Loading

Bakı «Kitab klubu» yeni kampaniyaya başlayır!  new

 

Dünya Ədəbiyyatı Kitabxanası Seriyasının sayı 79 oldu

 

Nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16  17  18  19  20  21  22  23  24  25

 

Ən son nəşrlər

 

 

Nəşrə hazırlayan: Mehmet Rıhtım


"Evliya Çələbi səyahətnaməsində Azərbaycan"


(azərbaycan türkcəsinə uyğunlaşdıran: Minaxanım Təkləli)

Görkəmli türk səyyahı Evliya Çələbinin Azərbaycana olan səfərləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər öz yerini tutur. Evliya Çələbi xatirələrinin işığında Orta əsr Azərbaycan xanlıqlarının tam arealı və onların regional siyasətə təsirini bərpa etmək mümkün olur.

"Nurlar" NPM, QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTU
2012, 296 səh., tam rəngli, şəkilli, nəfis nəşr. format 21x28, qalın və nazik cild

 

 

 

 Qiyməti: Qalın cild - 28.00 manat

 

 

 

 

 

 

Brayan Treysi


Bəhanələrə yox! Daxili intizamın gücü

 

 

(tərcümə: Aqil Hacıyev)

Daxili intizam xüsusiyyətlərinə yiyələndikdən sonra siz, təbiət qüvvəsi kimi qarşısıalınmaz olacaqsınız. Bir daha inkişaf etmədiyinizə görə bəhanələr gətirməyəcəksiniz. Cəmisi bir neçə ay ərzində adi insanların bütün ömürləri boyu əldə etdiyindən daha çox nailiyyət əldə edəcəksiniz.
"Nurlar”, 2013, 264 səh.

 

 

 Qiyməti: 6.00 manat

 

 

V.Məmmədəliyev, V.Qaradağlı, T.Məlikov


Azərbaycanca-ərəbcə lüğət


İstər tərtib prinsipi, istər həcmi, istərsə də əhatəliliyi baxımından Azərbaycan ərəbşünaslığı tarixində ilk təşəbbüs olan bu irihəcmli lüğətdən ərəb dilini öyrənən hər bir kəs-orta məktəb şagirdləri, ali məktəb tələbələri, magistrantlar, doktorantlar, ərəb dili müəllimləri, tərcüməçilər, ərəb dilini müstəqil öyrənmək istəyən hər bir şəxs, habelə Azərbaycan dili ilə maraqlanan hər bir ərəbdilli əcnəbi istifadə edib bəhrələnə bilər. Lüğətə 35 mindən artıq leksik vahid daxil edilib.
2012, 536 səh.,

 

 

 Qiyməti: 25.00 manat


Исахан Исаханлы


Незадаром ему мигнули очи – Есенин в Баку


В книге подробно исследован «бакинский период» жизни и творчества гениального русского поэта Сергея Есенина. Выявлены новые страницы, связанные с его жизнью в Баку, представлены интересные материалы, освещающие отдельные, неосвещенные страницы «бакинского периода» творчества поэта. В книге также представлены интересные фотографии, относительно жизни поэта в Баку, некоторые из которых впервые появляются в печати. В конце книги собраны стихи азербайджанских авторов, посвященные Есенину в различное время, а также дается точный перечень произведений Есенина, переведенных на азербайджанский язык.
2012, 373 стр.
 

 Qiyməti: 10.00 manat

 

 

Səriyyə Müslümqızı


Xocalı uşaqları- qan içində qar çiçəyi

 

 

(azərbaycan, rus və ingilis dillərində)


Səriyyə Müslümqızı çağdaş ədəbiyyatımızın tanınmış simalarından biridir. Onun Xocalı faciəsi fonunda yazdığı bu əsər Qarabağ boyda bir ağrısı olan vətənpərvər yazıçı ürəyinin qanı ilə yoğrulub.

2013, 120 səh.
 

 Qiyməti: 10.00 manat


Den Braun


Rəqəmsal qala (roman)


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sürlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunub. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir. Beləcə, bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyini məlumat bankının müdafiə proqramlarını dağıdır...

