Qaçaq Kərəm (roman)

Bu məhsula rəy verən ilk şəxs olun

6,00 man.
Məhsulun kodu 1301

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Fərman Eyvazlı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978-9952-8260-8-1
Səhifə: 490 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100

OR
 

Details

Fərman Eyvazlı
Qaçaq Kərəm (roman)

(Ön söz İsmayıl Şıxlınındır)

Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı...

Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur... Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbliğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır.

© Kitab Klubu MMC, 2014
© Yazıçı, 1986

 

ƏSƏRDƏN BİR PARÇA


 

Kərəmin gözlərində bir işartı parladı. «Aylar, illər ötdüsə də axır rastıma tuş oldun, İsrafil ağa! Çox ehtiyatlı dolanırdın, əmbə cəngimə keçdin, indi əlimdən qurtara bilməzsən... Sənin də əcəlin burda tamam imiş... ay İsrafil!»

 

İsrafil ağanın həmişə zəhmli sifətində indi bir nuranilik vardı. O, başını Havva xanımın qolu üstünə qoyub şirin yuxuya getmişdi. Kərəm neçə vaxtdır ki, İsrafil ağanı belə yaxından görməmişdi. Kərəmin baxışları gah əlində parlayan xəncərdə, gah da düşməninin sinəsində gəzişdi. Alaçığın və ətrafın sükutu elə dərin idi ki, ər-arvadın mışıltısı aydınca eşidilirdi. Kərəm xəncəri kişinin ürəyi başında yuxarı qaldırdı... Ay alaçığı tərk etdi...

 

...İsrafil ağa səksəkəli halda yuxudan ayıldı, döşün üstündə əlinə soyuq bir şey dəydi. Gözlərini açdı. Obaşdan idi. Səhərin gözü yavaş-yavaş açıldıqca ayın, ulduzların şövqü öləziyirdi. Qarşı dağın başında dolaşan ağ buludların alt yanı alma yanağı kimi qızarırdı. Düşərgədən qalxan çən də elə bil bu gecə burada sığınacaq tapmışdı, indi oyanıb öz qatarına qoşulurdu.

 

O, axşamdan necə yatmışdısa da, yenə həmin vəziyyətdə idi. Yapıncısını döşünə kimi üstünə çəkmişdi, tüfəngi də yapıncının üstündə, əlinin altında idi. O, indi bu səhər-səhər əlinə dəyən soyuq şeyin nə olduğunu bilmək üçün barmaqları ilə yoxladı. Və hövlnak qalxıb yerin içində oturdu. Ovcunda tutduğu iki gülləyə baxdı. Tez tüfəngini, patrondaşını yoxladı. Özününkülər yerində idi, həm də bu güllələr «Aynalı» gülləsi deyildi. «Ürəyinə dammışdı!..» – deyə kişi pıçıldayıb, cəld ayağa durdu.

 

Havva xanım yerinin içində qımıldandı. İsrafil ağa şükürlüklə oğluna, arvadına nəzər saldı. Havva xanım gözləri yenə yumulu idi, amma dedi:

 

 – Nə oluf, ağam, beyqafil niyə durdun?! İsrafil ağa çuxasını, papağını geyinirdi. Özünü sındırmadı:

 

 – Heç! İstəyirəm sabah-sabah təmiz havaya çıxam, eynim açılsın!


Öz rəyinizi yazın

You're reviewing: Qaçaq Kərəm (roman)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Müasir Suriya (roman) Damğa (roman)

Damğa (roman)

4,00 man.
Son çağrı (roman-reportaj) Mərtəbələr (roman) Ürəkbulanma (roman)