Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16

 

 

 

 

 

Ramil Əliyev


Riyazi mifologiya

 

 


Kitabda müəllif folklorçu alimlərimizin riyazi təfəkkürünü, onların yazdıqları əsərlərə əsasən təhlil etmiş, azərbaycanlı alimlərin riyazi təfəkkürünə və riyazi folklorşünaslıq elminin inkişafına əsaslanaraq, folklor mətnlərindəki riyazi modellərinelmi izahını vermişdir.


“Nurlan”, 2008, 182 səh., 14x20, yumşaq, 500

 

 

 

35000 / 7 AZN


Yunus Oğuz


Nadir şah

 

 

(tarixi roman)


Roman xalqımızın tarixinin ən məsuliyyətli və ən orta əsrlərdən qopub yeni dövrə keçdiyi dövrün tarixi hadisələri, buradan çıxan nəticələri kifayət qədər mükəmməl bir şəkildə təqdim edən bir əsərdir.


ISBN 978-9952-44-10-0,“Apostrof”, 2008, 576 səh., 15x22, sərt, 5000

 

70000 / 14 AZN


G.Məmmədova, Ş.Vəliyev


Ginekologiyada ultrasəs müayinəsi


Kitabda qadın ömrünün bəzi yaş dövrlərində daxili cinsiyyət orqanlarının əsas anatomik xüsusiyyətləri, xəstəliklərinin diaqnostikasında tətbiq olunan üsulların, xüsusən də ultrasəs müayinəsinin geniş izahından, habelə bunun ginekologiyada istifadə olunmasından bəhs edilir.


“ZEST”,“Ozan”, 2008, 192 səh., 151 şəkil, 7 cədvəl, 15x21, sərt, 1000

 

 

Tel.: 492-12-38


İlqar İmamverdiyev


Azərbaycan və İran aşıq sənətinin qarşılıqlı əlaqələri


Kitabda Mərənd, Əhər, Miyanə, Urmiya, Xoy, Zəncan, Qəzvin, Tehran-Kərəc, Qaradağ-Təbriz aşıq məktəbləri haqqında elmi araşdırmalar aparılmışdır. Həmçinin sazın quruluşu, texniki imkanları, Azərbaycan, İran, Türkmənistan və Türkiyədə istifadə olunan sazların kök prinsipləri, ənənəvi aşıq ifaçılığı sənəti barədə elmi mülahizələr yer almışdır.


“Nafta-Press”, 2008, 980 səh., 15x22, sərt, 200

 

 

100000 / 20 AZN


Məmməd Səid Ordubadi


Qanlı illər


Tərcüməçi: Əkrəm Bağırov
Qafqazın klasikləri seriyasından olan bu əsər 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi salnaməsidir. Tarixi həqiqətləri üzə çıxardan əsər müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.


ISBN 9952-432-05-4 “Qafqaz”, 2007, 184 səh., 14x20, yumşaq

 

 

30000 / 6 AZN


Qaiməqam Rüştü Türkər


Qafqaz Türk İslam Ordusu Bakı yollarında


Rüştü Türkərin xatirələri əsasında yazılmış bu əsər 4 hissədən ibarətdir. Kitab Türk İslam Ordusunun Azərbaycan
uğrunda apardığı mücadilədə qardaşlıq sevgisini, niyyətini, əməlini bütün açıqlığı ilə ortaya qoyacaqdır. Qafqaz İslam Ordusunun Bakı yollarında göstərdiyi yardımlar, keçdiyi şərəfli döyüş şərh edilir. Kitabda hərəkatın xəritə və sxemləri də verilmişdir.


ISBN 9952-426-33-X,“Qafqaz Universiteti”, 2008, 216 səh., 17x24, yumşaq, 500

 

45000 / 9 AZN

 

 

 

Vahid Məmmədli


Tunc mələk

 

 

(roman)


Dünya ədəbiyyatında yeni bir janrda, qansız döyüş romanı janrında yazılmış bu əsərdə mələk-insan, qorxmaz və məğrur detektiv-analitikin maraqlı maсəraları haqqında söhbət açılır.
İtaliyanın «RAİ-1» teleşirkətinin jurnalisti müharibə gedən İraqda yaraqlılar tərəfindən girov götürülür. Onun azad edilməsində hətta xüsusi xidmət orqanları da müsbət nətiсə əldə edə bilmirlər. Lakin bütün məhru-miyyətlərə və edam olunmaq təhlükəsinə baxmayaraq əsərin qəhrəmanı İtaliyalı telereportyoru əsirlikdən azad etmək fikrindən geri çəkilmir …
Həmin mələk-insan özünün ən güсlü silahı - təmənnasız xeyirxahlığı ilə hətta düşmənlərini də düşünməyə məсbur edir. Çoxları onun haqqında eşitdiklərinə inanmır. Anсaq onu yaxından tanıyandan sonra barəsində deyilənlərin əfsanə deyil, həqiqət olduğuna əmin olurlar…


ISBN 978-9952-8087-8-0,“Kitab Klubu”, 2008, 128 səh.,13x20, yumşaq/sərt, tiraj 50000 (ilk buraxılış 500)

 

20000 / 4 AZN

 

 

 

Kəmalə Ruintən


Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti


Monoqrafiyada münaqişənin həlli üçün səmərəli sayılan 2006 - cı ilin fonunda münaqişənin mənbələri, onun inkişaf mərhələləri, beynəlxalq təşkilatların və münaqişənin nizamlanması prosesində birbaşa iştirak edən ATƏT - in Minsk qrupunun, həmin qrupun həmsədr dövlətlərinin mövqeyi və münaqişəyə münasibəti araşdırılır. Kitabda, həmçinin İranın nüvə məsələsi ilə Ermənistan - Azərbaycan münaqişəsinin qarşılıqlı təsiri təhlil edilir və münaqişənin Ermənistanın iqtisadiyyatına təsiri də diqqətdən kənarda qalmamışdır.


“Adiloğlu”, 2008, 260 səh., 15x20, yumşaq, 500

 

25000 / 5 AZN

 

 

 

 

Süleyman Əlisa


Moskvada Azərbaycan dünyası

 

 

 

(Azərbaycan və rus dilində)


Kitab Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələrinin həyat yolundan və fəaliyyətindən bəhs edir. Kitaba 126 soydaşımız haqqında oçerk portretlər, müsahibələr daxil edilib.

 


ISBN 978-5-8125-1077-0, Moskva 2008, 670 səh., 15x22, sərt, 500

 

125000 / 25 AZN

 

 

 

Atamoğlan Məmmədli


Gəlmələr. Ermənilərin gerçək tarixi


Kitabda əsasən erməni və digər xristian qaynaqları əsasında erməni etnosunun hibrid xalq kimi yaranma və formalaşma tarixi qələmə alınır. Böyük dövlətlərin siyasətində ermənilərin əlaltı olmaq həvəsi, oynadığı mənfi rol işıqlandırılır. Ermənilərin zaman-zaman türklərə qarşı yeritdiyi düşmənçilik siyasəti açıqlanır. “Böyük Ermənistan” yaratmaq məqsədilə qonşu dövlətlərdən torpaq qopartmaq cəhdləri ifşa olunur.


ISBN 978-9952-27-067-9,“Çaşıoğlu”, 2008, 444 səh., 14x23, yumşaq, 500

 

 

75000 / 15 AZN

 

 

 

Расул Рахшанлы, Тарана Аскергызы


Русско-англо-азербайджанский экономический универсальный терминологический словарь


В универсальном терминологическом словаре собрано около 21000 слов и выражений по торговле, финансам, экономике, международным экономическим связям и бизнесу. С помощью цифровых указателей терминов, которые приводятся в конце книги, словарь можно использовать для перевода в 6 направлениях.


“Адильоглы”, 2008, 792 стр., 15х20, твердая, 500

 

175000 / 35 AZN

 

 

Чапай Султанов


Нефтегазовые стратегии и политика в ХХI веке


Сколько у кого нефти, и как скоро она кончится или кончится ли вообще? Смогут ли, как выражались в советское время, сосуществовать натовские базы и российские нефтегазопрово-ды в Европе? Долго ли доллар будет оценщи-ком нефти или возникнут новые, самые неожиданные, альтер-нативы? Как отразится на экологии планеты борьба за много-полярность и лидерство в мире? Как далеко может дойти «голландская болезнь» в нефтедобывающих странах СНГ? В книге рассмотрены нефтегазовые стратегии ведущих стран мира и ее влияние на большую мировую политику. На базе обширного «мозгового материала», фактических данных и намечающихся трендов в ту или иную сторону, сделаны определенные прогнозы на будущее. Рассмотрены многие мировые аспекты, как положительные, так и отрицательные, связанные с нефтью, газом и трубопроводами. Разработаны сценарии для статистического моделирования возможных ситуаций в будущем, в связи с проблемами с нефтью и газом, предложена новая философия ценообразования для нефти.


