Mətbuatdan sətirlər

Məşədi İbadın işi indi "ingiliscədir"
ÜZEYİR HACIBƏYOVUN MƏŞHUR ƏSƏRİNİN İNGİLİS DİLİNƏ
TƏRCÜMƏSİ NƏŞR OLUNUB

Dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə “Məşədi İbad” ("O olmasın, bu olsun ") musiqili komediyasının ingiliscə versiyası dünən Kitab Klubunun sərgi salonunda ictimaiyyətin müzakirəsinə verildi. Əsərin tərcüməçisi Seyran Ağabəyov bundan əvvəl S. Vurğunun "Vaqif " dramının və U. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının ingiliscəyə tərcüməsini nəşr etdirib. Kitabda musiqili komediyanın librettosu həm Azərbaycan, həm də ingilis dilində verilib. Notlar ayrıca bölmələrdə yerləşdirilİb, ariyalar və mahnılar hər iki dildə təqdim olunub. Bundan başqa, kitabda "O olmasın, bu olsun" filmindən və əsərin Musiqili Komediya Teatrında gedən tamaşalarından şəkillər verilib. Həmçinin Ü. Hacıbəyovun həyat və yaradıcılığı haqda Azərbaycan Dövlət Film Muzeyinin direktoru A. Kazımzadənin hazırladığı yazı kitaba daxil edilib. Kitabın musiqi redaktoru görkəmli bəstəkar Vasif Adıgözəlovdur.
Dörd pərdəli "Məşədi İbad " musiqili komediyasının ingilis dilində nəşrinin təqdimat mərasimində Kitab Klubunun direktoru Elxan Rzayev çıxış edərək, Ü. Hacıbəyovun Azərbaycan xalqının milli-mədəni şüurunun formalaşmasında böyük rol oynadığını bildirdi: "Biz gözümüzü açıb "Arşın mal alan"ı, "Məşədi İbad"ı görmüşük, Üzeyir irsini öyrənmişik. Onun yaratdığı, əsərlərində işlətdiyi bir çox "qanadlı ifadələr" bu gün xalq arasında zərb-məsələ çevrilib". E. Rzayev əsərin tərcüməçisinin işləri haqda tədbir iştirakçılarına ətraflı məlumat verdi, ingiliscə versiyasını gələcəkdə daha nəfis şəkildə nəşr edəcəklərini açıqladı: "Partituralarda mahnı və ariyalar iki dildə verildiyi üçün istənilən ingilisdilli teatr bu əsəri səhnələşdirə bilər ".
Tərcüməçi S. Ağabəyov Üzeyir Hacıbəyov sənətinə vurğunluğunun atasının təsiri ilə yarandığını söylədi: "Atam Sə-nan Ağabəyov Musiqili Komediya Teatrının səhnəsində Üzeyir bəyin əsərlərində oynayırdı və onun məşqlərini izləyə-izləyə məndə böyük bəstəkarın yaradıcılığına sonsuz rəğbət hissi oyandı ". S. Ağabəyov Azərbaycan mədəniyyətinin incilərinin dünyaya çatdırılması arzusunda olduğunu qeyd etdİ. Tərcüməçi iş prosesində Ü. Hacıbəyovun Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun, xalq artisti Lütfiyar İmanovun, redaktor Sədulla Babayevin ona ciddi köməklik göstərdiklərini vurğuladı.