2012, 544 səh.,
 

 Qiyməti: 9.00 manat


Könül Ordubadi


Yeddi payız yarpağı (Şeirlər)


İstedadlı qələm adamı Könül Ordubadi Azərbaycan poeziyasının gənc nəslinə mənsubdur. İlk poetik toplunun və bir nəsr əsərinin müəllifi olan Könül Ordubadi “Şəhriyar” Ədəbi-mədəni cəmiyyətinin üzvüdür, bir sıra poeziya festivallarında iştirak edib, mükafatlara layiq görülüb. Ədəbi uğurlarına görə o, bu yaxınlarda Rusiya Yazıçılar İttifaqının Çexov medalı ilə təltif edilib. Bu, müəllifin oxucularla 4-cü görüşüdür. Mövzusuna və ruhuna görə, kitab yeddi bölməyə (“yarpaq”) ayrılıb.
“Kitab Klubu”, 2013, 172 səh.

 

 

 Qiyməti: 4.00 manat

 

 

 

Adıgözəl Məmmədov


Kremldəki türk agenti Beriya- 0029 saylı iş


Kitab arxiv materialları əsasında yazılıb. Kitabda tariximizin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirilib.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
2013, 296 səh.,

 

 

 Qiyməti: 5.00 manat

 

 

 

Vladimir Nabokov


"LOLİTA"


(Ruscadan tərcümə: Nadir Qocabəyli)

Tərbiyəsiz qız uşağı, başı özünə qarışmış ana və ehtiraslarının əsiri olan manyak yalnız bu əsərin parlaq qəhrə­manları deyil; onlar həm də bizə təhlükəli meyillər barədə xəbərdarlıq edir, mümkün bəlaları göstərirlər.
«Lolita» bizim hamımızı – valideynləri, müəllimləri, bütün yetkin insanları ayıq-sayıq olmağa, etibarlı mühit yaratmağa və sağlam nəsil yetişdirməyə sövq etməlidir.

"Qanun" nəşriyyatı, 2013
 

 Qiyməti: 7.00 manat


Yuri Borev

 

 

 

STALİNİADA:


başqalarının danışdıqlarına, tarixi əhvalatlara və
müəllifin düşüncələrinə əsaslanan xatirələr


Yuri Borevin Stalin epoxası haqda “Staliniada” kitabını roman da adlandırmaq olar: böyük bir imperiya ərazisində yaşayanların acınacaqlı taleyi haqqında həyat romanı. Ancaq bu kitab kiçik hekayələrdən, lətifələrdən, xatirələrdən ibarətdir. Burada o dövrdə yaşayan, repressiya maşınından keçən tanınmış şəxslərin – yazıçıların, şairlərin, alimlərin, hərbçilərin tiranla bağlı, Stalinşina qurbanları və öz həyatları ilə bağlı danışdıqları toplanıb.
Kitabda Boris Pasternak, Anna Axmatova, marşal Georgi Jukov, Uinston Çörçil və başqalarının xatirələri yer alıb.
Müəllif uzun illər topladığı bu xatirələri, hekayələri, lətifələri çox məharətlə bir kitabda birləşdirə, tam yarada bilib.
Ruscadan tərcümə: Nadir Qocabəyli
Nəşriyyat redaktoru: Rövşən Hacıyev
 

 

 Qiyməti: 8.40 manat

 

 

Aynur Abbaszadə


Sonuncu Addım (roman)


Şübhə nədir? Yalanın dostu, sevgi və səadətin ən böyük düşməni...
Sevgi nədir? Tərəddüdsüz fədakarlıq etməkdir!
Yalan – bəzən həm özünün, həm də ətrafındakıların həyatını məhv edəcək qədər güclü olan bir məfhumdur. İki yol ayrıcına gəlib çatmış gənc adam... Ömür boyu vicdan əzabıyla yaşamaqmı, yoxsa bu cür yaşamı sona çatdırmaqmı? Son addımı atmalıdır. Hansını seçməli? Verəcəyi qərar tək özünün deyil bir çoxunun həyatını dəyişəcəkdir. Sevgi, şübhə, yalan, nifrət və fədakarlıq bu romanda fırtına kimi çulğalanan hadisələr burulğanında bir-birini sürətlə əvəz edir.
“Apostrof”, 2012, 274 səh., 13x20, yumşaq
 

 Qiyməti: 5.00 manat

 

 

 

Orhan Pamuk

 

 

"QARA KİTAB"


(Türkcədən tərcümə: Nəriman Əbdülrəhmanlı)

«Qara kitab» romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun şah əsəridir…

Qalib uşaqlıq sevgisi, dostu, əmisinin qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq eləyəcək.
Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalib axtarışlarını, rast gəldiyi adamları təqib eləyəndə, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazılarıyla qarşılaşır…

Bakı, Qanun Nəşriyyatı, 2013, 484 səh., ISBN 978-9952-26-397-8
 

 Qiyməti: 9.00 manat


Məhərrəm Zülfüqarlı


“Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər represiyaları)


(Azərbaycan və ingilis dilində)

Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə çap edilən “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunub. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olmuş şamaxılılar haqqında geniş məlumat verilib.
 

