Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22

 

 

 

 

Əli Əkbər


"93- Tanrıların qürubu"


Gecədir. Reyn çayının sahilində bir qaya ucalır. Bu qayanın üstündə, üç norna dünyanın tale ipini toxuyur. Tanrıların
hakimiyyəti sona çatmaq üzrədir. Baş Tanrı Votan, özünün Valqalla qəsrində-tanrıların çevrəsində oturub, məsum final
gününü gözləyir.
2011, 394 səh.,

 

 

5.00 manat

 

 

 

Nüsrəddin Məmmədov, Amil Məhərrəmov, Sədaqət Əhmədova


"Azərbaycan iqtisadiyyatı"


Hər bir müstəqil dövlətin müstəqil siyasəti və milli mənafeyə uyğun milli iqtisadiyyatı yaradılmalıdır. Milli iqtisadiyyat milli dövlətin mövcudluğunun bazisi, iqtisadi əsasıdır, digər siyasi təsisatlar bunun üzərində yüksəlir və onların uğurları iqtisadi bazisin inkişaf səviyyəsindən asılıdır və bunlar bir-birini şərtləndirən amillərdir. Lakin saglam milli iqtisadiyyatın formalaşması və inkişafı çox mürəkkəb, çətin və uzun müddətli prosesdir. Bir iqtisadi sistemdən daha mütərəqqi iqtisadi sistemə keçməyin ümumi iqtisadi sistemə keçməyin ümumi iqtisadi qanunauyğunluqlarını bilmədən, bazar iqtisadi sisteminə keçməyin zəruriliyini dərk etmədən sağlam milli iqtisadiyyatın formalaşmasında əhali şüurlu şəkildə iştirak etməz və keçid dövrünün çətinliklərinə dözümsüzlük göstərə bilər. “Azərbaycan iqtisadiyyatı” dərs vəsaiti bu propblemlərin mahiyyətini
açmaq, əhalini iqtisadi biliklərlə silahlandırmaq məqsədilə çap edilib.
2011, 522 səh.,

 

 

12.00 manat

 

 

 

Corc Oruell


"1984"


Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət
mərkəzində olub, müxtəlif dillərə cevrilərək ciddi polemika doğurub. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunələrindən sayılan “1984” romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.
2011, 436 səh.,

 

 

8.00 manat

 

 

 

Franz Hohler


"Qapı döyülür"


Azərbaycan oxucusu il əilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən müşhur çağdaş yazıçılarından biridir. O, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. F. Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə
2002-ci ildə Kassel mükafatına layiq görülüb, 2005-ci ildə Sürix şəhər mükafatını alıb. Uzun illər boyunca əsərləri Luchterhand Yayınevində basılıb. “Qapı döyülür” adlı bu romanda müasir İsveçrə ailə həyatının psixoloji qatları öz əksini tapıb.
2011, 96 səh.,

 

 

4.00 manat

 

 

Ideya müəllifi: Abbas Atilay


"Proses..."


Bernis Ebbitun “fotoqrafiyanın Balzakı”adlandırdığı Ejen Atje (Atje ata) təkrarlamağı xoşlardı: “Yaxşı fotoqrafiya yaxşı it kimi olmalıdır: Lal, ancaq aydın və mənalı”.
Fotolar güclü silah kimi dünyanı bir gündə dəyişə bilməz, ancaq dəyərləri formalaşdıra, yumulu gözləri aça, ətalətli şüurları oyada, insanı özünə mühüm suallar verməyə vadar edə bilər. Eddi Adams bircə fotosu(Sayqonda edam) ilə milyonlarla amerikalıya harada olduqlarını anlamağa kömək etdi. Milyonlar anladı ki, on minlərlə km. uzaqlıqdakı savaşın əsl üzü rəsmi təbliğatdakı kimi deyil, Kurt Vonnequtun əsərlərində yazıldığı kimidir. Kurtun “Uşaqların xaç yürüşü”nün bacarmadığını Eddinin bircə kadrı bacardı. Ceff Vidnerin 1989-da Tiyananmendə çəkdiyi “Naməlum qiyamçı”sı Tək adamın öz qismətinə etiraz rəmzi oldu, Tək adamlara ümidsiz mübarizələri üçün Qürur verdi. Eyni fikirləri Alber Kamyu öz ”Qiyam edən insan”ında yazmışdı. Ancaq Vidnerə bunu çatdırmaq üçün bircə foto bəs etdi. Misalları artıqrmaq olar. Ancaq dayanmaq da olar. Ardını hamımıza bu kitabdakı fotolar deyəcək. Deyəcək ki, biz indi hardayıq...


2011, 122 səh.,

 

 

Əlaqə telefonu: 492-12-38


Hacı Soltan Əlizadə


"Qədir-Xum həqiqətləri"


Qədir-Xum İslamın ən müqəddəs yerlərindən biri sayılır. Qədir-Xum adlanan yerdə Məhəmməd Peyğəmbər Həzrət Əlini özünün canişini elan edib. Kitabda həmçinin İmam Əli haqqında ümumi hədislər toplanıb, şairlərin onun haqqında yazdıqları şeirlər yer alıb.


2011, 760 səh.,

 

 

 

18.00 manat


Абдулла Иса


"Горец"


(Впервые! Вся правда о чеченской войне и мистике Кавказа глазами Низами Гянджави)
Хотя «Горец» и написан в художественном или, как я люблю говорить, «нескучном» жанре, он скорее является фактологическим источником для событий, изменивших ход истории всего Кавказа в течении последних 20 лет. Большинство фактов, описанных в «Горце», публикуется впервые и сильно разнится от официальной интерпретации известных событий. Я, как автор книги, собирал эту информацию по крупицам, путешествуя по Кавказу-Грузии, Пнкисскому ущелью, Азербайджану, Дагестану, и встречаясь с очевидцами событий, описанных в «Горце». Особую остроту драматическим событиям в книге добавляет история А. Македонского, написанная 800 лет назад великим Н. Гянджеви. Не толко мысли, озвученные поэтом, не потеряли своей актуальности, но и география событий, описанных в «Искендер-наме», совпадает с горячими точками сегодняшнего мира, Это и Север Африки, и Пакистан, и Ирак,и Северный Кавказ. История войн Александра 2500-летней давности проходит по тем регионам, которые и сегодня являются источниками войн и распрей.


2011, 256 стр.,

 

 

5.00 манат


B. Tuncay


"Sakların tarixi, dili və ədəbiyyatı"


Kitabın ən böyük özəlliklərindən biri odur ki burada sakların Azərbaycan ərazisinə kənardan gəlmə olmadıqları, ölkəmizin aftoxton sakinlərindən olduqları həm yazılı mənbələr, həm də arxeoloji abidələr əsasında sübut edilib. Kitabda sakların təkcə Azərbaycan və Orta Asiya ilə bağlı tarixləri deyil, eyni zamanda Hindistan və Şərqi Türküstanla bağlı tarixlərinə də toxunulub, onların Hindistan və Azərbaycanda yazıb-yaratmış şairlərinin adları və əsərləri müəyyənləşdirilib.


Bakı :Apostrof, 2009.

 

 

 

6.00 manat


Əziz Alpoud


"Həyatımın hekayətləri" (XX əsri xatırlayarkən)


(Türkiyə tükcəsindən çevirəni- Zakir Sadatlı)

