Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16


Natəvan Dəmirçioğlu

Birinci kitab

Müəllifin bu ilk kitabında onun povestləri və hekayələri toplanmışdır. Psixoloji səpgidə yazılmış bu əsərləri oxuyarkən gənc yazıçının dərin müşahidə qabiliyyətinin, zəngin, mürəkkəb insan xarakterləri yaratmaq bacarığının şahidi oluruq. Müəllif əsərlərində cəmiyyətimizi narahat edən problemləri ön plana çıxartmışdır.

“Təhsil”, 2006, 14x20, yumşaq, 500

 

 

 

 

 

 

4 manat

 

 

 

Akif Məmmədli
 

Şimal-qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası
 

Oxuculara təqdim olunan bu əsərdə Azərbaycanın dilbər guşələrindən biri olan Balakən-Zaqatala bölgəsinin arxeologiya və etnoqrafiyası araşdırılmış, ən yeni arxeoloji tapıntılar barədə geniş məlumat verilmişdir. Kitab Balakən-Zaqatala bölgəsinin qədim tarixi və qədim inanclar barədə məlumat almaq istəyən hər bir oxucu üçün əlverişli materiallarla zəngindir.
 

“OKA Ofset”, 2009, 160 səh., 15x21, yumşaq
 

 

7 manat

 

 

 

Əlisa Nicat
 

Tarixin qürubu
 

Məşhur şair, yazıçı, filosof, publisist, tərcüməçi Əlisa Nicatın indiyə kimi yalnız qəzetlərdə çap olunan əsərlərinin toplusu olan bu kitab müəllifin əlli illik yaradıcılığının yeni hesabatıdır. Kitabda istər respublikamızın, istərsə də dünyanın müxtəlif məsələlərinə özünəməxsus müəllif mövqeyi öz əksini tapmışdır.
 

“Adiloğlu”, 2009, 656 səh., 15x21, sərt, 500

 

 

12 manat

 

 

 

Yunus Oğuz, Bəxtiyar Tuncay
 

Türkün gizli tarixi
 

Yunus Oğuzla Bəxtiyar Tuncayın “Türkün gizli tarixi” kitabı türk dünyasının qədim tarixinin açılmayan qatlarına elmi səyahət və tədqiqatçılara mesajdır. Kitab təkcə tarixçilər, elm adamları üçün yox, geniş oxucu kütləsi üçün də maraqlı olacaq.
 

“Apostrof”, 2008, 496 səh., 15x21, sərt, 2000

 

 

12 manat

 

 

 

Asif Hüseynli
 

İran hökmdarları
 

Bu kitab İran tarixi ilə maraqlananlar üçün gözəl hədiyyədir. Burada son minilliklərdə İranda hökmdarlıq edən onlarla şah haqqında çox zəngin məlumatlar verilir. Bu hökmdarların bir hissəsi haqqında müasir Azərbaycan oxucusu ilk dəfədir ki, tanış olur.
 

“MBM”, 2009, 160 səh., 15x20, yumşaq, 500

 

 

3 manat

 

 

 

Aynur Qurbanqızı
 

Arıqlamaq haqqında hər şey
 

Kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün arıqlamağın müxtəlif yollarından bəhs edilir. Xanımları arıq göstərən geyim sirləri, sürətlə arıqlamağın 10000 insan üzərində sınanmış metodu, arıqlamanın müxtəlif vasitələri, 100 faiz sınanmış pəhrizlər və başqa yazılar oxucuların ixtiyarına verilib.
 

“Qanun”, 2009, 208 səh., 15x21, yumşaq, 1000
 

5 manat

 

 

 

Sədnik Paşa Pirsultanlı
 

Azərbaycan türklərinin xalq əfsanələri
 

Kitabda toplanmış əfsanə və rəvayətlər indiyədək toplanıb qələmə alınmış əfsanə və rəvayətlərin məcmusudur. Kitabın sonundakı izahat və qeydlərin böyük əhəmiyyəti vardır. Oradakı məlumatlardan aydın olur ki, bu əfsanələr tarixən hansı bölgələrdə, kəndlərdə yaranmışdır.
 

