Damazlıq Qızın Hekayəti

Bu məhsula rəy verən ilk şəxs olun

man. 10,00
Məhsulun kodu 1632

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Margaret Atwood
Dil: Azərbaycan
Nəşriyyat: Alatoran Yayınları
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 392 səh.
Format: 60×90 1/16 (150x220 мм)
Cildi: yumşaq
Tiraj: -

OR
 

Details

Damazlıq Qızın Əhvalatı (roman)
Margaret Atwood
(The Handmaids Tale) romanı Azərbaycan dilində

Margaret Eleanor Atwood 18 Noyabr 1939 doğumlu Kanadalı yazar, şair, tənqidçi, esseist və feministdir. Son illərin ən məşhur roman yazarları sırasında adı çəkilməkdədir. Arthur C. Clarke vı Prince of Asturias Ədəbiyyat mükafatlarını qazanmışdır. Eyni zamanda beş dəfə Booker Mükafatı siyahısında yer tutmuş və bir dəfə qazanmış və yeddi dəfə The Governor General’ın finalisti olmuş və iki dəfə qazanmışdır. Daha çox roman yazarı olaraq tanınmışdır. Eyni zamanda bu günə qədər 15 şeir kitabı yayınlanmışdır və bu sahədə də mükafatlar almışdır.

M. Atwoodun Booker mükafatına layiq görülmüş "Kör Qatil" (The Blind Assassin) adlı romanı 2015-ci ildə Alatoran Yayınlarında işıq üzü görmüşdür.

"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. "Unwomen" adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır... "Damazlıq Qızın Hekayəsi" romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə "Damazlıq Qızın Hekayəsi" mənəvi qatlarla zəngin olan bir əsərdir.

Öz rəyinizi yazın

You're reviewing: Damazlıq Qızın Hekayəti

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Qiyamət qopanda... (roman) Dördüncü Möhür (roman) Taleyin qisməti beləymiş yəqin : roman: (4 kitabda) Toy gecəsi (Romanlar) Müasir Suriya (roman)