Bu kitabı XX əsrin tam yarısının Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyası adlandırmaq olar. Müəllif bu prosesdə şəxsən iştirak eləyib, həm də hadisələrin yönləndirilməsi və şəkilləndirilməsində müəyyən rol oynayıb. Bu baxımdan əsər çox canlı, cana yaxın, insanın qanını donduracaq səviyyədə təsirlidir. Demokratik respublikanın qurulması, XI Qırmızı Ordunun ölkəmizi işğal etməsi, dəhşətli bolşevik zindanları, hazırlanan qiyamın beşikdəcə boğulması, Sibirə qədər aparan vahiməli yol, dövrün tanınmış şəxsləri ilə bu yolları birgə keçmək-oxucu kitab boyu hadisələrin içində olur. Əziz Alpoudun (həqiqi adı Mürəbdüləziz Seyid) Sibir sürgünündən necə inanılmaz yolla qurtulması, ailə faciəsi, öz azadlığına doğru min kilometrlərlə velosipedlə getdiyi qanlı-başlı yollar, A. Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı, Azərbaycanın dünya boyu səpələnmiş istiqlal mücahidləri ilə sıx əlaqəsi kitabda son dərəcə təsirli şəkildə təsvir edilməklə əsəri oxunaqlı edir. Əlyazma ilk dəfədir ki, kitab şəklində nəşr olunur.


2011, 652 səh.,

 

 

12.00 manat


Çingiz Abdullayev


"Mavi mələklər"


(Ç. Abdullayevin bütün əsərləri)


BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik –Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqca o bir o qədər təhlükəli olur. Onun əziz insanı, ən yaxın dostları həlak olur...
“Mavi mələklər”i dilimizə unudulmaz tərcüməçi, mərhum Natiq Səfərov çevirib.


2011, 344 səh.,

 

 

 

3.90 manat

 

 

Mübariz Xəlilov


"İnformatika"


Universitet tələbələri üçün nəzərdə tutulmuş dərslikdə fərdi kompüterlərin aparat və proqram təminatları, onların iş prinsipləri istifadəçilərin başa düşəcəyi sadə dildə şərh edilib. Burada məqsəd: tələbələri “İnformatika”nın bir elm kimi əsas nəzəri və praktiki aspektləri ilə tanış etmək, avtomatlaşmış informasiya mənbələrindən istifadə etmək üçün informatikanın bir vasitə kimi öyrənilməsi, tipik informasiya sistemləri ilə işləmək üçün praktik vərdişlərin aşılanması, informasiyalaşdırma proseslərinin hüquqi əsaslarını və informasiya texnologiyalarının müdafiəsinin öyrədilməsini təmin etməkdir.


2009, səh., 316,

 

 

10.00 manat

 

 

 

YUXUYOZMA


Görülən yuxuların yozulması işində dəyərli material olan bu kitab görkəmli islam alimlərinin materialları əsasında hazırlanıb. Bu kitabda yuxuyozma ilə yanaşı islam şəriətinə görə görülən yuxulardan sonra atılan addımlar üzrə müəyyən tövsiyələr verilib.

 


“Çıraq”, 2009, 576 səh.,
 

12.00 manat

 


Həsən Quliyev


"Arxetipik azərilər: mentalitetin simaları"
 

Fəlsəfə elmləri doktoru H.Quliyevin “Arxetipik Azərilər mentalitetin simaları” kitabında ilk dəfə Azərbaycan xalqına xas olan, onun dünyaduyumunun müəyyənləşdirən aparıcı arxetiplərin yardımı ilə milli mentallığımızın özünəməxsusluğu öz əksini tapır, son dövrlərdə xalqımızın üz-üzə gəldiyi faciələr, habelə qloballaşma ilə bağlı mentallığımızın məruz qaldığı təhlükələri dəf etmək yolları araşdırılır.


2010, 344 səh.,

 

 

7.00 manat


Мамед Саид Ордубади


"КРОВАВЫЕ ГОДЫ"


(С азербайджанского языка перевёл Мирза Гусейнзаде)


Книга известного азербайджанского писателя Мамеда Саида Ордубади "Кровавые годы" посвящена событиям на Кавказе в 1905-1906 годы, жестоким армяно-азербайджанским столкновениям. Книга изобилует огромным фактическим материалом: датами, именами, количеством жертв, и может послужить пособием будущим историкам, которых заинтересует эта проблема.