“Нурлар”, 2008, 720 (82 илл.) стр., 15x21, твердая, 500

 

100000 / 20 AZN

 

 

 

Maksim Musayev


Parlamentlər və kəndlilər 100 ildə

 

 

(1905-2005)


Kitabda son 100 ildə iki imperiya, iki müstəqilliklə yaşamış Azərbaycan kəndlisi barədə hər bir parlamentin çıxardığı qanun-qərarlar bütövlükdə əksini tapmış və sistemləşdirilmişdir. Milli parlament ənənəsinin formalaşması, deputatların tərkibinin tənzimlənməsi, parlamentlərin qadağalı, antisosial və ziddiyyətli qanun-qərarları, kəndlərin ləğvi səbəbləri və s. rəsmi sənədlərə əsaslanaraq verilmişdir.


ISBN 9952-426-36-4, “Nurlar”, 2008, 272 səh., 15x21, sərt, 300

 

 

50000 / 10 AZN

 

 

Gülşən Əliyeva-Kəngərli


Azərbaycan füzulişünaslığı

 

 


Alimin oxuculara təqdim olunan monoqrafiyasında mənşəyi dahi Füzulinin özündən başlayan Azərbaycan füzulişünaslığının 500 illik möhtəşəm bir dövrü əhatə edən təkamül mərhələlərinin təsnifi verilir, onların tarixi və nəzəri-estetik sərhədləri müəyyənləşdirilir.


ISBN 978-9952-27-065-5,“Çaşıoğlu”, 2007, 312 səh., 15x25, sərt, 300
 

40000 / 8 AZN

 

 

 

İnqilab Nadirli


Nəvələrə ərmağan

 

 

(Azərbaycan, rus və ingilis dillərində)


Kitabda verilmiş mənzum nəsihət və aforizmlərdə vətən, xalq, dövlət, valideyn, övlad sevgisi tərənnüm edilir. Müəllif nəsihət və aforizmlərdən yoğrulmuş ideal bir insan obrazı yaratmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.


ISBN 978-9952-25-092-3,“Adiloğlu”, 2008, 336 səh., 15x22, sərt, 200

 

 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

 

Cəmil Həsənli


Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)


Kitabda 1954-1959-cu illərdə respublikada yeni rəhbərliyin formalaşması, onun həyata keçirdiyi islahatlar, dövlət dili haqqında qanunun qəbul edilməsi və onun tətbiqi ilə bağlı meydana çıxan çətinliklər əhatə edilmişdir. Stalinin ölümündən sonra SSRİ-də başlanmış islahatçılıq cəhdlərinin Azərbaycana təsiri nəticəsində respublikada siyasi həyatın canlanması kitabda zəngin arxiv materialları əsasında araşdırılıb.


ISBN 978-9952-25-094-7,“Adiloğlu”, 2008, 544 səh., 15x22, sərt, 500

 

 

70000 / 14 AZN

 

 

 

Джамиль Гасанлы


СССР - Турция. От нейтралитета к холодной войне 1939-1953


Монография представляет собой комплексное исследование советской политики, сыгравшей важную роль в провоцировании холодной войны на Ближнем Востоке. В монографии рассмотрены перипетии советско-турецких отношений в годы войны и первые послевоенные годы, решающие этапы и поворотные пункты этого исторического пути.


ISBN 9785-915-1000-1-4, Москва, «Центр Пропаганды», 2008, 664 стр., 15x22, твердая, 2000

 

 

70000 / 14 AZN

 

 

 

Firidun Şuşinski


Şərq musiqisinin peyğəmbəri


Kitab tədqiqatçının 1987-ci ildə nəşr olunmuş məşhur muğam ustası, şair bəstəkar Cabbar Qaryağdı oğlunun həyat və yaradıcılığına həsr etdityi “Cabbar Qaryağdı oğlu” monoqrafiyasının yenidən işlənmiş variantıdır. Tərtibçi və ön sözün müəllifi Aslan Kənandır.


“Azərnəşr”, 2007, 128 səh., 15x21, sərt, 300

 

20000 / 4 AZN

 

 

 

Bayram Hacızadə


Azərbaycanda karikaturanın inkişafı


Kitabda karikatura janrı Azərbaycan sənətşünaslığında ilk dəfə sistemli şəkildə təhlil edilir. Bu sahədə çalışan aparıcı sənətkarlar və onların yaradıcılıqları müəyyən edilir, karikatura janrının keçdiyi tarixi yol və mərhələlər işıqlandırılır, karikatura sahəsində mövcud olan tarixi bədii ənənələr müəyyənləşdirilir.