 Satış üçün nəzərdə tutulmayıb


Marc Levy

 

 

BİR-BİRİMİZƏ DEMƏDİYİMİZ SÖZLƏR


(Tərcümə: Ruhiyyə Məmmədova)

Müasir Fransız romançısı Mark Levinin kitabı haqqında:
Culiyanın toyuna iki gün qalmış onun atası Entoni Uolşun katibi zəng etdi. Bacarıqlı biznesmen, lakin son dərəcə eqoist olan atası, Culiyanın düşündüyü kimi, mərasimdə iştirak etməyəcək. Düzdür, bu dəfə Entoninin, həqiqətən də, qeyd-şərtsiz bir bəhanəsi var: o ölüb. Culiya təsadüfən baş verən hadisənin tragikomik cəhətini müşahidə edir: atası onun həyatına soxularaq, planlarını alt-üst etmək kimi xüsusi bir istedada malik idi. Gözlənilən ziyafət bir göz qırpımında dəfn mərasiminə çevrildi. Lakin bu, sən demə, atasının Culiyaya hazırladığı heç də son sürprizi deyilmiş…

Bakı, Qanun Nəşriyyatı, 2012, 340 səh. ISBN 978-9952-26-369-5
 

 Qiyməti: 7.00 manat


Əhməd ibn Şuəyb Nəsayi


Xüsusiyyətlər

 

 

 

(tərcümə: Rövşən Abdullaoğlu)

Həzrət Əli ibn Əbu Talib tarixə gəlmiş ən üstün şəxsiyyət çalarlarına, cazibədar xarakterə malik bir insan olub. O, kamil formada bütün bu üstün insanı sifətlərə sahib olmaqla yanaşı, yalnız özünə xas xüsusiyyətlərə də malik olub. Tarixdə bir müddət bəzi cərəyanlar Həzrət Əli ilə düşmənçiliklərinə görə onun şəxsiyyətlərinin hər tərəfə saçan nurunu söndürmək istəmiş və bunun üçün müxtəlif əks təbliğatlar aparmışlar. Qarşınızda olan bu kitab Həzrət Əlinin düşmənlərinə cavab olaraq, tanınmış sünni alimi Əhməd ibn Şuəyb Nəsayi tərəfindən qələmə alınıb. Müəllif sonunda da məhz Həzrət Əlinin düşmənləri tərəfindən qətlə yetirilib.
2013, 136 səh.
 

 Qiyməti: 5.00 manat


Ayşə Kulin


Vida – əsir şəhərdə bir gün

 

 

(tərcümə: Minə Candan Raufqızı)


Türkiyənin ən çox oxuduğu Ayşə Kulinin “Vida – əsir şəhərdə bir gün” əsəri təxminən bir əsr əvvəlin hadisələrindən bəhs edir. Birinci Dünya müharibəsinə qoşulan və hərbi kampaniyada uğursuzluqlara düçar olan Osmanlı imperiyasının paytaxtı işğal olunur, sultan və onun nazirləri yadelli işğalçıların əlinin altında məzlum vəziyyətə düşürlər. Ancaq vətənpərvərlər bununla barışmır, gizli dərnəklərdə birləşərək azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayırlar. Əsərdə hadisələr əsasən bir nazirin evində cərəyan edir. Nazirin xalası nəvəsi inqilabçıdır və doğma İstanbulun azadlığına çalışır. Nazir Əhməd Rəşad əvvəlcə onu düz yola dəvət etsə də, sonradan məhz Kamalın düz yolda olduğunu görür və işğalçılara qarşı vuruşanlara dəstək verir. Yazıçı “Vida”nı olduqca koloritli, canlı təhkiyə ilə yazıb. Romanda sevgi-məhəbbət mövzusu da parlaq işlənilib.
"Qanun", 2012, 356 səh.
 

 Qiyməti: 8.00 manat


Viqar Zifəroğlu


Media imperiyası


Monoqrafiyada müasir dövrümüzün aktual mövzularından biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində dünya jurnalistikasının inkişafında müşahidə olunan ziddiyyətli məqamlar nəzərdən keçirilir, media korporasiyalarının informasiya məkanına təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir.
2012, 144 səh.
 

 Qiyməti: 5.00 manat


MODERN AZERBAIJAN PROSE


Translated into English by
Zeydulla AGAYEV (Baku, Azerbaijan)
Edited by
Shanon EMERSON (Seattle, Washington, USA)

The anthology "Modern Azerbaijanian Prose" has been released in English by Trafford Publishing based in Bloomington, the US state of Indiana.
The book includes short stories and short novels covering the period of contemporary Azerbaijani prose spanning over 30 years. It was co-authored by Vagif Sultanly, a writer, literary critic and professor at the Baku State University department of modern Azerbaijani literature, and PhD Irej Ismaeli, an author based in Norway who hails from southern Azerbaijan.
This is the first time an anthology of Azerbaijani prose was published abroad in the English language.
During the Soviet times, in 1977, the Moscow-based Progress publishing house released such an anthology, which was edited by Mirza Ibrahimov. During the post-independence period, in 2003, some samples of Azerbaijani prose, translated and compiled by Prof. Zeydulla Agayev, were presented to readers in English in the Azerbaijani capital Baku.
 

 Qiyməti: 12.00 manat


Çingiz Abdullayev


Yekun diaqnoz

 

 

 

(rus dilindən tərcümə: Aygün Çırpanlı)


Rusiyanın ən məşhur alim və siyasətçilərindən birinin ölümü ən azı yöndəmsiz görünürdü. Əslində, kristal kimi təmiz şərəfinə görə əfsanəyə çevrilmiş bir adamı kim güllələyə bilərdi? Bundan başqa, qatil, Moskva ətrafının ən elit və ən yaxşı mühafizə olunan qəsəbəsinə gözə görünmədən necə girə bilərdi? Bunun ardınca isə yeni – birinci qurbanın bağ qonşusunun ondan heç də az qəribə olmayan qətlindən sonra rəsmi təhqiqat dalana dirənir. Beləcə, agent Dronqonun karyerası boyunca ən çətin işlərindən biri başlayır. O iş ki, orda suallar getdikcə artır, cavablar isə yoxdur ki, yoxdur…
2012, 264 səh.
 

 Qiyməti: 3.90 manat


Per Petterson

 

 

"ATLARI OĞURLAMAQ VAXTIDIR"

 

 

(Tərcümə: Firudin Ağazadə)

Per Petterson Norveçdə ən çox oxunan müəlliflərdəndir.
Müharibə vaxtı, Müqavimət hərəkatı, arxa fonda baş verən sevgi dramı – bir qadın, iki kişi, qısqanclıq… Bunlar 50 ildən sonra xatırlanır… Sən demə, müharibə vaxtı təkcə döyüşmürlər, orada sevmək də, xəyanət də baş verir. Əsə­rin qəhrəmanı həmin iki kişidən birinin oğlu – indi 67 yaşı olan Trond Sander ömrünün qalan illərini təklikdə, tənha­lıq­da keçirmək istəyir. Buna görə də 50 ildən sonra Norve­çin uzaq bir kəndinə – 15-16 yaşında olduğu yerlərə yaşa­mağa gedir. Bu sərhəd kəndində müharibə vaxtı atası re­zi­dent olaraq yaşamağa göndərilmişdi…

Bakı, Qanun Nəşriyyatı, 2012, 208 səh.
ISBN 978-9952-26-390-9
 

 Qiyməti: 6.00 manat


Çarlz Bukovski


Qadınlar


Amerikan yazıçısı Çarlz Bukovskinin “Qadınlar” romanı Azərbaycan dilində ilk dəfə “Alatoran Yayınları” seriyasından nəşr olunub. Roman öz kəskin istehzası, yumoru, səmimiliyi ilə diqqəti cəlb edir.
Romanın qəhrəmanı, 50 yaşı tamam olmuş sərxoş yazıçı Henri Çinaskini içki içməyə, ədəbi gecələrdə onunla görüşən, ona məktublar yazan, onun kitablarını oxuyan qadınlarını dəyişməyə təhrik edən nəydi? Bəlkə tənhalıq arzusu? Bəlkə sərgərdan həyat tərzinin cazibəsi?
Romanı Azərbaycan dilinə Ramil Rahiboğlu tərcümə edib.

