AZƏRBAYCAN TOYU

Bu məhsula rəy verən ilk şəxs olun

10,00 man.
Məhsulun kodu 360

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Elçin Aslanov
Dil: Azərbaycan
Nəşriyyat: "Tutu" / “Mega” Türkiyə
Nəşr ili: 2003
ISBN: 9952-410-00-4
Səhifə: 240 səh. (rəngli)
Format: (200x280 мм)
Cildi: yumşaq
Tiraj: 2000

OR
 

Details

Elçin Aslanov

"AZƏRBAYCAN TOYU" (ensiklopediya)

 Ulularımızdan yadigar bir deyim var: "dünya üç gündür: biri - anadan olan gün, biri - evlənən gün, biri də ölən gün!". Bu "gün"lərin hər biri öncə yaşanmayan bir aləmdən soraq verir.

 Bu kitabda "2-ci gün"dən - dünya evi hazırlıqlarından söz açılır, çünki toy mərasimi, evlənmə olayı dünyaya salam söyləyən iki gəncin sərbəstliyinin sonu və dünyaya cavabdehliyinin başlanması deməkdir. Çünki toydan sonra sanki ikinci dəfə doğulursan - tam yeni keyfiyyətdə, yeni statusda dünyaya gəlirsən!..

 Çoxpilləli, dolambaclı və rəngarəng evlənmə olayı, toy hazırlıqları, toy mərasimi millətimizin uzun tarix boyu qoruyub tapındığı saysız-hesabsız adət və ayini üzə çıxarır, Azərbaycanın zəngin mədəni sərvətinə işıq salır, bizləri bizim özümüzə və təbii ki, başqalarına tanıdır.

 Odur ki, bu kitab elimizin-obamızın bənzərsiz toy-düyün adət ənənələrini ətraflı əks etdirir. Ensiklopedik kitabda azı 730 toy termini, ad və deyimi əksini tapıb və mümkün olduğu qədər açıqlanıb.

 Bu mənada Sizə təklif etdiyimiz “Azərbaycan toyu” kitabı xüsusilə təqdirəlayiqdir. Qədim adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından bu kitab yeni ailə quranlara gözəl hədiyyə olardı.

_____________________________________

hədiyyə vermək istəsəz bu kitabı seçin, uduzmassız...

Müəllif haqqında

Müəllif haqqında M/D

Öz rəyinizi yazın

You're reviewing: AZƏRBAYCAN TOYU

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.