ISBN 978-9952-34-378-6, "Шерг-Герб", 2010, 184 стр., твёрдая, 500
 

5.00 манат


Zemfira Hacıyeva


"Təkrarlanan tarix - təkrarlanan şərhlər"


Əsər erməni mənşəli ABŞ tarixçisi C.Burnutyanın "İrəvan xanlığı Qacarların hökmranlığı dövründə. 1795-1828" kitabına tənqidi baxışdır. İlk hissədə müəllifin İrəvan bölgəsinin tarixi ilə bağlı rus-sovet və erməni tarixçiləri ilə fərqli və oxşar cəhətlərinə nəzər yetirilir.
Kitabın ikinci hissəsində isə C.Burnutyanın sözügedən əsərinin mühüm əhəmiyyət kəsb edən fəsilləri müəyyən ixtisarla oxucuların diqqətinə çatdırılır. Bu fəsillərdə rus işğalı ərəfəsində bütün Azərbaycan ərazisi kimi, İrəvan xanlığını da əhatə etmiş siyasi proseslər şərh edilir, habelə bölgənin sosial-iqtisadi, demoqrafik vəziyyəti ilə bağlı geniş və əhatəli məlumat verilir.


ISBN 978-9952-34-599-5, 2011, "Şərq-Qərb", 256 səh.
 

Əlaqə telefonu: 492-12-38

 

 

 

KRİMİNALİSTİKA

 

 

 

(Dərslik)


/hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Əliyevin məsul redaktorluğu ilə/


Kitab Azərbaycan dilində kriminalistika elminə həsr olunmuş latın qrafikasında hazırlanmış ilk dərslikdir. Burada kriminalistikanın tədrisi ilə bağlı əsas məsələlər: onun anlayışı, sistemi, kriminalistik təlimlər, kriminalistik texnikanın üsul və metodları, kriminalistik taktikanın əsas elementləri və müxtəlif istintaq hərəkətlərinin taktiki və psixoloji xüsusiyyətləri, kriminalistik metodikanın müstəqil elementləri (kriminalistik xarakteristika, tipik kriminalistik şəraitlər, istintaqın ilkin və sonrakı mərhələsində istintaq hərəkətlərinin taktikası, müstəntiqin profilaktik fəaliyyəti və s.), konkret növ cinayətlərin araşdırılmasının xüsusi kriminalistik metodikası təqdim edilmişdir.

Bu kitab «hüquqşünas» ixtisası üzrə təhsil alan tələbələr, AR DİN-in Polis Akademiyasının müdavimləri, MTN-in Heydər Əliyev adına Akademiyasının kursantları, cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşları, tədqiqatçılar, ümumiyyətlə, kriminalistika elmi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.


Bakı: Qanun, 2010, 752 səh.
 

25.00 manat


“Ən yeni tərcümə” seriyasından növbəti kitab

Paulo Coelho

 

 

On bir dəgigə


Tərcüməçi: Nəriman Əbdülrəhmanlı

Dünyanın ən çox oxunan müəlliflərindən biri, Braziliya yazıçısı Paulo Koelyonun insan qəlbinin gizlinlərindən bəhs edən “On bir dəqiqə” adlı bestselleri həyata orijinal münasibətilə diqqəti çəkir. Roman, Braziliyadan Avropanı fəth etməyə gələn, bir il öz xoşuyla fahişəliklə məşğul olan gənc qızın romantik xəyalları və acı gerçəklik haqqında ürəktərpədən elegiyadır.


Bakı, Qanun Nəşriyyatı, 2011. 300 səhifə.
 

7.00 manat


Rəsul Bayram

 

 

 

Axına qarşı (Против течения)


