Mətbuatdan sətirlər

Azərbaycan kitabları III Beynəlxalq kitab sərgisində nümayiş olunacaq
[10 Sentyabr 2008 12:27]


Bakı. Ülkər Qasımova-APA. Azərbaycan kitabları 8-10 oktyabr tarixlərində Aşqabadda keçiriləcək “Qızıl əsrin qızıl nəşrləri” adlı III Beynəlxalq kitab sərgisində nümayiş olunacaq. Bu barədə APA-ya Bakı “Kitab Klubu”nun direktoru Elxan Rzayev məlumat verib. Kitab Klubunun sərgidə iştirakı Türkmənistan Dövlət Nəşriyyat Xidmətinin dəvəti ilə reallaşacaq. E. Rzayev sərgidə hər cür ədəbiyyatın nümayişinin mümkün olduğunu deyib: “Bu sərgidə onlar üçün maraqlı olan kitabları təqdim edəcəyik. Uşaq ədəbiyyatı, bir neçə dərslik nümunəsinin sərgilənməsini nəzərdə tuturuq. Bunun üçün Heydər Əliyev Fonduna da müraciət etmişik”.
 


Azərbyacan Türkmənistanda keçiriləcək 3-cü beynəlxalq kitab sərgisində
təmsil olunacaq
11.09.2008


Lit.az xəbər verir ki, oktyabr ayının 8-10-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində dövlət başçısı Qurbanqulu Berdımuhəmmədovun təşəbbüsü ilə "Qızıl əsrin qızıl nəşrləri" adlı 3-cü beynəlxalq kitab sərgisi təşkil olunacaq. "Negus Expo İnternational" şirkətinin təşkil etdiyi sərgi ölkənin ən iri sərgi salonunda-"Sergi Qoşqi"də keçiriləcək. Tədbirdə ölkəmizi "Letterpress" nəşriyyatı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təmsil edəcəyi gözlənilir.


AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ III BEYNƏLXALQ AŞQABAD KİTAB-SATIŞ SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞLƏR


AzərTAc xəbər verir ki, oktyabrın 21-də Kitab Klubunda mətbuat konfransı keçirilmişdir.
Konfransda Aşqabadda keçirilən “Qızıl əsrin qızıl nəşrləri” adlı III Beynəlxalq kitab satış-sərgisinin yekunları barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Tükmənistan Dövlət Nəşriyyat xidməti tərəfindən təşkil olunan sərgiyə Azərbaycan nümayəndə heyəti də dəvət edilmişdir.
Kitab Klubunun direktoru Elxan Rzayev demişdir ki, oktyabrın 8-dən 10-dək Aşqabadın “Sərgi Köşgi” sarayında keçirilən beynəlxalq kitab-satış sərgisində 22 ölkədən 108 nümayəndə iştirak etmişdir.
Sərgidə Azərbaycan dilində 250-dən çox kitab nümayiş etdirilmişdir. Sərgini ziyarət edən türkmənistanlı kitabsevərlər azərbaycanlı müəlliflərin əsərlərinə daha böyük maraq göstərmişlər.
Sərgidə nümayiş etdirilən Azərbaycanın neft və neft strategiyası, tarixi şəxsiyyətləri, musiqisi, turizm ehtiyatları, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tarixi və elmi kitablar, ibtidai siniflər üçün dərs vəsaitləri böyük maraqla qarşılanmışdır.
E.Rzayev bildirmişdir ki, sərgi çərçivəsində türkmən ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının qardaş xalqın dilində qarşılıqlı nəşri, hər iki ölkə yazıçılarının yaradıcılıq əlaqələrinin qurulması barədə təkliflər irəli sürülmüş, əməkdaşlığın əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilmişdir.


Книжный клуб успешно презентовал свою коллекцию в Туркменистане
19:38|21/ 10/ 2008


БАКУ, 21 октября – «Новости-Азербайджан», Вугар Гасанов. Книжный клуб успешно презентовал свою коллекцию в Туркменистане, сообщил «Новости-Азербайджан» директор клуба Эльхан Рзаев.
«Мы представили туркменскому читателю более 250 книг рассказывающих о литературе и истории Азербайджана. Эта выставка оказалась для нас удачной, так как мы предложили сотрудничество с книжным клубам таких стран как Россия, США, Германия и Италия», - сказал Рзаев.
Директор также отметил, что выставка заинтересовала многих гостей мероприятия.
«Поверьте, что наша коллекция привлекла многих гостей, и среди них было много молодежи, что нас очень радует. Сейчас наш клуб пополняется новыми интересными книгами мировых писателей. Хотим оправдать наш девиз «Если хочешь, чтобы о твоей книге знал весь мир, принеси ее в наш клуб», - резюмировал директор.


