Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22

 

 

 

 

Cerom Devid Selincer


"Çovdarlıqda uçurumdan qoruyan"

 

 

( tərcümə edəni- Tehran Vəliyev)

“Çovdarlıqda uçurumdan qoruyan” qomanı 1951-ci ildə qələmə alınıb. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən cavanlar arasında böyük populyarlıq qazanaraq XX əsrin yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Amerikalı yazıçı roman üzərində doqquz il işləyib. Əsər dünyada qıza müddətdə 60 milyon nüsxə ilə satılıb.
2011, 228 səh.
 

5.00 manat

 

 

 

Nüsrəddin Məmmədov, Amil Məhərrəmov, Sədaqət Əhmədova


"Azərbaycan iqtisadiyyatı"


Hər bir müstəqil dövlətin müstəqil siyasəti və milli mənafeyə uyğun milli iqtisadiyyatı yaradılmalıdır. Milli iqtisadiyyat milli dövlətin mövcudluğunun bazisi, iqtisadi əsasıdır, digər siyasi təsisatlar bunun üzərində yüksəlir və onların uğurları iqtisadi bazisin inkişaf səviyyəsindən asılıdır və bunlar bir-birini şərtləndirən amillərdir. Lakin saglam milli iqtisadiyyatın formalaşması və inkişafı çox mürəkkəb, çətin və uzun müddətli prosesdir. Bir iqtisadi sistemdən daha mütərəqqi iqtisadi sistemə keçməyin ümumi iqtisadi sistemə keçməyin ümumi iqtisadi qanunauyğunluqlarını bilmədən, bazar iqtisadi sisteminə keçməyin zəruriliyini dərk etmədən sağlam milli iqtisadiyyatın formalaşmasında əhali şüurlu şəkildə iştirak etməz və keçid dövrünün çətinliklərinə dözümsüzlük göstərə bilər. “Azərbaycan iqtisadiyyatı” dərs vəsaiti bu propblemlərin mahiyyətini açmaq, əhalini iqtisadi biliklərlə silahlandırmaq məqsədilə çap edilib.
2011, 522 səh.
 

12.00 manat


Yusif Əhmədov


"Ələkeçməzlər-2"


Azərbaycanın ilk milli siyasi detektiv romanı olan kitabda 2006-2010-cu illərdə Bakıda və əyalətlərdə, o cümlədən Dağlıq Qarabağda, Xankəndi və Laçında, bir çox xarici ölkələrdə baş vermiş müxtəlif kriminal hadisələrdən, terrorlardan bəhs edilir. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Aydın Xan Əbilovdur.
“Şərq-Qərb”, 2011
 

7.00 manat


Mətləb Əlizadə, Etibar Seyidzadə, Amil Babayev


"Kompüter və hesablama sistemlərinin arxitekturası"


Dərslikdə fərdi kompüterin arxitekturası tamamilə açıq şəkildə verilib, ona daxil olan qurğuların iş prinsipi ətraflı şərh edilib. Bununla yanaşı kitabda istifadəçinin fərdi kompüterdən istifadə etdiyi zaman yararlandığı pereferiya qurğuları haqqında da çoxlu sayda şəkillərdən istifadə etməklə ətraflı məlumat verilib. Kitab fərdi kompüter, ona qoşulan pereferiya qurğuları, həmçinin bu texniki qurğuların yaranma tarixi ilə maraqlananlar üçün əlverişli dərslik hesab edilə bilər.
2011, şəkilli, 648 səh.
 

8.00 manat


Jan Pol Sartr


"Ürəkbulanma" roman


(Azərbaycan dilinə Gülər Qasımova tərcümə edib)

...Əsərin qəhrəmanı həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır...
Sartr bu xaos içində insan azadlığının, onun şərəf və ləyaqətinin qorunmasının mühümlüyünü qabardır...
“Ürəkbulanma” (fr. La Nausée, ilk adı “Melanxoliya” olub) XX əsrin ən böyük filosoflarından biri, yazıçı və markisist, ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır.
Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı.
Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub.
“Ürəkbulanma” romanı öz gücü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərib.
Kitabı "APOSTROF" nəşriyyatı çap edib.
 

