilində yazılmış fal kitabı)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Fars dili

Fars dili

man. 7,00
Göktürkçe ögreniyorum Urdu dilinin qrammatikası Ulu xalq, ulu inam, ulu dil Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi