Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16

 

 

Донара Гусейнова


Парапсихолог поневоле. Единая истина. Единая система мироздания


Автор рассматривает в книге парапсихологию как науку современности и будущего, соединяющее звено между всеми науками, религиями, аномальными и вполне нормальными процессами Бытия и Мироздания. Влияние космических и вселенских процессов на человеческое подсознание, сознание и судьбу, психоанализ собственной судьбы – эти и др. вопросы, тема исследований автора.


“Азернешр”, 2008, 256 стр., 14x20, мягкая, 150

 

25000 / 5 AZN

 

 

 

Əli Bəy Hüseynzadə


Seçilmiş Əsərləri


Kitabda XIX əsrin sonu XX əsrin əvvəlləri türk dünyasının yetişdirdiyi nəhəng ictimai, siyasi və ədəbi şəxsiyyəti Əli Bəy Hüseynzadənin əsərlərinin (şeirlər, hekayələr, məqalələr) bir qismi toplanmışdır.

 


“ Çaşıoğlu”, 2007, 640 səh., 17x25, sərt, 5000

 

100000 / 20 AZN

 

 

 

Tərtib, tərcümə: Vilayət Quliyev


Behbud xan Cavanşirin məhkəmə prosesi


Kitabda Azərbaycan Cümhuriyyətinin qurucularından biri, daxili işlər naziri, 1921-ci ildə İstambulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin (1877-1921) qatili üzərindəki məhkəmə prosesinin stenoqrafik yazısı (müəyyən ixtisarla) verilmişdir.


ISBN 5-9986-6864-6,“Ozan”, 2008, 352 səh., 15x21, sərt, 1000

 

 Tel.: 492-12-38


Tərtib, tərcümə: Vilayət Quliyev


Azərbaycan Paris sülh Konfransında

 

 

(1919-1920)


Kitabda Azərbaycan parlamentinin Sədri Ə.M.Topğubaşovun rəhbərliyi ilə 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri” kitabının ingilis və fransız mətnləri, habelə ingilis dilindən azərbaycancaya tərcüməsi verilmişdir.


ISBN 5-9986-6864-4,“Ozan”, 2007, 244 səh., 15x21, sərt, 1000

 

 Tel.: 492-12-38

 

 

 

Ş.Q.Əsgərov


Düşüncə tərzi


Kitabda bəzi ictimai-sosial hadisələrə, proseslərə müəllifin publisistik, fəlsəfi baxışı şərh edilmişdir. Kitab 4 fəsildən ibarətdir: düşüncə tərzi, dövrün səciyyəsi və fəlsəfəsi, şərq-qərb düşüncə tərzi, fəlsəfi yüklü məqalələr.


“Azərbaycan”, 2008, 336 səh., 15x21, sərt, 1000

 

50000 / 10 AZN

 

 

 

Kurt David


Çingizxan


Alman dilindən tərcümə edən: Munisə Dadaşqızı
Müəllif təxəyyülünün məhsulu olmayan əsər tarixi məxəzlərə əsaslanmışdır və Kurt David böyük sərkərdə Çingiz xanın həyatını oxucularına yaxından yaşatmaq üçün Monqolustanı şəxsən qarış-qarış gəzmişdir. Oxuculara təqdim edilən “Qara Qurd” tarixi romanı həmin dilogiyanın birinci hissəsidir. Kitabın ikinci hissəsi də çapdan çıxmışdır.


“Nurlan”, 2008, 260 səh., 15x21, sərt, 500

30000 / 6 AZN

 

 

Əlizadə M.,Qurbanov B., Balayev R.


AutoCAD 2007

 

 

(dərs vəsaiti)


Dərs vəsaitində AutoCAD 2007 proqramı haqqında nəzəri məlumatlarla yanaşı çoxlu sayda cizgilərin çəkilmə prosesinin yerinə yetirilmə ardıcıllığı nümunələr şəklində aydınlaşdırılaraq istifadəçinin ixtiyarına verilmişdir.


“MSV Nəşr”, 2008, 542 səh., 15x21, sərt, 500

40000 / 8 AZN

 

 

 

Fərəh Pəhləvi

 


Xatirələr

 

 

 

(Yıxılan rejimin və bitməyən eşqin hekayəti)
Tərc.: N.Əbdülrəhmanlı


Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.


“Adiloğlu”, 2007, 420 səh., 13x20, yumşaq, 1000

30000 / 6 AZN


O.V.İbadlı, R.İ.Babayev və başqaları


Nəbatat terminləri və bitki adları lüğəti


(Azərbaycanca-latınca-rusca-ingiliscə), (latınca-Azərbaycanca-rusca-ingiliscə)


2 hissəli lüğət 7385 nəbatat terminləri və 1295-dən artıq bitki adlarından ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


ISBN 5-8066-1774-2,“Elm”, 2008, 328 səh., 15x21, sərt, 1000

35000 / 7 AZN


Şükran Dədəyev

 

 

 

Psixika: İnsan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi


 

Kitab insan orqanizmində psixikanın müəyyənləş-dirilməsi və öyrənilməsi və yeni fundamental psixologiyanın yaranma problemlərinin əhatə edir. Psixikanın psixi və bioloji varlığı ilk dəfə olaraq insan orqanizminin baş beyin hissəsində müəyyənləşdirilir, psixikanın daxili strukturu, fəaliyyəti tədqiq edilir.


“Qanun”, 2007, 452 səh., 15x22, sərt, 500

50000 / 10 AZN


X.İbrahimli


Politologiya

 

 

(interaktiv dərs materialları)


Bu interaktiv dərs materialları kredit sistemi ilə təhsil alan ixtisas və qeyri-ixtisas tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda politologiya elminin yaranışından indiki beynəlxalq siyasi proseslər və qloballaşma ilə bağlı məsələlərə toxunulur, bir çox suallara cavab verilir.


“Qanun”, 2008, 228 səh., 13x20, yumşaq, 1000

30000 / 6 AZN

 

 

 

 

 

Rafael Hüseynov


Əbədi Cavid


Azərbaycanın mütəfəkkir şairi və dramaturqu, milli poetik teatrımızın yaradıcısı Hüseyn Cavidin (1882-1941) keşməkeşli həyatı və zəngin poetik irsi təqdim olunan kitabda yeni görüm bucağından araşdırılır. Şairin ömür və sənət yolu ilə bağlı bir sıra maraqlı faktlar, indiyədək nəşr edilməmiş bəzi əserlərindən parçalar, şəxsiyyətinin ayrı-ayrı az öyrənilmiş məqamlarını işiqlandıran yazılar da yer almışdır. Kitab zəngin arxiv materialları, Hüseyn Cavidi yaxından tanımış insanların xatirələri, şairin mövcud məlum irsinin, eləcə də xilas olmuş əlyazmalarının dərin araşdırılması və təhlili əsasında qələmə alınmışdır.


ISBN 978-9952-8048-1-2,“Nurlan”, 2007, 840 səh., şəkilli,15x21, yumşaq, 500
 

Əlavə məlumat üçün tel.: 492-12-38


Kərim Şükürov


Türkmənçay - 1828: Tarixi xronika

 

 

 (İxtisarla)


Kitabda çar Rusiyası ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsini başa çatdıran 1828-ci il Türkmənçay müqaviləsindən bəhs olunur. Araşdırmalardan aydın olur ki, Türkmənçay müqaviləsindən ən çox qazananlardan biri ermənilər olmuşdur. Onlar Rusiyanın işğal etdiyi Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan ve b. xanlıqları ərazisinə köçürülmüş, bundan istifadə edərək ərazi iddialarına, azərbaycanlılara qarşı soyqırımlarına başlamışlar. Əlavələrdə verilən şəkillər, xəritələr və müqavilə mətnləri problemin daha dərindən dərk edilməsinə xidmət edir.
In this book is spoken about Turkmanchay treaty which completed the division of the territories of Azerbaijan between Russia and Iran. It is becoming clear from the researches that Armenians were one of the most benefıted ones from Turkmanchay treaty. Removed into Karabagh, Nakhichevan, Iravan and other Azerbaijani khanates occupied by Russia, Armenians began laying down territorial claims and their policy of genocide against Azerbaijanis. The pictures, maps and the texts of the treaty given in the attachment serve for understanding of the problem much deeper.


ISBN 13 978-9952-8090-8-4, “Çaşıoğlu”, 2006, 188 səh., 13x21, sərt, 500

60000 / 12 AZN

 

 

 

Вагид Мамедли


Бремя бронзового бога


Уникальная книга нашего современника, знаю-щего о тайных операциях на Ближнем Востоке и в некоторых офисах Москвы больше кого-нибудь, построена в форме увлекательного романа. Однако многие события этого повествования имеют под собой абсолютно реальную основу. Это личный опыт и значительная доля литературного дарования, но воображения здесь ровно столько, сколько позволяет специфика работы спецслужб.


ISBN 978-5-98862-042-6, М.“Грифон”, 2007, 288 стр. 15х22, твердая, 1000

 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

Quliyev E.Q., Qurbanzadə Ş.A

 

 

 

Foreks. Maliyyə Bazarının Əlifbası


Kitabda maliyyə bazarları və xüsusilə Foreks birjasında ticarət fəaliyyətinin əsas prinsipləri və qiymət hərəkətlərinin müxtəlif növ analiz metodları əks olunmuşdur. Kitab müəllifləri uzun illər praktiki təcrübə və elmi araşdırmalar sayəsində sınaqdan keçmiş effektiv birja ticarəti metodlarını texniki və illüstrativ formada oxucuların diqqətinə çatdırmağa çalışmışlar. Kitab Maliyyə bazarlarında fəaliyyət göstərən bu və ya digər formada fəaliyyətini bu sahə ilə bağlayan mütəxəssislər: treyderlər, analitiklər, şərhcilər, investisiya idarəçiləri, tələbələr və s. üçün nəzərdə tutulmuşdur.


Bakı “Forex-AZ”, Türkiyə“Mega”, 2007, 154 səh., 21x26, sərt

150000 / 30 AZN

 

 

 

Bayram Hacızadə


Müasir Azərbaycan karikaturası


Kitabda yaradıcılığını karikatura sənətinə həsr etmiş rəssamların müxtəlif nəsillərini təmsil edən nümayəndələri haqqında məlumatlar toplanmışdır. Onların bir-birindən maraqlı və rəngarəng əsərləri bu ensiklopedik toplunun bəzəyi olmuşlar.


“Şərq-Qərb”, 2007, 128 səh., 21x29, yumşaq, 1000

 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

 

Əmirov Z.M.


Microsoft Word Office 2003


Kitab istifadəçilərinin sayına görə uzun illərdən bəri liderliyini qoruyub saxlayan Microsoft Office 2003 paketinin Word 2003 mətn redaktorunun iş prinsiplərinə həsr olunmuşdur.


ISBN 5-8066-17-4, “Elm”, 2007, 664 səh., 15x23, sərt, 500

60000 / 12 AZN

 

 

 

Məmmədli Rafiq

 

 

 

ICQ – Mən Səni Axtarıram
ICQ ilə dost tap, söhbət elə və əylən


Kitabda İnternet istifadəçilərinə yaxşı tanış olan, dünyada məşhur Chat proqramı olan ICQ-nun son – 6.0-cı versiyasından söhbət açılır: ICQ-nu yüklə və qeydiyyata düş!
ICQ-nun əlifbası
ICQ ilə özünə dost tap!
ICQ ilə SMS yolla!
ICQ ilə fayllar yolla və qəbul et!
ICQ-da oyunlar ICQ ilə səsli danışıq
ICQ ilə videolu danışıq
ICQ-Phone ilə dosta zəng et!
ICQ-ya öz şəklini qoy!
Smiley-lərin izahlı siyahısı
Chat-də qısa kəlmələr...
Kitab yaşından asılı olmayaraq bütün İnternet, mobil telefon istifadəçiləri, eləcə də İKT mütəxəssisləri üçün nəzərdə tutulub.

 

 

"Kitab Klubu", 2008, 120 səh., yumşaq qapaq, 500

 

15000 / 3 AZN

 

 

 

Aristotel


Nikomax etikası


Tərcümə edən F.Təbibi


Kitabda dahi yunan filosofu Aristotelin bu əsəri əxlaq məsələlərinə həsr olunmuşdur. Kitabda Aristotelin etikaya dair əsərlərinin qısa xülasəsi verilir.


“Qanun”, 2007, 340 səh.,15x21, sərt, 500

35000 / 7 AZN

 

 

 

T.M.Xudazarov


Qısa müddətli ingilis dili kursu

 

 

(Sıfırdan mükəmməl səviyyəyə qədər)


Vəsait verilmiş ingilis dilini sadə şəkildə tədris etmək və ona qısa müddətdə yiyələnmək məqsədi güdür. Vəsaitdə orta və ali məktəblərdə istifadə etdiyi klassik üslubdan qaçılmışdır. Məişətimizin bütün sahələrindəünsiyyət üçün xarakterik olan fonetik və qrammatik materiallar məqsədəuyğun şəkildə verilmişdir.