5.00 manat


Elçin Ələkbərzadə


"Vanqanın sehirli aləmi"


Bu kitab heyrətamiz vergiyə malik kor öncəgörücü qadın Dahi Vanqa haqqındadır. Vanqa yadplanetlilərlə , ölənlərin ruhları ilə, mələklərlə birbaşa əlaqəyə girmək, bütün bəşəriyyətlə bərabər ayrı-ayrı insanların da taleyini öncədən görmək iqtidarında idi. Vanqa insan həyatını kitab kimi əvvəldən axıra qədər oxuyurdu. Vanqa tibbi təhsili olmadan xəstələrə dəqiqliklə diaqnoz qoyur və təbii vasitələrlə yüksək effektli müalicə edirdi. Bu kitabda Vanqadan əvvəlki və sonrakı öncəgörücülər-Zərdüşt peyğəmbər, hələ XVI əsrdə bəşəriyyətin 3797-ci ilə qədərki taleyi haqqında öncəgörmələr söyləmiş Nostradamus, amerikalı “yatmış peyğəmbər” Edqar Keysi, əslən İranlı olan Cuna Davitaşvili, Volf Messinq, ən qüdrətli medium Tofiq Dadaşov haqqında unikal faktlar da öz əksini tapıb.

2011, 216 səh.
 

3.00 manat


Yaqub Abbasov


"İntellekt"


Kitaba müxtəlif elm sahələrini əhatə edən 700 sual-cavab, görkəmli şəxslərin həyatından ən maraqlı məqamlar, dilimizdə işlədilən bəzi sözlərin mənşəyi və tarixi, eləcə də İslamı qəbul edən tanınmış şəxsiyyətlər, “Quranı-Kərim”in möcüzələri, İslamın-Elmin inkişafının qarşısını alan hökmdarlar ( Əməvilər, Abbasilər), dünya ölkələri haqqında məlumat, Osmanlı Sultanları, İslam Konfransı Təşkilatı, bundan başqa: namazı öyrənənlər üçün azərbaycanca və rusca ümumi məlumatlar və s. daxil edilib.
2011, 640 səh.,
 

10.00 manat


Zahirəddin Məhəmməd Babur


“Baburnamə”


(Cağataycadan çevirən: Füzuli Bayat)
Tarixə düşən məharətli siyasətçi, Osmanlının ruhunu, mənəviyyatını, mədəniyyətini özünəməxsus şəkildə öz imperatorluğunda yaşadan dövlət xadimi, şair, tarixçi, elm adamı və bir sözlə, Türk-İslam tarixinin ən böyük simalarından olan Qazi Zahirəddin Məhəmməd Babur idi.
Onun haqqında tarixdə çox yazıb, çox danışıblar, həmişə də əzəməti və şöhrəti qarşısında baş əyiblər. Bir vaxtlar, demək olar ki, bütün Hindistan onun qurduğu böyük bir imperiyanın tərkibində idi. O, məşhur sərkərdə, bacarıqlı dövlət xadimi, siyasətçi, həm də orta əsrlərin ən böyük şair və ədiblərindən biri idi. O, təkbaşına Türk-Hind imperatorluğunu qurdu və özündən sonra tarixdə “Baburnamə” adı ilə böyük bir ədəbi miras qoyub getdi. “Baburnamə” Qərbi bu gün də özünə heyran etməkdədir. Məhz “Baburnaməyə” görə onu Qərbdə hörmət və məhəbbətlə türklərin Homeri adlandırırlar.
2011
 

10.00 manat


Ceyhun Bayramlı


"Babək və hürrəmilik" ( yalanlar və gerçəklər)


Kitabda Azərbaycanda IX əsrin I yarısında baş vermiş hürrəmilər hərəkatına, bu hərəkatın öndəri Babək Hürrəminin həyat və mübarizəsinə, eləcə də hərəkatın dini-ideya mahiyyətinə ənənəvi tarixşünaslığın baxışlarından fərqli yeni mövqe nümayiş etdirilir, Hürrəmilik ideyaları İslami nöqteyi-nəzərdən təhlil olunur, Azərbaycan xalqının IX əsrdə milli dövlətçilik məfkurəsinə dair yeni fikirlər irəli sürülür. Tədqiqat əsəri elmi-publisistik üslubda yazıldığına görə həm elmi-tarixi araşdırma aparan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
2011, 452 səh.,
 

9.00 manat

 

 

 

“Azər-İlmə”