“Azərbaycan bölməsi sərginin ən zəngin bölməsi idi”


“Mübaliğəsiz demək istəyirəm ki, Rusiyanı çıxmaqla Azərbaycan bölməsi sərginin ən zəngin bölməsi idi. Ümumilikdə Azərbaycan nümayəndə heyəti 250 addan çox kitab nümayiş etdirirdi. Bölmənin tərtib edilməsində I Aşqabad sərgisinin iştirakçısı olmuş Cabir bəy Əsədovun əməyini xüsusi qeyd etmək lazımdır”. Bu sözləri bu yaxınlarda Aşqabadda keçirilən “Qızıl əsrin qızıl nəşrləri” adlı III Beynəlxalq kitab satış-sərgisindən qayıdan Kitab Klubunun direktoru Elxan Rzayev bildirdi. Türkmənistanın Müstəqilliyi gününə həsr edilən oktyabrın 8-10- u arası baş tutan III Beynəlxalq kitab satış-sərgisi prezident Q.Berdımühəmmədovun sərəncamı ilə Türkmənistanın Dövlət Nəşriyyat Xidməti tərəfindən keçirilib. ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan və s. ölkələrin nümayəndələrinin iştirak etdiyi sərgidə ənənəvi olaraq nəşriyyatlarla yanaşı, mətbəələr, mətbəə avadanlığı və kağız istehsalçıları, müəlliflər iştirak edirdi. Sərgi barədə geniş məlumat verən E.Rzayevin sözlərinə görə sərgi xüsusi olaraq bu məqsədlə tikilmiş “Sərgi Köşgi” deyilən sarayda keçirilirdi. Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il sərgidə Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarıstan Milli kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Elmlər Akademiyası Kitabxanasından Səidə Rzayeva, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Letterpress” nəşriyyat-poliqrafiya müəssisəsinin rəhbəri Cabir Əsədov, Kitab klubunun direktoru Elxan Rzayev və tanınmış yazıçı Elçin Hüseynbəyli daxil idi. Elxan bəyin sözlərinə görə sərgidə iştirak edən Azərbaycan kitablarının mövzu spektri çox geniş idi. Neft və neft strategiyası, türkçülük, Azərbaycanın tarixi şəxsiyyətləri, musiqisi, görməli yerləri, Qarabağ münaqişəsi ilə əlaqədar kitablara, aşağı siniflər üçün dərs vəsaitlərinə böyük maraq var idi. Nümayəndə heyətimizin hər bir üzvünün ölkəmizin kitab işi sahəsində imkanlarını göstərmək üçün əllərindən gələni etdiklərini vurğulayan E.Rzayev qeyd etdi ki, sərginin, o cümlədən də Azərbaycan nümayəndə heyətinin işi Türkmənistan mətbuatı və televiziyasında geniş işıqlandırılırdı. Azərbaycan nümayəndə heyətinin üzvləri üç gün ərzində qəzetlərə, radio və televiziyaya üst-üstə 10-dan çox müsahibə veriblər.
“Ümumilikdə götürəndə Rusiya, ABŞ, Almaniya, İtaliya nümayəndələrinə əməkdaşlıq təklifləri etdik. Ən maraqla qarşılanan təklifimiz isə Türkmən ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının isə türkmən dilində nəşr edilməsi, türkmən və Azərbaycan müəlliflərinin yaradıcılıq əlaqələrinin genişləndirilməsi təklifi oldu. Ümid edirik ki, yaxın zamanlarda bu təklif əməli işlərə gətirəcəkdir”.
Bir qədər də sərginin mədəni proqramı və Aşqabad haqda danışan Elxan bəyin sözlərinə görə sərginin açılış günü nümayəndələrin Türkmənistanın ilk prezidenti, mərhum Saparmurad Türkmənbaşının ruhu məscidinin və Niyazovlar ailəsinin məqbərəsinin ziyarət etməsi ilə başladı. “Aşqabad zəlzələsi türkmən yaddaşından heç vaxt silinməyəcək bir hadisədir. Onun dəhşətini hiss etmək üçün Niyazovlar ailəsinin məqbərəsinə baş çəkmək kifayətdir. Mərhum prezidentin atası II dünya müharibəsində həlak olsa da, beş nəfərlik ailənin üç üzvü, Türkmənbaşının iki qardaşı və anası 1948-ci il zəlzələsində həlak olmuşdur. Bizi apardıqları “sağlamlıq yolunda” Türkmənistanın müstəqilliyi ilə bağlı ucaldılmış “Baş baydağın (bayrağın)” altında duran bir daşın üzərindəki qeyd isə zəlzələ zamanı 160 mindən artıq insanın həlak olduğundan xəbər verirdi”. Bu gün Aşqabad külün içərisindən yenidən doğulmuş simurq quşunu xatırladır deyən Elxan bəyin sözlərinə görə sovet dönəmində tikilmiş köhnə şəhər yeni şəhərlə davam edir. Binaların hamısı özünəməxsus memarlıq üslubundadır. “Öz tarixini yaddan çıxarmayan türkmən xalqı Oğuz xaqandan bu yana bütün böyük oğullarını böyük abidələrdə əbədiləşdirmişdir. Uşaq Kukla teatrı, Milli Kitabxana, Universitetin Fizika fakültəsi və s. elmi və mədəni mərkəzlər yeni tikilmiş möhtəşəm saraylarda yerləşir. Aşqabadda Disneylend də var. Yeni şəhərin küçələrinə, xüsusən də onların təmizliyinə söz ola bilməz”.
Sərginin yüksək səviyyədə təşkil olunduğu qənaətində olan E.Rzayev hesab edir ki, türkmən dilli kitablar 90-65 faiz Azərbaycan dilində anlaşılır. “Türkmən dilindən Azərbaycan dilinə tərcümə deyil, uyğunlaşdırma kifayət edər”.