“Azərnəşr”, 2009, 427 səh., 15x21, sərt, 200

 

 

 

12 manat

 

 

 

Səadət Məmmədova
 

Sosial proqnozlaşdırma və layihələşdirmə (dərs vəsaiti)
 

Təqdim olunan dərs vəsaiti sosial proqnozlaşdırma və sosial layihələşdirmə ilə bağlı tədqiqatlar əsasında tərtib olunub. Kitabda Azərbaycanda gələcək haqqında ideyaların inkişaf tarixi, müasir dövrdə Azərbaycanda baş verən sosial dəyişikliklər prosesinin proqnozlaşdırma istiqamətləri və digər problemlərə toxunulub.
 

“Elm”, 2009, 292 səh., 15x21, sərt, 500
 

6 manat

 

 

 

Bəşarət Qurbanov, Mətləb Əlizadə, Rəna Mikayılova
 

AutoCAD 2008-də praktiki işlərin yerinə yetirilməsi
 

Dərs vəsaitində hal-hazırda ən çox istifadə olunan AutoCAD proqramında praktiki məsələlərin həll olunması sadə yollarla verilmişdir. Kitabdan bu sahə ilə maraqlanan müəllimlər, magistrlər, bakalavrlar və geniş oxucu kütləsi istifadə edə bilər.
 

“MSV”, 2009, 452 səh., 15x21, sərt, 500
 

8 manat

 

 

Sevinc Şahhüseynova
 

Etika
 

Dərslik mövcud proqram əsasında yazılaraq “Etika”nın əsas mövzularının əksəriyyətini əhatə edir. İncəsənət təmayüllü ali məktəb tələbələri üçün nəzərdə tutulan bu dərslik geniş oxucu kütləsinin də müvafiq tələbatlarını təmin edə bilər.
 

“AzTU”, 2009, 160 səh., 15x21, sərt, 1000
 

4 manat

 

 

 

Harun Yəhya
 

Allah sevgisi
 

Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Allah insan xilqətini sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan xoşlanacaq şəkildə yaratmışdır. Möminlərin qəlblərindəki sevginin əsl qaynağı isə Allaha olan dərin sevgiləridir. Allahı sevən insan Allahın yaratdıqlarını da sevər, onlara qarşı şəfqət və mərhəmət hissi duyar, onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyər.
 

ISBN 978-975-6426-92-0, “Global Publishing”, 2009, 184 səh., 16x24, yumşaq

 

5 manat

 

 

 

Harun Yəhya

 

 

Qlobal masonluq


Əsrlərdir insanların ən çox maraq göstərdiyi, müzakirə və mübahisə etdiyi mövzulardan biri masonluqdur. Bu kitabda masonluğun həqiqətlərindən və mahiyyətindən bəhs edilir. “Qlobal masonluq” masonluğun tarixini, məqsədlərini və fəaliyyətlərini tədqiq, tənqid və şərh edir.


ISBN 978-975-6426-91-3, “Global Publishing”, 2009, 176 səh., 16x24, yumşaq
 

6 manat

 

 

 

Barak Obama

 

 

Atamın arzuları


İngilis dilindən tərcümə olan bu kitab Amerika Birləşmiş Ştatlarının hal-hazırkı prezidenti Barak Obamanın özü haqqında yazdığı kitabdır. Kitab Barak Obamanın şəxsiyyəti ilə maraqlanan hər bir şəxs üçün maraqlı material ola bilər.
 

“Qanun”, 2009, 348 səh., 13x21, yumşaq, 1000

 

 

 

 

6 manat

 

 

 

Nazim Rza İsrafiloğlu
 

Neft. Qlobal münaqişələr mənbəyi
 

Kitab strateji əhəmiyyətə malik olan neftin XIX yüzilliyin sonlarından, xüsusilə də XX yüzilliyin əvvəllərindən başlayaraq misilsiz hərəkətverici qüvvəyə malik enerji mənbəyi olması səbəbindən son dərəcə mühüm hərbi-siyasi amilə çevrilməsi tarixinə həsr olunmuşdur.
 

ISBN 978-9952-34-209-3, “Şərq-Qərb”, 2009, 464 səh., 15x23, sərt, 500
 

12 manat

 

 

 

 

Nəbi Əsgərov
 

Azərbaycanın makrotoponimləri
 

Dərs vəsaiti Azərbaycan Respublikasının şəhər və rayon adlarının tarixi-coğrafi, linqvistik təhlilinə həsr edilmişdir. Kitabda ölkəmizin ərazisindəki bütün şəhər və rayon adları tarixi-linqvistik istiqamətdə araşdırılmış, yeni faktlarla zənginləşdirilmişdir.
 

“Elm və təhsil”, “Nurlan” 2009, 488 səh., 15x21, sərt, 500
 

12 manat

 

 

 

Zeynal Məmmədli
 

A-dan Z-yə telexəbər


Kitabda TV xəbərləri və ümumən xəbər jurnalistikası ilə bağlı lazımi məlumatlar öz əksini tapıb. Telexəbərlərin planlaşdırma, çəkiliş, montaj, düzüm və yayım xüsusiyyətlərinə xüsusi diqqət yetirilir və bütövlükdə telexəbərlərin menecmentindən söz açılır.


ISBN 9252-24-038, "Yeni Nəsil", "Nurlan", 2009, 328 səh., 15x21, sərt, 500

Əlavə məlumat 492-12-38

 

 

 

 

Müəllif kollektivi

 

 

Yuxuyozma

 

 

 

Görülən yuxuların yozulması işində dəyərli material olan bu kitab görkəmli islam alimlərinin materialları əsasında hazırlanmışdır. Bu kitabda yuxuyozma ilə yanaşı islam şəriətinə görə görülən yuxulardan sonra atılan addımlar üzrə müəyyən tövsiyələr verilmişdir.
 

"Çıraq", 2009, 576 səh., 17x25, sərt, 500

 

15 manat

 

 

 

Əkrəm Rəhimli
 

Seyid Cəfər Pişəvəri
 

Kitabda Cənubi Azərbaycan inqilabçısı, demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında Seyid Cəfər Pişəvərinin Güneydəki milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra onun həyatının son günləri tədqiq və təhlil olunur.
 

ISBN 978-9952-450-06-4, “Nurlar”, 2009, 400 səh., 15x21, sərt, 1000

 

 

7 manat

 

 

 

Müəllif kollektivi
 

Azərbaycanın quşlar aləmi


Bu kitab Azərbaycan Respublikasının təbiətini, xüsusən, onun canlılar aləminin ayrılmaz parçası olan quşları daha yaxından tanımaq və öyrənmək üçün əvəzsiz töhvədir. Rəngli, illüstrasiyalı bu kitabda Azərbaycanda məskunlaşmış bütün quşlar haqqında ətraflı məlumat verilir. Kitaba CD əlavə olunur.


“Letterpress”, 2009, 504 səh., 21x30, sərt, 10000

 

 

30 manat

 

 

 

Çingiz Abdullayev
 

Payız madriqalı
 

Povest Azərbaycan gerçəkliyini detektiv janrda əks etdirən əsərlərdən biridir. Təbəssüm Muxtarovanın tərcümə etdiyi əsərdə yazıçı hakim dairələrdə, hüquq-mühafizə orqanlarında, cəmiyyətin bütün təbəqələrində xərçəng xəstəliyi kimi yayılmış korrupsiyanı, mənəvi cılızlığı ifşa edir. Burada oxucu həm ülvi məhəbbət, həm xəyanət, həm uğursuz nigah, həm də haqqıhesablı evlənmə və təbii ki, dedektiv ədəbiyyatının əsas atributu olan təhqiqat tapa bilər.
 

ISBN 978-9952-450-02-6,“Nurlar”, 2009, 200 səh., 15x21, yumşaq, 2000

 

3 manat

 

 

 

Musa Qasımlı
 

SSRİ-Türkiyə münasibətləri
 

(Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək)
II cild
 

Monoqrafiyada İkinci dünya müharibəsinin sonlarında pozulan SSRİ-Türkiyə münasibətləri 60-cı illərin əvvəllərinədək araşdırılır. Azərbaycan, Rusiya, Türkiyə arxivlərində uzun illər boyu “tam məxfi”, “məxfi” və “xidməti istifadə üçün” qrifləri altında saxlanılmış materiallar, ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri, Ermənistan və Gürcüstan mətbuatı əsasında tədqiqata cəlb olunur.
 