“Müəllim”, 2007, 310 səh., 14x20, yumşaq, 500

30000 / 6 AZN

 

 

 

İsmayıl Umudlu


Dilbazilər

 

 

(tarixi-bioqrafik araşdırma)


Kitabda Qazax mahalının köklü soylarından biri, son dərəcə zəngin, maraqlı və dramatik keçmişə malik, nəsillikcə əsilzadə Dilbazoğulları (Dilbazilər, Dilbazovlar) soykökünün son 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik səpkidə araşdırmışdır.


ISBN 5-87459-039-0,“Əbilov, Zeynalov və oğulları”, 2007, 392 səh., şəkilli, 18x25, sərt, 1000

50000 / 10 AZN


E.C.Şiriyev


İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə müasir lüğət


Lüğət müasir İngilis və Azərbaycan dillərinin leksikası bazasında hazırlanıb, 180000 söz və söz birləşməsini əhatə edir. Lüğət İngilis və Azərbaycan, Azərbaycan və İngilis dillərində olaraq iki hissədən ibarətdir. Lüğətə daha çox istifadə olunan danışıq leksikası, bəzi arxaik və poetik ifadələr, söz birləşmələri, qismən elmi-texniki və tibbi terminlər daxil edilmişdir.


ISBN 978-9952-420-10-4, “Nurlan”, 2007, 912 səh., 18x25, sərt, 500

125000 / 25 AZN

 

 

 

N.N.Məmmədov, T.Ə.Sadiqli, N.Ə.Qasımov


Ərəbcə-Azərbaycanca lüğət


Hazırlanmış lüğət xüsusi əhəmiyyətə malikdir və mövcud boşluğun aradan qaldırılmasına xidmət edə bilər. Lüğətin məziyyətlərindən biri budur ki, o, ərəb ədəbi dilinə uyğun şəkildə ortaya qoyulmuşdur. Eyni zamanda burada ayrı-ayrı ləhcələrə aid olub istifadə baxımından ümumiləşmiş sözlərə də rast gəlmək mümkündür. Lüğətdəki söz birləşmələri nəzərə alınmamaqla oradakı sözlərin sayı təxminən 28 mindir.


“Adiloğlu”, 2007, 448 səh., 15x21, sərt, 500

55000 / 11 AZN


Т.М. Худазаров


Самоучитель азербайджанского языка. Курс обучения разговорному азербайджанскому языку


Данное пособие предлагает упрощенное изучение и овладение азербайджанским языком с помощью лексических моделей, снабженных грамматическими пояснениями, изложенными на простом, легко воспринимаемом русском языке и оптимальными упражнениями для практического овладения языком, буквально, с первых уроков Курса.


“Муаллим”, 2007, 356 стр. 14х20, мягкая, 500

35000 / 7 AZN

 

Qurban Ozanlı
Ulu xalq, ulu inam, ulu dil
Müəllif bu gün danı-şdığımız Azərbay-can dilinin yaranma tarixinə nəzər salır, Azərbaycan türkcəsinin söz yaratma qabiliyyətini açıqlayır. Kitabı oxuyanlar Babil qülləsi tikintisinin yarımçıq qalmasının heç də əsassız olmadığını hiss edə bilərlər.
“Kitab Klubu”, 2008, 32 səh., 13x20, yumşaq, 99

 

 

5000 / 1 AZN

Эльчин Гасанов
ВИЧ инифици-рованная Анжела Петросян в Баку
Книга скандаль-ного писателя Эльчина Гаса-нова повествует о ВИЧ инифицированной девушке армянке Анжеле Петросян, которая заражает этой болезнью азербайджанских парней в Баку.
“Китаб Клубу”, 2008, 96 стр., 10х17, мягкая, 110

 

 

5000 / 1 AZN

Натиг Расулзаде
Островок (повести, рас-сказы, пьесы, сценарии)
В книгу извест-ного азербай-джанского писателя Натига Расулзаде вошли как новые произ-ведения последних лет, так и ранее опубликованные, переведен-ные на многие иностранные языке, произведения, полюбившиеся читателю.
ISBN 978-9952-444-00-1, “Апостров”, 2008, 502 стр., 14х20, мягкая/твердая, 800

 

 

