Karamazov qardaşları (2 cilddə)

Bu məhsula rəy verən ilk şəxs olun

man. 14,00
Məhsulun kodu 507

Mövcüd olması: Anbarda yoxdur

Quick Overview:


1-ci cild “Mütərcim”, 2010, : ISBN 978-9952-28-033-3, 548 səh., 14x20, yumşaq, 500
2-ci cild: “Mütərcim”, 2010, ISBN 978-9952-28-035-7, 400 səh., 14x20, yumşaq, 500

Details

F.M.Dostoyevski
Karamazov qardaşları 2 hissədə

(tərcüməçi: Telman Vəlixanlı)

"Karamazov qardaşları" romanı hansısa ictimai, mənəvi, epoxal, milli problemi deyil, qlobal ümumbəşəri, əbədi problemləri: Allah və İnsan, din və fəlsəfə və digər bu kimi problemlərin həllinə cəhd göstərir. Əsərin də dəyəri və bənzərsizliyi məhz bundadır. O, praqmatikadan uzaq ruhi məsələlərin həllinə yönəlmişdir. Dostoyevski sosial ideyalara da öz münasibətini bildirir, onları ötəri hadisələr kimi milli və bəşəri ruhda kökləri olmayan bir proses kimi dəyərləndirir. Ona görə də bu cür ideyalar (məsələn, sosializm ideyası) tarixdə qələbə çalsa da, sonda iflasa məhkumdur. Bu mənada Rusiyada sosializmin aqibətini Dostoyevski qabaqcadan görmüş və xəbər vermişdi.

İvan dünyanın sonunda Allahın insanlara vəd elədiyi mütləq harmoniyadan və cənnətdən imtina edir, çünki, onun fikrincə, bu harmoniyanın qiyməti çox bahadır, onun naminə nəinki insanlar, hətta günahsız körpələr belə iztiraba düçar olmalıdırlar. Odur ki, İvan deyəndə ki, bu cənnət haqsız iztirablara düçar edilmiş körpənin bir damla göz yaşına dəyməz, az qala ona, onun humanizminə inanmaq istəyirsən, İvan Karamazov doğrudan da böyük humanistdir və həssas qəlbə malik insandır. Lakin onun səhvi ondadır ki, o, öz həqiqətini, yəni insani həqiqəti Allahın həqiqətindən daha ədalətli hesab edir. Bu da onu Allahın yaratmış olduğu dünyanı inkar etməyə gətirib çıxarır. Sadəcə olaraq, ilahi həqiqət, ilahi ədalət insan əqlinə sığmır. Bəs onda nə etməli?

İvanın inkarçı, humanist, bununla belə səhv fəlsəfəsinə qarşı Zosima atanın fəlsəfəsi qoyulur. Zosima ata hesab edir ki, dünyada baş verən ədalətsizliklər və cinayətlər qarşısında hər bir kəs özünü müqəssir hesab etməlidir.
Bu da insani deyil, ilahi həqiqət və ilahi ədalətdir. Bu etik fəlsəfənin də məğzi ondadır ki, dünya və bəşəriyyət, Zosima atanın dediyi kimi, okeana bənzəyir, bir yerdən tərpənəndə digər yerdə əks-səda verir. Okean bənzətməsinin məğzi ondadır ki, bəşəriyyət vahid və canlı orqanizmdir, bir bütövlükdür, ayrı-ayrı fərdlər isə bu orqanizmin üzvi hissələridir. Ona görə də hər hansı fərdin törətdiyi əmələ görə bütövlük cavabdehdir, təkcə tərkib hissə cavabdeh deyil, necə ki, sağ əlin törətdiyi cinayətdə sol əli günahsız hesab etmək olmaz. Burda bütöv insan günahkardır. Eynilə də fərdin cinayəti bütövlükdə məxluqatın günahıdır.

İvan Karamazovun arqumenti ondan ibarətdir ki, bu həqiqət, yəni ilahi həqiqət və ilahi ədalət idrakına sığmırsa, buna görə insanı günahlandırmaq olmaz və o öz idrakının, "Evklid ağlının" qanunlarına əsasən yaşamalıdır.

Kitab 2 cilddən ibarətdir.

Öz rəyinizi yazın

You're reviewing: Karamazov qardaşları (2 cilddə)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.