“Azərbaycan xalçaları-Qarabağ qrupu” /broşur/

 

 

 

(6 dildə)

Xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə gələn bu broşurda Qarabağ xalçalarının özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri, toxunma texnologiyası, rəng və kompazisiya həlli hərtərəfli, geniş tədqiq olunub. Broşurda iyirmiyə yaxın əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında məlumatlar verilib.
Xalçaların özünəməxsus çeşniləri, rəngləri, naxış və ornametlərindən bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşuru Qarabağ xalçaları həqiqətlərini altı dildə bütün dünyaya çatdırır. Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşurun beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu broşurda yer alan əntiq və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur. Layihənin rəhbəri dosent Vidadi Muradovdur. Layihə üzərində həmçinin tarix elmləri doktoru Kərim Şükürov və sənətşünas Asiya Şirəliyeva da çalışıblar.

 

 

 

Satış üçün nəzərdə tutulmayıb

 

 

 

Aqil Abbas

 

 

 

"Batmanqılınc" (roman)


Romanda XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən, Azərbaycan torpaqlarının bütünlüklə öz hakimiyyəti altında görmək istəyən Ağa Məhəmməd şah Qacardan, Qacarın şimali Azərbaycana yürüşündən, Rus imperiyasının Qafqazda ilk dayaqlarının yaranmasından və bu gərgin ictimai-siyasi durumda faciəli günlər yaşayan o taylı-bu taylı Azərbaycan xalqının qismətinə düşmüş ağrılı-acılı taledən söhbət açılır. Məmməd bəy Cavanşir Batmanqılıncın Qarabağ xanlığının tarixindəki rolu romanın ana xəttini təşkil edir.


Bakı, Qanun Nəşriyyatı, 2011, 280 səhifə, 1000 tiraj.
 

7.00 manat

 

 

 

Den Braun


"Da Vinçi şifrəsi"

 

 

(tərcüməçi-Samir Bulut)


Leonardo da Vinçinin işlərində gizli şifrələr var... Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər... Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı... Müəllif “Da Vinçi şifrəsi” romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonaqrafiya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxucularına çatdırır. Roman Luvr muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır...
2010, 464 səh.,

 

 

9.50 manat

 

 

‎109 resept, 12 şəkil, 64 səhifə-ləziz yeməklər kitabı

 

"Azərbaycan mətbəxi"


Kitabda Azərbaycan mətbəxindən seçmə reseptlər toplanıb. Şorbalar, tərəvəzli-göyərtili xörəklər, salatlar, plovlar və dolmalar, şirniyyat reseptləri çox sadə və oxunaqlş dildə yazılıb. Kitabda ətlə, tərəvəzlə, balıqla, toyuqla hazırlanan ənənəvi xörəklərin qaydaları verilib. Yəmək həyatdır, xoçbəxtlikdir, unudulmaz daddır. Bu kitabda olan hər bir reseptdə Azərbaycan dadı var. Bu dadı “Azərbaycan mətbəxi” kitabının köməkliyi ilə dünyanın hər yerində, hər zaman yoxlaya bilərsiniz.
2011, 72 səh.,

 

 

5.00 manat


Əli Əlirzayev


Turizmin iqtisadiyyatı və idarə edilməsi


Kitabda turizmin inkişafının sosial-iqtisadi rolu və onun Azərbaycanın iqtisadi və sosial inkişafında yeri müəyyənləşir. Turizmin inkişafının əsas iqtisadi, maliyyə aspektləri qiymətləndirilir. Turizmin modeli, onun əsas parametrləri və sosial-iqtisadi nəticələri proqnozlaşdırılır.
“İqtisad Universiteti”, 2011, 494 səh., 14x20, yumşaq, 500
 

9.00 manat

 

 

 

Zbiqnev Bjezinski


"Böyük şahmat taxtası"


(Amerikanın hökmranlığı və onun geostrateji imperativləri)
(tərcüməçi- Yaşar Əsədov)

 

 

 

SSRİ-nin qatı və ardıcıl əleyhdarı olan Bjezinskinin kitabının çoxsaylı yeni nəşrləri onun geasiyasət sahəsində nəzəri öncəgörmələrinə böyük marağın olduğunu göstərir. Dünyanın ən məşhur politoloqlarından biri gələcək dünyanın siyasi xəritəsini proqnoz etməklə, dünyada və xüsusilə də Avrasiya kontinentində cari onilliyin geosiyasi situasiyasını təhlil edir. Müəllif SSRİ-nin bütün kin-küdurətini miras olaraq qəbul edən Rusiyaya “Qara dəlik” simvolik adı verən ayrıca fəsil həsr
edib.
2011, 328 səh.

 

 

8.00 manat

 

 

 

Den Braun


"Mələklər və iblislər"


( tərcüməçi-Yaşar Əsədov)

“İllüminati”. Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden-qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də... Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəf-müqabili öz şəxsi araşdırmalarına başlayırlar və... tezliklə inanılmaz nəticələr əldə eləyirlər... Dünyaca məşhur olan bu əsər Azərbaycan dilində ilk dəfə nəşr
edilir.
2011, 656 səh.

 

 

 

9.50 manat


Aqata Kristi


"Baş nazirin oğurlanması" (dedektiv)


(ingiliscədən çevirən- Camal Zeynaloğlu)

Onu “cinayətlərin kraliçası” adlandırırdılar, amma özünün başqa “Ölüm hersoginyası” titulu xoşuna gəlirdi. Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox oxunan müəllifdir. ”Staylsda sirli hadisə”, “Sirli düşmən”, “Rocer Ekroydun ölümü”, “Vikarinin evində ölüm hadisəsi”, “Pərdə”, “Miss Marplın son təhqiqatı” və s. əsərləri bu gün də maraqla oxunur. 1955-ci ildə Amerika dedektiv yazarları assosiasiyası Aqatay tarixdə ilk dəfə olaraq dedektiv ədəbiyyatının Qrand-masteri adını verib. Aqata Kristi 1976-cı ildə 86 yaşında dünyasını dəyişib.
2011, 142 səh.

 

 

3.00 manat


AMEA
Baş redaktor- akademik Cəlal Əliyev


"Nəbatat terminlərinin izahlı lüğəti"


Oxuculara təqdim olunan “Nəbatat terminlərinin izahlı lüğəti” Mərkəzi Nəbatat Bağının alimlərinin əməyinin bəhrəsidir. Lüğət nəbatat elminə aid olan 4250-dən çox termini əhatə edir. Kitab dərs vəsaiti və məlumat kitabçası kimi elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
2010, 264 səh.,


 

12.00 manat


Qabriel Markes


"Sənin qar üzərindəki izinlə"


(tərcümə edəni-Nəriman Əbdülrəhmanlı)

Böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin dərinliklərinə asanlıqla yol tapır. Markes söz sehirbazıdır, hamının bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, sözün qüdrətinə inandırmağı bacarır. Kitabdakı povest və hekayələr də böyük söz ustasının yaradıcılığının daha bir yönünü açmağa yardım göstərir.
2011, 184 səh.
 

4.00 manat


Etel Lilian Voyniç


"Qırılmış dostluq" (Ovod-2)


(tərcümə edəni- Hökümə Həbibova)

“O, özündən asılı olan hər şeyi elədi. Üsyan onun günahı üzündən yatırılmadı. O öz tapşırığının öhdəsindən uğurla gəldi, lakin dağlılar siqnala cavab vermədilər. Üsyançıların məğlubiyyəti ilə başa çatan vuruşdan sonra, o, dəstəsinin qalan üzvlərini ən təhlükəsiz yerə apardı, onlara lazımi göstərişlərini verdi və onların xilası naminə yoldaşlarını tər elədi”. Müəllifin yenidən öz sevimli qəhrəmanı Ovoda müraciət edərək onun Cənubi Amerikadakı sərgüzəştlərini təsvir etmiş olduğu “Qırılmış dostluq” romanı ideya insanlarının birindən bəhs edir və enerji ilə aşıb-daşan bugünkü Azərbaycan gəncliyi üçün çox doğma olacağı şübhə doğurmur.
2011, 336 səh.
 