Rəna "525-ci qazet" 14.09.2005


"МЕШАДИ ИБАД" ПЕРЕВЕДЕН НА АНГЛИЙСКИЙ

В связи со 120-летним юбилеем великого азербайджанского композитора Узеира Гаджибекова Бакинский книжный клуб издал его бессмертную оперетту "Не та, так эта" в переводе на английский язык.
Презентация книги "Mashadi Ibad" прошла в выставочном салоне книжного клуба.
Издание содержит в себе либретто на азербайджанском и английском языках и партитуру, снабженную текстом арий и песен на двух языках. Книга проиллюстрирована фотоматериалами из кинофильма "Не та, так эта" и одноименной оперетты в постановке Театра музыкальной комедии.
Переводчик издания Сейран Агабеков рассказал, что это уже третья книга, посвященная азербайджанской культуре, которую он перевел на английский язык. Первой была драма Самеда Вургуна "Вагиф", на ее перевод ушло целых 5 лет. Вторая - издание, посвященное 90-летию произведения Узеира Гаджибекова "Аршин мал алан".
А работа над изданием "Mashadi Ibad" велась два года. По словам С.Агабекова, перевод либретто дался ему очень легко, а вот работа над ариями с нотами оказалась достаточно сложной, но необходимой. На вопрос, почему он не захотел, чтобы книга была напечатана в Англии, переводчик ответил: "Долгое сотрудничество привело меня к выводу, что иностранцы не так понимают наши традиции, обычаи, национальный колорит, и чтобы достичь нужного эффекта, готовить и печатать книги нужно на родине создателя произведений".

АМАЛЬ "Zerkalo" 15.09.2005


Kitab Klubu “Mashadi Ibad” kitabının təqdimat mərasimini keçirdi
Kitab dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə töhfədir

Bu günlərdə Kitab Klubu dahi bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (Mashadi Ibad) musiqili komediyasının ingilis dilinə tərcümə olunmuş kitabını nəşr etdirib. Kitabın tərtibatçısı Səməd Vurğunun "Vaqif" dramının və Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının tərcüməçisi Seyran Ağabəyovdur.
Bununla bağlı Kitab Klubunda "Mashadi Ibad" kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Kitab Klubunun direktoru Elxan Rzayev açaraq bildirdi ki, kitab Üzeyirsevərlər üçün bir töhfədir. Elxan Rzayev onu da qeyd etdi ki. kitabda musiqili komediyanın librettosu həm Azərbaycan, həm də ingilis dilində verilib. Notlar ayrıca bölmədə yerləşdirilərək ariyalar və mahnılar onların üzərinə Azərbaycan və ingilis dillərində yazılıb. Bundan başqa "O olmasın, bu olsun" filmindən və Musiqili Komediya Teatrında gedən tamaşalardan şəkillər də kitaba əlavə olunub.
Tədbirdə çıxış edən kitabın tərcüməçisi Seyran Ağabəyov vurğuladı ki, hələ uşaqlıqdan dahi sənətkarın əsərlərinə rəğbət bəsləmişdir. Bəlkə də bu əsərləri belə sevməsinin səbəbkarlarından biri də atası aktyor Sənan Ağabəyov olmuşdur. “Mən atamın evdə və teatrda bir çox rolları, Əsgəri, Sərvəri və s. məşq etdiyinin şahidi olmuşdum. Sonralar mən xarici dili özümə ixtisas seçəndən sonra qarşıma belə bir məqsəd qoydum ki, klassiklərimizin əsərlərini dünya xalqlarına tanıdım. Adətən bizim tərcüməçilər xarici dildən kitabları ana dilimizə çevirir, onların mədəniyyəti ilə bizləri yaxından tanış edir. Bizim mədəniyyətimiz elə zəngin və gözəldir ki, dünya ictimaiyyəti bixəbər qalmamalıdır. Bu kitabın redaktoru kimi Səyidulla Babayev ingiliscədən tərcümədə mənə yardımçı olub, musiqi redaktoru isə sevimli bəstəkarımız Vasif Adıgözəlovdur" deyə Sənan Ağabəyov əlavə etdi.

