Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22


 

Jostein Gaarder


"SOFİNİN DÜNYASI"


(Tərcüməçi: Nərmin Kamal)

Roman yarım milyona çatan tirajlarla bütün dünyada oxucuların təxəyyülünü alovlandırıb. On dörd yaşlı Sofi Amundsen məktəbdən evə qayıdarkən poçt qutusunda birində “Kimsən sən?”, o birində “Dünya necə əmələ gəlib?” yazılmış iki kağız görür. Bu cəlbedici girişdən sonra Sofi onu Norbeçdəki kəndlərindən çox uzaqlara aparan suallara qərq olur. Bu müəmmalı filosofdan ardıcıl gələn, Sokratdan Sartra qədər bir çox filosofları əhatə edən məktublarla sanki yazılı kursa daxil, eyni zamanda başqa bir qıza ünvanlanan məktublar almağa başlayır. Bəs Hilde kimdir, Ona göndərilən məktublar Sofiyə gəlir? Bu müəmmanı öyrənmək üçün Sofi öyrənməkdə olduğufəlsəfədən istifadə etməlidir,- lakin həqiqət onun təsəvvür etdiyindən qəliz imiş.


“Qanun”, 2011, 560 səh., 15x21, yumşaq, 500

 

8.00 manat

 

 

 

Herman Hesse

 

 

"SİDDHARTHA"

 

 

(hind povesti)


(Tərcüməçi: Kifayət Haqverdiyeva)

Herman Hesse – Nobel mükafatı laureatı, “Muncuq oyunu”, “Yalquzaq” kimi məşhur romanların, “Nərgiz və Qoldmund”, “Demian” və s. povestlərin müəllifidir. Hind mövzusunda olan “Siddhartha” (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir. Əsərin güclü psixosimvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır. Povestin qəhrəmanı müqəddəs Hautama Buddanın adaşıdır.


Bakı, "Qanun", 2011, 148 səh., 12x18, yumşaq, 500

 

5.00 manat

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu


"Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı sənədlər toplusu"


(3 cilddə)
Oxucu mühakiməsinə təqdim olunan bu kitab “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” adlı üçcildlik sənədlər toplusunun 1-ci cildidir. Sənəd toplusu sovet hakimiyyəti illərində Azərbaycan xalqının xüsusi məqsədlərlə saxtalaşdırılmış tarixinin əsl mənzərəsini üzə çıxarır. Kitaba daxil edilmiş arxiv sənədləri və müəllif məqalələrində “Daşnaksütyun” partiyası Bakı Komitəsinin üzvü Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik cəlladlarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli soyqırımın indiyədək xalqdan gizlədilmiş səhifələri işıqlandırılır.


“Çaşıoğlu”, 2009, 776 səh., 14x22, sərt, 500

 

 

 

25.00 manat

 

 

 

Milan Kundera


"ASTAGƏLLİK"


(Tərcüməçi: İlqar Fəhmi)
Fransada köhnə qəsrlərin çoxu indi mehmanxanaya çevrilib. Çağdaş texnika əsrindən bezib sakitlik axtaranlar çox vaxt məhz belə qəsrlərə üz tuturlar. Onların da ağlına gəldi ki, gecəni hansısa uzaq bir qəsrdə keçirsinlər. Lakin təsəvvür etmirdilər ki, bu qəsr onları sadəcə mehmanxana kimi yox, həm də sözün həqiqi mənasında keçmişə-kralların, kraliçaların, qrafların, qrafiniyaların, saray intriqantlarının və fitnə-fəsadların ağuşuna atacaq. Köhnə bir qəsr- və keçmişə açılan qapı... bu qapının o biri üzündə sizi nə gözləyir? Bu kitabı oxusanız biləcəksiniz.


“Qanun”, 2011, 144 səh. 12x18, yumşaq, 500

 

5.00 manat

 

 

 

Редактор - Азер Мустафа-заде


"Рапорт генерал майора Болховитинова о деятельности армянских вооруженных отрядов в Турции и Закавказье в первую Мировую войну."



Книга - архивный материал действий армянских националистов в конце 80-х годов XIX века и в годы Первой мировой войны в Турции и на Кавказе.
В книге приводится 65-страничный доклад царского генерал-майора, начальника Генерального штаба Русской Кавказской армии Леонида Болховитинова, написанный им в декабре 1915 года. Данный архивный документ впервые обнаружил турецкий историк Мехмет Перинджек в фондах Российского государственного военно-исторического архива. Эти материалы свидетельствуют об армянских зверствах против мирного населения в Восточной Анатолии Турции в начале прошлого века и в годы Первой мировой войны. Основываясь на разведывательных данных, документах, генерал Леонид Болховитинов приводит причины появления так называемого «армянского вопроса», цели армянских националистов создать независимую Армению на крови, убийствах мирных жителей турецких городов.
Кроме того, в докладе генерал царской России анализирует истинные причины образования армянских дружин в годы Первой мировой войны, воевавших на стороне России против Турции. В документе ясно дается понять, что руководство тогдашней России сомневается в «благих» намерениях армян, желающих, якобы, помочь Российской империи в войне против турок. Конечно, русский генерал очень хорошо понимал, что это противоречит сути армян, мечтающих любой ценой воплотить в жизнь идею о создании армянского государства - террором, кровопролитием, гнусной ложью. В книге представлены также фотографии и документы архивных данных.


“Азернешр”, 2011, 144 стр., 14x21, твердый, 500

 

 

 

10.00 manat

 

 

 

J.M.Q. Lö Klezio


Raqa - Gözəgörünməz qitəyə yanaşma


(Tərcümə edən: Çimnaz Vəliyeva)


Sakit okeanda minlərlə ada yerləşir. Arxipelaqın mirvari adalarından biri də Pentekost adasıdır ki, yerli əhali adaya “Raqa” deyir. Ada beynəlxalq səviyyədə tanınmadığı üçün yazıçı onu “gözəgörünməz qitə” adlandırıb. Əsərdə ada sakinlərinin həyat tərzləri, keçmişi və bu günü, əfsanələri, adət və ənənələri haqqında maraqlı məlumatlar var. Ada sakinləri ilə tanış olan müəllif onların həyatlarının əsl qəhrəmannamə olduğuna heyran qalır. Le Klezio sanki bu əsərilə demək istəyir ki, ey insanlar, bu adalara getməyin, malik olduğunuz həyat tərzinizlə oraları da kirlətməyin: qoyun, o insanlar istədikləri kimi yaşasınlar, onların gələcəyinə hörmət edin.

 
“Qanun”, 2010, 148 səh., 12x18, yumşaq, 500
 

6.00 manat

 

 

Den Braun


"DA VİNÇİ SİFRƏSİ"


(Tərcümə edən: Samir Bulut )


Sion Prioratı-1099-cu ildə yaradılmış Avripa gizli cəmiyyətidir, real təşkilatdır. (Priorat və ya sinyoriya- orta əsrlərdə bəzi şəhər-kommunaların idarəetmə orqanıdır. Mason ənənələrində Böyük Priorat-masonluğun rəhbərlik sistemində bölmələrdən biridir)1975-ci ildə Paris milli kitabxanasında “Gizli dosyelər” adı ilə məlum olan bükülü əlyazmalar tapılıb. Bu dosyelərdə Sion Prioratının əksər üzvlərinin adı açıqlanır. Onların arasında İsaak Nyuton, Bottiçelli, Viktor Hüqo və Leonardo da Vinçi də var. Vatikanın “Opus Dei” adlanan şəxsi prelaturası qatı dindarlığı təbliğ edən katolik sektasıdır. Beyinlərin təmizlənməsi, “nəfsin öldürülməsi” kimi dəhşətli rituallarla və zorakılıqla tanınıb. “Opus Dei” sektasının Nyu-Yorkda, Leksinqtonavenyu 243-də, 47 milyon dollara başa gələn mənzil-qərargahının tikintisi yaxın vaxtlarda qurtarıb. Kitabda incəsənət, arxitektura nümunələrinin, bir sıra sənədlərin və sirli ritualların dəqiq təsviri verilib. Roman Luvr muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır.


“Qanun”, 2010, 464 səh., 14x20, yumşaq, 500

 

 

8.50 manat

 

 

 

Herta Müller (2009-cu il Nobel mükafatı laureatı)


Nəfəs yelləncəyi


Herta Müllerin “Nəfəs yelləncəyi” bir hadisədir. Mübaliğəli, poetik bir romanda o, Zibenbürgendən olan bir gəncin 2-ci Dünya müharibəsi zamanı rusların əmək düşərgəsindəki taleyindən bəhs edir. Əsərdə müəllif insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplayaraq sonra bunları roman halına salıb. Beləliklə, o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bie səhifəsini cavan bir oğlanın kifayət qədər dərin indibidual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir.


“Qanun”, 2010, 336 səh., 13x20, yumşaq, 500

 

 

 

10 manat

 

 

 

Prof. Dr. Arif Sarsılmaz


110 SUALDA YARADILIŞ VƏ TƏKAMÜL (+CD hədiyyə)


"110 sualda Yaradılış və Təkamül" adlı bu kitab yaradılış və təkamül, uzun illərdir tədris edilən Təkamül nəzəriyyəsinin tarixi, elmi ədəbiyyatda yeganə elmi sistem kimi götürülməsinin səbəb və məqsədi, təkamülçülərin əsaslandığı faktların həqiqətdən uzaq ol ması, təcrübələrlə əldə edilən məlumatların təhrif edilməsi və müasir dövrdə bir çox alimlərin bu nəzəriyyə ilə razılaşmaması kimi məsələləri ehtiva edir. Müəllif müasir elmi məlumatlara, bir çox Avropa və Amerika alimlərinin araşdırmalarına, öz təcrübəsinə və digər etibarlı qaynaqlara əsaslanaraq Təkamülün bir nəzəriyyə olsa da, yeganə elmi nəzəriyyə olmadığını, mühüm məsələləri düzgün, məntiqli, elmi cavablandırmadığını, elmi əsas qayəsindən uzaqlaşdırdığını ətraflı şəkildə izah edir. Və izah edərkən əsaslı, tutarlı faktlardan çıxış edir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.


“Xəzər Nəşriyyatı”, 2011, 440 səh., 17x24, yumşaq
 

Əlaqə telefonu: 492-12-38

 

 

М ФирА


Четки старого Мирзы


Книга «Четки старого Мирзы» включает в себя повесть, рассказы, литературные зарисовки, новеллы. Многие рассказы напомнят читателю о тяжелых днях, пережитых во время Великой Отечественной войны и мужественности женщин, перенесших в те страшные годы все тяготы и потери. В связи с 70-летием Арифа Мансурова в данной книге предлагаются два его рассказа, которые были опубликованы в газете «Неделя»- иллюстрированное еженедельное воскресное приложение газеты «Известия».


“Авропа”, 2010, 300 стр, 12x17, мягкий, 1000
 

5 manat


Həmid Herisçi


Konspiroloq


Postmodernin də bir qənimi tapılıb. Bu, adına konspirologiya deyilən yeni estetik, fəlsəfi nəzəriyyədir. Konspiroloji təfəkkür bütün modern anlayışları yenidən dirildir. Postmodernin pərdəarxasına bircə an göz atıb, bu klassik məfhumları ordan üzə çıxarır. Konspirologiya artıq postmodernin qəbrini qazıb. Diqqətinizə çatdırılan bu kitabda müəllif oxucunu postmodern xaosdan qurtaqmağa cəhd edir.


“Qanun”, 2010, 488 səh., 15x21, sərt, 500
 

10 manat


Elxan Elatlı


Görünməyən izlər


Böyük oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunan E.Elatlının “Görünməyən izlər” romanında anası tərəfindən uşaq evinə verilmiş Humay adlı qızın sonrakı acınacaqlı taleyindən və onun məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlı ilə tanışlığından bəhs edilir.
Bu günümüz üçün son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan romanda narkomaniyanın gətirdiyi faciələrə də ustalıqla toxunulur. İnanırıq ki, sevimli yazıçımızın bu əsəri də əvvəlkilər kimi oxucuların qəlbində iz buraxacaq.


“İdeal-Print”, 2010, 320 səh., 14x20 , yumşaq, 500


 

5 manat


Baş redaktor: Hüseyn İsgəndər


Azərbaycan yol tarixi yaradıcıları ensiklopediyası

 

 

1-ci cild


Ensiklopediyanın 1-ci cildi iki hissədən ibarətdir. Müəlliflər cildin 1-ci hissəsində ta qədimdən başlayaraq bu günə kimi cığırların əmələ gəlməsi, illər ötdükcə onların yol kimi formalaşması, avtomobil yollarının, ilk dövlət qurumlarının yaranması ilə yollar şəbəkəsinin genişləndirilməsi, qəbilələr, xalqlar, dövlətlər arasındakı münasibətlərdə yolların əhəmiyyəti, qorunması, idarə olunması haqqında məlumatların dəqiqliklə toplanmasına, bu günkü idarəetmə quruluşunun nailiyyətlərini açmağa böyük əmək sərf diblər. 2-ci hissədə yol təsərrüfatı sistemində öz iş qabiliyəti ilə fərqlənmiş, sahənin inkişafında əməyi olmuş, bu gün də yol təsərrüfatının müxtəlif sahələrində çalışan yol mütəxəssislərinin əmək fəaliyyəti və həyat tərzi haqqında geniş məlumat verilib.


“Kraton M”, 2009, 440 səh., 21x31, sərt, 300
 

20 manat


Nazim Tapdıqoğlu (Vəlişov)


Azərbaycan faciələrinin təqvimi

 

 

(hər bir azərbaycanlı üçün yaddaş kitabı)


Tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanılıb. Kitabda təqvimin xronoloji ardıcıllıqla düzülən hər bir gününün məxtəlif faciəli hadisələri əks olunub. Kitab faciəli, eyni zamanda dəyərli tarixi keçmişimizi əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan ilk sistemli, universal nəşrdir. Müəllif hər təqvim gününün Azərbaycan xalqı üçün faciəli xarakter daşıdığını sübut etməyə çalışıb və buna demək olar ki, nail olub.


“MBM”, 2010, 316 səh., 17x25, sərt, 500


 

12 manat


Hüseyn İsgəndər


İnamım, imanım, yolum...


Kitab mənəviyyatımızın əsası İslam dini olmasını, inamı, imanı olan insanların bir-birinə münasibəti, yolun həyatda, iqtisadiyyatın inkişafındakı rolu, oğula-qıza yaşamaq tərzi üçün mənalı nəsihətləri, müdrik kəlamları, səmavi kitab “Qurani-Kərim”in elmi, Kainat kitabı olmasını təsdiqləyən surə, ayələrdən araşdırmalar verilir. Müəllif kitabda yol, körpü tikib ayrı-ayrı ərazilərdə xalqına kömək etməyin, öz el-obasını abadlaşdırmağın Məkkə ziyarəti kimi qiymətli olmasını oxucularına çatdırmağa çalışır.


“Avropa”, 2010, 276 səh., 15x22, sərt, 600
 

10 manat


Əsəd Qaraqaplan


XİLASroMAN

 

 

(taleləri düşmənlərinə çevrilənlər arasında)


“XİLASroMAN” gənc yazar Əsəd Qaraqaplanın “Halroman”dan sonra ikinci romanıdır. Əsərdə taleləri düşmənlərinə çevrilənlər arasında yaşayan, işləyən, sevən, dostluq edən bir insanın XİLASından danışılır. Müəllif yazır: “Əsl XİLAS, xilas olmasan belə (çünki bu mütləq deyil), xilas olmağa can atmaqdı... ”


“Mütərcim”, 2010, 156 səh., 12x18, yumşaq, 250
 

5 manat


Vahid Məmmədli


Atropatena dastanı


Tanınmış yazıçı Vahid Məmmədlinin üç kitabdan ibarət olan “Atropatena dastanı” trilogiyası dünya oxucuları arasında maraqla oxunan fentezi janrının tələblərinə uyğun, ana dilimizdə yazılan ilk əsərdir. Maraqlı magiyalar və sehirlərlə, yeni nağıl və fantastik qəhrəmanlarla, macəra, dedektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bu əsər hər bir azərbaycanlı üçün maraqlı olacaq bir dövrü, tariximizin Albaniya və Atropatena dövrünü əhatə ədir. Əsər tarixi faktlara əsaslanmasa da, ulu babalarımızın qəhrəmanlıqlarını, xeyir və şərin mübarizəsini müasir üslubda vəsf edən eposdur.


“Zərdabi LTD” MMC, 2010, 272 səh., 14x21, sərt, 500
 

7 manat


Eamon Butler


Adam Smit-İqtisadiyyatın əlifbası


Adam Smit klassik siyasi iqtisadın banisidir. Böyük Britaniyada fəaliyyət göstərən A.Smit İnstitutunun direktoru Eamon Butlerin müəllifliyi ilə nəşr olunan bu kitab Smit haqqında geniş bilgi verir. Kitab həm görkəmli şəxsiyyətin həyatı, həm də yaradıcılığı ilə bağlı gərgin araşdırmaların məhsuludur. Müəllif kitabda A.Smitin yaradıcılığında başlıca yer tutan “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” tədqiqat əsərinin əhatəli təhlilini təqdim edir.


“Elm”, 2008, 136 səh., 12x17 , yumşaq, 300
 

4 manat

 

 

Cavid Zeynallı


Günəşi gözləyənlər (roman)


Roman - institutu bitirmiş və əsgərliyini çəkmiş bir cavan oğlanın - Üzeyirin həyatda çıxılmaz vəziyyətə düşməsindən, problemlərlə qarşılaşmasından bəhs edir. Baş qəhrəman özünü sanki oyunda hiss edir. Əsərdə əsas ideya odur ki, insan özünə inanmalıdır - "Günəşi gözləməlidir". Yalnız özünə inam insanı çıxılmaz vəziyyətdən qurtara bilər. İnam olduqda tale də insana kömək olur.Roman optimist sonluqla bitir. Yazıçı əsərdə şamanizm elementlərindən, insanın ruhunun başqasına keçməsi inancı elementlərindən də istifadə edib.
“E.L.”, 2010, 304 səh., 12x18 , yumşaq, 500
 

5 manat


Redaktor-Ziya Bünyadov


M.Ə.Rəsulzadə Stalinlə ixtilal xatirələri


Kitab M.Ə.Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.


“Qanun”, 2010, 132 səh., 12x18 , yumşaq, 500


 

3 manat


Əlövsət Osmanlı


Təhsil tariximizin qara ləkələri 1-ci kitab


Müəllifin mətbuat səhifələrində dərc olunmuş açıq məktubları, məqalələri və müsahibələri əsasında hazırlanmış bu kitabda son 10-12 ildə təhsilimizin məzmununda baş verən dağılmalar, onların yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında söhbət gedir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər.


“Qanun”, 2010, 400 səh., 16x22 , yumşaq, 3000


 

10 manat


Hafiz Mirzə


Son və başlanğıc

 

 

 

(roman) (+CD)


Kitab İsa məsihin doğulmasından 3750-ci ilə kimi olan ədalətsizlik, haqsızlıq və ağır günahlar içərisində davam edən, buna görə də kainata daima qara enerji saçan bəşər tarixinin daha düzgün bədii mənzərəsinin yaradılması və insanlığın dünyanı xilas etmək üçün ayağa qalxması məqsədlərinə xidmət edir. Getdikcə dünyada xaos və anarxiya hökmranlıq edir. Belə bir şəraitdə dünyanı xilas etmək istəyən 7 müdrik və hələ də öz paklığını itirməmiş az sayda insanlar var. Amma onların ciddi cəhdlərinə baxmayaraq dünyanın sonu çatır. Müdriklər bəşər elminin nailiyyətlərini başqa qalaktikalara aparmaqla onu xilas etmək istəyirlər. Bu mümkündürmü? Bu dünyanın başlanğıcı olacaqmı? Romanda bu aqibəti doğuran mənəvi, tarixi, iqtisadi, siyasi və ekoloji səbəblər geniş analiz edilir və bütün ümumbəşəri suallara sadə və qəti cavab axtarılır. Eyni zamanda müəllif dünya tarixinin düzgün yazılmamış qaranlıq səhifələrinə işıq salmağa, islam və xristianlıq, Qərb və Şərq barəsində hər şeyin daha doğrusunu deməyə çalışır. Əsərdə qlobal hadisələrin təəssüratını ifadə edən müvafiq musiqi səsləri ayrıca təqdim olunur və oxucuya tam münasib ovqat aşılanır. Bu əsəri ilə Hafiz Mirzə həm də musiqili roman janrının təməlini qoyur. Roman fəlsəfi, tarixi, dini və elmi-fantastik xarakter daşıyır.


“Apostrof”, 2010, 600 səh., 18x25 , sərt, 500

 

12 manat


Александр Хакимов


Жить без обезьяны (опыт колумнистики)


В этой книге известный азербайджанский фантаст А. Хакимов выступает в несколько необычном для себя и своих поклонников качестве. Здесь собраны некоторые его статьи и эссе, опубликованные в бакинской газете «Эхо» в период с осени 2009-го по осень 2010 года. Сам автор назвал этот сборник «опытном колумнистики». Читатель найдет здесь ностальгические воспоминания о старом Баку и размышления о Природе: рассуждения по поводу морали и этики и экскурсы в историю человечества: раздумья о культуре и информацию о знаменитых фантастических книгах и фильмах и их создателях: размышления автора о себе, об окружающих его людях, о месте Человека во Вселенной, о секретах творческой лаборатории...В общем, каждый найдет что-нибудь интересное для себя.


“Мутарджим”, 2010, 232 стр., 13x18, мягкий, 150
 

5 manat

 


Tahir Navahı


Bəzz qalası


“Bəzz qalası” tarixi romanı müəllifin ilk bədii əsəridir. Roman IX əsrdə yaşamış iki böyük tarixi şəxsiyyətə-İmam Rza və Babək əl-Xürrəmiyə həsr olunub. Əsərdə Azərbaycan xalqının ərəb işğalçılarına qarşı apardığı inadlı mübarizə təsvir olunur. Romanda göstərilən İmam Rza, Babək, Tərxan, Rüstəm, xəlifə Məmun, Fəzl ibn Səhl, Səhl ibn Sumbat, Yəhya ibn Müaz, səyyah İbn əl-Fəqih tarixi şəxsiyyətlərdir. Seyid Əliramazan, Balaəmi, Artık bəy isə ümumiləşdirilmiş obrazlardır. Əsərdə İmam Museyi-Kazımın dörd qızının-Həkimə xanım, Rəhimə xanım, Leyla xanım və Xədicə xanımın Azərbaycana-Nardarana gəlməsi bədii boyalarla göstərilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. .


“MBM” MMC, 2010, 440 səh., 15x20 , yumşaq, 1000
 

6 manat

 

 

 

Vərağa Almasov


Həzrəti-Əli Aşiqi Füzuli

 

 

(birinci kitab)


Kitab bəşəriyyətin ən kamil şəxsiyyətləri sırasında ön cərgədə duran Həzrəti-Əlinin misilsiz Füzuli qələmi ilə çəkilmiş bədii portreti haqqında monoqrafiyadır. İkicildlik əsərin birinci cildi olan bu kitab Füzuli şeirinin Həzrəti-Əli soraqlı ən parlaq incilərinin təhlili üzərində qurulub, onların başlıca ideya-bədii keyfiyyətlərinin araşdırılması yönündə diqqəti çəkən hərtərəfli bir tədqiqat işi kimi meydana çıxıb.
Sadə üslubda yazılmış bu kitab kütləvi səciyyə daşıyıb, geniş dini-fəlsəfi məsələləri asan və anlaşıqlı bir dildə təqdim etdiyindən təkcə mütəxəssislər üçün deyil, bütün oxucular üçün maraqlı olacaq.


Çaşıoğlu”, 2010, səh. 416, 13x22, sərt, 1000

 

 

 

10 manat

 

 

 

Osman Gündüz


"İnternet. Azərbaycan internet resursları"


(Milli saytlar kataloqu)


Bu kitab Internetdən azərbaycandilli istifadəçilərin daha səmərəli və effektiv işinə yardım məqsədilə yazılıb.
Kitab 3 fəsildən ibarətdir.
“İnternetə ümumi baxış” adlanan birinci fəsil kompüter haqqında az-çox biliyi olan insanlara İnternetdən istifadə qaydalarını öyrədir. İnternet xidmətləri, e-poçt haqqında bilmək istədiklərinizi bu fəsildən əldə edə bilərsiniz.
“Azərbaycan İnterneti” adlanan ikinci fəsil İnternetin ölkəmizə gəlişi, formalaşması, inkişafı və cari vəziyyəti haqqındadır. Bu fəsildə Azərbaycanın İnternet infrastrukturu haqqında maraqlı məlumatlar yer alıb.
“Azərbaycan İnternet resursları” adlanan üçüncü fəsil azərbaycandilli İnternet resurslarının kataloqundan ibarətdir. Kataloq mövzular üzrə bölünüb. Azərbaycanda və xarici serverlərdə yerləşən 4500-dək milli veb-resurs haqqında qısa icmal və ünvan daxil edilib.Kataloqa əsasən Azərbaycan dilində informasiya ilə zəngin olan resurslar daxil edilib.


“Multimedia Mərkəzi”, 2010, səh. 416, 17x24, yumşaq, 1000

 

8 manat

 

 

 

Fazil Rəhmanzadə


Sən olmasaydın...

 

 

(esse, oçerk, portret cizgiləri, xatirələr və fotosənədlər toplusu)

 

 

 

(Azərbaycan və rus dillərində)

Yenicə oxucuların ixtiyarına verilən kitab dünya şöhrətli sənətkar Müslüm Maqomayevə həsr olunub. Kitabda müəllif Azərbaycanın ünlü korifeyinin zəngin və mənalı ömür yoluna və yaradıcılıq dünyasına işıq salıb. “Sən olmasaydın...”da dahi vokal ustadına həsr olunmuş esse, oçerk, portret cizgilər, həmçinin tanınmış simaların sənətkarla bağlı xatirə və fotosənədləri toplanıb. Kitab Böyük azərbaycanlı Müslüm Maqomayevin səsinin və şəxsiyyətinin pərəstişkarlarına layiqli töhfədir.

 

 

“Ziya”, 2010, səh. 336, 18x25, sərt, 2000

 

 

17 manat

 

 

 

Sultan Məmmədov


Masonluq dünyanın hörümçək toru


Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Sultan Məmmədovun bu kitabında gizli fəaliyyət göstərən beynəlxalq mason təşkilatının tarixindən, mahiyyətindən, məqsəd və quruluşundan, bugünkü vəziyyətindən söhbət açılır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


“Qanun”, 2010, səh. 338, 13x20, yumşaq, 300
 

5 manat

 

 

 

Təsisçi və baş redaktor- Vaqif Ağayev


Novxanı –sərvətimiz şəxsiyyətlərimizdir


Kitabda Novxanı kəndinin tarixi, etnoqrafiyası, şəxsiyyətləri və yerli əhalinin səcərələrindən bəhs olunur. Kitab ensiklopedik toplu şəklində nəşr olunub və burada Azərbaycanın görkəmli siyasi xadimlərindən-M.Ə. Rəsulzadə, Ş.Qurbanov, elm və mədəniyyətimizin tanınmış simaları Nəsrulla Babayev, Süleyman Rüstəm, Arif Teymurov, Əzim Əzimzadə, Bədurə Əfqanlı, Aqşin Əlizadə, əfsanəvi qəhrəman Mehdi Hüseynzadə, habelə Novxanı kəndinin nüfuzlu din xadimləri və ağsaqqallarının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.


“Zərdabi”MMC, 2010, 480 səh., 15x22, sərt, 500
 

10 manat


Redaktor- Ağarəhim Səmədov


Əmir Teymurun vəsiyyətləri


“Əmir Teymurun vəsiyyətləri” ümumtürk mədəniyyəti xəzinəsində “Tüzüki-Teymuri” (“Teymurun qanun kitabı”) adı ilə məşhur olub. Əsər dünya tarixində ən böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Əmir Teymurun vəsiyyətləri indiyədək dünyanın bir çox dillərində nəşr edilib.


