Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22

 

 

 

Ənvər Çingizoğlu


"Qacarlar və Qacar kəndi"


Jurnalist-еtnоqraf Ənvər Çingizoğlunun bu кitabı Azərbaycan xalqının еtnоgеnеzisində, siyasətində, iqtisadiyyatında və mədəniyyətində mühüm rоl оynayan Qacar elinin və böyüк qоllarından biri Qacar кəndi camaatının yaşam yоlundan bəhs еdir. Оrta çağda, еləcə də XVIII, XIX, XX yüzilliкlərdə Iranda, Azərbaycanda, Qarabağda baş vеrən önəmli hadisələr sənədlərin dili, məxəzlərin bilgisi ilə qələmə alınıb оxucuların önünə çıxarılıb. Кitabda arxiv matеriallarında bоl-bоl istifadə еdilməкlə Qacar camaatının dеmоqrafiк mənzərəsi yaradılıb. Qacar şahlarının, xanlarının, еləcə ünlü sоyların nəsil şəcərələri vеrilib.
Bakı, "Şuşa", 2008, 334 səh.
 

12.00 manat


Mixail Krısin


Cihad. Kəşmirdən Nyu-Yorka qədər

 

 

 

(rus dilindən tərcümə edəni - Yaşar Əsədov)

Beynəlxalq terrorçuluğu “XXI əsrin vəbası” adlandırmağa tam haqqımız var-faşizm “XXI əsrin vəbası” olduğu kimi. 2001-ci il 11 sentyabr faciəsi, belə başa düşmək olardı ki, İkinci Dünya müharibəsi illərində olduğu kimi bütün dövlətləri ümumi təhlükəyə qarşı birləşməyə vadar etməliydi. Lakin Avropada, Amerikada, Asiyada və Afrikada elə insanlar var ki, onlar 1980-1990-cı illərdə “terrorçu beynəlmiləl”in yaradılmasında iştirak etmiş və özlərinin yaratdıqları bədheybətə qarşı mübarizəni bu gün öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar.
2011, 632 səh.,
 

7.00 manat


Stefan Sveyq


İblislə savaşanlar

 

 

( tərcümə-Zaur Səttarlı, Yasəmən Abbasova)

Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin (1881-1942) Azərbaycan dilində yeni kitabı satışa çıxıb. «İblislə savaşanlar» adlı kitab XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin - Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir. Zaur Səttarlı və Yasəmən Abbasovanın tərcümə etdiyi əsərin redaktoru Namiq Hüseynlidir. «İblislə savaşanlar» «Alatoran Yayınları» seriyasından S.Sveyqin oxuculara təqdim olunan 3-cü əsəridir. Bundan əvvəl həmin seriyadan «Bəşəriyyətin ulduzlu saatları», «Dünənin Dünyası» tarixi novellalar toplusu 2010-cu ildə dərc olunmuşdu.
2012, 300 səh.
 

5.00 manat


Araz Gündüz


Sokrat


Sokratın adı tarixdə ən görkəmli filosofların sırasında çəkilməkdədir. Onun bənzərsiz ömrü, kəskin ironiyası, paradoksal davranışları ilə bağlı olan bilgilər, minillər boyunca dillərdə, ağızlarda dolaşaraq, bu günümüzəcən gəlib çıxıb. Sokrat fəlsəfədə “etikanın” yaradıcısı kimi tanınıb, öz dövrünədək olan fəlsəfi araşdırmaların yönünü təbiəti öyrənməkdən ayırıb, insanı öyrənməyə yönəltməyi bacarıb. Sokrat bir də öz inamı yolunda ölməyi diliqısa yaşamaqdan üstün tutan, məhkəməyə çəkilib öldürülən ilk filosof olaraq da tanınmaqdadır. Bu kitabda böyük yunan filosofu Sokratla bağlı , ilkin qaynaqlardan götürülmüş bilgilər yer alıb. Sokratın öyrənciləi olmuş Platonla Ksenofontun, Sokratın ömür yolundan, fəlsəfə öyrətmələrindən yazdıqlarının dilimizə çevrilməsi, Azərbaycanın geniş oxucu çevrəsinin Sokratı yaxından tanıya bilməsi amacını güdür.
2012, 364 səh.
 

5.00 manat


Elias Kanetti


Korlaşma

 

 

 

( tərcümə: Azad Fərəcov)

Dahi avstriyalı yazıçı Elias Kanetti (1905-1994) “Korlaşma” romanı sayəsində Avropa ədəbiyyatında özünə layiqli yer tuta bilib. Avropanın aparıcı dillərinə tərcümə edilən bu roman onun şöhrətini bütün dünyaya yayıb. Ümumbəşəri məsələlərə işıq tuitan bu əsər haqqında tanınmış tənqidçi Corc Stayner yazırdı: “Zəmanəmizdə belə bir yazarın sadəcə varlığı ədəbiyyat üçün başucalığı sayıla bilər.”
"Alatoran", 2011, 563 səh., 14x21, yumşaq, 500
 

8.00 manat


Hafiz Mirzə


“Mütəfəkkir”


Bu kitab müasir insan cəmiyyətinin formalaşması və ictimai şüurun mükəmməl təşəkkül tapması yolunda müstəsna xidmətlər göstərmiş müdrik şəxsiyyətlərə ittihaf olunur.
Bu kitab yazıçı-publisist Hafiz Mirzənin kitabsevərlərlə sayca səkkizinci görüşüdür. Müəllif nəşr ediləcəyi barədə oxuculara söz verdiyi və ayrılıqda adlarını “Xilaskar Azərbaycanda doğulacaq”, “Qarabalanın “Qəribəliklər kitabı”, “Qeyrət tərcümə olunmur”, “Tarixin sərt üzü” və “Bizə tilov verin balıq tutmağa” kimi qeyd etdiyi əsərlərini bu kitaba toplayaraq cəm halında təqdim edir. Buradakı yazılar əsasən “Olaylar” olmaqla ölkənin 40-a yaxın qəzetində və onlarca internet saytında dərc olunmuşdur. Öz oğluna və onun şəxsində bütün övladlara müdriklik arzulayan müəllif mövzuları öz oğlu üçün nəsihətnamə xarakterli 101 söhbət kimi qurur, amma kitabı qayəsinə uyğun və bütün müdriklərə ittihaf olaraq “Mütə­fək­kir” adlandırır. Oxucular burada müəllifin müdrikliyə doğru yol ideyası ətrafında dünya, həyat, ölkə, insan, ailə və cəmiyyət barədə fəlsəfi, psixoloji, ədəbi və ictimai-siyasi xarakterli baxışları ilə tanış olacaqlar.
Bakı, “Apostrof” Çap Evi, 2011, 70X100 format, 636 səhifə

 

 

10.00 manat


Varis


Yetmiş yeddinci gün


“Yetmiş yeddinci gün” yazıçı Varisin oxucularla dördüncü görüşüdür. Bu roman əvvəlkilərdən bir qədər fərqlənir. Həm qəhrəmanlarının 15 yaşlı yeniyetmələr olmasına görə, həm də hadisələrin zahiri təsvirindən daha çox qəhrəmanların iç dünyasına önəm verildiyinə görə.
2012, 480 səh.
 

6.00 manat


Peter Stamm


Aqnes

 

 

(almandilindən tərcümə- Zaur Səttarlı)

Kişi-Amerika lüks qatar vaqonları haqqında tədqiqat aparan gənc bir isveçrəli, qadın isə dissertasiya yazan amerikalı bir fizika tələbəsi. Çikaqo İctimai kitabxanasının isti oxu zalında ilk dəfə baxışları toqquşur qəhvə içərkən isə ilk dəfə bir-birilə danışırlar. Onlar birikdə yeməyə çıxırlar, yaxınlıqdakı meşələrə gəzintiyə gedirlər və Miçiqan gölünün ətrafında dolaşırlar. Bir dəfə Aqnes ondan özünün ədəbi portretini yaratmağı xahiş edir. Bir model foto çəkilişi üçün poza verən kimi, o da yazıçının qarşısında oturur, cavan oğlan isə kompəterdə birgə həyatlarını canlandırmağa çalışır. Əvvəli daha romantik, sonu isə...
2012, 132 səh.
 

4.00 manat


Fazil Qaraoğlu


Peyğəmbərimiz Hz.Məhəmmədin həyatı


Təqdir edərsiniz ki, 1400 il boyunca müqəddəs sədası bütün dünyanı bürüyən Peyğəmbər əfəndimizin həyatını qələmə almaq olduqca məsuliyyətli bit işdir. Bu baxımdan, əlinizdəki bu əsərin o uca insanın həyatını, misilsiz əxlaq və fəzilətlərini qeyri-ciddi rəvayətlərə yer vermədən, tarixi həqiqətləri olduğu kimi və sadə oxunaqlı bir dildə anladan əsərlərdən biri olduğunu söyləyə bilərik. Buyurun, İslamın doğuşu ilə baş-başa, Məhəmməd peyğəmbərin həyatı ilə könül-könüləsiniz...
“Qanun”, 2011, 352 səh., 13x20, yumşaq, 500

 

 

6.00 manat

 

 

 

Çingiz Əlioğlu


Çərçivə


Çingiz Əlioğlu müasir Azərbaycan poeziyasının parlaq simalarından biridir. O, çərçivəsiz bir şairdir. Onun məzmun və formanın bir-birinə çevrilməsinin ən uğurlu nümunələri olan şeirləri dilindən, dinindən asılı olmayaraq ona yaxınlaşan hər bir insanın anlaya biləcəyi qədər bəşəridir. Bu kitaba Çingiz Əlioğlunun yaradıcılığından seçmə nümunələr, Azərbaycanın tanınmış şair, ədib və ədəbiyyatşünaslarının Çingiz Əlioğlu poeziyası haqqında deyimləri toplanıb.
2010, 368 səh.
 

40.00 manat

 

 

 

 

Məmməd Süleymanov


Çe Gevaranın son sirri


Azərbaycanlı marksist jurnalist-yazar Məmməd Süleymanovun təqdim olunan kitabı müəllifin ayrı-ayrı vaxtlarda yazılmış məqalələrindən seçmələr şəklindədir. Müxtəlif vaxtlarda yazılmasına baxmayaraq, yazılar kitabda təsadüfi formada deyil,  müəyyən ardıcıllıq və uyğunluq əsasında yığılıb, tam dolğun bit ideyanı ifadə etməyə istiqamətlənib.


“Solfront”, 2011, 176 səh., 13x20, yumşaq, 500
 

4.00 manat

 

 

 

Cəlil Cavanşir


İtirilmiş əlyazma


Kitabda Azərbaycan tarixində önəmli yer tutan , Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz mahalında yaşayan varislərindən söz açılır. Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm adamlarından söhbət açılır. Dayısının məsləhəti ilə ulu babalarının çəcərəsini yazmağa başlayan müəllif, əsərin sonuna qədər yalnız babasınındanışdığı əhvalatları yazır. Ancaq müəllifin axtardığı, babasından qalma bir dəftər də var...


“Qanun”, 2012, 168 səh., 12x18, yumşaq
 

3.50 manat

 


Əziz Mustafa


Günah


“Günah” romanında müasir kənd həyatı öz əksini tapıb. Romanın qəhramanları Çingiz, Nərgiz və Səlim doğma kəndi sevən, ona ruhən bağlı olan səmimi insanlardır. Səlim və Nərgiz həyatlarını həkim kimi kənd insanlarının sağlamlığının qorunmasına həsr edirlər. Lakin onlar özləri də bilmədən bağışlanmaz bir günah işlədirlər. Bu günah onların həyatların alt-üst edir və nəticədə hər ikisi kəndi tərk etməyə məcbur olurlar. Əsərin digər qəhrəmanı Səlim müsbət bir insandır. Amma o da xəyanəti bağışlaya bilmir. Nəticədə bu insanlar bir-birinə düşmən kəsilirlər. Buna baxmayaraq sonda onlar özlərində güc taparaq barışa bilirlər.


“MBM”, 2011, 144 səh., 15x21, sərt, 300
 

5.00 manat


Dilqəm Əhməd


Bozqırdan uçuruma


Bozqır azadlığımız, uçurum uğursuzluğumuzdur. Bu gün elə bir dönəmdəyik ki, hər bir fərdin azadlığı dəyişik yollarla sınırlandırılıb, mücadilə aparanlar isə uçurumun kənarına yuvarlanıblar. Bozqırdan sürgün olunaraq uçurumun qarşısında dayanarkən geridə buraxılan hisslər, sevgilər, düşüncələr təkrar-təkrar xatırlanır, məhz bu xatırlanmalar bizim uçurumdan aşağıya atlanmağımızın qarşısını alır. “Bozqırdan uçuruma” adlandırılan bu kitabda cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub. Bu uğursuzluq əsla yenilgi deyildir. Bu gün əsas olan uçurumun kənarında olsaq belə, mətinliyi qorumaqdır. Uçurumdan bozqıra doğru geri dönüləcək yol isə çox da uzaqda deyildir.


“Apostrof”, 2011, 128 səh., 12x18, yumşaq, 300
 

3.00 manat


Рафик Алиев


Бедность, диктатура, несправедливость


В книге автор предлагает вниманию читателей свою взгляды на фоне глобальных изменений в разных сферах жизни общества, конкретизируя их реальное влияние на политику и философию. По его мнению, сегодня нет достаточно серьезных политических и филососких обоснований происходящего и прогнозов на ближайшее будущее. Гуманитарная составляющая науки по разным, в том числе объективным причинам, сльно отстает от темпов развития быстро изменяющегося мира.


“Апострофф”, 2011, 252 стр., 14x21, твердая, 2000
 

7.00 manat


Рафик Алиев


В тайниках бытия


В книге собраны художественные рассказы и актуальные политические статьи и памфлеты. В них автор стремится показать многогранность самой жизни в особом единстве человека и природы. Здесь нашли свое место мнения автора об «интимных» отношениях пчелы и полевого цветка, а пагубном воздействии региональных. Локальных войн, а также предположения насчет того, как светлые идеи демократии, свободы и прав человека мутнеют и блекнут на фоне деятельности амбициозных политиков. Полагаем, что точки зрения автора могут быть интересны и широкому читательскому кругу.


“Апостроф”, 2011, 464 стр., 14x20, твердая, 2000
 

7.00 manat


Sərdar Cəlaloğlu


Totalitarizmin metamorfozası


Kitab keçmiş SSRİ respublikalarında gedən ictimai-siyasi proseslərin elmi-siyasi təhlilinə həsr olunub. Kitaba həmçinin müəllif bilavasitə mövzu ilə əlaqədar müxtəlif illərdə yazdığı və dövrü mətbuatda çap olunmuş bir neçə məqaləsi daxil edilib. Kitabın üz qabığındakı şəkil Salvador Dalinin “Narsistin metamorfozası” adlı əsərinin illustrasiyadır.


“Qanun”, 2010, 576 səh., 15x23, sərt, 1000
 

15.00 manat

 

 


Əkbər N. Nəcəf


Səlcuqlu dövlətləri və Atabəyləri tarixi


Azərbaycan tarixində ilk dəfə tədqiq olunan mövzu oğuz türklərinin tarix səhnəsinə çıxmasından Səlcuqlu dövlətləri və atabəylərinin süqutuna qədərki uzun dövrə işıq tutmaqdadır. Kitabda oğuzların ulu əcdadı hesab edilən Tilər, İşquzlar, Tinq-Linqlər, Kao-çelər, Töleslər və Oqur/Oğuzların m.ə. 3000-ci ildən başlayıb VIII əsrə qədər tarixi qısa tədqiq edilib və Oğuz Yabqu dövləti (766-1050) haqqında məlumat verilib. Monoqrafiyanın əsas mövzusunu təşkil edən Böyük Səlcuqlular dövlətinin (990-1162, İraq və Xorasan Səlcuqluları da daxil olmaqla) siyasi, hərbi, dövlət təşkilatı, sosial vəziyyəti və mədqəniyyəti ətraflı araşdırıldıqdan sonra Kirman (1041-1187), suriya (1078-1117) və Türkiyə (1077-1308) ərazisində qurulmuş səlcuqlu dövlətlərinin tarixi şərh edilib.


“Qanun”, 2010, 756 səh., 17x24, yumşaq, 300
 

20.00 manat


Elxan Elatlı


Ələkeçməz yaquar

 

 

(dedektiv roman)


Roman, əsasən, Rusiyada yaşayan bir azər ailəsinin faciəsindən bəhs edir. Amma burada məhəbbət, ailə-məişət problemləri, günümüzün bəzi reallıqları da öz əksini tapır.
İnanırıq ki, sevimli yazıçımızın bu əsəri də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq.


"Elgün" , 2011, 272 səh., 15x20, yumşaq, 500
 

4.00 manat


Mir Cəfər


Qəfil oyanış


Kitabda “Qəfil oyanış” adlı povest, “Etüdlər” və 1993-cü ildə nəşr olunmuş “Göylərə çəkilmiş ümid” kitabından bir neçə nümunə toplanıb. “Qəfil oyanış”da müəllif öz dini fəlsəfi fikir və düşüncələrini bədii üsulla oxucuya çatdırmağa çalışır.


“Elm”, 2011, 148 səh., 13x20, yumşaq, 500
 

5.00 manat


Teyyub Qurban


Düşmənlərindən güclü şəxsiyyət

 

 

( 2-ci kitab, yenilənmiş nəşr)


Kitabda M.C. Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir. Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur. Müəllifin fikrincə, M.C. Bağırov Azərbaycan xalqının ən nəhəng və əyilməz tarixi şəxsiyyətlərindəndir. Kitabdakı faktlar, sənədlər, epizodlar, xatirələr Bağırovun yaxşı işlərindən, əməllərindən, kişiliyindən danışır-bütün bu keyfiyyətlərin Azərbaycanımıza-xalqımıza xeyrindən danışır. Təkzibedilməz dəlillər adamı çox-çox məqamlarda Bağırovun mərdliyinə, fəhminə, qətiyyətinə inandırır.


"Şirvannəşr", 2011, 508 səh., ( 8 səh. foto) 15x21, sərt, 300
 

12.00 manat


Чапай Султанов


Противостояние...


Автор хотел показать различия межву Алиевым и Горбачевым по сути, по существу. Ибо различия в этом плане многое проясняют в последующих событиях.


«Чашыоглу», 2011, 428 стр., 17x25, твердая, 500

 

 

20.00 manat


Юсиф Гулиев, Иршад Гулиев


Как развивалось общество


Развитие общества сводится авторами к восьми моднлям алфавитных систем, з которых для нас ьыла очевидна модель письма. Формулирование новых алфавитных систем в других областях человеческой дятельности позволяет дифференцировать процесс развития общества, упорядоченно созерцать историю его эволюции. Выявление направлений развития общества позволяет рассматривать их взаимосвязи и совместные проявления. Книга предназначена для юношества. А это значит, что язык ее изложения выбран ясный и популярный, хотя порой речь идет о непростых вещах.


“Kitab Klubu”MMC, 2011, 50 стр., 15x21, мягкая, 200
 

2.00 manat


Çak Palanik


Döyüşçü klubu

 

 

( rus dilindən tərcümə: Fizzə Heydərli)


Bu roman ötən əsrin 90-cı illərində yazılmış əsərlərin ən yaxşısı, ən qalmaqallısıdır. İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır. Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? Kitabı oxumağınız da məsləhətdir.


“Qanun”, 2011, 256 səh., 12x18, yumşaq, 500
 

5.00 manat


Araz Bayramov


Azad

 

 

( roman)


Roman çıxılmaz suallar qarşısında qalan, haqsızlıqları qəbul etməyən bir gəncin. Orxanın başına gələnlərdən bəhs edir. Onun ətrafı azad düşüncəli gəncliyə gülən, “Nə üçün mümkünsüzü mümkün etməyə çalışırsınız?” deyə ruhdan salmaq istəyən insanlarla doludur. O isə tamam fərqli düşünür. Günahsız yerə həbs olunmuş bir gəncə kömək etməyi planlaşdıran Orxan bu məqsədinə çatmaq üçün , hətta atasına da qarşı çıxır. Roman Orxanın başına gələn hadisələr və ölkəmizin, habelə cəmiyyətimizin təsviri üzərində qurulub.


“Apostrof”, 2011, 176 səh., 12x18, yumşaq, 500
 

3.00 manat


Arif Mehdiyev, Amin İsmayılov


Coğrafi informasiya sistemləri


Dərslikdə Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaranması, əsas ideyası və mahiyəti şərh olunub. CİS mühitində coğrafi obyektlərin verilməsi, verilənlər bazasının yaradılması şərtləri, məlumatların formatlarş, təhlil imkanları misallarla izah olunub. Müasir dövrdə bu sahədə istifadə olunan əsas proqram və aparat təminatları haqqında zəruri məlumatlar verilib. CİS-in imkanları, alətlər dəsti və tətbiq sahələri ətraflı izah olunub ki, müəlliflərin fikrincə, bu da öz növbəsində CİS mühitində işləmək bacarığının aşılanması baxımından faydalıdır.


“Müəllim”, 2010, 232 səh., 15x22, sərt, 500
 

10.00 manat


Рафик Алиев


Беседа по душам...


Книга посвящена замечательному человеку, талантливому ученому-историку, академику Тофику Касум оглу Кочарли. Стиль передачи мыслей в форме диалога с ним избран автором исключительно как знак глубокого уважения к его светлой памяти. Такой подход, как нам кажется, даст возможность читателям более реально почувствовать его присутствие.


“Апостроф”, 2009, 284 стр., 13x20, твердая, 2000
 

7.00 manat


Redaktor- Səbuhi Rəhimli


2012: Dünyanın sonumu?


“2012-ci il sindromu”, necə deyərlər, öz kuliminasiya nöqtəsinə yaxınlaşmaqdadır: yeni təqvim ili gəldi. Bu ildə nələrin olub-bitəcəyini hamımız birlikdə görəcəyik. Lakin bu ilin bəşəriyyətin və Evimiz olan Yer kürəsinin də bitmə ili olacağına inananlar az deyil. İnsan oğlu var olandan həmişə özü də bilmədən təhtəlşüur səviyyəsində öz sonundan yana əndişə yaşaya-yaşaya ömr edib, maraq dolu bir qorxu ilə o Günü gözləyib...Bu kitab də həmin əzəli-əbədi marağa su səpmək amacı ilə ərsəyə gəlib.


“Qoroskop”, 2011, 112 səh., 14x20, yumşaq, 500
 

3.00 manat


Ələkbər Muradov


Qırmızı şarla vidalaşma...


Şərti olaraq insanın yaddaşı audio-vizual cihaza bənzəyir. Doğulduğu gündən dünyasını dəyişənə qədər yazılan, daha doğrusu hazır yazılmış yazını oxuyur, həmən cihaz! Çox xoşbəxt insanlara həmən yazını dəfələrlə oxutdurub yada salır, ibrət, müqayisə, tövsiyə edir qüdrətli Allah! Bu yazıda xırda detallar yenidən oxunanda yeni rəngdə, yeni çalarlarla yada düşür. Bəlkə bizim bütün səhvlərimiz, günahlarımız həmən xırda yaddan çıxan detallardadır? Bilmirəm?! Onu hiss edirəm ki, bu yazı sondan əvvələ oxunursa, son əvvəldədir...


“CBS”, 2011, 80 səh., 15x21, yumşaq, 300
 

10.00 manat


Vasif Qafarov


Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi ( 1917-1922)


Kitab Azərbaycan tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda maraqlı bir dövrünü əhatə edir. Monoqrafiyada Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsinin meydana çıxması, bu dövlətlərin Azərbaycanla bağlı planları və bu planların gerçəkləşdirilməsi üçün həyata keçirilən tədbirlər kompleks şəkildə araşdırılıb. Zəngin ilkin arxiv sənədlərinə dayanan müəllif 1917-22-ci illərdə Türkiyə-Rusiya münasibətlərinin düyün nöqtəsinə çevrilən “Azərbaycan məsələsi”ni regionda və bətövlükdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisə və proseslər fonunda tədqiq edərək xalqımızın taleyüklü məsələlərinin həll olunduğu bu dövrün obyektiv tarixi mənzərəsini yarada bilib. Kitabda istifadə edilən sənəd və materialların böyük bir qismi ilk dəfə dövriyyəyə gətirilib.


“Azərnəşr”, 2011, 474 səh., 15x22, sərt, 1000
 

15.00 manat


Мамед Айдын оглу


Под одной крышей или с любовью из Утрехта


Эмиль Новрузов вернулся в родной город лишь на сутки, чтобы завершить начатое почти три года назад дело. Он забирает свою долю у Тогрула и уже строит планы на будущее. Утром Новрузов отнесет деньги в банк, вечером сядет в самолет на обратный рейс до Сургута и начнем жить совершенно иначе. Жизнь его будет полна увлечений. Отныне он богач. Однако в результате несчастного случая, который нарушил его планы Эмиль становится гостем в доме, где находит новых друзей и свою истинную любовь. Но все не так просто, как казалось на первый взгляд и за все в жизни надо отвечать.


«Нурлан», 2010, 156 стр., 15х20, мягкая, 200
 

3.00 manat


Elif Şafak


İskəndər

 

 

(Türk dilindən tərcümə edən: Hunay Saday)


Roman Fərat çayı sahilindəki bir kürd kəndində yaşayan, sonra isə Londona qədər gedib çıxan kürd-türk əsilli bur ailənin faciəsini təsvir edir. Roman İskəndərin bacısı Əsmanın dilindən söylənən bir hekayət olaraq yazılıb. Əsərdə 11 əsas obrazın iştirakı ilə baş verən faciə-İskəndərin öz anasını qətlə yetirməsi baş gicəlləndirici bir şəkildə təsvir edilib. Romanın bölmələri ayrı-ayrı qəhrəmanların adları ilə adlandırılmaqla hadisələrin inkişafı adddım-addım onların dilindən söylənir və bu üslub həmin qəhrəmanların xarakterinin açılmasına yardım etmiş olur. Roman sirlərlə doludur. Və romanın hər bölməsində bir sirrin açılması ilə yeni sirlərin ortaya çıxması oxucunu daima gərgin maraq içərisində saxlayır. Əsər dünya, həyat, cəmiyyət , eşq, mənəvi dəyərlər haqqında söylənilmiş fikirlərlə zəngindir. Bu romanı ən yaxşı anladan cümlələrdən biri belədir: “Ən çox sevdiklərimizi incidirik!” Sevdiklərinizi nahaq yerə incitməkdən çəkinmək üçün “İskəndər” köməyinizə yetişə bilər.


“Qanun”, 2011, 448 səh., 12x19, yumşaq. 500
 

7.00 manat

 

 

 

Аделя Иманова


«Мелодия любви»

 

 

серия «Любовь и тайны нашего города». Повести и рассказы.


Если вам интересно знать, как сильна первая любовь, как порой трудно мужчине хранить тайну, кем может оказаться уличная торговка и кем может стать замечательный парень, сын академика, какое благородство таится в бессердечной женщине, какое отношение имеет всемирно известная певица к обычному жителю нашей страны, как выйти замуж за миллионера, как элементарная зависть перечеркивает чью-то жизнь, то эта книга – для вас.


«Элм и тахсил», 2011, 406 стр., твердая цветная обложкка, тираж 500 шт

 

7.00 manat

 

 

 

AVCİYA

 

 

Bakı haqqında 20 etüd


Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının tanınmış fotoqraflarla birlikdə tərtib etdikləri kitab-albomda Bakıdan danışılır. V-VI əsr mənbələrində bağavan və Atəş-i Baquan, X əsrin ərəb mənbələrində bakuyə, Bakuh, Baku, XV əsrin rus məxəzlərində Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə adlandırılan Bakı bu kitabın əsas qəhrəmanıdır. Müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində paytaxtımız haqqında 20 etüddə açılan söhbət oxucu üçün maraqlı olacaq. Bu kitab-albom hər bir insana Bakını göstərə, təqdim edə biləcək.


“Şərq-Qərb”, 2011, 168 səh., 30x30, sərt, 1000

 

 

50.00 manat

 

 

 

Paul Mladjenoviç


"Fond birjasında investisiya"


(Tərcüməçilər: Elçin İbadov, Elvin Şabanov, Tural Ağayev)

Bu nəşr Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Paşa Bank tərəfindən maliyyələşdirilib və Headstart İnternational şirkəti tərəfindən hazırlanıb. Kitab iqtisadiyyat üzrə tədris aparan müəllimlər, bu sahə üzrə təhsil alan tələbələr, maliyyə/birja mütəxəssisləri və fond birjasında həyata keçirilən əməliyyatlar haqqında ümumi məlumat əldə etmək istəyən geniş kütlə üçün nəzərdə tutulub.
“CBS”, 2011, 408 səh.

 

 

 

18.00 manat

 

 

 


İslam və zamanın ehtiyacları

(I və II cild)


Görəsən, on dörd əsr öncə yaranmış İslam qanunları hər an dəyişməkdə olan zamanın ehtiyaclarına necə cavab verə bilər?
Heç bir qanunun sabit qala bilməyəcəyini, zamanın dəyişməsi ilə yeni qanunların yaradılmasına ehtiyac olduğunu, beləliklə də, İslam qanunlarında da dəyişikliyin zəruri olduğunu deyən nəzəriyyələrə İslam dininin cavabı nədir?
Kitabda İslam dininin layiqli nümayəndəsi olan hörmətli alim tərəfindən bu gün də problem olaraq qalan həmin mövzunun həllinə çalışılmışdır.
Bu geniş mövzu müxtəlif aspektlərdən araşdırılmış, bir çox şübhəli məsələlərə aydınlıq gətirilmiş, müxtəlif fəlsəfi nəzəriyyələr qarşısında İslam qanunlarının aliliyi bir daha sübuta yetirilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
· Nəşr tarixi: 2012 Fevral / Bakı
· Səhifə sayı: 456
· Ölçü: 15x21
· Qapaq: yumşaq
· Nəşr sayı: I
· ISBN: 978-9952-8150-2-3

 

8.00 manat

 

 

Çingiz Abdullayev
Abırlı adam


Ölümlə nəticələnmiş sirr və müəmmalar... Onlar məşhur analitik-ekspert Dronqonu daim daban-dabana izləyir. Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznesmenlə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə müraciət edib. Öz mənzilinin qapısı ağzında güllələnmiş bir şəxsin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul olmağı ondan xahiş edirlər. Dronqo izləri toplamağa, özgə taleləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öyrənməyə başlayır; o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır-indiyəcən yüz dəfə elədiklərini eləyib, öz vəzifəsini həmişəki kimi vicdanla yerinə yetirir. Ancaq böyük çətinliklər bahasına başa gələn bu son dərəcə mürəkkəb və ağlasığmaz araşdırmanın yekununda əldə etdiyi nəticə, üzə çıxardığı dəhşətli həqiqət Dronqonu əməlli-başlı şoka salır və o, ömründə ilk dəfə ifşa etdiyi qatilə əl uzadır; etiraf etməyə məcbur olur ki, onu heyran qoyan qatilin inanılmaz hərəkəti... əslində , əsl hörmət və mərhəmətə layiqdir!


“Qanun”, 2011, 280 səh., 12x18, yumşaq, 300

 

 

3.90 manat

 

Çingiz Abdullayev

 

Tver bulvarı


Kseniya Morjikova – bu ad oxucuya müəllifin “ingilis bulvarı” romanından tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar. Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir. Nə baç verib? Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideynlərinə zəng vurub, onlardan heç nə tələb etmirlər. Ortaya müxtəlif suallar çıxır: bəlkə bu, manyak qatilin törətdiyi qətldir? Lakin meyit aşkar edilməyib. Bəlkə, bu, macəra eşqində olan bir yeniyetmənin evdən qaçışıdır? Amma ağıllı, istedadlı oğlan indiyədək heç vaxt bu cürs sərbəst hərəkətlərə yol verməyib. Bəs nə baş verib?..


“Qanun”, 2011, 264 səh., 12x18, yumşaq, 300

 

3.90 manat

 

Çingiz Abdullayev
"Ölümü özün seç" (rus dilindən tərcümə edəni- Natiq Səfərov)

Onlar cəmi yeddi nəfərdir- peşəkar qatillər! On illər boyu dünyanı lərzəyə salmış sovet təhlükəsizlik xidmətinin sifarişlərini icra ediblər. Böyük və sarsılmaz SSRİ adından öldürüblər. Öz yaxın adamlarına qarşı bəzən “humanist” olurlar: ölməlisən, amma necə öləcəyini özün seç. Lap qədim Roma imperatorları kimi. İndi o sarsılmaz dövlət yoxdur, onun xarabalıqları üzərində “siyasətlə mafiyanın qardaşlığı” ideolojisinə söykənən vəhşi kapitalizm və hərc-mərclik cəmiyyəti qurulub. Belə cəmiyyətlərdə isə peşəkar qatillərə diktatura rejimlərində olduğundan daha çox ehtiyac yaranır. Və qatillər yenə iş başındadırlar. Müəllifin maraqlı və kəskin süjet xəttinə malik “Ölümü özün seç” romanında siz onların yeni siyasi şəraitdəki fəaliyyətlərilə tanış olacaqsınız. Yalnız dedektiv Dronqo və müstəntiq Kolçinin şəxsi fədakarlığı çoxsaylı cinayətlərin açılmasına və bu cinayətlərin arxasında duran böyük güclərin ifşasına səbəb olur.
2011, 288 səh.
 

3.90 manat

 

İlya İlf, Yevgeni Petrov
"ON İKİ STUL"

Bu kitab rus ədəbiyyatının şah əsəridir. Bu kitab intellektuallardan sadə oxuculara qədər hər kəsin sevə-sevə oxuduğu bir kitabdır. Bu kitab oxuculara çatan andan az qala hər cümləsi sitata çevrilmiş bir kitabdır. Bu kitab – “12 stul” kitabıdır. Rus dilindən tərcümə: Akir İsazadə

Bakı, “Qanun Nəşriyyatı” - “Əli və Nino” Nəşriyyatı, 2011, 360 səhifə. 1000 tiraj.
 

7.00 manat

 

Əllamə Məhəmməd Hüseyn Tabatəbai
"İnsan dünyadan əvvəl" ( şərh və əlavələr- Rövşən Abdullaoğlu)

Kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Tabatəbainin “İnsan”risaləsi əasında qələmə alınıb. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilib.
2011, 144 səh.
 

4.00 manat

 

Qan Turalı
“Mustafa” (roman)
(“Ən Yeni Ədəbiyyat” seriyasından)

Baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir.
Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar.
Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.

"Qanun", 2011, 143 səh.

 

3.50 manat

 

Эля Энверли
"Леди Икс"

После длительного перерыва писатель вновь возвращается к творчеству. «Леди ИКС» -это второй сборник рассказов Эли Энверли, написанный в 2009 году. Первая ее книга «Письмо без адреса»- вышла в 1996 году. В центральном рассказе «Леди ИКС» автор повествует о самоотверженной и верной женской любви. Сюжеты и образы героев подсказаны самой жизнью. В лирических рассказах, полных поэзии и романтики, автор раскрывает внутренний мир своих героев. Рассказы не лишены юиора и наполнены добратой и любовью к людям. В книгу также включен очерк об известной художнице, Заслуженном деятеле искусств Азербайджана Саре манафовой, с которой автор дружил долгое время.
2010, 140 səh.

 

6.00 manat

 

Александр Хакимов


"Не хочу к амазонкам" ( опыт колумнистики-2)


Настоящую книгу А. Хакимова в какой-томере можно считать логическим продолжением его предыдущей книги – сборника колумнистики «Жить без обезьяны». Здесь, как и там, собраны под одной обложкой материалы, опубликованные А.Хакимовым на страницах бакинской газеты «Эхо»-статьи, эссе, репортажи, путевые заметки, интервью, взятые им, и интервью взятые у него... Однако данная книга построена по несколько иному принципу, нежели предыдущая. Перед каждым помещенным здесь материалом автор рассказывает, при каких обстоятельствах и по какому поводу этот материал был задуман и написан, а после – какая дополнительная информация появилась на эту тему уже после того, как материал был опубликован...секреты «творческой кухни» и максимальная полнота информации – вот, пожалуй, отличительные особенности этой книги. И еще: разнообразие тем. Животный мр планеты и духовный мир человека , штдельные страницы из жизни известных личностей и занимательные факты из истории науки, смелые фантастические идеи и возможные последствия их воплощения в жизнь, история создания культовых фильмов и восхитительная природа азербайджана, воспоминания о смешных и о страшных эпизодах из личной биографии автора...Все это нашло отражение в этой книге.
2011, 320 стр.,
 

5.00 manat

 

Çingiz Abdullayev
"İngilis bulvarı"

 

( tərcüməçi-Mahir N.Qarayev)

Çoxsaylı əsərləri əksər dünya xalqlarının dilinə çevrilərək böyük tirajla yayımlanan Azərbaycanın xalq yazıçısı Ç.Abdullayevin öz yaradıcılığı üçün də qeyri-ənənəvi olan bu romanında macəra dalınca Nitsaya bir həftəlik istirahətə yollanan moskvalı vəkilin – Kseniya Morjikovanın başına gələn qeyri-adi hadisələr öz əksini tapıb. Az qala möcüzə nəticəsində bir neçə dəfə ölümün pəncəsindən yaxa qurtarmağa müvəffəq olan gənc hüquqşünas qadın özü də bilmədən son dərəcə müəmmalı şəkildə baş vermiş qətllərin şahidinə çevrilməklə yanaşı, bu dolaşıq hadisələrin açılmasında, qatillərin ifşasında da bilavasitə iştirakçı və yardımçı olur.
2011, 208 səh.,

 

5.00 manat

 

 

 

Ayxan Eyvaz


"Mən necə Polad Alemdar oldum"


“Mən necə Polad Alemdar oldum” –Türkiyədə və dünyada məşhur olan “Kurtlar Vadisi” serialının təsiri ilə Azərbaycanın
kiçik bir məhəlləsində yaşayan uşaqların oynadıqları məzəli oyundan bəhs edilir. Burada serialla oyun arasında vəhdət
yaranır, bir növ real həyatla, virtual həyatın sintezi baş verir. Roman qəhrəmanları oynadıqları oyunla cəmiyyətin, xalqın
problemlərini həll edəcəklərini zənn edirlər. Bu, saf düşüncə isə “Kurtlar Vadisi” serialının onların qəlbində yaratdıqları
vətən sevgisindən doğan hissdir. Ancaq hələ yolun başlanğıcında olan, gerçəkləri görməkdə acizlik çəkən bu uşaqlar
yaşadıqları mühitin reallıqlarından çox uzaqdırlar. Buna görə də onların düşüncələri digərləri üçün gülünc və maraqsız
görünür. Əsərdə Azərbaycan insanının kütləvi şəkildə serial aludəçisinə çevrilməsi, həyatlarını serial qəhrəmanları kimi
yaşamaları öz əksini tapıb.
2011, 104 səh.
 

3.00 manat


Çingiz Abdullayev


"İnsan ovu"


( tərcüməçi- Natiq Səfərov)

Dünyanın ən tirajlı yazıçılarından olan Çingiz Abdullayevin “İnsan ovu” dedektiv romanı iki
superdövlətrəhbərləri-Qorbaçov-Reyqan-Buş arasında 1988-ci ildə keçirilən tarixi görüşə hazırlanan sui-qəsd və onun
qarşısının alınmasından bəhs edir. Bu siyasi dedektivdə müəllifin digər əsərlərindən tanıdığınız Dronqonun növbəti
şücaətləri əksini tapıb. Roman real və məxfi informasiyalar üstündə qurulan kəskin, dramatik süjetə malikdir.
2011, 280 səh.

 

3.90 manat

 

Elçin Qarayev


"İrəvan xanlığı (1747-1828)"


Monoqrafiya XVIII yüzilliyin ikinci yarısı- XIX yüzilliyin əvvəllərində mövcud olmuş Azərbaycanın ən uzunömürlü
xanlıqlarından biri olan İrəvan xanlığının tarixinə həsr olunub. Tədqiqat işində ilkin mənbələr və arxiv sənədləri əsasında
İrəvan xanlığının siyasi, iqtisadi tarixi, tarixi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verilib. Burada həmçinin xanlığın
ərazisi və siyasi sərhədləri müəyyənləşdirilib, onun inzibati ərazi bölgüsü, əhalinin etnik, dini və say tərkibi məsələləri
işıqlandırılıb.
2010, 344 səh.

 

 

7.00 manat

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22