Nərmin / Paritet / 23.10.2008


"Qızıl nəşrlər Aşqabadda"
 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində III Beynəlxalq kitab satış-sərgisi keçirilib. Həmsöhbətimiz sərgidə iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, Bakı Kitab Klubunun direktoru Elxan Rzayevdir.

- Elxan müəllim, necə oldu ki, Aşqabadda keçirilən sərgiyə dəvət aldınız?
- Bu ilin mayında XXI Tehran Beynəlxalq kitab sərgisində mən Türkmənistanın kitab bölməsini ziyarət etdim. Türkmənistan nümayəndə heyətinin başçısı bizim Kitab Klubunun bölməsinə baxmışdı. О vaxta qədər mən Türkmənistanın latın qrafikasına keçdiyindən xəbərsiz idim və türkmən dilində heç bir kitab oxumamışdım. Həmin vaxt türkmən dilində kitab oxumaq imkanım yarandı. Oxuduqlarımın 90-95 faizi sərbəst başa düşülür. Məndə belə qənaət yarandı ki, türkmən dilindən Azərbaycan dilinə tərcümə deyil, uyğunlaşdırma kifayət edər. Bu fikir ətrafında söhbətimiz oldu və onlar bildirdilər ki, artıq iki ildir Aşqabadda kitab sərgisi keçirilir. Sonra soruşdular ki, bizi Azərbaycana dəvət etsələr gələ bilərikmi? Mən məmnuniyyətlə - deyə cavab verdim.
- Sərgini hansı qurum keçirirdi?
- Sərginin adı "Qızıl əsrin qızıl nəşrləri" idi. Bu sərgi Türkmənistan Dövlət Nəşriyyat Xidməti tərəfindən keçirilirdi. Sentyabr ayının ortalarında təşkilatçılar tərəfindən faksla dəvət aldım. Bizi oktyabr ayının 8-10-u arasında Aşqabadda keçiriləcək, Türkmənistanın müstəqilliyi gününə həsr edilmiş III Beynəlxalq kitab satış-sərgisinə dəvət edirdilər. Deyim ki, bu sərgidə ənənəvi olaraq nəşriyyatlarla yanaşı, mətbəələr, avadanlıq və kağız istehsalçıları, müəlliflər də iştirak edirlər.
- Azərbaycandan başqa daha hansı ölkələr sərgiyə dəvətliydi?
- Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarıstan Milli Kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və s. ölkələrin nümayəndələri də iştirak edirdi. Qeyd edim ki, sərgi xüsusi olaraq bu məqsədlə tikilmiş "Sərgi Köşgi" deyilən sarayda keçirilirdi.
- Azərbaycan sərgidə necə təmsil olunmuşdu?
- Azərbaycan nümayəndə heyətinə Səidə Rzayeva (Azərbaycan Milli Elmlər Akademiyası Kitabxanası), Rafiq İsmayılov ("Altun Kitab" nəşriyyatı), Cabir Əsədov ("Letterpress" nəşriyyat-poliqrafiya müəssisəsi), Elxan Rzayev (Kitab Klubu) və tanınmış yazıçımız Elçin Hüseynbəyli daxil idi.
- Sərgidəki Azərbaycan bölməsi hansı təəssürat oyadırdı?