“MBM”MMC, 2009, 167 səh., 14x20, yumşaq, 500
 

5 manat


Mətləb Əlizadə, Bəşarət Qurbanov, Sevda Hacızadə


Kompüter qrafikası

 

 

(mühazirə materialları və testlər)


Dərs vəsaitində qrafik təsvirlərin təqdim edilmə üsulları, monitorda təsvirlərin göstərilməsi və printerdə çapı zamanı rəng çalarlarından istifadə, qrafik fayl formatları, Adobe Photoshop, CorelDRAW və AutoCAD qrafik redaktorları, onların geniş imkanları barədə ətraflı məlumatlar verilir. Bununla yanaşı verilmiş materialları daha da yaxşı mənimsəmək üçün dərs vəsaiti testlər ilə tamamlanır. Kitabdan kompüter qrafikasından dərs deyən müəllimlər, maqistrlar, bakalavrlar və geniş oxucu kütləsi istifadə edə bilər. .

 
“Səda”, 2010, səh.542, 15x22, sərt, 500
 

8 manat


Kamil Hüseynoğlu


Mifin mənşəyi, mahiyyəti və tipologiyası


Kitab mifologiyanın tarixinə və nəzəriyyəsinə dair Azərbaycan dilində tədris vəsaiti formasında yazılmış ilk kitabdır. Burada mifilogiyanın əsaslarını təşkil edən və elmi baxımdan yoxlanılmış, doğru nəzəri müddəalar və faktlar toplanılaraq sistemləşdirilib. Bir çox dünya xalqlarının mifologiyasından nümunələr gətirilmiş kitabda ibtidai insanların dünyagörüşünün , adət-ənənələrinin, bayramlarının mənşəyinə və formalaşmasına dair çoxlu maraqlı məlumatlar verilib. Kitab ilk növbədə humanitar fənlər üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, geniş oxucu kütləsi üçün də maraqlı ola bilər. .


“Elm və təhsil”, 2010, səh.178, 15x21, yumşaq, 500
 

4 manat


Метанет Тагиева


Библейско-коранические имена в разносистемных языках...


В книге рассмотрены личные имена библейского и коранического происхождения в арамейском, среднегреческом, латинском, немецком, английском, русском, арабском и азербайджанском языках, Работа написана в сравнительно-историческом аспекте.


“Элм и Тахсил”, 2010, стр.93, 15x20, мягкий, 100
 

4 manat


AR DİN Polis Akademiyası


Kriminalistika

 

 

(dərslik)


Kitab Azərbaycan dilində kriminalistika elminə həsr olunmuş latın qrafikasında hazırlanmış ilk dərslikdir. Burada kriminalistikanın tədrisi ilə bağlı əsas məsələlər: onun anlayışı, sistemi, kriminalistik təlimlər, kriminalistik texnikanın üsul və metodları, kriminalistik taktikanın əsas elementləri və müxtəlif istintaq hərəkətlərinin taktiki və psixoloji xüsusiyyətləri, kriminalistik metodikanın müstəqil elementləri (kriminalistik xarakteristika, tipik kriminalistik şəraitlər, istintaqın ilkin və sonrakı mərhələsində istintaq hərəkətlərinin taktikası, müstəntiqin prafilaktik fəaliyyəti və s.), konkret növ cinayətlərin araşdırılmasının xüsusi kriminalistik metodikası təqdim edilib.


“Qanun”, 2010, səh.752, 18x25, sərt, 300
 

22 manat

 

 

 

Гезалов Парвин

 

Знамена азербайджанских ханств как источник по изучению истории государственности


Представленная читателю исследование посвящается одному из неизученных аспектов азербайджанской историографии. В XVIII веке начался новый этап в истории государственности Азербайджана – результатом объективного исторического процесса на исторической арене появились новые субъекты международного права ханства. В период формирования государственности внешному оформлению власти и внешним проявлениям государственности придавалось особое значение. Знамена относятся к наиболее выразительным историческим памятникам. В монографии выясняются не только вопросы азербайджанской геральдики, но и некоторые моменты истории государственности, Исследована история терминов- “bayraq”, “sancaq”, “ələm”, “tuğ”, “buncuq”, встречающихся в источноках. Книга снабжена большим количеством редких иллюстраций, и предназначена как для интересующихся историей Азербайджана и азербайджанской геральдикой, так и самому широкому кругу читателей.


2010, 208 стр.,

 

 

18.00 manat

 

 

 

James Joyce


"DUBLİNLİLƏR"


(Tərcüməçilər: Əlisa Nicat, Ramiz Abbaslı)

Uzun müddət SSRİ-də əsərləri tənqid atəşinə tutulan, oxunması demək olar ki, qadağan edilən Nitşe, Kafka kimi İrlandiyanın nəhəng yazıçısı Ceyms Coys da həyat həqiqətlərini olduğu şəkildə, bəzəksiz-düzəksiz əks etdirən nəsr ustaları arasında özünəməxsus yer tutur. Coys yeni ədəbiyyat yaradıb və onun nəsrinin bu forması real həyatın və ən çox insanın daxili aləminin, hiss və düşüncələrinin daha dəqiq inikasıdır. Coysun “Dublinlilər” kitabında yer alan hekayələrin hər biri şedevrdir. Sadəcə, onları oxuyub bəhrələnmək, həyat həqiqətlərini dərk etmək lazımdır. Kitabın nəşri İrlandiyanın ədəbi ictimaiyyətində zəlzələ təsii oyatmış və nəticədə onun bütün nüsxələri yığılıb məhv edilmişdi.