6.00 manat


Qafar Sarıvəlli


"Obrazlar qalereyası" (rəngkarlıq)


Kitab-albomda rəssamın əsasən portret janrında çəkdiyi əsərlər rəsm həvəskarlarına teqdim olunub. Rəssam portret yaradıcılığında kifayət qədər səmimi olmağa çalışdığından, daha çox özünə ilham obyekti seçdiyi müasirlərinin, eləcə də dünyasını dəyişən, amma onun üçün həmişəyaşar olan şəxsiyyətlərin daşıdıqları həyat amallarını qabartmağa səy göstərib. Bu zəngin əsərlər qəlereyasında Səməd Vurğunun, Qədir Rüstəmovun, Mirvari Dilbazinin, Osman Sarıvəlli və digərlərinin
portretlerində müxtəlif insan talelərinin cizgiləri onları seyr edənlərə çox şey deyir.
2011, 84 səh.,

 

 

 

Satış üçün nəzərdə tutulmayıb

 

 

 

"Azərbaycan – tolerantlıq məkanı "


Nəfis tərtibatda çap olunan kitabın içindəki materiallar oxucuya dörd dildə - azərbaycan, rus, ingilis və ərəb dillərində təqdim olunub. Ensiklopedik topluda Azərbaycanın ziyarət məkanlarının fotoları öz əksini tapıb.
2011, 400 səh.,

 


 

30.00 manat


Nəsib Nəsibli


"Azərbaycan Demokratik Respublikasının xarici siyasəti"


Dərs vəsaitinin tədqiqat obyekti Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin əsas istiqamətləridir. Kitabda Fevral inqilabından sonra Azərbaycanda yaranmış siyasi vəziyyət, Azərbaycan nümayəndələri ilə Osmanlı nümayəndələri arasında aparılan danışıqlar, iki ölkə arasında hərbi, siyasi, mədəni və b. sahələrdəki əməkdaşlıq araşdırılıb; Mudros sülhündən sonra yaranmış yeni şəraitdə Azərbaycan diplomatiyasının Antanta ölkələri və onların nümayəndələri ilə işi diqqət mərkəzinə çəkilib; Gürcüstan, Ermənistan, Cənub-Qərbi Qafqaz Respublikası, Dağıstan və İranla çətinliklə qurulan münasibətlərə böyük yer verilib; Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakına xüsusi hissə həsr edilib. Azərbaycanın dövlət müstəqilliyinə son qoyulmasında müxtəlif xarici qüvvələrin iştirakı da geniş araşdırılıb. Əsərə əhalinin milli tərkibi haqqında statistik cədvəllər və xəritələr əlavə edilib.
2011, 328 səh.,

 

 

7.00 manat

 

 

 

 

İdeya müəllifi- Kənan Kazımoğlu


“Ədəbi Azadlıq” müsabiqəsi.

 

 

Seçmə hekayələr


Kitabı Azad Avropa və Azadlıq Radioları korporasiyasının (RFE/RL) Azərbaycan Xidməti-Azadlıq Radiosu nəşr edib. Kitaba radionun www.AzadliqRadiosu.az saytının “Oxu Zalı” rubrikasının keçirdiyi “Ədəbi Azadlıq” müsabiqəsinə (2011-ci il mart-iyun ayları ərzində keçirilib) təqdim olunmuş 50 seçmə hekayə daxil edilib.
2011, 304 səh.,

 

 

Satış üçün nəzərdə tutulmayıb

 

 

 

Qabriel Qarsia Markes


"Gözlənilən bir qətlin tarixçəsi"


(tərcüməçi-Əkrəm Əylisli)

Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir. Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir. Markesin əsərləri içində məzmunca ən mistik və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir. Bəs nə üçün hamı bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.
2011, 128 səh.,

 

 

4.00 manat

 

 

 

Patrik Züskind


"Ətriyyatçı" / Bir qatilin tarixçəsi /


(fransızcadan çevirəni: Cavanşir Yusifli)
Patrik Züskind (1949) İsveçrə yazıçısıdır. “Ətriyyatçı” dünyada ən çox oxunan romanlardandır. Dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla çap edilib. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də Avropanın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını alt-üst etməsinin səbəbini qoyur ortaya.
2011, 296 səh.,

 

 

6.00 manat

 

 

 

 


Bəhlul Behcət


"Qaçaq Nəbinin tarixi"


Sovet İmperiyasının repressiya qurbanlarından olub islamşünas, tarixşünas, ədəbiyyatşünas və folklorşünas kimi fəaliyyət göstərmiş Bəhlul Əfəndi Behcətin bu araşdırması ilk dəfədir ki, işıq üzü görür. Əsərdə Azərbaycan tarixinin bu gün üçün gərəkli sayıla bilən bir sıra məsələlərinə toxunulub və Azərbaycan kəndli hərəkatı və onun görkəmli nümayəndələrindən sayılan xalq qəhrəmanı qaçaq Nəbinin qaçaqçılıq fəaliyyəti arxiv sənədləri və həmin tarixi dövrdə yaşamış canlı şahidlərin
xatirələri əsasında yazılıb.
2011, 296 səh.
 

