Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16

 

 

Юнис Сафаров


Наследник трона. Белый сокол


13-тилетний автор в своей уже второй книге рассказывает об отряде отважных воинов, бросивших вызов злому духу Крондру и его слуге Рыцарью Тьмы. В конце, отряд во главе с воином Ричардом Белым Соколом побеждает Зло, но этим всё не заканчивается…


“Ганун”, 2007, 232 стр. 14х20, мягкая, 200

10000 / 2 AZN

 

 

 

Eluca Atalı


Adamdan üstün


Azərbaycan türkcəsindən türk dilinə uyğunlaşdıran Oktay Hacımusalıdır


Kitabda müəllifin izhar, esse, fəlsəfi - bədii miniatür və fəlsəfi - bədii hekayə janrında yazdığı 42 bədii nümunəsi bura daxil edilmişdir.


Türkiyə “Berikan Yayınlar Evi”, 2007, 52 səh., 14x20, yumşaq

15000 / 3 AZN

 

 

 

Vaqif Qasımov


İnformasiya təhlükəsizliyi: kompüter cinayətkarlığı və kiberterrorçuluq


Kitab informasiya-kommunikasiya texnologiyalarının müasir inkişafı ilə əlaqədar yaranmış informasiya təhlükəsizliyi probleminin, kompüter informasiyası sahəsində beynəlxalq aləmdə baş verən cinayətlərin, kibernetik terrorçuluqla bağlı mövcud vəziyyətin, kiber fəzada təhlükəsizliyin təmin edilməsinə kompleks yanaşma və s. məsələlərin tədqiqinə həsr olunmuşdur.


ISBN 5-8066-1619-3,“Elm”, 2007, 192 səh., 15x21, sərt, 300

 

 Tel.: 514-20-15


Vaqif Qasımov


Elm və təhsilin informasiya təminatı sistemləri


Monoqrafiya elmi-tədqiqat fəaliyyətinin və tədris prosesinin informasiya ilə təmin edilməsi üsullarının və vasitələrinin şəbəkə və informasiya infrastrukturunun yaradılması, bu məqsədlə müasir informasiya texnologiyalarının istifadəsi məsələlərinin tədqiqatına həsr olunmuşdur.


ISBN 5-8066-1702,“Elm”, 2005, 116 səh., 14x20, yumşaq, 300

 

 Tel.: 514-20-15


Зардушт Ализаде


Майкл и Микайыл


В книге своеобразие публицистики Зардушта Ализаде - веселой, изобретательной, не пугающейся казаться иной раз скучной, игривой, шаловливой и буйной.


“Алтун Китаб”, 2007, 416 səh.,13x20, мягкая

40000 / 8 AZN


Prof. Fazil Qaraoğlu

Türk-İslam dünyası I cild
İslama giriş

(Azərbaycan və rus dillərində)


Kitaba Prof. Fazil Qaraoğlunun Azərbaycan dilinə bəzi tərcümələri daxil edilmişdir. Əsər daha öncə mərhum yazıçı Kamal Quşçu tərəfindən türk dilinə tərcümə edilmişdir. Müsəlmanların dini, tarixi, mədəniyyəti və gündəlik həyatı burada açıq-aydın bir şəkildə təqdim edilmişdir.

ISBN 978-9952-8103-3-2, “Nurlar”, 2007, 482 səh., 14x21, sərt, 1000

40000 / 8 AZN

 

 

 

Чингиз Каджар


Старая Шуша


Редакторы - член-корреспондент НАНА Фарида Мамедова и Васиф Кулиев
В предисловии к книге, написанном президентом Фонда Гейдара Алиева Мехрибан Алиевой, говорится: «В мире есть немало городов, которые в силу ряда культурных, исторических и политических причин стали городами-символами. Таким городом для каждого азербайджанца является Шуша – город-курорт, город-музей, город, являющийся музыкальной академией Востока…»
Книга рассказывает об истории Карабаха в древности, албанских храмах, правителях, о заселении этого края армянами, памятниках, ремеслах и культуре карабахцев.


ISBN 978-9952-34-096-9,“Шарг-Гарб”, 2007, 344 стр., 21х30, твердая, 1000
 

 175000 / 35 AZN

 

 

 

N.Qreqori Mənkyu
Tərcüməçilər: İbadov E.T., İsayev R.Ə.,
Qurbanov A.Ə.


Ekonomiksin əsasları


Kitab Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi Nəzəriyyə fənninin tədris olunmasında baza dərsliklərindən biri kimi təsdiq olunmuş və çapa tövsiyə edilmişdir. Harvard Universitetinin İqtisadiyyat üzrə professoru Qreqori Mənkyunun üçüncü nəşri 13 bölmə və 36 fəsildən ibarətdir. İqtisadiyyatla bağlı Sizdə doğuracaq bir çox suallara cavab məhz bu vəsaitdə tapa biləcəksiniz. Kitabın sonunda iqtisadi terminlərin qısa lüğəti  verilib.


ISBN 0-324-26938-2, “CBS”, 2006, 836 səh., 21x27, rəngli, yumşaq

 

 

120000 / 24 AZN

Гасан Гулиев


Власть и судьбы

 

 

(Очерки-эссе и публикации)


Книга отражает основные моменты биографии двух выдающихся деятелей революционного движения в Азербайджане - Н.Нариманова и М.Э.Расулзаде.


“Нурлан”, 2007, 192 səh.,15x20, мягкая, 300
 

 25000 / 5 AZN


Vərağa Almasov


Peyğəmbər aşiqi Füzuli (1 cild)


Anadangəlmə görmə qabiliyyətini itirmiş müəllif Vərağa Almasovun Ruhunun, qəlbinin “gözü” ilə Şərqin böyük şairi Məhəmməd Füzuli yaradıcılığına olan sonsuz sevgisindən yaranan bu kitab Azərbaycan xalqının filosofunun ana dilindəki divanında olan nətlərin sirli-sehrli qatlarına varmaqla bu janrın əsl dəyərini və orta əsrlər Azərbaycan-Türk mənəviyyatının gerçək çəkisini üzə çıxarmaq baxımından olduqca qiymətlidir.


“Çaşıoğlu”, 2007, 150 səh., 15x25, sərt
 

 35000 / 7 AZN


Q.Skirbekk, N.Gilye


Fəlsəfə tarixi

Rus dilindən tərcümə edən: Adil Əsədov
“Fikir antologiyası” seriyasından olan yeni nəşrdə norveç filosofları dünya fəlsəfə tarixini Falesdən və Heraklitdən başlayaraq Derridaya və Habermasa qədər əsas şəxsiyyətlərini və məqamlarını qısa, anlaşıqlı və cazibəli bir formada təsvir edirlər. Burada ideyaların dramatizmi dövrümüzün aktual ideyaları ilə bağlı bir tərzdə təqdim olunmuşdur.


ISBN 978-9952-8080-4-9, “Zəkioğlu”, 2007, 752 səh., 14x21, sərt, 300
 

 70000 / 14 AZN

Əmir Ərəstunoğlu

 

 

 

Ermeni terroru

 

 


Kitabda əsrlərdən bu günə qədər erməni terror təşkilatların yarandığı tarixlər, azəri-türk millətinə qarşı etdiyi sonsuz vəhşiliklər haqqında tarixi həqiqətlər öz əksini tapır.


“Avropa”, 2007, 304 səh., 15x21, sərt, 700

 

 

 

30000 / 6 AZN

Heydər Əliyev Fondu

 

 


Qarabağ xanəndələri

 

 


Qarabağ muğam məktəbi, onun yaranması və təşəkkülü, görkəmli nümayəndələri haqqında Azərbaycan, rus və ingilis dillərində məlumat verən kitabdan və 24 nəfər görkəmli sənətkarın səsləri yazılmış 24 lazer diskindən ibarət nəfis tərtibatlı albomdur.

