Əli Kərim. “Nə xoşbəxt imişəm bir zaman, Allah!”

Bu məhsula rəy verən ilk şəxs olun

man. 6,00
Məhsulun kodu 1451

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Əli Kərim
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8278-8-0
Səhifə: 384 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100

OR
 

Details

Əli Kərim. “Nə xoşbəxt imişəm bir zaman, Allah!”

XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olan Əli Kərimi ədəbiyyatımızda şimşək kimi tez çaxıb tez də sönən şairlər sırasına daxil etmək olar. Onun novator, hər cür pafosdan uzaq olan poeziyasının işığı, istisi heç zaman sönmədi, insanları sevməyə, sevilməyə, necə olursa-olsun həqiqətin yanında olmağa çağırdı. Əli Kərim 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaradaraq onu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.
Vaxtilə Rəsul Rza Əli Kərim haqqında yazmışdı: “Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özü¬nü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi... ”
Sizi bu yaradıcılıqla baş-başa buraxırıq...

Öz rəyinizi yazın

You're reviewing: Əli Kərim. “Nə xoşbəxt imişəm bir zaman, Allah!”

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.