“Axına qarşı” romanı iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyülərinə işıq salır.
Əsərdə | və || Dünya müharibələrin başlaması səbəbləri, İsrail- Fələstin savaşının Azərbaycan oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.
“Hizbullah” təşkilatı necə yarandı? Təşkilatın lideri Molla Nəsrullahın hansı gizli əlagələri vardı? İran İslam Respublikasının Yaxın Şərqlə bağlı hansı gizli planları var?
İmam Xomeyninin gizli toplantısında kimlər iştirak etdi və nələr müzakirə olundu? Xomeyni Qorbaçоva ünvanladığı məktubda nələri yazmışdı? Ayaq basdığı bütün ölkələrdə vətandaş müharibəsinə bais olan Yasir Ərəfat əslində kim idi? ABŞ və Böyük Britaniya ərəb – yəhudi problemini necə alovlandırırlar? SSRİ-ni dağıtmaq üçün ABŞ prezidenti Ronald Reyqan hansı planı işə saldı?
… Bütün bu qlobal hadisələr ikin xalqın – yəhudi və ərəblərin taleyində hansı izləri buraxdı? Bu faciəvi hadisələr bir-birini sebvən iki gəncin qovuşmasına mane olacaqmı?..
“Axına qarşı” romanı həm də avtoritar rejimlərin millətlərin və insanların taleyində necə ağır izlər buraxmasından bəhs edir. Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə üçün yaxşı imkanlar açır.


Bakı, "Qanun", 2011, 332 səh.
 

5.00 manat


Milorad Paviç


Xəzər sözlüyü (roman-leksikon)
 

(Ruscadan tərcümə: İlqar Fəhmi)

“Xəzər sözlüyü” Milorad Paviçə çox böyük uğur və dünya şöhrəti gətirmiş romandır. Bu kitabı Xəzər xaqanlığı ilə bağlı tarixi araşdırma kimi də qəbul etmək olar. Bu araşdırma biri-birilə tez-tez əvəz edilən roman-tik rəvayətlər və tarixi süjetlərlə ifadə olunub. Möhtəşəm dili Paviçin romanına epos bənzərliyi verir (elə əslində də bu bir eposdur).
Hadisələr yuxu ilə gerçəkliyin sərhədində dövr edir və bu da kitabın süjetinə, onun qəhrəmanlarına və onları əhatə eləyən dekorasiyalara müəyyən mənada sürreal məna verir. Bu kitab haqda əsrarəngiz süjetə malikdir demək də, ümumiyyətlə heç bir süjeti yoxdur, demək də olar.
Onu da demək yerinə düşər ki, kitabın iki – həm kişilər, həm də zərif cins üçün yazılmış versiyası var. Versiyalar arasında fərq nəzərə çarpmayacaq dərəcədədi.
“Sözlük” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı. Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.
Bu cür fəndgir yanaşma heç də kitabın başlıca məziyyəti deyil. “Xəzər sözlüyü” müəllifin öz oxucuları ilə apardığı çox parlaq intellektual oyundur.
Bir sıra nəzəriyyəçilər bu kitabı postmodern qılafla örtülmüş anti-postmodern hesab eləyirlər.


Bakı, Qanun Nəşriyyatı, 2011. 160 səhifə. 500 tiraj.
 

5.00 manat


V.N.Meqre


"ANASTASİYA" (tərc.: Nərminə Ziyatay)
 

Kitab babaların bilik xəzinsindən faydalanıb onları öz istedadının süzgəcindən keçirmiş və özünəməxsus nəticələr əldə etmiş qeyri-adi bir qadın haqqındadır. Kitab biz necə olmuşuq və biz necə olmalıyıq suallarını cavablandıra biləcək bir əsərdir. V.N. Meqrenin bu əsərindən bəşəriyyətin keçmişi və gözəl gələcəyi haqqında təsəvvürlərə özünəməxsus aydınlıq gətirir.
Bakı, "Çıraq", 2011, 404 səh., 15x21, yumşaq

 

 

 

8.00 manat


Samuel Beckett


"Molloy", "Malon ölür"


İrland yazıçısı, şair və dramaturq Samyuel Beckett tərəfindən qələmə alınmış məşhur trilogiyanın ilk iki romanıdıdr. Bu əsərlər Azərbaycan dilinə ilk dəfə tərcümə olunur. Trilogiyanın üçüncü əsəri olan “Adsız” romanı gələcəkdə oxucuların diqqətinə çatdırılacaqdır.
2011, 352 səh.,
 

6.00 manat


Yunus Oğuz


Əmir Teymur (zirvəyə doğru)
 