 

 


Heydər Əliyev Fondunun kitabları

 

 

 

 

 

 

Əlavə məlumat üçün tel.: 492-12-38

Yaqub Abbasov


İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar


Kitabda XVI-XX əsrlərdə İslam dini uğrunda mübarizə aparan, yaşadıqları dövrün amansız zülmlərinə məruz qalan, böyük mütəfəkkir üləmaların, pak və təmiz əqidəli tanınmış Azərbaycanlı islam alimlərinin, Müctəhid və Ayətullahların əzablı, lakin şərəfli həyatından bəhs olunur.


ISBN 9952-426-77-1,“Nurlar”, 2007, 440 səh., 15x22, sərt, 1000

 

50000 / 10 AZN

Amerikada müsəlman həyatı


Kitabda ABŞ-dakı müsəlman icmaları, bu ölkədə yaşayan müsəlmanların həyat tərzi, onların ibadəti üçün yaradılmış şərait, İslam təhsili, habelə müsəlmanlara münasibət barədə materiallar vardır. Burada qeyd olunub ki, hazırda ABŞ-da 1270 məscid fəaliyyət göstərir, çoxlu İslam mədəniyyəti mərkəzləri vardır.


2007

 

Əlavə məlumat üçün tel.: 492-12-38

Oqtay Məmmədli, Fazil İsmayılov


İqtisadi nəzəriyyə

 

 

(Ali məktəblər üçün dərs vəsaiti)


Dərs vəsaiti qeyri - iqtisadiyyat ixtisaslarında təhsil alan ali məktəb tələbələri üçün yazılmış, iqtisadi nəzəriyyəyə aid çox mühüm mövzuları əhatə edir və ölkəmizdə indiyədək bu sahədə nəşr olunan dərslik və dərs vəsaitlərindən keyfiyyətcə fərqlənir.


ISBN 9952-29-033-4,“MBM” 2007, 800 səh., 15x21, sərt, 2000
 

60000 / 12 AZN

 

 

 

Rəşad Nuri Güntəkin


Yarpaq tökümü


Azərbaycan türkcəsinə çevirən: Vaqif Sultanlı


İyirminci yüzil Türkiyə ədəbiyyatının qüdrətli şəxsiyyətlərindən olan Rəşad Nuri Güntəkinin bu romanında bir ailənin timsalında sosial problemlərin cəmiyyət həyatında törətdiyi faciələrin kədərli mənzərəsi yaradılmışdır.


“Çinar-Cap” 2007, 112 səh., 14x20, yumşaq, 500

 

12500 / 2,5 AZN

 

 

 

Элизабет Тюдор


Коллизия


На Земле  в результате мутации появляется новая раса серых гекконов. Человечеству грозит вымирание! На стороне мутантов – пришельцы с рланеты Твенр. Только единство сил, вера в победу спасет землян и вернет им контроль над родной планетой.


ISBN 978-9952-8036-4-8,“Азернешр”, 2007, 408 стр., 14x21, твердая, 500

 

45000 / 9 AZN

S.Q.Zeynalov, N.Ə.Hüseynov


Qalaktika, metaqalaktika, metakainat


Kitab ayrıca ulduz sistemləri olan qalaktikalar, kvazarlar və bizim Qalaktika haqqındadır. Burada qalaktikalar fizikası, faktiki olaraq astrofizika və müşahidə astronomiyası haqqında hərtərəfli geniş məlumat verilir, bu sahədə ilk kitab olduğundan bəzi məhfum və terminlərdən istifadə olunur.


ISBN 5-8066-1699-1,“Elm”, 2007, 238 səh., 15x21, yumşaq, 300

 

20000 / 4 AZN


Prof.Fazil Qaraoğlu


Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları


Kitabda Mesopotamiyada şumer-türk dövlətləri tarixindən m.ə. 4000-ci illərdən başlayaraq günümüzə qədər gələn bəzi türk dövlətlərinin quruluşlarından, son türk dövləti olaraq da Anadoluda qurulan Türkiyə Cümhuriyyəti dövləti və Qafqaz ilə Orta Asiyada qurulan türksoylu respublikalardan bəhs edilir.