2012, 376 səh.
 

 Qiyməti: 7.00 manat


İrşad İbrahimov


Vətən düşüncələri (tarixin olaylarında)


Kitabda Azərbaycan və onu əhatə edən dost və dost olmayan ölkələrin tarixləri yeni baxımdan verilib, insan psixologiyasının bəzi cəhətləri əks etdirilib, iki dünya dini və bəzi dini-siyasi cərəyanların və həmçinin kommunizm və faşizm əqidələrinin mahiyyətinə nüfuz edilib, insanın gənclik dövrü ilə əlaqədar bir məsələ araşdırılıb və əsrlərin və minilliklərin bəzi dərsləri Azərbaycan mövqeyindən təhlil edilib, göstərilib ki, vətənə sevgi platonik yox, real olmalıdır. İki nəhəng tarixi sima-Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya çağırış və xalqa müraciəti oxucunu həyəcanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.

2012, 768 səh.
 

 Qiyməti: 12.00 manat

 

 

 

Zakir Sadatlı


Əfqanıstan uçurumu (roman)


Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan müharibənin nəticəsi nə oldu? Sovetlər Birliyi bu savaşı niyə başladı, niyə bu müharibə sona çatmadı? Qəribə odur ki, Əfqanıstan müharibəsi barədə yüzlərlə əsgər mahnısı, tarixi faktları əks etdirən onlarla kitab yazılsa da, bu savaşın bədii həlli tapılmayıb, bu müharibə barədə roman-xatirə yoxdur. Zakir Sadatlı Əfqanıstana girən ilk Sovet hərbi birləşmələrinin tərkibində olub. 2 il ərzində gördüklərini – müharibə dəh¬şətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri – düz 30 ildən sonra yazdı, ürəyində və yaddaşında düyünlənib qalmış bu ağır yükü oxucularla bölüşdü. Roman – detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası,mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır… Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, dö¬yüş həyacanını yaşayır; müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir.
Bitirirmi? Yox, bu hiss və düşüncələr bir ömrün təəssüratlarına bəs edər.
“Qanun”, 2012, 304 səh., 1000
 

 Qiyməti: 8.00 manat


Hakan Günday


AZ

 

 

 

(Türkcədən tərcümə: Nərmin Hüseynzadə)


Müasir Türkiyənin ucqarları. Terroristlərin tüğyan elədiyi bir bölgədə uşaq evindən Dərda adlı on iki yaşlı bir qız çıxarılır və qohumları tərəfindən Londonda yaşayan başqa bir türkə satılır. Dərda razılaşmasa da, işgəncələrə məruz qalaraq taleyinə boyun əyir. Qızcığaz üçün saxta sənədlər düzəldərək onu ölkədən çıxarıb Londona, türk icmasının sıx yaşadığı bir məhəlləyə gətirirlər. Beləliklə, Türkiyənin ucqar kəndindən başqa heç nə görməyən qızcığaz sivilizasiyanın ortasına düşür. Bəs burada onun qarşısına nə çıxacaq? – heroin dumanı, sado-mozoxistlər, gizli çəkilən porno video biznesi – və nəhayətdə, başında hicab Londona gələn Dərdanın öz həmvətənlərindən qaçıb qurtularaq, porno-ulduza çevrilməsi, daha nələr nələr…Lakin bu hələ əsərin ilk hissəsidir. İkinci hissədə isə oxucular daha maraqlı və qeyri-adi metamarfozalarla üzləşəcək.
“Qanun”, 2012, 280 səh., 13x20, yumşaq, 1000
 

 Qiyməti: 6.00 manat


İbrahim Zöhrab oğlu Quliyev


Hədisi-şəriflərdə müqəddəs şəhərlərin tarixi


Kitabda müəllifin əsasən tədqiqat apardığı və ziyarətində olduğu müqəddəs şəhərlərin tarixi və onların fəzilətləri haqqındadeyilmiş hədislərə üstünlük verilib. Bununla yanaşı adı çəkilən şəhərlərin islam tarixində oynadığı rol, onların salındığı dövrdən bu günə kimi olan tərəqqi-tənəzzül dövrləri qədim və müasir qaynaqlar əsasında araşdırılıb. Kitabda həmçinin İslamda ziyarət mədəniyyəti, ziyarətin səbəbləri və qaydaları haqqında da məlumatlara yer verilib.
“Nurlar”, 2012, 400 səh., 16x24, yumşaq, 500
 

 Qiyməti: 7.00 manat


 

AzadliqRadiosu.az


azadliqradiosu.az


 

Nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16  17  18  19  20  21  22  23  24  25

 

 
 
 

"DÜNYA ƏDƏBİYYATI KİTABXANASI" SERİYASINA DAXİL OLAN İLK 35 KİTAB PƏRAKƏNDƏ SATIŞA ÇIXARILIB | Həmidə Xanım Cavanşir - “Xatirələrim” kitabı artıq satışda | "DÜNYA ƏDƏBİYYATI KİTABXANASI" SERİYASINA DAXİL OLAN 74 KİTAB ARTIQ ÇAPDAN ÇIXIB | SƏYYAR KİTABXANA (MOBILIB) E-BOOK READER AL 4000 KİTAB ÖZÜNLƏ GƏZDİR!.. | "AZƏRBAYCAN NƏŞRLƏRİ" JURNAL-KATALOQUMUZUN YENİ 15-ci SAYI HAZIRLANIR | | KİTAB KLUBU «DÜNYA ƏDƏBİYYATI KİTABXANASI»NA ABUNƏ KAMPANİYASI SONA YAXINLAŞIR | ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ: HƏR GƏTİRDİYİNİZ YENİ ABUNƏÇİYƏ GÖRƏ SİZƏ BİR KİTAB HƏDİYYƏ OLUNACAQ...

5000-dən ÇOX KİTAB

 

Mustafa İsgəndərzadə


Politologiyanın əsasları

 

(dərs vəsaiti)

Məlum olduğu kimi , politologiya müasir humanitar elmlər sırasında son dərəcə ziddiyyətli dövrümüzün olduqca mürəkkəb problemlərinin tədqiqinə yönələn və bu istiqamətdə öz mövzu dairəsini durmadan genişləndirən ən universal elm sahəsidir. Bu səbəbdən də onun məzmununun və mahiyyətinin dərkində hələ də xeyli anlaşılmazlıqlar mövcuddur. Bu vəsaiti hazırlamaqda məqsədimiz-politologiyanın əsasını təşkil edən mövzuları konkretləşdirərək, onun cəmiyyət həyatındakı yerini, rolunu və funksiyasını daha aydın ifadə etməkdən ibarətdir.
2012, 152 səh.,

Qiyməti: 5.00 AZN

 

 

M.F.Akhundzadeh
 

A Story about the Botanist-Doctor Monsieur Jordan and the Famous Sorcerer Dervish Mastali Shah

 

 (translated by-Seyran Aghabeyli)
(ingilis və azərb. dilində)

 
“A Story about the Botanist-Doctor Monsieur Jordan and the Famous Sorcerer Dervish Mastali Shah” is a satirical comedy created by the great Azerbaijani playwright, poet and philosopher M.F.Akhundzadeh. The comedy was written on the basis of real facts. In 1840-ies the French scientist Aleksis Jordan came to explore the Karabakh flora. He also had close contact with the local people. Aleksis Jordan was very pleased with the humanist and hospitable attitude of Azerbaijani people towards him. When he left Azerbaijan he said that he would always remember Karabakh and Azerbaijani people who did their best and served him sincerely. In the image of Monsieur Jordan M.F.Akhundzadeh describes him as a progressive scienist-the representative of the developed French bourgeois society contradicting dervish Mastali Shah who as swindler and cunning man deceiving and robbing the illiterate people.
“Kitab Klubu”, 2012, 72 pp., 13x20, paperback, 300

              Qiyməti: 2.50 AZN


 

Yeni nəşr etdiyimiz kitabı qarşılayın!
AMERİKA PREZİDENTLƏRİ
müəllif: Elşən Bayramzadə