ISBN “Adiloğlu”, 2009, 400 səh., 16x22, sərt, 500
 

12 manat

 

 

 

Yaqub Abbasov


İslam alimləri II cild


Oxuculara təqdim olunan bu kitabda XVI-XX əsrlərdə İslam dini uğrunda mübarizə aparan, yaşadıqları dövrün amansız zülmlərinə məruz qalan, böyük mütəfəkkir üləmaların, pak və təmiz əqidəli tanınmış İslam alimlərinin, Müctəhid və Ayətullahların əzablı, lakin şərəfli həyatlarından bəhs olunur.
ISBN 978-9952-8094-5-9, “Oka-ofset”, 2008, 444 səh., 15x21, sərt, 500

 


 

 10 manat

 

Paniyalı Prisk
Atillanı necə gördüm
Tarixi Türk dövlətləri və fatehləri analoji olaraq başqalarından əhəmiyyətli şəkildə fərqlənmişlər. Onlardan biri də Böyük Hun Dövləti və bu dövlətin başında duran Atilladır. O, Hun Dövlətinin ərazilərini Çin sərhədlərindən Avropanın qərbinə qədər böyüdən Böyük Türk Komandanı idi.
“Avropa”, 2009, 40 səh., 14x20, yumşaq, 500

 

 

 

 

 

3 manat

 

Marek Lech
Guide to Azerbaijan
Tourists relatively seldom visit Azerbaijan, which constitutes an advantage, as it has not been commercialized yet and still remains natural. This guidebook provides extensive information on the country as well as a number of practical hints useful to visitors to Azerbaijan.
“Europa”, 2009, 112 p., 15x21, cover, 1000

 

 

 


 

30 manat

 

Deyl Karnegi
Dostu necə qazanmalı və insanlara necə təsir etməli
Bu kitab satış üçün yazılmamışdır, lakin çox maraqlıdır ki, bu gün o ən sürətlə satılan kitabdır. İnsanlara psixoloji təsir metodlarını özündə əks etdirən bu kitab cəmiyyətdə, eləcə də, cəmiyyətin kiçik bir hissəsi olan ailədə və iş yerində hörmət qazanmağın forma və metodları öz əksini tapmışdır.
“Adiloğlu”, 2009, 224 səh., 13x20, yumşaq, 500

 

 

 

 

 

5 manat

 

Eyvaz Zeynalov
Qarabağ hekayələri
Kitabda Qarabağ müharibəsi zamanı qeyrətli Azərbaycan oğullarının üzləşdiyi məşəqqətlər, ağrı və acılar, əzab və işgəncələr müxtəlif hekayələr şəklində müəllif ustalığı ilə qələmə alınmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.


ISBN 978-9952-8032-2-8, “Şirvannəşr”, 2009, 176 səh., 15x21, yumşaq, 1000

 

 

 

 

3 manat

 

Элизабет Тюдор
Кевин Коннор
Стоунхендж, затмение солнца и молодой влюбленный поэт Кевин Коннор – что общего между древним мегалитом, небесным явлением и молодым человеком? Непокорная душа поэта вырывается из тела и уносит его в далекое прошлое – во времена романтического средневековья.
ISBN 978-9952-8036-6-2, “Баку”, 2009, 424 стр., 14x21, твердый

 


 

12 manat

 

Əlizadə Mətləb, Balayev Rəsul, Qurbanov Bəşarət, İsmayılov Öməralı
3ds Max. Qrafika və animasiya. Birinci, ikinci və üçüncü kitab
Dərs vəsaitində hal-hazırda ən çox istifadə olunan 3ds Max proqramında üçölçülü obyektlər üzərində əməliyyatların yerinə yetirilməsi sadə yolla aydınlaşdırılır. Kitabdan bu sahə ilə maraqlanan müəllimlər, magistrlər, bakalavrlar və geniş oxucu kütləsi istifadə edə bilər.
“MSV”, 2009, 248 səh., 15x21, yumşaq

 

 

 


 

6 manat

 

Тахир Мобиль оглу
Великая ложь о «Великой Армении»
Автор в этой работе на основе детального изучения различных источников, архивных материалов, документов древности, XIX и XX веков показал многоликую сущность «армянского вопроса», проанализировал и дал научную характеристику понятиям «Армения», «Армяне» и «Армянство».
“Араз”, 2009, 190 стр., 15x21, мягкий, 1000

 

 


 

4 manat

 