ISBN 978 9952-8103-9-4,“Nurlar”, 2007, 384 səh., 17x24, sərt, 500

 

Əlavə məlumat üçün tel.: 492-12-38


Курбан Саид

Али и Нино

Перевод: Севиндж Кязимова

Роман Али и Нино создан писателем-эмигрантом М. Асад-беком, взявшим себе псевдоним Курбан Саид и отражает историю любви двух молодых людей - Али и Нино, оказавшихся в водовороте исторических событий, изменивщих облик Кавказа в начале ХХ века.

“Ali&Nino”, 2007, 224 стр. 15х21, твердая, 2000
 

40000 / 8 AZN

Cəfər Qiyasi, İbrahim Bozyel

 

Erməni mənəvi terroru (ikinci nəşr)


(Azərbaycan və ingilis dillərində)


Azərbaycan davası böyük və müqəddəs davadır. Tez və ya gec – haqlı olduğumuzu, qürur və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Ancaq bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir. Əlinizdəki kitab bu yöndə sizə əvəzsiz xidmət göstərəcək... Kitaba erməni qəsbkarlarının müxtəlif dövrlərdə dəyişdirdikləri 600-dək türk yer adlarının siyahısı əlavə olunub.

 

 

 

“Kitab Klubu”, 2007, 80 səh., 17x24, yumşaq, 2000

 

Əlavə məlumat üçün tel.: 492-12-38

Fazil Qaraoğlu


Ermənilər və həqiqətlər


Kitabda zəngin arxif sənədləri və ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dinindən, yaşadıqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarşı törətdikləri məzalimlərdən bəhs edilir.


ISBN 9952-426-70-4,“Nurlar”, 2007, 400 səh., 14x21, sərt, 1000

 

40000 / 8 AZN

Tərtibçi redaktor: Rafiq Məmmədli


Azərbaycan dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti (birinci nəşr)


Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır. Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir.


“Kitab Klubu”, 2007, 208 səh., 13x20, sərt, 500
 

18000 / 3.6 AZN


Yusif Rüstəmov


Fəlsəfənin əsasları (mühazirə kursu)


Kitab müəllifin müxtəlif universitetlərdə oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitabın əsas hissəsi daha çox akademik xarakter aşıdığı üçün o dərslik kimi deyil, mühazirə kursu şəklində oxuculara təqdim edilir. Əsər struktur nöqtəyi-nəzərindən son illərdə çlkədə çap olunan dərsliklərdən əhəmiyyətli dərəcədə fərqlənir.


ISBN 9952-403-35-6,“Nurlar”, 2007, 504 səh., 15x22, sərt, 1000

 

45000/ 9 AZN

Sədnik Paşa Pirsultanlı


Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi


Əsər Azərbaycan əfsanə və rəvayətlərinin, epos-dastanlarının və başqa ədəbi abidələrlə müqayisəli tədqiqinə həsr edilmişdir. Bu baxımdan araşdırmada “Kitabi-Dədə Qorqud”, Nizami “Xəmsə”si və “Koroğlu” eposu aparıcı istiqamət təşkil edir.


“Nurlan”, 2007, 308 səh., 15x21, sərt, 500

 

 

30000/ 6 AZN

Ramiz Faseh

 

Seyyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhi


Kitab – Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan klassik poeziyası və əruz vəzninin, həmçinin muğam sənətinin mahir bilicisi Ramiz Fasehin 4-cü kitabıdır. Azərbaycan klassik poeziyasının ən mürəkkəb və mücərrəd təzahürlərindən olan Nəsimi poeziyasından seçilmiş 44 şeir ilk dəfə olaraq Quranın ayələri, hədislər, çoxlu Quran təfsirləri və dini tarixlər əsasında böyük məharətlə misra-misra, beyt-beyt şərh olunmuşdur.


“Şərq-Qərb”, 2007, 392 səh., 15x23, sərt, 100
 

50000 / 10 AZN

Osman Mirzəyev


Adlarımız


Müəllif kitabda hər bir adın “tərcümeyi-halına” toxunaraq mənşəcə hansı dilə məxsus sözdən yarandığını, mənasını, həmin adı hansı görkəmli şəxsiyyətin daşıdığını, onun bədii ədəbiyyatda inikasını göstərmişdir. Əsər, əslində, son 1000-1500 ildə Azərbaycan antroponimiyasında geniş işlənmiş və işlənən şəxs adlarının ensiklopedik lüğətidir.


“Qanun”, 2007, 268 səh., 15x21, sərt, 1000
 

40000 / 8 AZN

Knut Hamsun


Seçilmiş əsərləri (II cilddə)


Tərcüməçi Nadir Qocabəyli
Tanınmış Nobel mükafatçısı Knut Hamsunun iki cildlik seçilmiş əsərlərinə onun yaradıcılığının XX yüzil dünya ədəbiyyatının ən monumental epik əsərləri “Torpağın bərəkəti romanı”, “Pan” lirik-psixoloji ramanı, “Aclıq”, “Viktoriya” romanları, “Nağıllar diyarında” oçerki və Sirli dərd hekayəsi daxil edilmişdir.


“Şərq-Qərb”, 2006/2007, 480 səh., 14x21, sərt, 500

 

bir cildi 35000 / 7 AZN

Бахтияр Мамедов


Философия одной души


Книга «Философия одной души» - результат постоянного, на протяжении многих лет, общения автора со своей Душой. Оно привело его к познанию истины о счастье, смысле и стимуле жизни. В книге автор выражает свои мысли и рассуждения в ввиде схем, таблиц, стихов, афоризмов и притч.


ISBN 9952-8032-0-6, “Европа”, 2007, 288 стр., 18x24, твердая, 500

 

120000/24 AZN

Nüsrəddin Məmmədov, Mənsur Bərxudarov


İqtisadi təhlükəsizlik


Dərslikdə qlobal, regional, milli, dövlətlər, habelə müəssisə və fərd səviyyəsində iqtisadi təhlükələrin meydana gəlməsinin obyektiv və subyektiv səbəbləri və onların aradan qaldırılması vasitələri, habelə Azərbaycanda sözügedən gerçəkliyin xüsusiyyətləri verilir.


“İqtisad Universiteti”, 2006, 454 səh., 17x25, sərt, 500

 

 

70000 / 14 AZN

Həmid Herisçi, İlhamiyyə Rzayeva


Gecə kanalı


Kitab təxminən 4 il müddətində Space televiziya kanalında “Gecə kanalı” adlı layihənin davamı olaraq “Gündəlik Azərbaycan” qəzetində eyni adlı proyektdə yazılan məqalələr toplusudur.
Azərbaycan teleməkanının ən məşhur layihəsi “Gecə kanalı” indi ayrıca kitabda! Kitabın içindəkilər:
- Aztv lərinin pərdəarxası,
- Ziya Bünyadovu kim qətlə yetirdi?
- Hacı Məmmədovun sevimli mahnısı
- Hüseyn Abdullayev harda uduzdu?
- Britaniya səfiri azərbaycan xalqından niyə üzr istədi?
- Erməni nazirinə kim çomaq vurdu?
- İlan pirinin sirləri
- Nizami Gəncəvinin kəlləsümüyünü necə itirdik?
- Türkmənçayda 3 saat
- Stalinin sevimli almaları
- Globanın Azərbaycanla bağlı öncəgörmələri
- İncəsənət muzeyinin yağmalanması
- Və diğər papaq altında yatan mətləblər bu kitabda!!!


“Qanun”, 2007, 592 səh., 13x20, yumşaq, 500

 

35000 / 7 AZN

N.Q.Xəlilov


Müasir Rusca - Azərbaycanca lüğət

 


Üzərində iki ildən artıq bir müddət ərzində işlənmiş hazırki lüğət təxminən 105 000 söz və söz birləşməsini əhatə edir. Lüğət geniş oxucu auditoriyasının marağını qazanacaq və çoxlarının sevimli stolüstü lüğəti olacaqdır.