TURANƏ "Yeni Azərbaycan" 16.09.2005


Мешади Ибад заговорит по-английски

Наследие великого азербайджанского композитора, публициста Узеира Гаджибекова, помимо своей бесценности, неисчерпаемо. Об этом красноречиво свидетельствует тот факт, что и по сей день его творения используются и перерабатываются, прославляют Азербайджан далеко за его пределами. Посредники между прошлым и будущим, эти произведения являются хранителями древних традиций и обычаев нашего народа, а потому играют не последнюю роль в создании международного авторитета страны.
Знаменательным в этом смысле стало издание ко дню 120-тилетия со дня рождения Узеир бека оперетты "Не та, так эта" в переводе на английский язык. А взялся за такое непростое дело ведущий педагог английского языка университета "Азербайджан" Сейран Агабeков.
Презентация книги состоялась 14 сентября в Выставочном салоне Бакинского Книжного клуба. Будучи сыном немало известного актера Санана Агабекова, воплотившего в свое время па сцене Театра музыкальной комедии, где он был солистом, образы Меджнуна, Кярама, Аскера ("Аршин мал алан"), Сарвара (“Машади Ибад”) и др., Сейран с детства слышал в его исполнении песни из этих оперетт. Позже он определился в выборе профессии и поступил в Институт иностранных языков. Именно тогда у него и возникла идея перевести бессмертные произведения У. Гаджибекова и других корифеев Азербайджана с целью познакомить иностранного читателя с произведениями наших писателей, а через эти произведения - и с жизнью, бытом нашего народа, а также доказать миру, что и у нас есть классики, имена которых достойны быть упомянутыми, наравне с Шекспиром, Байроном и др. Свою переводческую деятельность С. Агабеков начал с работы над драмой Самеда Вургуна “Вагиф”. Перевод получился настолько же великолепным, как перевод “Евгения Онегина” самим С. Вургуном. Далее появилось первое издание "Аршин мал алан" на английском языке, осуществленное группой добровольцев. Второе издание книга взяло на себя Министерство культуры Азербайджана.
Книга “Маshadi Ibad” содержит либретто на азербайджанском и английском языках. Партитура также снабжена текстом арий и песен на обоих языках. Все это оживлено фотоматериалами из кинофильма "Не та, так эта" и одноименной оперетты в постановке Театра музыкальной комедии. Музыкальным редактором книги является Васиф Адыгезалов.
Тот факт, что книга издана на самом распространенном на сегодняшний день языке мира открывает ей доступ к широкой публике. По словам С. Агабекова, определенное количество экземпляров уже направлена в соседние страны. У нас же книгу можно приобрести в книжных магазинах и Бакинском Книжном клубе. Ожидается появление ее и на страницах Интернета.
Что касается оформления книги, то качество издания далеко не самое лучшее. Тонкий переплет и написанные от руки, а затем сканированные ноты не особенно вдохновляют читателей. Однако директор Книжного клуба Эльхан Рзаев заверил, что в скором времени будет выпущено второе усовершенствованное издание.

Нармина "Обозреватель" 16.09.2005


Dahi bəstəkar Üzeyir Hacıbəyovun "Мəşədi İbad" komediyasının librettosu ingilis dilində çap olunub.

 

Dahi bəstəkar Üzeyir Hacıbəyovun "Мəşədi İbad" komediyasının librettosu ingilis dilində çap olunub. Kitab klubunun direktoru Elxan Rzayevin açıqlamalarına görə, nəşr dahi bəstəkarın 120 illik yubileyi ilə əlaqədar işıq üzü görüb. Kitab ingilis dili ilə yanaşi, Azərbaycan dilində də çap olunub. E. Rzayevin sözlərinə görə, komediyanın ingilis dilində çap olunmasında əsas məqsəd, ingilis dilli teatrların bu əsəri səhnələşdirməsinə nail olmaqdır. Nəzərinizə çatdırırıq ki, əsəri ingilis dilinə Azərbaycan Universitetinin müəllimi Seyran Ağabəyov çevirib.

"Super-Market +TV" 17.09.2005


Üzeyir Hacıbəyov - 120

Kitab Klubu dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun 120 illik yubileyi münasibəti ilə “O olmasın, bu olsun” musiqili komediyasının ingilis dilinə tərcüməsini nəşr etdirmişdir. Tərcüməçi S. Vurğunun “Vaqif” dramının və Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının tərcüməçisi Seyran Sənan oğlu Ağabəyovdur.
Kitabda musiqili komediyanın librettosu həm Azərbaycan, həm də ingilis dilində verilmişdir. Notlar ayrıca bölmədə yerləşdirilmiş, ariyalar və mahnılar onların üzərinə Azərbaycan və ingilis dillərində yazılmışdır. Bundan başqa, kitabda “O olmasın, bu olsun” Musiqili Komediya Teatrında gedən tamaşalardan şəkillər verilmişdir.
Sentyabrın 14-də təqdimatı keçirilmiş bu kitab böyük Üzeyir bəyin 120 illik yubileyinə ən yaxşı töhfədir.

Sevil RÜSTƏMOVA" Pillələr" 22.09.2005