15000 / 3 AZN

Dünya nəşrindən seçmələr
Bir kədərli qadın
Çevirəni: Nəriman Əbdülrəhmanlı
Kitabda XIX yüzil-liyin sonlarından bugünümüzədək yaranmış nəsr əsərlərindən nümunələr toplanıb. Burada Frans Kafka, Uilyam Folkner, Qabriyel Qarsiya Markes, Fazil İskəndər, Patrik Züskind, Vladimir Nabokov, Ernest Heminquey və s. ədəbiyyat dahilərinin əsərlərindən nümunələr verilir. Bu antologiya oxucular üçün dünya nəsrinə maraqlı ekskursdu.
“Qanun”, 2008, 556 səh., 13x20, yumşaq, 500

 

30000 / 6 AZN

Эльчин Гасанов
Людоедка Каринэ
Книга - ужас! Людоедка Каринэ в Баку!
Произведение Эльчина Гасанова как всегда напи-сана со злобным оскалом, в книге царит кровь веков. Гасанов не писатель - эстет, и его последняя тетралогия о девушке армянке - Каринэ Арутюнян - которая ест мясо азербайджанских военно-пленных в период карабахской войны - следствие его убежден-ного делового фанатизма.
“Адильоглы”, 2007, 112 стр., 11х17, мягкая, 1000

 

10000 / 2 AZN

Çingiz Abdullayev
Döyüşçünün yolu
Tərcümə edəni: Keani Pərvin və Fidan
Görəsən, görkəmli yapon analitiklə-rindən biri və Dronqonun özünün də "senşey"- müəllim adlandırdığı Kodzi Simura öz şagirdini Tokioya niyə çağırmışdı? Simuranm başqa bir şagirdinin - Yaponiyanın iri banklarından birinin təhlükəsizlik xidməti rəhbərinin müəmmalı ölümünün təhqiqatında rusun nə köməyi ola bilərdi? Ola bilsin ki, məhz Dronqo - ondan başqa heç kəs köhnə Asiya adət ənənələrinin təsiri altına düşmədən, sağlam nəzərlərlə baş verənləri görə və etibarlı açarın müəmmalı qətlini araşdıra bilərdi...
“Çıraq”, 2007, 304 səh., 14x20, sərt, 500

35000 / 7 AZN

Asif Hüseynli
Zabrat və zabratlılar
Kitab Bakının ən qədim kəndlərindən biri olan Zabrat kəndinə həsr olunmuş ilk ensiklope-dik topludur. Kitabda kənddə yaşamış və yaşamaqda olan müxtəlif sahələrdə çalışan şəxslər haqqında geniş söhbət açılır.
“Nurlan”, 2007, 528 səh.,15x23, sərt, 1000

 

 

50000 / 10 AZN

Cəlal Bəydili (Məmmədov)
Türk mifoloji obrazlar sistemi: struktur və funksiya
Kitabda ənənənin təbiətinin ümumi sistem nəzəriyyəsi işığında özünütəşkiletmənin köklü prinsiplərinə uyğun araşdırılmalı olduğu fikri dəstəklənir, türk mifoloji obrazlar dünyasının bütöv mənzərəsinin yalnız mifopoetik ənənənin ilkin qatında dayanan funksiyalar səviyyəsində üzə çıxarıla biləcəyi qeyd edilir. Həmin funksiyalar ki, özünütəşkil dinamikasının ayrılmaz cəhəti kimi mifoloji obrazın təkamülü boyu onun məna potensialına uyğun da müəyyən olunur. Monoqrafiyada həmçinin arxaik etnik-mədəni informasiyanın ən dayanıqlı elementlərini qoruyan və aktual inanışlarla sıx bağlanan demonoloji varlıqların öyrənilməsinin ümumtürk mifoloji dünya modelinin bərpası baxımından əhəmiyyəti vurgulanır.
“Mütərcim”, 2007, 272 səh., 15x20, yumşaq, 300

30000 / 6 AZN

Şah İsmayıl Xətai Fondu (DVD)
Azərbaycanın maddi və mənəvi mədəniyyət tarixi
Azərbaycanın maddi və mədəni mənəviy-yat tarixi ilə bağlı diskdə orta əsr tarixi sərvətlərimiz haqqında əsərlər toplanmışdır. Həmçinin buraya xəritələr, abidələr, xalçalar da daxil edilmişdir. Şah İsmayıl Xətai Fondunun diskə daxil etdiyi miniatür əsərlər görkəmli Azərbaycan rəssamlarının xarici ölkələrin muzeylərində həmçinin eksponat sahiblərində saxlanılan əsərlərdir. Bu əsərlərin bəziləri xalqımıza məlum olmayan əsərlərdir. Burada bu əsərlər haqqında və görkəmli rəssamlarımız haqqında da məlumat verilib.