8.00 manat

 

 

 

Tahir Kazımov


"Qisas"


“Qisas” dedektiv romanında bir qətl cinayəti ətrafında aparılan əməliyyat-istintaq tədbirləri zamanı aşkar edilmiş bir qrup insanların pozğun həyat tərzi, qisasçılıqları ( həm də mənəvi qisas), onların acınacaqlı aqibəti və məhəbbət macəraları inandırıcı boyalarla təsvir olunub. “Mənəvi xilaskar”, romanın davamı olmaqla kimliyindən və həyat tərzindən asılı
olmayaraq, ümumiyyətlə, insana mənəvi qayğıdan söhbət açır...”Qəfil ezamiyyət ”dedektiv povestində isə bir ananın iniltili şikayəti araşdırılarkən on dörd yaşlı Hğmbətin milis işçiləri tərəfindən günahsız və qanunsuz olaraq istintaqa cəlb edilməsi və yeniyetmənin hüquqlarının qorunması ətrafında aparılan humanist tədbirlərə geniş yer verilib.
2011, 348 səh.
 

12.00 manat

 


İsgəndər bəy Münşi Türkman


"Tarixi aləmara-yi Abbasi" (Abbasın dünyanı bəzəyən tarixi)


Kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I Şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın farsca yazdığı “Tarixi aləmara-yi Abbasi”(Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvi dövlətinin yaranması və inkişafı , ilk dörd Səfəvi şahının ( I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə ) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə , I Şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir sıra Yaxın və Orta Şərq ölkələrinin tarixini öyrənmək baxımında böyük əhəmiyyət kəsb edən yazdığı “Tarixi aləmara-yi Abbasi” ilk dəfədir ki, Azərbaycan dilində işıq üzü görür.
2009, 792 səh.,
 

25.00 manat

 

 

Asif Hüseynli


"Vyetnam hökmdarları"


Bu kitab Vyetnam tarixi ilə maraqlananlar üçün gözəl hədiyyədir. Burada son minilliklərdə Vyetnamda hökmdarlıq edən onlarla hökmdar haqqında çox zəngin məlumatlar verilir. Bu hökmdarların bir hissəsi haqqında müasir Azərbaycan oxucusu ilk dəfədir ki, tanış olur.
2011, 96 səh.
 

4.00 manat

 

 

 

Əllamə Məhəmməd Hüseyn Təbatəbai


"İnsan dünyadan sonra"


(şərh və əlavələr- Rövşən Abdullaoğlu)

İnsan üçün ən mühüm olan suallardan biri ölümdən sonra aqibətinin necə olmasıdır. Ölüm elə bir həqiqətdir ki, onu heç bir kəs dana bilməz. Adəm övladı həyatda bəlkə də hər bir məsələ barəsində şəkk edib və onu danıb, yalnız ölümdən başqa...Uca Yaradan öz nişanələrini hikmət pərdəsi altında gizlətdiyi halda, bundan təkcə ölümü istisna edib, onu hamı üçün aşkar bir dəlil, insanları qəflətdən oyadan vasitə qərar verib. Allahı qəbul etməyən bir ateist belə ölüm barəsində mülahizələr irəli sürməkdə, bu hadisəni ən azından təbii bir proses kimi incələməkdədir. Bu kitabda ölüm və ondan sonra baş verəcək yaradılış prosesləri barəsində bəhs edilib. Mövzu İslam dünya görüşü nöqteyi-nəzərindən ələ alınıb.
2011, 128 səh.
 

4.00 manat

 

Asiman Eyniyev
"Məxfi cəmiyyət"
Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsuludur. Romanda təsvir edilən hadisələrin, ədəbi surətlərin, məkanın, eləcə də başqa cəhətlərin reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur.
2011, 184 səh., 14x20, yumşaq, 500

 

 

 

 

 

4.00 manat

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22