“Qanun”, 2011, 312 səh., 12x18, yumşaq, 500

 

 

6.00 manat

 

 

 

Наргиз Багирзаде


Послезавтра

 

 

 (рассказы)


Рассказы, вошедшие в этот сборник, разные, но всех их объединяет легкий, нестандартный слог автора, проницательность и ирония, за которой горечь постоянного несовпадения с этим миром.


“Ганун”, 2010, 232 стр, 12x 18, мягкий, 500

 

 

5 manat

 

 

 

Vahid Qazi


Ruhlar şəhəri


Publisist Vahid Qazinin “Ruhlar şəhəri” kitabı 17 ildir işğal altında qalan Ağdama həsr olunub. Kitaba müəllifin 15 essesi, Ramiz Rövşənin “Mümkünsüz qayıdışın əzabı” adlı ön sözü və ABŞ-ın Corciya Dövlət universitetinin professoru Rafiq Əliyevin “Qiyamətə qalmış 4 dəqiqə” adlı son sözü daxildir.
Müəllif kitabı oxucuya bu sözlərlə təqdim edir: “WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran “24 ruhlar şəhəri” siyahısına salıb. Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam. Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən. İndi sakini sərgərdan ruhlar olan bir şəhərə - mənim şəhərimə səyahətə gedirsənsə, yanıma gəl, qolundan tutum, birlikdə gedək...”
“Ruhlar şəhəri” “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri olan, aparıcı nəşrlərdə publisistik yazılarla çıxış edən Vahid Qazinin ilk kitabıdır.


“Təhsil”, 2010, 124 səh., 12x19, yumşaq, 500
 

5 manat

 

Sahilə
Varlı kişinin Portmanatı
Kitaba müəllifin 18 hekayəsi daxil edilib.
Kiminsə sinif yoldaşı, kiminsə növbə yoldaşı, kiminsə yol yoldaşı, kiminsə həyat yoldaşı olmamız bizi kiminsə həyatının baş qəhrəmanı etməz. Kitabın əsas əsəri olan “Zemi” otuz yaşlarında bir qadının qarışıq və fərqli dövrlərdə yaşadığı qarışıq və fərqli həyat tərzindən bəhs edir. O heç vaxt qəhrəman olmayıb. Halbuki, həmişə qəhrəman olmaq istəyib. Qəhrəman olmaq istəyib bunu bacara bilməyənlər süni mütilikdə xoşbəxt ola bilməməyə də məhkumdurlar. O bunu bacaracaqmı? Avazımız istəklərini, həvəssiz arzularını məhəbbət romanlarının cəsur qəhrəmanları kimi kimsə irəli durub alovlandıracaqmı? Kimsə həyat əsərinin baş qəhrəmanı olmağı ona həvalə edəcəkmi…
Zeminin istəyi kitaba daxil olan digər hekayələrin qəhrəmanları üçün də keçərlidir. Onlar da qəhrəman olmaq istəmişlərdilrlər…
“Qanun”, 2010, səh. 268, 12x18, yumşaq, 1000
 

5 manat

 

İsaxan İsaxanlı
Serqey Yesenin (şeir gülüstanının təkrarolunmaz çiçəyi)
Kitabda dahi rus şairi S. Yeseninin yaradıcılığının Bakı dövrü təfsilatı ilə araşdırılıb, maraqlı material və fotoşəkillər təqdim edilib. Yeseninin əsərlərinin Azərbaycan dilinə tərcümələri geniş şəkildə təhlil edilib, tərcümələrin keyfiyyəti və səviyyəsi haqqında fikir formalaşdırılıb. Kitabda, həmçinin müxtəlif vaxtlarda azərbaycanlı müəlliflərin Yeseninə həsr etdikləri şeirlər bir yerə toplanıb.
“Xəzər Universiteti Nəşriyyatı”, 2010, 372 səh., 18x25, sərt, 1000

 

 

 

 

 

Əlaqə telefonu: 492-12-38

 

Hikmət Babaoğlu
Dünya siyasəti və beynəlxalq münasibətlər
Dərslik dünya siyasəti və beynəlxalq münasibətlər fənninin tədrisi üçün nəzərdə tutulmuşdur. Dərslikdən beynəlxalq əlaqələr, xarici siyasət və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan bakalavr və magistrlər, o cümlədən doktorantlar, politoloqlar və bu sahənin nəzəri əsasları ilə maraqlanan hər bir kəs istifadə edə bilər.

 

 


“ÇİNAR-ÇAP”, 2010, 568 səh., 15x22, sərt, 300

 

Əlaqə telefonu: 492-12-38

 

Редакционная коллегия
Энциклопедия Узеир Гаджибеков
Все статьи в энциклопедии помещены в алфавитном порядке. Кроме общепринятых применены и специально разработанные для этого издания сокращения. Слова, составляющие название статьи, в тексте означаются только заглавными буквами.
ISBN 978-9952-452-10-5, “Letterpress”, 2010, 264 стр., 17x25, твердый, 1000

 

 

 


 

Əlaqə telefonu: 492-12-38

 

Əlabbas
Qaraqovaq çölləri
Müəllifin bu toplusuna son illərdə qələmə aldığı “Qaraqovaq çölləri” romanı, “İkinci oğul” povesti və “Qul” hekayəsi daxil edilib. Kitabda həmçinin müəllifin 1992-ci ildə yazdığı “Gözəl” hekayəsi də yer alıb.
“Adiloğlu”, 2010, 288 səh., 12x19, yumşaq, 500

 

 

 

 

 

 

 

4 manat

 

Əlyar Səfərli
Bölünmüş Azərbaycan
Kitabda 1994-1998-ci illərdə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri olmuş Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Əlyar Səfərlinin Güney Azərbaycan problemi ilə bağlı araşdırmaları toplanmışdır.
“Ozan”, 2010, 256 səh., 15x22, yumşaq, 550

 

 

 

 

 

 

5 manat

 