Harun Yəhya
Dünya həyatının həqiqətləri
Burada dünya həyatı haqqında müəllifin Qurani-Kərimin ayələri əsasında elmi araşdırmaları öz əksini tapmışdır. Əsərdə insanın yaradılışından ölümünə qədərki həyatı, qocalması və beləliklə insanın Böyük Yaradan qarşısında acizliyi öz əksini tapmışdır.
İstanbul, 2009, 204 səh., 16x24, yumşaq

 

 

 


 

5 manat

 

Sahib Məmmədov, Rasim Abutalıbov, Seymur Quliyev, Orxan İsayev, Müşfiq Yusifov
İdarəetmənin əsasları
Müəssisə və təşkilat rəhbərləri üçün dəyərli material olan bu kitabda ilk olaraq idarəetmənin mahiyyəti və prinsipləri haqqında söhbət açılır, daha sonra idarəetmənin funksiyaları və müxtəlif təşkilati quruluşları haqqında oxucuya məlumat verilir. Menecerlərin stolüstü kitabı ola biləcək bu kitabda idarəetmənin bütün problemləri və onların həlli yolları araşdırılır.
ISBN 978-9952-450-26-2, “Nurlar”, 2009, 144 səh., 15x21, yumşaq, 500

 

 

 

4 manat

 

Qaçaq Nəbi
Azərbaycan xalqının milli azadlıq hərəkatında özünəməxsus iz qoymuş yüzlərlə qəhrəmanlardan biri də Nəbi Alı oğludur. Xalq arasında Qaçaq Nəbi kimi məşhur olan bu Azərbaycan oğlu zalımlara, xalqı talayıb son tikəsini onların əlindən alan çar üsul idarəsinə, onun hökumət dairələrinə qarşı mübarizə apararaq xalqın milli qəhrəmanına çevrilmişdir.
“Çıraq”, 2009, 440 səh., 15x21, sərt, 500

 

 

 


 

8 manat

 

Dünya ölkələri
Latın qrafikası ilə hazırlanmış və bu həcmdə Azərbaycan dilində ilk məlumat kitabı olan bu kitabda dünyanın 194 ölkəsinin təbii, ictimai və siyasi həyatına aid maraqlı, ətraflı, lakin çox yığcam informasiyalar toplanmışdır. Bu zaman ölkələrin dövlət quruluşu, əhalisi, təbiəti, relyefi, iqtisadiyyatı, mədəniyyəti, paytaxtı, iri şəhərləri, xalqları və millətləri, böyük tarixi şəxsiyyətləri, görməli yerləri və s. haqqında məlumatlar verilmişdir.
“K.M.”, 2008, 480 səh., 15x21, sərt, 500

 


 

8 manat

 

Səmeyra Irmak
Xoşbəxt bir yuva üçün
Cəmiyyətin kiçik modeli və əsası – ailənin səadəti, xoşbəxtliyinə gedən yollar, vətənə layiqli övlad yetişdirmək...
ISBN 978-9952-439-26-7, “Yek Produktion”, 2009, 152 səh., 15x21, yumşaq, 600

 

 

 

 


 

2 manat

 

Ənvər Seyidov
Gürzə
Romanda namuslu bir gənc olan Həsənağanın və onun valideynlərinin başına gələn faciələrdən bəhs olunur. Bakı kəndlərinin birində yaşayan və Həsənağanı dünyaya gətirənlərkən gözlərinin nurunu itirən Nigarın ailəsindəki xoşbəxtliyə Gürzə ləqəbli Gülsümün gəlin gəlməsi ilə son qoyulur. Əsərin sonunda Gülsüm həbsxana divarları arasına düşür...
ISBN 978-9952-440-40-9, “UniPrint”, 2009, 428 səh., 15x21, sərt, 1000

 

 

 

 

 

10 manat

 

 

Namiq Abbasov


Mədəniyyət siyasəti və mənəvi dəyərlər


Kitabda mədəniyyət siyasəti anlayışının təhlili verilir, eləcə də mədəniyyət siyasətinin həyata keçirilməsi zamanı meydana çıxan problemlər təhlil olunur və onların həlli üsulları təklif olunur. Həmçinin bu kitabda qabaqcıl dünya ölkələrinin mədəniyyət siyasəti təhlil edilir və onların müsbət cəhətlərinin mənimsənilməsi yolları araşdırılır.
“Təknur”, 2009, 444 səh., 15x21, sərt, 1000

 

 

 

 

 

 

10 manat

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16