Kitabda dünyanın superdövlətinin prezidentləri və onların fəaliyyət ta-rixinə nəzər salınıb. Qeyd etsək ki, 2-ci dəfə müstəqillik qazanan Azər-baycan da dövlət quruluşuna görə respublikadır, o halda 200 illik res-publika idarəetmə forması ilə idarə olunan ABŞ-ın təcrübəsi, prezident-lik institutunun uğur və uğursuzluq-ları, böhran və nailiyyətləri Azərbay-can oxucusu üçün maraqlı olacaq. Ümid edirik ki, Amerika tarixinin «əsas» personajlar qalereyası ilə tanışlıqdan sonra, oxucu özü bu şəxsiyyətlərin fəaliyyətini müstəqil şəkildə dəyərləndirə biləcək.
Bakı KitabKlubu, 2012, 248 səh.,
 

Qiyməti: 5.00 AZN


 

Həmidə Xanım Cavanşir “Xatirələrim”


Dövrünün görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin (1873-1955) “Xatirələrim” əsəri oxuculara ilk dəfə bütöv şəkildə təqdim edilir. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhu-riyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş bilgi verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə Təbrizə köç et-məsini, “Molla Nəsrəddin”in Təb-rizdə nəşrini, Bakıya döndükdən sonra ailənin ağır durumunu, “Mol-la Nəsrəddin”in sovet Bakısında nəşrini və b. hadisələri cəlbedici bir dillə təsvir edir. Ətraflı >>>

 

Qiyməti: 10.00 AZN


 

Rövşən Yerfi

 

 

ÜZDƏNİRAQ ADA

Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınıb.
“Kitab Klubu”, 2012, 184 səh.

 

 

 

Qiyməti: 4.00 AZN


 

S.Əşrəf, G.Xəzəl, S.Turan, M.Vahid, R.Yusifqızı


"ŞAKTİ. QADIN DİLİ"

 

 

(hekayələr toplusu)


Bu hekayələr toplusu beş qadın yazar tərəfindən ərsəyə gəlib. Kitabda hər yazarın beş hekayəsi yer alıb. Yazarların hər biri öz hekayələrində öz həqiqətlərindən yazıb, öz dünyagörüşünü və dünyadərkini sərgiləyib. Hekəyələrdə həyat və hislər öz əksini tapıb.
"Apostrof", 2012, 262 səh., 13x20, tiraj 1000
 

Qiyməti: 4.00 AZN


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Robin Şarma
«Ferrari»sini satmış rahib

Bu kitab haqqında Paulo Koelyo belə deyib: «Bu cəlbedici kitab həm öyrədir, həm də heyran edir». Şarmanın kitabı özünə rəhbərlik etməyin məxsusi dərsliyi, gerçək uğur və xoşbəxtliyin səmərəli düsturudur. «Ferrari»sini satmış vəkilin etdiyi kimi, dayanmaq və hər şeyi yenidən başlamaq heç vaxt gec deyil.

Bakı KitabKlubu, 2012, 288 səh.

 

 

Qiyməti: 5.00 AZN

 


 

 

 

«DÜNYA ƏDƏBİYYATI KİTABXANASI»NA ABUNƏ YAZIL

"DÜNYA ƏDƏBİYYATI KİTABXANASI"- İLK 35 KİTAB PƏRAKƏNDƏ

 

 

SƏYYAR KİTABXANA (MOBILIB)
E-BOOK READER

 

“Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları”
adlı elmi-praktik konfransın materialları

Azərbaycan yazarlarının və alimlərinin nəzərinə!

Heydər Əliyev Fondunun kitabları
l RESPUBLİKA KİTAB SƏRGİSİ

 II RESPUBLİKA KİTAB SƏRGİSİ
III RESPUBLİKA KİTAB SƏRGİSİ
XX TEHRAN BEYNƏLXALQ KİTAB SƏRGİSİ

XXI TEHRAN BEYNƏLXALQ KİTAB SƏRGİSİ
III BEYNƏLXALQ AŞQABAD KİTAB SƏRGİSİ

KİTAB KLUBU İKİ BÖYÜK LAYİHƏYƏ BAŞLAYIR

İlin yekunları ilə bağlı 5 jurnalist mükafatlandırıldı

 

 

Türkcə kitablar

 

 

Nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16  17  18  19  20  21  22  23  24  25


 

 

 

 

 

 

 

 

 

 

 


Quran və Nizami Məktəbi
Böyükkişi Heydərli
(Yazıçı Qor)
v
ə
Əkrəm Şamxalov

Esselər >>> 1 2 3
4 5 6