Bu kitab onun bütün həyatını kökündən dəyişdi...

"Qanun" nəşriyyatı populyar irland yazarı Cecelia Ahern-in "Sabahın kitabı" romanını Azərbaycan dilində çap edib.

Tamara Qudvin istədiyi hər şeyi əldə eləmişdi. Varlı ailədə doğulan Tamara böyük bir imarətdə böyümüşdü. Dizayner geyimləri ilə dolu qarderobu, yataq otağında geniş çarpayısı, şəxsi vanna otağında iri plazma televizoru. Həmişə bu gün üçün yaşayar, sabah haqqında qətiyyən düşünmürdü.

Lakin gözlənilmədən atası vəfat edir və anası ilə onun həyatı tamamilə dəyişir. Boğaza kimi borc içində qaldıqlarından, evləri də daxil olmaqla, bütün mülklərini satıb Tamaranın dayısı və dayısı arvadının yaşadığı kəndə köçürlər...

Bu ümidsiz vəziyyətdə kitabxanada oxuduğu bir kitab onun bütün həyatını kökündən dəyişir…

İngiliscədən tərcümə: Əfsanə Nurəli Həmzəyeva

Kiyosaki insanlara milyonçu olmağı öyrədir...

Amerikalı biznesmen, yazıçı və müəllim Robert T.Kiyosaki insanlara milyonçu olmağı öyrədir... Ona milyonçu müəllim adı verilməsinin də səbəbi budur.

Kiyosakinin Sharon L. Lechter ilə birgə yazdığı kitab "Varlı ata, yoxsul ata" adlanır. Bu barədə Bakı Kitab Klubu məkumat yayıb.

Kitabda deyilir ki, insanların maddi sıxıntı keçirməsinin əsas səbəbi onların məktəbdə keçirdikləri illər boyunca pul haqqında heç nə öyrənməyib, nəticədə pul üçün işləməyi öyrənməsidir... amma onlar pulu özləri üçün işlətməyi heç vaxt öyrənmirlər. Bu kitabı oxuduqdan sonra varlanmaq üçün yüksək gəlirə sahib olmaq inancı yerlə yeksan olacaq. Bu kitab uşaqların ən əhəmiyyətli tərbiyəçisi olan bütün ata-analara həsr edilib.

Tərcümə edəni: Rita Ağaəhmədova

Elman Qəmgin (Rüstəmov) "Xoşbəxt günlərimin acı göz yaşları" (Zaurun yuxuları)

 

Elman Qəmgin (Rüstəmov) 
"Xoşbəxt günlərimin acı göz yaşları" 
(Zaurun yuxuları)

Əsər 2-ci dəfə nəşr olunur. Roman müəllifin ilk yaradıcılıq nümunəsidir. Bu romanda iki gəncin məhəbbət dastanı əsasında cəmiyyətin müasir ailə problemləri işıqlandırılır. Əsərin geniş oxucu kütləsini öz cazibəsində birləşdirəcəyi əminlik doğurur. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

“Qanun”, 2012, 284 səh., 15x20, yumşaq, tiraj 1000

http://kitabklubu.org/arxiv/elektron_kitabxana/xosbext_gunler_on-soz.htm

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi

 

Mədəniyyət və Turizm Nazirliyi - Naşirlər, Poliqrafçılar və Kitab Yayım Təşkilatları ilə birlikdə 2013-cü ilin 23-25 sentyabr tarixində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirdi..

Ətraflı burada :

https://www.facebook.com/kitab.klubu/media_set?set=a.10201353308226826.1073741833.1597219671&type=1

“Azərbaycan həsrəti" kitabının təqdimatı keçirildi

“Azərbaycan həsrəti


Noyabrın 15-də Bakı Kitab Klubunda (M.Sübhi 13) Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçirildi


Jurnalist Nəcibə Bağırzadənin müəllifi olduğu bu kitab Azər Rəsulzadənin vəfatının 20-ci ildönümünə ithaf edilir. Kitab Qazaxıstanda sürgün həyatı yaşamış Azər Rəsulzadənin ömür yolunu, həyat hekayəsini anladır.
Təqdimatda kitabın müəllifi ilə yanaşı, Azər Rəsulzadənin oğlu əməkdar rəssam, Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə iştirak etdi

Azər Rəsulzadə haqqında məlumat

Azər Rəsulzadə M.Ə.Rəsulzadənin kiçik oğludur. 1920-ci ildə Bakı şəhərində anadan olub. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib. 1993-cü il iyulun 9-da Qazaxıstanın Karaqanda şəhərində vəfat edib. İyulun 11-də cənazəsi Bakıya gətirilərək Novxanı kənd qəbiristanlığında, ata babası Axund Hacı Molla Ələkbər Rəsulzadənin məzarı yanında dəfn olunub.

"Azərbaycan həsrəti" kitabının müəllifi haqqında

Nəcibə Bağırzadə Bakıda doğulub. 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 20 il Azərbaycan Dövlət Radiosunun “Gecə pıçıltıları” proqramının müəllifi və aparıcısı olub. “Göndərmədiyim məktublar” adlı şeirlər və Məhəmməd Əmin Rəsulzadə və onun doğmalarının həyatından bəhs edən “Gecikmiş etiraf kimi...” kitabının müəllifidir.

Əlaqə üçün:

AZ 1001, Bakı, Mustafa Sübhi küç., 13
Tel/faks: 4921238, Mob.: (050) 4049113
http//: www.kitabklubu.org   
e-mail: kitabklubu@gmail.com
info@kitabklubu.org

Həbsxanalara kitablar hədiyyə olundu

Həbsxanalara kitablar hədiyyə olundu


Kitab Klubunun Həbsxanalara hər il olduğu kimi ənənəvi kitab hədiyyəsi

Noyabrın 22-də Bakı Kitab Klubu Ədliyyə nazirliyinin Penitesiar idarəsinə təmənnasız olaraq 600-dən artıq kitab təhvil verib. Cəzaçəkmə müəssisələrinin kitabxanaları üçün nəzərdə tutulan kitabların içində rus dilində rus və dünya ədəbiyyatı və texniki ədəbiyyat, Azərbaycan dilində isə Dünya Ədəbiyyatı Kitabxanasına daxil kitablar və müxtəlif janrlarda olan digər ədəbiyyatlar var idi.

Kitab Klubu ənənəvi olaraq hər ilin sonu cəzaçəkmə müəssisələrinə kitablar hədiyyə edir. 

“Sərvət” albomlar silsiləsi (36 adda)

“Sərvət” albomlar silsiləsi (36 adda)

 

“Sərvət” albomlar silsiləsi (36 adda)
Layihənin Rəhbəri: Çingiz Fərzəliyev

Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin əməkdaşlarının iştirakı ilə hazırlanan bu layihəyə təsviri sənət və qrafika sahəsində öz sözünü demiş dünya şöhrətli Azərbaycan rəssamlarının həyat və yaradıcılığı əks olunan 36 albom daxil edilib.
Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlar silsiləsindən olan bu kitablar Azərbaycan və ingilis dillərində təqdim olunur və sənətsevərlər, sənət adamları, rəssamlar və sənətşünaslar üçün nəzərdə tutulur. Nəfis bir seriyaya (36 adda) sahib olmaq istəyirsinizsə, buyurun...

“Şərq-Qərb” Nəşriyyat Evinin nəşrləri, 2013, 104 səh. (nəfis, tam rəngli)
Layihənin Rəhbəri: Çingiz Fərzəliyev

1. “Bəhruz Kəngərli” - rəngkarlıq qrafika
2. “Böyükağa Mirzəzadə” - rəngkarlıq qrafika səhnə tərtibatı
3. “Cavad Mircavadov” - rəngkarlıq qrafika
4. “Elbəy Rzaquliyev” - rəngkarlıq qrafika kino rəssamlığı
5. “Elçin Məmmədov” - qrafika rəngkarlıq teatr sənəti
6. “Ələkbər Rzaquliyev” - qrafika rəngkarlıq
7. “Elmira Şahtaxtinskaya” - qrafika rəngkarlıq plakat
8. “Əzim Əzimzadə” - rəngkarlıq qrafika
9. “Hüseyn Əliyev” - rəngkarlıq qrafika
10. “Kamil Əliyev” - xalça sənəti
11. “Lətif Kərimov” - xalça sənəti
12. “Maral Rəhmanzadə” - qrafika rəngkarlıq
13. “Mikayıl Abdullayev” - rəngkarlıq qrafika
14. “Nadir Əbdürrəhmanov” - rəngkarlıq qrafika
15. “Ömər Eldarov” - heykəltəraşlıq
16. “Oqtay Sadıqzadə” - rəngkarlıq qrafika
17. “Rasim Babayev” - rəngkarlıq qrafika
18. “Səttar Bəhlulzadə” - qrafika rəngkarlıq
19. “Tağı Tağıyev” - rəngkarlıq qrafika
20. “Tahir Salahov” - rəngkarlıq qrafika səhnə tərtibatı
21. “Tofiq Cavadov” - rəngkarlıq qrafika
22. “Toğrul Nərimanbəyov” - rəngkarlıq qrafika
23. “Vəcihə Səmədova” - rəngkarlıq qrafika
24. “Xalidə Səfərova” - rəngkarlıq qrafika
25. “Fuad Əbdürrəhmanov” - heykəltəraşlıq
26. “Calal Qaryağdı” - heykəltəraşlıq qrafika
27. “Mirəli Mirqasımov” - heykəltəraşlıq
28. “Tokay Məmmədov” - heykəltəraşlıq
29. “Fazil Nəcəfov” - heykəltəraşlıq qrafika
30. “Kamal Əhməd” - rəngkarlıq qrafika
31. “Rüstəm Mustafayev” - rəngkarlıq qrafika səhnə tərtibatı
32. “Reyhan Topçubaşova, İzzət Seyidova, Bədurə Əfqanlı” - rəngkarlıq qrafika teatr geyimi
33. “Qəzənfər Xalıqov, Salam Salamzadə, İsmayıl Axundov” - rəngkarlıq qrafika
34. “Sadıq Şərifzadə, Kazım Kazımzadə” - rəngkarlıq
35. “Zivər Məmmədova, Elmira Hüseynova, Həyat Abdullayeva” - heykəltəraşlıq
36. “Kamil Xanlarov, Baba Əliyev, Nəcəfqulu İsmayılov” - rəngkarlıq

 

Kitab-albomların satış məsələləri Bakı Kitab Klubuna aiddir..
Qiyməti:
Tək-tək - 15 AZN
Komplekt - 12 AZN (432 manat)

"National Heritage" art albums

"National Heritage" art albums

Best illustrated 36 albums of Azerbaijan Painting Art Schools representatives.

Kitab işinin inkişafında özünü fəal göstərən insanlar mükafatlandırıldı

Kitab işinin inkişafında özünü fəal göstərən insanlar mükafatlandırıldı

Kitab işinin inkişafında özünü fəal göstərən insanlar mükafatlandırıldı

Ənənəvi olaraq Bakı «Kitab Klubu» ilin sonunda kitab işi haqqında – yeni nəşrlər, yeni layihələr və s. barədə vaxtında mütəmadi yazan, televiziya və başqa media vasitələrində işıqlandıran, gördüyü işlərlə kitab aləminə töhvə verən, başqa sözlə Azərbaycanda kitab işinin inkişafında özünü fəal göstərən insanları seçərək onları mükafatlandırır.

Bu il də qiymətləndirmə «2014-cü ildə Azərbaycanda kitab işinin inkişafına verdiyi töhfəyə görə» nominasiyası üzrə keçirildi. Mükafatlandırma mərasimi bu gün, saat 15:00-da «Kitab Klubu»nun sərgi salonunda keçirildi. Bu il üçün mükafatı qazanmağa 4 nəfər nominant var idi. Mükafat alanlar bunlar oldular:

Nazlı İbisova (Mədəniyyət TV)
Yeganə Cansail (Region TV)
Fərid Kərimov (BakuMoz)
Qurban Məmmədli (KitaBaz)

Mükafatçılara klubun fəxri diplomları, maykaları və müxtəlif kitab hədiyyələri, AzadlıqRadiosundan özəl suvenirlər, başqa qiymətli* hədiyyələr təqdim olundu.

Gələn ildən başlayaraq, saytımızda www.kitabklubu.org yerləşdirilən yeni kitablar haqqında ən dolğun şərh və rəy göndərənlər ilin sonu mükafatlandırılacaq.

Əlavə məlumat üçün www.kitabklubu.org saytına baxın.
–––––––––––––––––––––––––––––––
Bu haqda başqa yazılar:
Kitab haqqında yazan jurnalistlər mükafatlandırıldı
http://www.azadliq.org/content/article/2258974.html




Məhbuslara Yeni il qabağı hədiyyə...

Məhbuslara Yeni il qabağı hədiyyə...


# YENİ İL SOVQATI #

Hər ilin sonu - ənənəvi olaraq ölkə həbsxanalarına kitablar hədiyyə edən Bakı Kitab Klubu bu dəfə də ənənəsindən geri qalmadı. 20.12.2014 tarixindә (bu gün) “Kitab Klubu” MMC tərəfindən AR Ədliyyə Nazirliyinin 3 saylı Şüvәlan istintaq tәcridxanasına tәmәnnasız olaraq kitablar tәqdim edilmişdir: Dünya Ədəbiyyatı Kitabxanası seriyası, Kitab Klubunun öz nəşrləri və köhnə (bukinist) kitablardan ibarət olan 4 bağlamada 200-ə yaxın kitab hədiyyə olundu.

Bakı. Filarmoniya Bağı. 06.05.2015

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mayın 6-da keçirdiyi kitab sərgi-yarmarkasından görüntülər:

Kitab Sərgi-Yarmarkası - 2015
Bakı. Filarmoniya Bağı. 06.05.2015

BKK / FOTOSESSIYA - https://www.facebook.com/media/set/?set=a.881672898565439.1073741838.601510713248327&type=1

 


DƏK Seriyasından növbəti 5 kitab çap olundu

DƏK Seriyasından növbəti 5 kitab çap olundu

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ *** DƏK Seriyasından növbəti yeni 4 kitab çap olundu. Qarşılayın !!! Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 109 kitab artıq nəşr olunub. Tomas Vulf. Seçilmiş əsərləri Samuel Bekket. Seçilmiş əsərləri Ərəb ədəbiyyatı antologiyası Latın Amerikası ədəbiyyatı antologiyası ________________________________________________________________ Tomas Vulf. Seçilmiş əsərləri Tomas Vulf 1900-cü il oktyabr ayının 3-də Şimali Karolina ştatının kurort şəhəri olan Aşvillada doğulmuşdur. Anasının sahib olduğu pansion şəraitində böyüyən Tomas Vulf artıq on beş yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. 1920-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra Vulf dramaturq olmaq istəyi ilə Harvard Universitetinə daxil olur. Buraya o, prof. P. Beykerin rəhbərlik etdiyi dramaturgiya üzrə seminarlarda fəal iştirak etmək məqsədilə gəlmişdi. Üç ildən sonra o özünün “Bizim şəhərə xoş gəlmişsiniz” və “Manner haus” pyeslərini Nyu-Yorka gətirir, lakin bunları tamaşaya qoymaq üçün prodüser tapmadığından arzusunu həyata keçirə bilmir. Yaxın dostuna çevrilən nəşriyyat direktoru M. Perkins əsərlərinin nəşr olunmasında ona xeyli kömək edir. Onun 1929-cu ildə qələmə aldığı “Mələk, öz evinə nəzər sal” avtobioqrafik romanı da həmin dostluğun nəticəsində işıq üzü görür. Bir müddət sonra o, Nyu-York Universitetində ingilis ədəbiyyatından dərs deməyə başlayır. Avropaya səyahət edən Vulf tənha həyat tərzi keçirir, ikinci romanını yazıb başa çatdırır. “Zaman və çay” haqqında (1935) romanında Yujin Qantın sonrakı həyatından bəhs edir. 1938-ci ilin yayında ABŞ-ın qərb sahillərinə səfəri zamanı o, pnevmoniya xəstəliyinə düçar olur. 1938-ci ilin sentyabr ayının 15-də vəfat edir. Kitaba müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib. “Şərq-Qərb”, ISBN 978-9952-32-130-2, 2015, 416 səh. Samuel Bekket. Seçilmiş əsərləri Tərcüməçi: Əyyub Qiyas Dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samuel Bekket dünya ədəbiyyatı tarixində daha çox Absurd Teatrının yaradıcısı kimi qalır. Ona ən böyük şöhrət gətirən əsəri isə dünya dramaturgiyası incilərindən biri olan "Qodonun intizarında" pyesidir. S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına ("Nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə") layiq görülüb. Müəllif əsərlərini ingilis və fransız dillərində yazıb yaratmışdır. Kitaba müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib. “Qafqaz” / “Şərq-Qərb” Nəşriyyat Evi, ISBN 978-9952-500-03-5, 2015, 352 səh. Ərəb ədəbiyyatı antologiyası Kitaba Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib. “Şərq-Qərb”, ISBN 978-9952-500-04-2, 2015, 320 səh. Latın Amerikası ədəbiyyatı antologiyası Kitaba Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib. “Şərq-Qərb”, ISBN 978-9952-500-06-6, 2015, 352 səh. Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub. DÜNYA ƏDƏBİYYATI KİTABXANASI Çapdan çıxmış kitablar | ardıcıllıqla 1 Anton Çexov, S/Əsərləri 2 Sədi Şirazi, S/Əsərləri 3 Homer, İliada 4 Homer, Odiseya 5 Uilyam Şekspir, S/Əsərləri 6 Jül Vern, S/Əsərləri 7 Aleksandr Puşkin, S/Əsərləri 8 Daniel Defo, Robinzon Kruzo 9 Lev Tolstoy, S/Əsərləri 1 cild 10 Yunus Əmrə, Əsərləri 11 İngilis ədəbiyyatı antologiyası 12 Nazim Hikmət, S/Əsərləri 13 Çingiz Aytmatov, S/Əsərləri 14 Knut Hamsun, S/Əsərləri 15 Conatan Svift, Quliverin səyahəti 16 Mayn Rid, S/Əsərləri 17 Mark Tven, S/Əsərləri 18 Orxan Pamuk, S/Əsərləri 19 Haynrix Böll, S/Əsərləri 20 Fyodor Dostoyevski, S/Əsərləri 1 cild 21 Erix Maria Remark, S/Əsərləri 22 Cek London, Martin İden 23 Fridrix Şiller, S/Əsərləri 24 Nikolay Qoqol, S/Əsərləri 25 Cerom Devid Selincer, S/Əsərləri 26 Per Lagerkvist, S/Əsərləri 27 Fyodor Dostoyevski, S/Əsərləri 2 cild 28 Viktor Hüqo, S/Əsərləri 1 cild 29 Jorji Amadu, S/Əsərləri 30 Alman antologiyası 31 Viktor Hüqo, S/Əsərləri 2 cild 32 Joze Saramaqo, S/Əsərləri 33 Fenimor Kuper, S/Əsərləri 34 Viktor Hüqo, S/Əsərləri 3 cild 35 Antik Əd. antologiyası 36 Frans Kafka, S/Əsərləri 37 Andrey Platonov, S/Əsərləri 38 Somerset Moem, S/Əsərləri 39 Stiven Kinq, S/Əsərləri 40 Xulio Kortasar, S/Əsərləri 41 Lev Tolstoy, S/Əsərləri 2 cild 42 Qabriel Qarsia Markes, S/Əsərləri 43 Herman Hesse, S/Əsərləri 44 Robert Stivenson, S/Əsərləri 45 Lev Tolstoy, S/Əsərləri 3 cild 46 Con Qolsuorsi, S/Əsərləri 47 Ernest Heminquey, S/Əsərləri 48 Lyuis Sinkler, S/Əsərləri 49 Corc Oruell, S/Əsərləri 50 Harold Pinter, S/Əsərləri 51 Gi de Mopassan, S/Əsərləri 52 İoqan Volfqan Gete, S/Əsərləri 53 Vladimir Nabokov, S/Əsərləri 54 Rabindranat Taqor, S/Əsərləri 55 Uilyam Qoldinq, S/Əsərləri 56 Lion Feytxvanger, S/Əsərləri 57 Con Maksvel Kutzee, S/Əsərləri 58 Uilyam Folkner, S/Əsərləri 59 Yasunari Kavabata, S/Əsərləri 60 Onore de Balzak, S/Əsərləri 61 Aleksandr Soljenitsın, S/Əsərləri 62 Stefan Sfeyq, S/Əsərləri 63 Con Apdayk, S/Əsərləri 64 Aqata Kristi, S/Əsərləri 65 Rus şeiri antologiyası 66 Mixail Bulqakov, S/Əsərləri 67 Fyodor Dostoyevski, S/Əsərləri 3 cild 68 Toni Morrison, S/Əsərləri 69 Nəcib Fazil Qısakürək, S/Əsərləri 70 Paulo Koelho, S/Əsərləri 71 İspan Ədəbiyyatı antologiyası 72 Tomas Eliot, S/Əsərləri 73 Stanislav Lem, S/Əsərləri 74 Herman Melvil, Mobi-dik 75 Con Milton, S/Əsərləri 76 O.Henri, S/Əsərləri 77 Oskar Uayld, S/Əsərləri 78 Prosper Merime, S/Əsərləri 79 Andre Morua, S/Əsərləri 80 Jorj Simenon, S/Əsərləri 81 Moris Meterlink, S/Əsərləri 82 Mixail Şoloxov, S/Əsərləri 83 İvan Bunin, S/Əsərləri 84 Redyard Kiplinq, S/Əsərləri 85 Valter Skott, Ayvənhəu 86 Artur Miller, S/Əsərləri 87 Ernest Seton-Tompson, S/Əsərləri 88 Migel de Servantes,“Lamançlı Don Kixot” 89 Henrix Mann, S/Əsərləri 90 Rus nəsri antologiyası 91 Nəcib Məhfuz, S/Əsərləri 92 Con Steynbek, S/Əsərləri 93 Jan Pol Sartr, S/Əsərləri 94 Fransız ədəb. antologiyası 95 Alber Kamü, S/Əsərləri 96 Dünya elmi-fantastik antologiya I cild 97 Dünya elmi-fantastik antologiya II cild 98 Dünya yazıçıları nağılları antologiyası 99 Fransuaza Saqan, S/Əsərləri 100 Fransua Rable, "Qarqantua və Pantaqruel" 101 Ayzek Azimov, S/Əsərləri 102 Xorxe Luis Borxes, S/Əsərləri 103 Corc Bernard Şou, S/Əsərləri 104 Dünya dramaturgiyası antologiyası. 1-ci cild 105 Migel Asturias, S/Əsərləri 106 Tomas Vulf, S/Əsərləri 107 Ərəb ədəbiyyatı antologiyası 108 Latın amerikası ədəb. antologiyası 109 Samuel Bekket, S/Əsərləri Bakı "Kitab Klubu" Ünvan: N.Aşurbəyova (Mustafa Subhi 13) Tel: + 994 12 4921238 ; + 994 12 5116186 Mob. + 994 50 4049113 ; + 994 55 6741138 Fax: + 994 12 4921238 E-mail: info@kitabklubu.org ; kitabklubu@gmail.com Web: www.kitabklubu.org Abunə yazılmaq istəyənlər üçün: http://kitabklubu.org/arxiv/dak-abune.htm ______________________________________________________

Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçirildi

Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçirildi

 

Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçirildi

Sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında) IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirildi.

Sərgidə çəkdiyimiz görüntülərə burda bax: https://www.facebook.com/media/set/?set=a.952070708192324.1073741840.601510713248327&type=3

DƏK seriyasından növbəti 15 kitab tərəfimizdən pərakəndə satışa çıxarıldı

DƏK seriyasından növbəti 15 kitab tərəfimizdən pərakəndə satışa çıxarıldı

Dekabrın 1-ndən etibarən "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından olan növbəti 15 kitab tərəfimizdən pərakəndə satışa çıxarılmışdır: 

Hər birinin qiyməti 10-12 AZN (həcmindən asılı olaraq)
Beləliklə, DƏK layihəsindən pərakəndə satışda olan kitabların sayı 100-ə çatdı.

1 Anton Çexov, S/Əsərləri
2 Sədi Şirazi, S/Əsərləri
3 Homer, İliada
4 Homer, Odiseya
5 Uilyam Şekspir, S/Əsərləri
6 Jül Vern, S/Əsərləri
7 Aleksandr Puşkin, S/Əsərləri
8 Daniel Defo, Robinzon Kruzo
9 Lev Tolstoy, S/Əsərləri 1 cild
10 Yunus Əmrə, Əsərləri
11 İngilis ədəbiyyatı antologiyası
12 Nazim Hikmət, S/Əsərləri
13 Çingiz Aytmatov, S/Əsərləri
14 Knut Hamsun, S/Əsərləri
15 Conatan Svift, Quliverin səyahəti
16 Mayn Rid, S/Əsərləri
17 Mark Tven, S/Əsərləri
18 Orxan Pamuk, S/Əsərləri
19 Haynrix Böll, S/Əsərləri
20 Fyodor Dostoyevski, S/Əsərləri 1 cild
21 Erix Maria Remark, S/Əsərləri
22 Cek London, Martin İden
23 Fridrix Şiller, S/Əsərləri
24 Nikolay Qoqol, S/Əsərləri
25 Cerom Devid Selincer, S/Əsərləri
26 Per Lagerkvist, S/Əsərləri
27 Fyodor Dostoyevski, S/Əsərləri 2 cild
28 Viktor Hüqo, S/Əsərləri 1 cild
29 Jorji Amadu, S/Əsərləri
30 Alman antologiyası
31 Viktor Hüqo, S/Əsərləri 2 cild
32 Joze Saramaqo, S/Əsərləri
33 Fenimor Kuper, S/Əsərləri
34 Viktor Hüqo, S/Əsərləri 3 cild
35 Antik Əd. antologiyası
36 Frans Kafka, S/Əsərləri
37 Andrey Platonov, S/Əsərləri
38 Somerset Moem, S/Əsərləri
39 Stiven Kinq, S/Əsərləri
40 Xulio Kortasar, S/Əsərləri
41 Lev Tolstoy, S/Əsərləri 2 cild
42 Qabriel Qarsia Markes, S/Əsərləri
43 Herman Hesse, S/Əsərləri
44 Robert Stivenson, S/Əsərləri
45 Lev Tolstoy, S/Əsərləri 3 cild
46 Con Qolsuorsi, S/Əsərləri
47 Ernest Heminquey, S/Əsərləri
48 Lyuis Sinkler, S/Əsərləri
49 Corc Oruell, S/Əsərləri
50 Harold Pinter, S/Əsərləri
51 Gi de Mopassan, S/Əsərləri
52 İoqan Volfqan Gete, S/Əsərləri
53 Vladimir Nabokov, S/Əsərləri
54 Rabindranat Taqor, S/Əsərləri
55 Uilyam Qoldinq, S/Əsərləri
56 Lion Feytxvanger, S/Əsərləri
57 Con Maksvel Kutzee, S/Əsərləri
58 Uilyam Folkner, S/Əsərləri
59 Yasunari Kavabata, S/Əsərləri
60 Onore de Balzak, S/Əsərləri
61 Aleksandr Soljenitsın, S/Əsərləri
62 Stefan Sfeyq, S/Əsərləri
63 Con Apdayk, S/Əsərləri
64 Aqata Kristi, S/Əsərləri
65 Rus şeiri antologiyası
66 Mixail Bulqakov, S/Əsərləri
67 Fyodor Dostoyevski, S/Əsərləri 3 cild
68 Toni Morrison, S/Əsərləri
69 Nəcib Fazil Qısakürək, S/Əsərləri
70 Paulo Koelho, S/Əsərləri
71 İspan Ədəbiyyatı antologiyası
72 Tomas Eliot, S/Əsərləri
73 Stanislav Lem, S/Əsərləri
74 Herman Melvil, Mobi-dik
75 Con Milton, S/Əsərləri
76 O.Henri, S/Əsərləri
77 Oskar Uayld, S/Əsərləri
78 Prosper Merime, S/Əsərləri
79 Andre Morua, S/Əsərləri
80 Jorj Simenon, S/Əsərləri
81 Moris Meterlink, S/Əsərləri
82 Mixail Şoloxov, S/Əsərləri
83 İvan Bunin, S/Əsərləri
84 Redyard Kiplinq, S/Əsərləri
85 Valter Skott, Ayvənhəu
86 Artur Miller, S/Əsərləri
87 Ernest Seton-Tompson, S/Əsərləri
88 Migel de Servantes,“Lamançlı Don Kixot”
89 Henrix Mann, S/Əsərləri
90 Rus nəsri antologiyası
91 Nəcib Məhfuz, S/Əsərləri
92 Con Steynbek, S/Əsərləri
93 Jan Pol Sartr, S/Əsərləri
94 Fransız ədəb. antologiyası
95 Alber Kamü, S/Əsərləri
96 Dünya elmi-fantastik antologiya I cild
97 Dünya elmi-fantastik antologiya II cild
98 Dünya yazıçıları nağılları antologiyası
99 Fransuaza Saqan, S/Əsərləri
100 Fransua Rable, "Qarqantua və Pantaqruel"
101 Ayzek Azimov, S/Əsərləri
102 Xorxe Luis Borxes, S/Əsərləri
103 Corc Bernard Şou, S/Əsərləri
104 Dünya dramaturgiyası antologiyası. 1-ci c.
105 Migel Asturias, S/Əsərləri
106 Tomas Vulf, S/Əsərləri
107 Ərəb ədəbiyyatı antologiyası
108 Latın amerikası ədəb. antologiyası
109 Samuel Bekket, S/Əsərləri
110 Antuan de Sent Ekzüperi, S/Əsərləri


Qeyd: Beləliklə DƏK layihəsindən ümumilikdə 100 kitab tərəfimizdən pərakəndə satışa çıxarılıb.

Daha ətraflı: http://kitabklubu.org/arxiv/dak-abune.htm

Ceyms Corc Frezer «Qızıl budaq»

Ceyms Corc Frezer «Qızıl budaq»

 

Ceyms Corc Frezer / «Qızıl budaq»


Kitab klubu bəşəriyyət tarixinin ən dəyərli kitablarından biri olan «Qızıl budaq» kitabını nəşr etməyi planlaşdırır.
 
Kitabın müəllifi şotland antropoloqu ser Ceyms Corc Frezerdir. Tərcüməçisi Yusif Rəhimoğludur.
Bu kitab
 
- qədimlərdən bəri yer üzündə olmuş və olan ən inanılmaz, ən qəribə, ən maraqlı adət-ənənələri təsvir
və bunların əsasında
- magiya, din və elm haqqında edilmiş fundamental fərziyyələr və çıxarılmış qlobal nəticələri əhatə edən köklü elmi-tədqiqat əsəridir.
Macəra ədəbiyyatı qədər maraqlı, dünyaya baxışınızı dəyişdirəcək qədər təsirlidir.
Kitabı hər şeylə maraqlanan həvəskar səviyyəsində oxuyub ləzzət almaq, tədqiqatçı səviyyəsində – əldə qələm – öyrənib, elmi fayda götürmək olar.
Adət-ənənələr, magiya, din və elmin yaranması ilə maraqlananlar və bu fenomenləri öyrənənlər – etnoqrafiya, filologiya, tarix … fakültələrinin tələbələri, magistrlər, aspirantlar, elmi işçilər üçün nəzərdə tutulub.
Yüz ildən artıqdır ki, «Qızıl budağa» olan tələbat azalmır və o, dövri olaraq nəşr edilir.
Əziz oxucu. İstəyimiz belə məzmunda kitabın sizi nə dərəcədə maraqlandırdığını öyrənməkdir. Verəcəyiniz hər səs (LİKE) kitabın nəşrini tezləşdirəcək və onun satış qiymətini aşağı salacaqdır. Uğurlu və xeyirli olsun.
 
Kitabda təsvir edilmiş yüzlərlə adətdən bir neçəsi ilə tanış olun:
Madam ki, kölgə insan və ya heyvanın həyati vacib hissəsidir, demək ona toxunma bəzi hallarda elə onların bədənlərinə toxunma qədər təhlükəli ola bilər. Buna görə də vəhşi adam hansı səbəbdənsə təhlükəli saydığı bəzi şəxslərin kölgələrindən bir qayda olaraq qaçınmağa çalışır. Bu cür insanlar sırasına o, bir qayda olaraq, ağıçıların hamısını, qadınları və xüsusən də qaynanasını aid edir. Şusvap hinduları inanırlar ki, ağıçının kölgəsi insanın üzərinə düşsə, o, dərhal azarlayar. Avstraliya aborigenlərinin kurnai qəbiləsində (Viktoriya) inisiasiya (kişiliyə qəbul,- tərc.) zamanı gəncləri xəbərdar edirlər ki, üzərlərinə qadın kölgəsi düşməməlidir, yoxsa onlar arıq, tənbəl və axmaq olarlar. Belə söyləyirlər ki, bir avstraliyalı aborigen ağac altında yatarkən ayaqlarına qaynanasının kölgəsi düşdüyünü biləndə az qalıb qorxudan ölsün. Vəhşi insanın qaynanasına münasibətindəki bu xurafatçı xof ən çox bəlli olan antropoloji faktlardan biridir. Yuin tayfalarında (Yeni Cənubi Uels) kişinin öz qaynanası ilə hər cür təmasına ciddi yasaq qoyulurdu. O, nəinki qaynanasına, ona tərəf belə baxa bilməzdi. Kişinin kölgəsi təsadüfən qaynanasının üzərinə düşürdüsə, bu, boşanma üçün bir əsas olurdu. Be halda ər arvadını buraxmalı, arvad isə öz ata evinə qayıtmalı idi. Yeni Britaniya sakinlərinin təxəyyülü kişinin təsadüfən öz qaynanası ilə danışmasının dərhal törədə biləcəyi fəlakətlərin miqyasını təsəvvür etməkdə acizdir; belə kişi üçün ən yaxşısı özünü öldürməkdir. Yeni Britaniya aborigenlərinin ən təntənəli andı belədir: “Ser, yalan deyirəmsə, qoy qaynanamla əl verib görüşməli olum.”
Qallaslarda qadın təsərrüfat qayğılarından usananda rabitəsiz sözlər danışmağa və özünü qəribə aparmağa başlayır. Bu onun əlamətidir ki, ona müqəddəs ruh Kallo nazil olmuşdur. Əri dərhal onun ayaqlarına düşür. Bundan belə kişi ona“arvadım” yox, “hökmdarım” kimi müraciət etməlidir. Daha qadın ev işlərinin qeydinə qalmır və hər bir buyruğu ilahi qanuna çevrilir.
Saçları qırxdırmaq zərurətə çevrilirsə, bu əməliyyat ilə bağlı riskləri minimuma endirmək üçün tədbirlər görülür. Fici adasındakı namosi tayfasının başçısı saçını qırxdırmaq zərurəti qarşısında qalanda, saçını qırxan adamı, hər ehtimala qarşı, yeyirmiş.
Malay cadugərliyinin, ocibveylərin cadugərliyini daha çox xatırladan başqa bir forması boş pətəkdən götürülmüş mumdan ayaq pəncəsi boyda oxşarın (kuklanın) düzəldilməsindən ibarətdir. Onun gözlərini çıxarın ­– düşməniniz kor olacaq; qarnını deşin –xəstələnəcək, başına iynə batırın – baş ağrıları başlanacaq, sinəsini deşin – xəstə düşəcək. Amma düşməndən biryolluq can qurtarmaq istəyirsinizsə neştəri elə sancın ki, kuklanın başından girib ayağından çıxsın, onu meyit kimi kəfənə bükün; üstündə cənazə duası oxuyun; yolun ortasında, qurbanınızın onu mütləq tapdalayacağı bir yerdə basdırın. Qanın boynunuzda qalmasını istəmirsinizsə belə deyin:
 
Onu mən basdırmıram,
Müqəddəs Qavriil (Cəbrayıl) basdırır.
(Xristianlarda ölüm mələyi kimi Əzrayıl deyil, Cəbrayıl qəbul edilir.)
 
Beləliklə, qətlin vəbalı mələk Cəbrayılın boynunda qalacaqdır ki, onun da bu məsuliyyət yükünü daşıması çətin olmayacaq.

Həbsxanalara... # YENİ İL SOVQATI #

Həbsxanalara... # YENİ İL SOVQATI #

 

# YENİ İL SOVQATI #

Hər ilin sonu - ənənəvi olaraq ölkə həbsxanalarına kitablar hədiyyə edən Bakı Kitab Klubu bu dəfə də ənənəsindən geri qalmaq istəmir. AR Ədliyyə Nazirliyinin 3 saylı Şüvәlan istintaq tәcridxanasına tәmәnnasız olaraq kitablar hazırlayıb: Dünya Ədəbiyyatı Kitabxanası seriyası, Kitab Klubunun öz nəşrləri və köhnə (bukinist) kitablardan ibarət olan 4 bağlamada 200-ə yaxın kitab...

Daha yazısını çap etdirə bilməyən qalmayacaq...

 

Daha yazısını çap etdirə bilməyən qalmayacaq... 

Diqqət: imzasını tanıtmaq istəyən bütün qələm sahiblərinin çap olunma çətinlikləri aradan götürülür! Belə ki, “Azərbaycan nəşrləri” jurnalı, kitabın maya dəyərinin artdığı, çapının bahalaşdığı və kitab alanların maliyyə imkanlarının azaldığı bir şəraitdə, ədəbi fəaliyyətın zəifləməsinin qarşısını almaq məqsədi ilə yeni formatda çap olunacaq.

Yeni formatın devizi “Ödənişdən qonorara”dır. Yəni hələ tanınmamış yazarların və tərcüməçilərin əsərləri səhifəhesabı ödənişlə (müəllif və ya onun əsərini təqdim edən tərəfindən) çap edilir və internet səhifəsindəki reytinq cədvəlinə daxil edilir. Sonra, yazıçının reytinqi artdıqca, növbəti əsərlərinin çapı üçün etdiyi ödəniş azalır, son nəticədə əsərləri jurnalda pulsuz çap edilir və kitabı nəşrə hazırlanır.

İstedadınıza və yaradıcılıq qabiliyyətinizə inanırsınızsa, bu imkandan yararlanıb yaradıcılıq aləmində varlığınızı təsdiq edin.

Əsərlərinizi göndərmək üçün yubanmadan aznesh2016@gmail.com e-mail ünvanına müraciət edin.

Müraciətinizə cavab olaraq “Azərbaycan nəşrləri” jurnalının yeni formatı, əsərlərin göndərilmə qaydaları və ödənişlə bağlı daha ətraflı məlumat alacaqsınız. 
http://kitabklubu.org/nesriyyat-xidmetleri.html

D.Ə.K. - Yeni 6 kitab

D.Ə.K. - Yeni 6 kitab

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:

Qarşılayın!... DƏK Seriyasından yeni (6 kitab) çap olundu!

1. Henrix Heyne, S/Əsərləri
2. Akutaqava Runoske, S/Əsərləri
3. Çarlz Dikkens, S/Əsərləri
4. Bertold Brext, S/Əsərləri
5. Skandinav adəb. antologiyası
6. Amerika ədəb. antologiyası

Beləliklə DƏK layihəsindən ümumilikdə 124 kitab çap olunub.
Yolunuzu gözləyirik...
---------------------------
Ünvanımız:

Təbriz küçəsi (keçmiş Çapayev), Tələt Şıxəliyev 14 
(Şuşa restoranının yaxınlığı / 4saylı poliklinika) Nərimanovla 28 mayın arası. (hər iki tərəfdən 5№li qırmızı BakuBus*-lar gəlir)
Əlaqə nömrələri: 012 489 84 69, 050 404 91 13