Bir gəncin manifesti

Добавить отзыв

5,50 AZN
код продукта 1157

Доступность: Есть в наличии

Quick Overview:

Müəllif: Mir Cəlal Paşayev
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN: 978-9952-8245-7-5
Səhifə: 264 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: -

ИЛИ
 

Подробности

Mir Cəlal Paşayev
"Bir gəncin manifesti"

"Bir gəncin manifesti" əsəri Mir Cəlalın yaradıcılığının kulminasiyası, zirvəsidir!
Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir.

"Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır.

Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı "Bir gəncin manifesti" romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır.

Напишите ваш собственный отзыв

Вы пишете отзыв на товар: Bir gəncin manifesti

Метки товара

Используйте пробелы для отделения меток. Используйте одинарные кавычки (') для фраз.

Вы возможно также заинтересованы в следующих товарах
Mən sirin ləhcəli bir bülbüləm... Aforizmlər

Aforizmlər

2,50 AZN
Hophopnamə

Hophopnamə

7,00 AZN
Süleyman Sani Axundov. Seçilmiş əsərləri Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri