Опрос-2006      

ARXİV >> Sorğu-2004 | Polls-2004 | Опрос-2004

Bakı Kitab Klubunun 2006-cı il iyul-avqust aylarında keçirdiyi sosioloji sorğunun yekunu

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ YF – Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kitab bazarının inkişafına yardım” layihəsi çərçivəsində Bakı şəhərində nəşriyyatlar, topdan və pərakəndə kitab satışı işçiləri və oxucular (əhali) arasında sorğu keçirilmişdir. Sorğunun əsas məqsədi ölkənin nəşriyyat işində və kitab bazarında olan meylləri və problemləri üzə çıxarmaq olmuşdur. Kitab Klubu 2004-cü ildə də belə bir sorğu keçirib. Əvvəlki və indiki sorğunun nəticələri ilə bu saytda (bax: yuxarı) tanış olmaq mümkündür.

Builki sorğunun nəticələri və ümumiləşdirmələr:

ƏHALİ ARASINDA APARILMIŞ SORĞU

Bakı "Kitab Klubu" əhalinin nəşr edilən kitablara münasibətini öyrənmək üçün Bakı şəhərinin Səbayel, Yasamal, Nərimanov, Xətai və Nizami rayonlarından olan təqribən 2000 respondent arasında şifahi sorğu keçirmişdir. “Siz son 1 il ərzində hər hansı bir kitab oxumusunuzmu?” sualına respondentlərdən 203 nəfəri müsbət cavab vermişdir. Sorğu anketindəki qalan suallar məhz bu 203 şəxsə verilmişdir.

Şərh:
Savadlı əhali ilə kitab oxuyan əhali arasında 2004-cü il sorğusu zamanı müəyyən edilmiş nisbət (10%) demək olar ki, dəyişməmişdir.

Sorğuda iştirak edənlərin 60 %-i qadın, 40 %-i kişi olub. Respondentlərin

30 %-i (60 nəfər)– 24 yaşa qədər,
25 %-i (51 nəfər)– 25-34,
16 %-i (32 nəfər)– 35-44,
20 %-i (41 nəfər)– 44-55,
4 %-i (8 nəfər) 55-65 yaş arasında
2
% (4 nəfər) 65 yaşdan yuxarı olub.
3
% (7 nəfər) isə bu suala cavab verməyib

 

Respondentlərin sosial vəziyyəti aşağıdakı kimi olub:

İş adamı – 56 nəfər
Qulluqçu – 47 nəfər
Tələbə – 33 nəfər
Evdar qadın – 20 nəfər
Xidmət sahəsində çalışan –16
İşsiz – 7 nəfər
Təqaüdçü – 6 nəfər
Fəhlə – 4 nəfər
Suala cavab verməyib - 14
 
 
 

Rəyi soruşulanların maddi vəziyyəti aşağıdakı kimi olub:

İstədiyim kitabı almağa imkanım çatır – 65 nəfər
Yalnız zəruri kitabları almağa imkanım çatır – 75 nəfər
Yalnız dərslik almağa imkanım çatır – 11 nəfər
Zəruri kitablar almağa pulum yoxdur – 43 nəfər
Cavab verməyib - 9

Şərh:
Diaqram 2-dən göründüyü kimi əhalinin yalnız 32 %-nin istədiyi kitabı almağa imkanı çatır. Qeyd edək ki, bu, 2004-cü ilin göstəricisindən 5 % çoxdur.
 

“Aşağıdakı nəşrlərdən hansını oxumusunuz?” sualına rəyi soruşulanların cavabları belə olmuşdur (suala bir neçə cavab - multicavab vermək olardı):

Bədii ədəbiyyat – 131 nəfər
Dini – 81 nəfər
Elmi və elmi kütləvi ədəbiyyat – 73 nəfər
Lüğət və ensiklopediyalar – 57 nəfər
Publisistika – 37 nəfər
Hüquq, iqtisadiyyat, menecment – 32 nəfər
Uşaq ədəbiyyatı – 19 nəfər
Başqa – 22 nəfər

Şərh:
Qeyd edək ki, 2004-cü ilin sorğusunda dini ədəbiyyat yalnız 6-cı yeri tuturdu.

Respondentlər “axırıncı dəfə nə vaxt kitab almısınız?” sualına aşağıdakı cavabları vermişlər:

 

1 ay əvvəl – 81 nəfər - 40%
6 ay əvvəl – 37 nəfər – 18%
1 il əvvəl – 40 nəfər – 20%
Almamışam – 16 nəfər – 8%
Başqa – 18 nəfər – 9%
Suala cavab verməyib - 11 nəfər – 5%

 

“Oxuduğunuz kitabları adətən necə əldə edirsiniz?” sualına respondentlərin multicavabları belə olmuşdur:

Kitab mağazalarından alıram – 129 nəfər
Dost-tanışdan götürürəm – 117 nəfər
Kütləvi kitabxanalardan və resurs mərkəzlərindən götürürəm – 59 nəfər
İnternetdə oxuyuram – 35 nəfər
Hədiyyə alıram –3 nəfər
Bukinistdən alıram-1 nəfər
TQDK-dan – 1 nəfər
İş yerindən - 1 nəfər

Şərh:
İnternetdə kitab oxuyanların sayı nəzərə çarpan dərəcədədir.
 

“Kitabı seçərkən hansı meyarlar sizin üçün vacibdir?” sualına alınan multicavablar:

Müəllifi – 106 nəfər –21%
Annotasiyası – 90 nəfər - 19
Adı – 87 nəfər - 18
Mündəricatı – 66 nəfər - 14
Qiyməti – 53 nəfər - 11
Tərtibatı – 41 nəfər - 8
KİV-də reklamı – 19 nəfər - 4
Nəşriyyat və ya mətbəə – 9 nəfər - 2
Başqa – 13 nəfər - 3

 

“Yeni kitablar haqqında məlumatı hansı yolla almaq istərdiniz?” sualına oxucuların multicavabları belə olmuşdur:

Kitab kataloqundan – 100 nəfər
İnternetdən – 81 nəfər
Televiziya – 73 nəfər
Qəzet – 43 nəfər
Reklam məktublari şəklində – 28 nəfər
Telefonla – 19 nəfər
Radio – 18 nəfər
Buklet -10
Başqa - 10

 



“Kitabı haradan almaq sizin üçün ən rahat olardı?”
sualına aşağıdakı multicavablar alınmışdır:

Kitab mağazasından – 153 nəfər
Evə gətirsəydilər – 54 nəfər
İşə gətirsəydilər – 50 nəfər
Bazarlıq etdiyim dükandan – 7 nəfər
Poçtdan – 4 nəfər
Başqa – 5 nəfər, o cümlədən yolüstü - 3


Şərh:
Oxucularin 40%-i kitabın işə və ya evə gətirilməsini istəyir.

Müsahibəçilərdən biri Nahidə xanım

TOPDAN VƏ PƏRAKƏNDƏ KİTAB SATIŞI İŞÇİLƏRİ ARASINDA APARILMIŞ SORĞU

Tədqiqat Bakı şəhərində kitab satışı ilə məşğul olan topdan və pərakəndə satış müəssisələrinin işçiləri arasında keçirilib. Müsahibələr 49 müəssisənin nümayəndələrindən götürülüb.

Respondentlərin– 41 nəfəri kişi (84 %-i), 8 nəfəri (16 %-i) isə qadın olub. Sorğu götürülmüş satış yerlərinin 17-si (35 %-i) dövlət müəssisəsi, 32-si (65 %-i) isə özəl müəssisədir.

Şərh:
2004-cü ilin göstəricilərinə əsasən satış müəssisələrinin yalnız 21 %-i dövlət statuslu idi. 2 ildə yeni dövlət müəssisələrinin meydana gəlməsi ağlabatan deyil, güman ki, dövlət müəssisələrinin nisbi artımı özəl müəssisələrin bağlanması hesabına baş verir.

Respondentlərin “aşağıdakılardan hansı sizin müəssisəni xarakterizə edir?” sualına cavabları aşağıdakı kimi olmuşdur:

Kitab üzrə ixtisaslaşmış mağaza – 21 yer – 43 %
Mağazada icarəyə götürülmüş yer – 15 yer – 31 %
Pərakəndə kitab lotoku – 13 yer – 26 %

Şərh:

Diaqram 1-dən görmək olur ki, satış yerlərinin çoxu (42 %-i) ixtisaslaşmış mağazalardır. Bu rəqəm 2 il əvvəl 50 % idi. Beləliklə,
2004-cü ilin göstəriciləri ilə müqayisədə ixtisaslaşmış mağazaların sayı bir qədər azalıb, icarə yerlərinin sayı isə artmışdır.

Sorğuda iştirak etmiş mağaza və ya müəssisələrin icarə götürdüyü yerin sahələri aşağıdakı kimi paylanıb:

2-6 m2 – 25 mağaza – 51 %
7-15 m2 – 9 mağaza – 18 %
16-50 m2 - 9 mağaza – 18 %
51-100 m2– 6 mağaza – 13 %

Şərh:
Diaqram 2-dən görmək olur ki, satış yerlərinin çoxu (55 %-i) 2-6 kv. metr sahəni tutur. Bu məsələdə ötən sorğudan bəri heç nə dəyişməmişdir. Əvvəlki kimi satış yerinin əksəriyyətində alıcılar kitabı vərəqləyib baxmağa belə çətinlik çəkirlər. Sorğu zamanı aşkar olunub ki, ən kiçik satış yeri 2, ən böyüyü isə 100 kv. metrdir.

“Sizin müəssisə neçə ildir ki, kitab satışı ilə məşğuldur?” sualını respondentlər belə cavablandırmışlar:

1-2 il – 5 nəfər
3-4 il – 10 nəfər
5-6 il – 12 nəfər
7 ildən çox – 22 nəfər (13 mağaza, 3 lotok)

Şərh:
İllər üzrə düzsək bu kitab satışı müəssisələrinin təqribən yarısının 1997-98-ci illərədək açıldığını görərik. Sonrakı illər kitab satışı üzrə uğursuz illər olub. Yeni satış yerlərinin açılışı ildən-ilə azalıb. 49 satış yerindən yalnız 5-nin 1-2 il əvvəl açıldığını qeyd etməsi bu meylin indi də davam etdiyini göstərir.

“Satışda neçə adda kitabınız var?” sualına cavablar

100-ə qədər – 11 – 23 %
101-300 – 8 – 16 %
301-500 – 5 – 10 %
500-dən çox – 25 – 51 %

Bu satış məntəqələrindən 15-i mağaza, 7-si icarəyə götürülmüş şöbə, 3-ü lotokdur. 500-dən çox cavabı verənin 11-nin sahəsi 15 m2-dan artıq, altısınınkı 10-15 m2, səkkizininki 3-8 m2-dir.

Şərh:
Satış yerlərində kitablar çox sıxdır, ona görə də oxucunun kitab seçməsi çox çətindir. O, belə satış müəssisələrindən yalnız haqqında məlumata malik olduğu kitabın olub-olmadığını soruşa bilər. Başqa sözlə kitab satışı müəssisələri yeni kitabların təbliğatçısı rolunu oynaya bilmir.

”Sizin müəssisədə əsasən hansı kitablar satılır?” sualına respondentlər aşağıdakı cavabları vermişlər:

Azərbaycanda və xaricdə nəşr olunan kitablar – 28 mağaza – 57 %
Yalnız Azərbaycanda nəşr olunan kitablar – 13 mağaza – 26 %
Yalnız xaricdə nəşr olunan kitablar – 8 mağaza – 16 %
 

“Siz satdığınız kitabları adətən necə əldə edirsiniz?” sualına respondentlər aşağıdakı multicavabları veriblər:

Topdansatış müəssisəsindən – 38 – 36%
Müəllifin özündən – 27 – 26%
Nəşriyyatlardan – 26 – 24,5%
İnternetlə – 7 – 6,5 %
Özüm gətirirəm – 4 – 4%
Özüm nəşr edirəm – 1- 1%
Evlərdən – 1 - 1%
Barter – 1 - 1%


Şərh:
Müəlliflərin öz kitablarını şəxsən satmağa məcbur olması meyli davam etməkdədir.

 

“Kitabları satışa götürərkən hansı şərtlərə üstünlük verirsiniz?” sualına respondentlərin cavabları:

Realizasiyaya götürməyə – 10 – 20 %
Nağda götürməyə – 2 – 4%
Həm realizasiyaya, həm də nağda götürməyə – 37 – 76%

“Satışda hansı janrdan olan kitablarınız var?“ sualına respondentlərin cavabları:
(bir neçə cavab vermək olardı)

Detektiv – 38 mağaza
Dərslik – 38 mağaza

Məhəbbət – 37 mağaza
Dini – 34 mağaza

Tibbi ədəbiyyat – 33 mağaza

Fəlsəfi ədəbiyyat – 31 mağaza

Fantastika – 27 mağaza

Elmi – kütləvi ədəbiyyat – 25 mağaza

İqtisadiyyatla bağlı ədəbiyyat – 23 mağaza

Texniki ədəbiyyat – 22 mağaza
Başqa – 26 mağaza

 

Şərh:
Sorğu zamanı aşkar olunmuşdur ki, hər hansı janr üzrə ixtisaslaşmış kitab mağazası yoxdur.

“Son üç ayda ən çox satdığınız üç Azərbaycan nəşrinin adını qeyd edin!” sualına satıcıların cavablarında daha çox adı çəkilən kitablar aşağıdakılardır:

1)     Azərbaycan nağılları – 8

2)     Az-İng və İng-Az lüğətləri - 8

3)     TQDK-nın testləri – 8

4)     TQDK-nın vəsaitləri – 7

5)     “Məktəbli kitabxanası” seriyası – 7

6)     Ç.Abdullayevin əsərləri – 7

7)     Cəlil Məmmədquluzadənin əsərləri – 5

8)     Qurani-kərim – 3

9)     Abituriyent jurnalı – 3

10)  Əliağa Vahidin əsərləri – 3

Şərh:
Ümumiyyətlə ötən sorğudan da bəlli idi ki, bu tipli suallara satıcılar çətinliklə cavab verirlər. Kitab adı çəkəndə onlar çox vaxt lüğətlər, testlər və s. cavablarını verirlər. Ona görə də cavablar ayrıca kitabdan daha çox kitab qruplarını əhatə edir.

“Sizin fikrinizcə əvvəlki illə müqayisədə bu il kitablara maraq azalıb yoxsa artıb?” sualına respondentlərin cavabları belə oldu:

Azalıb – 25 – 51 %

Artıb – 20 – 41 %
Bilmirəm – 4 – 8 %

 

 

  

“Satışa kitab götürərkən daha çox hansı meyarlara üstünlük verirsiniz?” sualına satıcıların cavabları belə olub
(Bu suala bir neçə cavab variantı mümkün idi)
:

Qiymətə – 29
Müəllifə – 28
Tərtibata – 21
Nəşriyyata – 16

Ada – 13

Mündəricata – 12

Annotasiyaya – 11
KİV-də reklamına – 9
Şəkillərinə – 9
Tələbata - 9

İntuisiyaya – 7

Başqa – 11

Şərh:
Əsas meyar müştərinin alıcılıq qabiliyyətidir. Eyni zamanda müəllif özünün aparıcı yerini saxlayır.

“Sizin fikrinizcə, yerli naşirlərin kitablarının satış səviyyəsini yüksəltmək üçün hansı tədbirləri görmək lazımdır?” sualına respondentlər aşağıdakı cavabları veriblər:

1) Kitabların üz qapağı və şəkillərin keyfiyyətini artırmaq, tərtibatını yaxşılaşdırmaq
2) Kitabların qiymətini azaltmaq
3) Reklamı artırmaq lazımdır

 “Sizdə hansı qiymətə olan kitablar daha çox satılır?” sualına satıcıların cavabları aşağıdakı kimidir:

 

1 manata qədər – 10 – 20 %
1­ - 2 manat – 17 – 36 %
2 - 4 manat – 10 – 20 %
4 manatdan yuxarı – 12 – 21 %

 

Şərh:
Alıcılıq qabiliyyəti hələ də çox aşağıdır.

“Kitab satıcılarının mənafeyini qoruyan təşkilata üzv olardınızmı?” sualına satıcıların cavabı:

Bəli – 25 nəfər – 51 %
Xeyr – 7 nəfər – 15 %
Bilmirəm – 17 nəfər – 34 %

Şərh:
Diaqram 11-dən görmək olur ki, satıcıların əksəriyyəti ­– 51 %-i onların mənafeyini qoruyan təşkilata üzv olmaq istərdilər. 

“Satışa götürdüyünüz kitabın qiymətindən neçə faiz güzəşt almaq istərdiniz?” Cavablar aşağıdakı qaydada paylanmışdır:

 

10-15 % – 11 nəfər
20 % – 9 nəfər
25-30 % – 20 nəfər
40-50 % – 7 nəfər
Başqa – 2 nəfər

 

Müsahibəçilərdən biri Mahizər xanım

NƏŞRİYYATLAR ARASINDA APARILMIŞ SORĞU

Sorğu Bakı şəhərində fəaliyyət göstərən 39 nəşriyyat müəssisəsinin işçiləri arasında keçirilib. Əvvəldən qeyd edirik ki, bu aktiv, yəni işləyən müəssisələrdir. Tədqiqatın nəticələrindən göründüyü kimi, sorğu götürülən nəşriyyat işçilərinin 5-i (13 %) qadınlar, 34-ü (87 %-i) isə kişilərdir. Qeyd edək ki, bu, ötən sorğuda da belə idi. Suallara cavab vermiş respondentlərin çox hissəsi nəşriyyat direktorlarıdır (24 nəfər və ya 64 %-i). Respondentlərin 2-si, yəni 5 %-i redaktor, qalan 12 nəfər (31 %-i) isə başqa nəşriyyat işçiləri olmuşdur. Sorğu götürülmüş nəşriyyatların 32-i, yəni 82 %-i özəl müəssisə, 7-i isə (18 %-i) dövlət müəssisəsidir.


“Sizin müəssisəniz sırf nəşriyyatdır, sırf mətbəədir, yoxsa mətbəəsi olan nəşriyyat?”
sualına cavablar:

 

Sırf nəşriyyatdır – 10 müəssisə
Sırf mətbəədir – 3 müəssisə
Mətbəəsi olan nəşriyyatdır – 26 müəssisə

 

“Sizin müəssisəniz hər il orta hesabla neçə adda kitab nəşr edir?”

 

20 ada qədər – 13 nəşriyyat
21-50 adda – 9 nəşriyyat
51-100 adda – 3 nəşriyyat
101-200 adda – 8 nəşriyyat
201-300 adda – 1 nəşriyyat
301- dən artıq - 1 (400-adda)
Suala cavab verməyib
– 4 nəşriyyat

 

Şərh:
Ən az kitab nəşr edən ildə 2 kitab nəşr edir.

“Nəşr etdiyiniz ən böyük və ən kiçik tirajı göstərin” təklifinə cavablar belə olmuşdur:

Ən böyük tiraj – 150 min,
Ən kiçik tiraj 50 ədəd.

Şərh:
Ən böyük tirajlı ədəbiyyat istisnasız olaraq dərsliklərdir.

Mətbəənin çap etdiyi minimal tirajlar içərisində ən çox rast gəlinən 300 və ya 500 olması kitabların əksəriyyətinin məhz bu tirajla buraxılmasını göstərmir (Kataloqla müqayisə et), bəlkə də mətbəənin rentabellik imkanını xarakterizə edir.


“Son bir il ərzində Sizin müəssisədə bu ədəbiyyatlardan hansıları nəşr olunub?” sualına nəşriyyatlar aşağıdakı cavabları vermişlər. Xatırladaq ki, bu cür suallara cavablar multicavab formasında olub:

Bədii ədəbiyyat – 36
Elmi və elmi-kütləvi ədəbiyyat – 27
Publisistika – 24
Lüğətlər və ensiklopediyalar – 20
Hüquq, iqtisadiyyat, menecment – 18
Uşaq ədəbiyyatı – 19
Dini – 5
Dərslik – 4

”Siz müəlliflərlə adətən hansı şərtlərlə işləyirsiniz?” sualına nəşriyyatlar belə cavab vermişlər:

 

Yalnız kitabın nəşrini (çapını) təşkil edirik – 4
Kitabın dizayn və redaktə işləri ilə bərabər nəşrini (çapını) təşkil edirik – 23
Kitabın nəşri (çapı) və digər işlərlə bərabər satışını da təşkil edirik – 10
Cavab verməyib – 2

 

 

“Sizcə yerli nəşriyyatların fəaliyyət səviyyəsini yüksəltmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır?” sualın cavabını naşirlər özləri vermişlər, yəni onlara qabaqcadan heç bir variant təklif edilməmişdi.

1) Müasir texniki avadanlıqların və mətbəə materiallarının alınması üçün əlverişli şərait yaradılmalıdır
2) Mətbəə və nəşriyyat kadrları, o cümlədən güclü texniki redaktorlar, bədii redaktorlar, korrektorlar hazırlanmalıdır
3) Nəşriyyatlara güzəştli kredit verilməlidir
4) Kitab satışı şəbəkəsi bərpa edilməlidir
5) Səriştəli marketinq işi təşkil edilməlidir
6) Naşirlər birliyi yaradılmalıdır.

“Sizcə Azərbaycanda nəşriyyat və gömrük haqqında qanunlarda düzəlişlərin edilməsinə ehtiyac varmı?” sualına aşağıdakı cavabları vermişlər:

Bəli – 25
Xeyr – 4
Bilmirəm – 7
Suala cavab verməyib – 3

 

 

“Əgər "bəli", onda siz hansı düzəlişlərin edilməsini istərdiniz?”

1) İdxal edilən kağıza, digər poliqrafik materiallara və mətbəə avadanlığına qoyulan vergi və rüsumlar ləğv olunsun və ya azaldılsın.
2) Nəşriyyatlara aşağı faizlə kreditlər verilməsi öz əksini tapsın

“Siz nəşriyyatların mənafeyini qoruyan təşkilata üzv olardınızmı?”

Bəli – 31 – 79 %
Xeyr – 5 – 13 %
Bilmirəm – 3 – 5 %

 

“Bazara çıxarmaq üçün öz xərcinizə kitab nəşr edirsinizmi?”

Bəli – 24 (61 %)
Xeyr – 15 (39 %)



“Nəşriyyatınızın reklamına pul xərcləyirsinizmi?”

Bəli – 21 (54 %)
Xeyr – 18 (46 %)

            

 

“Xərcləyirsinizsə nəyə xərcləyirsiniz?”
Multicavablar belədir:

Qəzetdə (jurnalda) reklama – 16
Televiziyada reklama – 6
Radioda reklama – 3
Buklet – 5
Başqa – 6, o cümlədən İnternet – 2, açıqca – 2, təqvim – 2.