Tarixi romanlar müəllifi, tanınmış türkoloq Yunus Oğuzun sayca onuncu olan “Əmir Teymur zirvəyə doğru” kitabı sərkərdə, dövlət başçısı, ictimai xadim, dövrünün dünyaya səs salan hökmdarı Əmir Teymur haqqında iki cildliyin birincisidir. Mütaliə boyu sizi hadisələrin gedişinə uyğun həyəcanlı saatlar gözləyir. Vərəqləyin...
2011, 368 səh.,

 

 

 

12.00 manat


Dünya bestselleri Azərbaycan dilində (Khaled Hossein)


Xalid Hüseyni "Çərpələng uçuran"
 

Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseynin dünya bestselleri olan "Çərpələng uçuran" romanı Azərbaycan dilində də çap edildi.

Kitab “Əli və Nino” nəşriyyatında çap olunub. Kitabın tərcüməsi Bakıda Amerika Səfirliyi tərəfindən maliyyələşib. Kitabı Xədicə İsmayıl tərcümə edib..
 

8.00 manat


Azad Qaradərəli


Burda yer fırlanmırdı
 

“Burda yer fırlanmırdı” kitabına müəllifin son vaxtlar qələmə aldığı hekayələri və 2004-cü ildə bitirdiyi, bir sıra mətbuat orqanlarında hissə-hissə (ixtisarla) çap olunan romanı daxil edilib. Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunan “Yuxarıda kim var?” adlı uzun hekayə isə bu kitabın çapa hazırlanma prosesində qəfil yazılanlardandır. Yazıçı heç bir “izm”ləri qəbul etmir, heç Yazıçılar Birliyinin də üzvü deyil. Onunçün yaxşı yazıçı və yaxşı yazar var. Təqdim etdiyi yazıları isə özünün sözü bilib oxucuların ixtiyarına verir.
2011, 416 səh.

 

 

6.00 manat

 

 

 

Fyodor Dostoyevski


"Qumarbaz"

 

 

( tərcümə edən- Nəriman Əbdülrəhmanlı)

Dünya ədəbiyyatının ən nəhəng simalarından olan F. Dostoyevskinin “Qumarbaz” romanı həyatda qazanmaq üçün başqa yol bilməyən insanın kədərli taleyi barədə böyük istedadla yazılmış bir əsərdir. Roman çıxılmazlıq duyğusundan qurtulmağa can atan qəhrəmanın məhrəm yaşantılarını oxuculara ustalıqla çatdırır. Dostoyevski özü bu əsər haqda məktublarının birində yazır: “... Başlıca məsələ ondadı ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O, qumarbazdı, bununla belə Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı kimi, o da adi qumarbaz deyil. O, özünəxas şairdi, amma iş burasındadır ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərindən hiss eləyir...” Bütün hekayət ondan ibarətdi ki, o, üçüncü ildi qumarxanalarda ruletka oynayır...”


“Qanun”, 2011, 180 səh.

 

5.00 manat

 

 

 

Albert Camus


"Yad"

 

 

(Tərcüməçi-Əlisa Nicat)

Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş “Yad”əsəridir. Mövzusu sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər). Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (...) İnsan madam ki, öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, -sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.


"Qanun", 2011, 136 səh.

 

4.00 manat

 

 

Sergey Zaytsev


"Hamiləlik və doğuş haqqında hər şey"


Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib: anatomiya, fiziologiya, hamiləliyin planlaşdırılması, hamilə qadının gigiyenası, tibbi müayinə, hamiləlik zamanı qadın orqanizmində dəyişikliklər, nasazlıq və risklərə geniş yer verilib. Hamiləlik dövrünün patologiyası; doğuş və doğ…uş sonrası dövrlər də geniş nəzərdən keçirilib. Ən əsası isə, kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər (o cümlədən xalq təbabətinə arxalanan) verilib.
 

Bakı, 2011, “Qanun” Nəşriyyatı, 432 səhifə. “Əli və Nino” Nəşriyyatı

 

 

9.50 manat

 

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22