DVD - 50000 / 10 AZN

Mirzə Ənsərli
Türkiyədə Masonların və sionistlərin fəaliyyəti
Müəllif bu kitabında XVIII əsr - XX əsrin birinci yarısı illərini tədqiq edərək, Türkiyə masonlarının və sionistlərinin tarixinə, mahiyyətinə, məqsəd və quruluşuna nəzər salır.
“Ocaq”, 2007, 124 səh., 15x21, yumşaq, 500

 

 

10000 / 2 AZN

Zaur Həsənov
Pomoterapiya (meyvələrlə müalicə)
Vəsait xalqın, əsrlərlə yoxlayıb sınaqdan keçirdiyi təbii müalicə üsullarının yalnız bir qismini əhatə edir. Burada şərh olunan tumlu, çəyirdəkli, qərzəkli, subtropik, sitrus, giləmeyvə, tropik meyvə bitkilərinin insan bədəninə müalicəvi əhəmiyyətindən danışılır, meyvə cinslərinin rus və ingilis dillərində adları, xəstəliklər sadalanır.
“Gəncə”, 2007, 90 səh., 14x20, yumşaq, 500

 

15000 / 3 AZN

Садых Зейналоглы


Их лишили родины. Кровавая память истории.

 

 (Книга 3-ая)


В книге известного публициста и иссле-дователя, бывшего ответственного работника органов внутренних дел республики собраны очерки по репрессии интеллигенции и жителей Азербайджана.


“Ганун”, 2006, 276 стр. 13х20, мягкая, 300

30000 / 6 AZN


Əlizadə M., Qurbanov B., Abdullayeva N.
Visual basic və Microsoft Excel XP-də məsələlər həlli
Dərs vəsaitində Visual Basic və Microsoft Excel XP haqqında nəzəri məlumatlarla yanaşı çoxlu sayda məsələlər həll edilərək istifadəçinin ixtiyarına verilmişdir.
“MSV NƏŞR”, 2007, 576 səh., 15x21, sərt, 300

 

 

 

 

 

45000 / 9 AZN

Аделя Иманова
Любовь и тайны нашего города
Повести и рассказы
Влюбиться без памяти, потерять близкого человека или друга, терпеть ревность или безразличие мужа, считать копейки и вдруг стать богатым, попасть в безвыходнейшую ситуацию и внезапно получить помощь от незнакомого человека. Об этом и обо всем другом читайте в книге.
“Азербайджан”, 2007, 240 стр. 15х21, твердая, 1000
 

25000 / 5 AZN

Aydın Abi Aydın
Türk şəxs adları
İri həcmli “Şəxs adları lüğəti” ensiklopediyasının davamı olaraq sevimli oxucuların, əziz ata və anaların ixtiyarına verilir. Ensiklopediyanın üçüncü kitabında on mindən artıq antroponimin leksik izahı öz əksini tapır.
“Nurlan”, 2007, 464 səh., 15x21, sərt, 500



 

 60000 / 12 AZN

 

 

Maksim Musayev


Heydər Əliyevin qayıdışı parlamentdə


Müəllifin bu kitabında özünün bilavasitə iştirak etdiyi və şahidi olduğu hadisələr əsasında dövlətimizin tarixi şəxsiyyəti Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışının təşkili, o zamanlar xalqımızın taleyi ilə bağlı mühüm məsələlərin aparılması və həlli, xüsusilə parlamentdə bu sahədə görülən işlər əks olunmuşdur. Yaxın taleyimizi daha dərindən öyrənmək üçün bu kitabdakı məlumatların müstəsna əhəmiyyəti vardır. Kitab vətən tariximizi diqqətlə öyrənən, oxucular, siyasət adamları, parlament üzvləri və gələcəkdə milləti təmsil etməyə hazırlaşan gənclər üçün vacib məlumatlarla zəngindir.


ISBN 9952-403-35-6, “Günəş”, 2007, 192 səh., 13x20, sərt, 500

 

 75000 / 15 AZN

 

 

 

Элизабет Тюдор


Тень веков


В этот сборник вошли приключен-ческие повести и фантастические рассказы. Действия происходят в самых различных уголках земного шара, в паралельных мирах, в прошлом, в будущем и в наши дни. Паранормальные явления и невероятные сновидения героев завлекут читателя в невиданные края, где каждый смлжет стать участником событий.


ISBN 978-9952-8036-5-5,“Азернешр”, 2007, 416 стр. 14х21, твёрдая

45000 / 9 AZN

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16