ISBN 5-86874-248-6,“Səda”, 2008, 320 səh., 21x28, yumşaq, 500

 

 

Satılmır

 

 

Osman Gündüz


İnternet. Azərbaycan internet resursları (2008)

 


Azərbaycan milli saytlar kataloqu kimi yenidən işlənmiş üçüncü nəşr Azərbaycanda İnternetdən istifadəni daha səmərəli mərhələyə qaldırmaq məqsədilə yazılıb. Kitab üç fəsildən ibarətdir: “İnternetə ümumi baxış”; “Azərbaycan İnterneti”; “Azərbaycan İnternet resursları”. Kitaba 3000 milli web-resurs haqqında qısa icmal və ünvan daxil edilib.
ISBN 9952-8043-3-4,“Multimedia Mərkəzi”, 2008, 336 səh., 17x24, rəngli, yumşaq, 2000
 

30000 / 6 AZN

 

 

 

Qafqaz Universiteti
Qafqaz Araşdırmaları İnstitutu


Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu


Kitabda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqədar olan cümhuriyyətin yaranması, onun milli istiqlalının qorunub saxlanılması, bu zaman Türkiyənin qardaşlıq köməyi, göstərdiyi hərbi yardım, Qafqaz İslam ordusunun keçdiyi şərəfli döyüş yolu məsələləri geniş araşdırılır. Kitaba müvafiq mövzularla bağlı on beş tədqiqatçının 19 məqaləsi daxil edilmişdir.


ISBN 9952-426-23-2, “Nurlar”, 2008, 696 səh., şəkilli, 17х24, yumşaq, 1000

 

70000 / 14 AZN

 

 

Chapay Sultanov


The last blow from the empire (Baku, 20 January, 1990)


More than ten years after the events of 20 January, 1990 in Baku, the book considers them in a new perspective/ Basing on, the author reveals the main intention of Gorbachev’s blow on Baku, showing the whole political palette of the USSR and its connection with that blow. The appendix gives some information on certain aspects of the Armenian aggression against Azerbaijan.


ISBN 9952-8082-0-8, “Qismet”, 2008, 520 p., 16х22, hard cover

 

80000 / 16 AZN

 

 

 

Nəsiman Yaqublu


Əbdürrəhman Fətəlibəyli-Düdənginski


Ə.F.Düdənginskinin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan legionun başçısı və Azadlıq radiosu “Azərbaycan” redaksiyasının baş redaktoru olmuş, tanınmış siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında olan bu kitab maraqlı tarixi sənədlər əsasında yazılmışdır. Kitabda Ə.Fətəlibəylinin fəaliyyətinin müxtəlif mərhələləri öz əksini tapmışdır.


ISBN 978-9952-25-081-7,“Adiloğlu”, 2008, 262 (64 şəkil) səh., 14x20, yumşaq, 500

 

60000 / 10 AZN


Nəsiman Yaqublu


Azərbaycan – Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu


Kitab mühacirət dövründə (əsasən-1930-cu illərdə) Azərbaycan – Polşa əlaqələrinin tədqiqinə həsr edilmişdir. Kitabda diqqət yetirilən başlıca məqam – Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin Azərbaycan-Polşa əlaqələrinin formalaşmasındakı əvəzsiz xidmətləridir.


ISBN 978-9952-25-052-7,“Adiloğlu”, 2007, 212 (50 şəkil) səh., 14x20, sərt, 500

 

60000 / 10 AZN

 

 

 

Чингиз Каджар

 

 

 

Старый Баку

 

 

 

Научное иссследование высшей пробы на основе уникальных исторических докумен-тов, богато иллюстрированное редкими фотографиями и рисунками, шедевр полиграфического искусства.


“Ока Офсет”, 2008, 204 стр., 20х27, твердая

 

200000 / 40 AZN

 

 

Чингиз Гусейнов


Ме'радж

 

 

 

(роман о пророке Мухаммеде)


Роман-исследование Чингиза Гусейнова, автора ряда, произведений, в том числе романов, изданных на многих языках; мира, посвящен постижению ислама. Автор, используя различные повествовательные средства, прибегая к монологическим и диалогическим формам, в синтезе поэзии и психологической прозы пытается проникнуть во внутренний мир Мухаммеда, понять феномен пророчества.


