"Leyli və Məcnun" (poema)

Bu məhsula rəy verən ilk şəxs olun

man. 10,00
Məhsulun kodu 454

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Bilal Şirvani
Dil: Azərbaycan
Nəşriyyat: "Kraton-M"
Nəşr ili: 2010, 2003
ISBN: -
Səhifə: 464 səh.
Format: 60x84/16 (150x200 мм)
Cildi: qalın + supercild
Tiraj: 1000 nüsxə

Details

Bilal Şirvani
"Leyli və Məcnun" (poema)

Dahi Nizaminin tilsim sənəti, böyük Füzulinin sehri-möcüzəsi ilə əsrarəngiz bir sənət əsərinə çevrilən bu dastanı bu günün zaman kəsiyində Bilal Şirvaninin mövzu seçib qələmə alması təqdirəlayiq addımdır. Mövzu çox mürəkkəb süjet xəttinə malik olsa da, İslam fəlsəfəsinin incəliklərinə, sufi mistikasının sirli-soraqlı kainat-Allah-İnsan vəhdəti təliminə yaxından bələd olan müəllif onun öhdəsindən bacarıqla gəlib. Əsərdə görünən şəhadət aləminin sakinləri ilə bərabər görünməz - məkansızlıq aləminin, ruhlar dünyasının sakinləri – mələklər də tam hüquqlu obrazlar kimi iştirak edir, hətta bir qədər dəqiq deyilsə, olayların gedişatına məhz onlar nəzarət edirlər. Əsər həyatilik və mücərrədlik qovşağında yazılıb. Süjetdə el adət-ənənələri də yetərli qədər öz əksini tapır. Amal-qayə- ilahi işığa - Nurun Həqqə qovuşmaq yollarında hər cür mücadilələrdən, hətta cismani “Mən”indən keçməyə hazır insani tərənnümdür. Müəllif ruhani “Mən”in əzəməti haqqında üsür yazmağı məqsəd götürüb və bu məqsədə nail olmaq üçün onun əsərdə Muğam ecazkarlığına gen-gen bağlanmağı da buradan qaynaqlanır.

Öz rəyinizi yazın

You're reviewing: "Leyli və Məcnun" (poema)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.