- Mübaliğəsiz demək istəyirəm ki, Rusiyadan sonra Azərbaycan bölməsi sərginin an zəngin bölməsi idi. Azərbaycan nümayəndə heyəti 250 addan çox kitab nümayiş etdirirdi. Bölmənin tərtib edilməsində I Aşqabad sərgisinin iştirakçısı olmuş Cabir Əsədovun əməyini xüsusi qeyd etmək lazımdır. Kitabların mövzu spektri çox geniş idi. Neft və neft strategiyası, türkçülük, Azərbaycanın tarixi şəxsiyyətləri, musiqisi, görməli yerləri, Qarabağ münaqişəsi ilə əlaqədar kitablara, aşağı siniflər üçün dərs vəsaitlərinə böyük maraq var idi. Nümayəndə heyətimizin hər bir üzvü ölkəmizin kitab işi sahəsində imkanlarını gostərmək üçün əllərindən gələni edirdi. Səidə xanım əsasən Türkmənistan Elmlər Akademiyası Kitabxanası ilə işləyir, Cabir müəllim nəşriyyat və poliqrafiya müəssisələrinin nüma-yəndələri ilə əlaqələr yaradır, Rafiq İsmayılov sərgi çərçivəsində keçirilən seminar və müzakirələrdə iştirak edir, Elçin Hüseynbəyli Türkmənistanın və digər ölkələrin yazarları ilə yaradıcılıq əlaqələri qurur, mən isə bölməmizlə maraqlananlara kitablar və Azərbaycanda kitab işi haqqında geniş məlumat verməyə çalışırdım. Bildirmək istəyirəm ki, sərginin, о cümlədən də Azərbaycan nümayəndə heyətinin işi Türkmənistan kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı. Azərbaycan nümayəndə heyətinin üzvləri üç gün ərzində qəzetlərə, radio və televiziyaya 10-dan çox müsahibə vermişlər...
- Sərgidə qarşılıqlı əlaqələrlə bağlı nə etdiniz?
- Rusiya, ABŞ, Almaniya, İtaliya nümayəndələrinə əməkdaşlıq təklifləri etmişik. Ən maraqla qarşılanan türkmən ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının isə türkmən dilində nəşr edilməsi, türkmən və Azərbaycan müəlliflərinin yaradıcılıq əlaqələrinin genişləndirilməsi təklifimiz olmuşdur.
- Yəqin ki, türkmənlərlə ortaq mədəniyyətə, dil yaxınlığına malik olmağımız bu cur layihələrin gerçəkləşməsinə kömək edər...
- Onlar da latın əlifbasına keçdiklərindən kitab sahəsində əməkdaşlıq çətin deyil. Kök etibarı ilə yaxın xalqlarıq. Orada bizim kifayət qədər mütəxəssislərimiz işləyib və türkmənlər bizim haqqımızda yaxşı məlumata malikdirlər. Bizim musiqini çox sevirlər.
- Тəсrübə baxımından bu sərgi nə verdi?
- Poliqrafik göstəricilərə görə bizim kitablar dünya səviyyəsindədir. Türkmənlər bu sahədə bir qədər geri qalırlar. Onlarda kitabın üz qabığını milli ornamentlərlə bəzədilməsinə, ekzotik görünüşə üstünlük verilir. Rusiya təcrübəsi isə daha yenilikçidir. Onların musiqi və uşaq ədəbiyyatı ilə bağlı kitabları çeşid və tərtibat baxımından diqqəti cəlb edir. Çap məhsullarında maraqlı bir metoddan da istifadə edirlər. Məsələn, İspaniyada çap olunmuş bir kitabın nəşr hüququnu hazır dazakl tərtibatı ilə birlikdə alırlar. Sadəcə, mətn rusca qoyulur. Bu metodla kitabın nəşri xeyli ucuzlaşır. Və yaxud müasir marketinqin brendləşdirmə üsulundan da bəhrələnirlər. Tutaq ki, Disneyin bir nağıl kitab şəklində çap edilir. Onun kəsmə fiqurlarla variantı da hazırlanır. Sonra nağılın CD formasına keçirlər. Daha sonra nağılın personajlarının kuklası satışa çıxır, geyimlərdə, nişanlarda görünür. Bu, brendləşdirmədir.

Sabutay / Mədəniyyət qəzeti / 25 oktyabr 2008 ci il