“Ганун”, 2008, 564 стр., 16х22, твердая, 1000

 

 

50000 / 10 AZN

 

 

Nazif Qəhrəmanlı


Nəsib bəy nümunəsi


Kitabın vəzifəsi Nəsib bəy Yusifbəylinin həyat epizodları, “Tərcüman” qəze-tində çap etdirmiş məqalələri, AXC Parlamentindəki çıxışları, ilk respublikanın 90 illiyində böyük xidmətləri olan bu mütəfəkkir insan, böyük siyasi şəxsiyyəti xatırlamaqdır.
“Nurlan”, 2008, 264 səh., 14x20, yumşaq, 300

50000 / 10 AZN

Zaza Aleksidze


Qafqaz albanları dilləndilər


Kitab Sinay dağından tapılmış alban mətninin identifikasiyası və izahı əsasında yazılıb.Gürcücədən tərcümə edən Nəsib Nəsibovdur.
ISBN 99940-11-61-8,“Artanuci”, 2003, 130 səh., 14x20, yumşaq

10000 / 2 AZN

Maksim Musayev
Atam Talıb Musayev


Müəllifin bu kita-bında uzun müddət Ermənistanda rəhbər vəzifələrdə işləmiş, Ermənistan Ali Sovetinin sədrinin müavini seçilmiş, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuş Talıb Qurban oğlu Musayevin həyatı, məskəni, dövrü, nəsli, şəxsiyyəti, xasiyyəti, xidmətləri, fikirləri, məsləhətləri və arzuları barədə yazılmışdır.
ISBN 9952-426-96-8, “Nurlar”, 2008, 320 səh., 14х21, sərt, 300

 

40000 / 8 AZN

Oqtay Rza


Baldan şirin balalar


Müəllif uşaqlara həsr etdiyi yüz-lərlə şeirin az bir hissəsini bu ki-tabda toplamışdır.
“Turan Evi”, 2008, 24 səh., 14x21, yumşaq

 

10000 / 2 AZN

Azər Turan


Əli bəy Hüseynzadə


Kitabda dahi mütəfəkkirin həyat və yaradıcılıq yo-luna ətraflı nəzər salınıb. Əsərdə Ə. Hüseynzadənin bənzərsiz şəxsiyyəti və elmi-əbədi irsi tədqiqata cəlb olunur. Kitab nadir fotoşəkillərlə zəngindir.
ISBN 978-5-7164-0582-0, Moskva “Salam Press”, 2008, 280 səh., 14x21, sərt, 5000

50000 / 10 AZN

Fatimə Mernisi
Pərdələr arxasında gizlədilən tarix

Tərcüməçi: Güntay Gəncalp
Kitabda islam və qadın haqları ilə bağlı tarixi qaynaqlara dayanaraq geniş araşdırıma aparılmışdır. Hz.Məhəmmədin özəl həyatı geniş şəkildə araşdırılmış, adına yazılmış saxta hədislər möhkəm dəlillərlə ifşa edilmişdir. Burada islam alim bir qadın ruhundan tədqiqata məruz qalmışdır.
“Qanun”, 2008, 308 səh., 12x19, yumşaq, 300

 

30000 / 6 AZN

Firudin Gilar Bəg


Batini-Quran

Kitabda qədim dövrün, müqəddəs yazıların elmi izahı yeni məntiqlə və əski mənbələrdəki faktlara əsasən verilir. Müəllif, qədim mətnlərdəki hadisələri bu gün qəbul olunmuş məntiqlə yox, sufi müdriklərinin məntiqi ilə izah edir. Burada din, tarix, fəlsəfə, dilçilik, mifologiya, rəvayətlər, deyimlər, ümumiyyətlə, bütün yazılı və şifahi xalq ədəbiyyatı artıq bir hadisənin müxtəlif hissələri kimi çıxış edir və bir-birini tamamlayır.
“Qanun”, 2008, 794 səh., 17x25, sərt, 300

800000 / 16 AZN

Нурида Исмаилзаде
Из истории Азербайджан-ской музыки

(традиции Меценатства и просветительства) (учебное пособие)
В книге расскрывается значение просветительства и благотвори-тельности как движущих сил обра-зовательного процесса, сыгравших значительную роль в развитии музыкальной культуры Азербай-джана. Вместе с тем в книге дан подробный исследовательский анализ неизученных страниц музыкальной жизни Баку начала ХХ столетия, оказавших огромное влияние на формирование национальной профессиональной композиторской школы.
“Нурлан”, 2007, 256 стр., 15x21, твердая, 100

60000 / 12 AZN

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16