Tuliyeva İradə
Biliklər cəmiyyətində virtual informasiya
Kitabda İnformasiya Komunikasiya Texnologiyalarının Azərbaycanda olan informasiya təminatındakı rolu, əhəmiyyəti və səmərəliliyi araşdırılır. Həmçinin ölkəmizdə elektron nəşr, elektron kitabxana və elektron elmi bazaların yaradılmasının tarixi, müasir vəziyyəti və perspektivləri diqqətə çatdırılır.
AMEA Mərkəzi Elmi Kitabxanası, 2010, 138 səh., 14x20, yumşaq

 

 

 

 

 

3 manat

 

Minaxanım Təkləli
Türk əsilli ruslar (II nəşr)
Yazıçı-türkoloq Minaxanım Təkləlinin kitabı türk mənşəli rus soyadlarının yaranma və formalaşma tarixinə həsr edilib. Kitabda mənşəcə türk olan tanınmış rus ailələrinin, o cümlədən böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini əhatə edən sənədli, tarixi oçerklər verilib.
“Nurlar”, 2010, 330 səh., 14x20, yumşaq, 500

 

 

 

 

 

6 manat

 

Т.Р.Бехбудов
История Бакинской полиции
Книга посвящается небольшому отрезку истории Бакинской полиции, где автор повествует о деятельности столичной полиции за период с 1910 по 1914 гг.
“Мутарджим”, 2009, 80 стр., 14x20, мягкий, 100

 

 

 

 

 

 

 

12.00 manat

 

Vilayət Quliyev
Son illərin yazıları
Kitabda son iki yüz il ərzində Azərbaycanın ictimai-siyasi və ədəbi-mədəni həyatında mühüm rol oynayan şəxsiyyətlər, baş verən diqqətəlayiq hadisələr haqqında, əksəriyyəti fakt-sənəd və münasibət yeniliyi ilə seçilən tədqiqatlar toplanmışdır.
“Ozan”, 2009, 600 səh., 15x22, sərt, 1000

 

 

 

 

 

Əlaqə telefonu: 492-12-38

 

Айдын Балаев
Азербайджан-ские тюрки: процессы формирования нации и национальной идентичности на рубеже XIX-XX вв.
В книге на примере конкретных фактов показано, что современная азербайджанская нация является результатом целенаправленной деятельности представителей национальной интеллигенции начала XX века, а также политических и государственных структур АДР.
“Qanun”, 2010, 328 стр., 15x20, мягкий, 500

 

 

 

 

7.00 manat

 

P.A,Qurbanov
Həyati oçerklər
(Azərbaycan və ingilis dillərində)
Kitabda sivilizasiyanı gündən-günə təhdid edərək onu məhvə doğru aparan ekoloji fəlakətlərin yaranma səbəblərindən bəhs edilir və bu ümumbəşəri bəladan çıxış yolları göstərilir…
Müəllifin fikrincə, ekoloji fəlakətin gəlmə sürəti dünyanın birləşməsi sürətini qat-qat üstələyir və bu işdə ciddi dönüş yaradılmasa sivilizasiyanın məhvi labüddür…
“Borçalı”, 2010, 304 səh., 14x20, sərt, 200

 

 

 

40 manat

 

Limunət Əmrahlı
Məktəbə psixoloji hazırlığın əsasları
Əsərdə məktəbəqədər yaşlı uşaqların təhsilə psixoloji hazırlığı məsələlərindən bəhs olunur. Problemə müasir təhsilin tələblərindən yanaşılaraq məktəbə hazırlığın əsas istiqamətləri uşaq fəaliyyətinin psixoloji xüsusiyyətləri əsasında təhlil edilir. Məktəbə hazırlıq işinin həlli istiqamətləri göstərilir.
“Nərgiz”, 2008, 264 səh., 15x20, yumşaq, 250

 

 

 


 

10 manat

 

Tərtib edən: Ülkər Talıbzadə


Abdulla Şaiqin mənzil muzeyi
Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunmuş bu kitabda böyük Azərbaycan klassiki, görkəmli maarif, mədəniyyət xadimi Abdulla Şaiq, onun ailəsi və mənzil muzeyi haqqında geniş məlumat verilmişdir. Abdulla Şaiq və onun ailəsi haqqında olan şəkillər də bu kitabda yer almışdır.
“Aspoliqraf”, 2010, 32 səh., 14x21, yumşaq, 500

 

 

 

 

Əlaqə telefonu: 492-12-38

 

Elçin Muxtar Elxan
Mən Dədə Qorqud
Kitabda Dədə Qorqud haqqında müəllifin araşdırmaları yer almışdır. Dədə Qorqudun həyat və fəaliyyəti, o dövrün adət və ənənələri müəllif tərəfindən geniş tədqiq olunmuşdur. Kitab ayrı-ayrı qəzet və jurnallarda “Peyğəmbərin üzün görmüş” adı altında dərc olunmuş və Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı bədii, elmi əsərlər üçün təsis etdiyi mükafata layiq görülmüşdür.
“Səda”, 2010, 182 səh., 15x21, sərt, 100

 

 

 

 

6 manat

 

Xoşqədəm Cəbrayıloğlu
Qurd Cəbrayıl
Kitab ötən əsrin ilk onilliklərində Bakının kriminal həyatına daxil olmuş bir gəncin, bütün keçmiş SSRİ-nin kriminaliteti arasında geniş tanınmış Cəbrayıl Əlibaxış oğlunun keşməkeşli və nəfəskəsici macəralarla dolu həyatından bəhs edir. Kriminal aləminin avtoritetlərindən biri sayılan Cəbrayılın oğlu tərəfindən yazılan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
“Məltəm”, 2010, 240 səh., 15x20, yumşaq, 500

 

 


 

3 manat

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22