 


“Təfəkkür”, 2007, 1000 səh., 17x23, sərt, 1000

 

40000 / 8 AZN

R.P.Bayramov, Ş.H.Heydərov


Yol hərəkət qaydaları (dərs vəsaiti)


Dərs vəsaiti “Yol hərəkəti haqqında qanun” əsasında tərtib olunmuşdur. Vəsaitdə yol qaydaları haqqında əsas anlayışlar, yol hərəkəti iştirakçılarının əsas vəzifələri, yol nişanları, yolun nişanlanma xətləri, svetoforlar və nizamlayıcının siqnalları, nəqliyyat vasitələrinin hərəkət qaydaları və texniki vəziyyətləri, daşımaların təhlükəsizliyi və s. məsələlər geniş şəkildə şərh olunur, nümunəvi test çalışmaları verilir.
 

“MSV”, 2007, 154 səh., 20x29, yumşaq, 500
 

30000 / 6 AZN

Hikmət Sabiroğlu

 


Qarabağ söhbətləri

 


Kitabda müəllifin Qarabağın azad və abad günlərində yaşantıları, uşaqlığ və yeniyetməlik çağları ilə bağlı xatirələri, Qarabağ müharibəsi, milli azadlıq hərəkatı illərində şahidi olduğu hadisələri əks etdirən silsilə məqalələr toplanmışdır.

 


“Qanun”, 2007, 164 səh., 16 səh. fotoalbom, 13x20, yumşaq, 300

 

 

 

 15000 / 3 AZN

Тапдыг Гасанов


Тяжелые соци-ально-экономи-ческие послед-ствия оккупации Арменией территории Азербайджана


В настоящей научно-политической и социально-экономической брошюре анализируется объем и структура ущерба, нанесенного природе, ресурсам, экологии, социально-психологическому состоянию населения, экономике и отраслям инфраструктуры Азербайджана в результате армянской агрессии.


“Чашыоглы», 2004, 122 стр. 14х20, мягкая, 500
 

 Tel.: 492-12-38

Azərbaycan və Azərbaycanlılar dünyada
Азербайджан и азербайджанцы в мире


Topluda Azərbaycanda mövcud olmuş və olan dinlər və dini konsepsiyalar haqqında tanınmış alim və dini xadimlərin məqalə və müsahibələri əks olunmuşdur. Topluda XIX əsrin sonu və XX əsrin əvvəllərindən Bakıdakı dini durum tanınmış teleaparıcı Fuad Axundovun məqaləsində öz əksini tapmışdır. Məcmuə Azərbaycandakı müxtəlif dini konfesiyalara məxsus məbədlərin şəkilləri ilə zəngindir.


“Qanun”, 2007, 150 səh., 20x29, yumşaq, 300

 

Tel.: 439-34-84

 

 

 

Перевод проф. Фазил Караоглы


Коран


Книга - второе издание Турецкого Религиозного Фонда на русском языке - очередная попытка донести до русскоязычных читателей истины Творца.


ISBN 978-9952-8103-1-8, г.,“Нурлар”, 2007, 616 стр. 17х24, твердая, 1000

 

 

 

 

 

 

 

50000 / 10 AZN

İltifat Köçəri


Qəm eşqi


Bu kitabdakı şeirlərin əsas qayəsini Vətən həsrəti, zamanın problemləri, saf məhəbbətin, ayrılığın və ilahi sevginin tərənnümü təşkil edir. Onun şeirləri özünəməxsus üslubu və xüsusi deyimlərlə fəqlənir.


“Yazıçı”, 2007, 128 səh., 13x20, yumşaq, 500

 

 

 

 

15000 / 3 AZN

Rafiq Babayev


Min bir mahnı

(IV nəşr)

Kitabda müxtəlif mənbələrdən toplanmış geniş yayılmış (retro və müasir) Azərbaycan mahnıları, uşaq nəğmələri və Azərbaycanda yaşayan xalqların mahnıları, şənliklərimizdə tez-tez ifa olunan türk mahnılının bir qismi verilmişdir.

 


ISBN 9952-29-017-9,“MBM”, 2007, 624 səh., 15x21, sərt, 1000

 

50000 / 10 AZN

 

 

 

Etibar Seyidzadə, Vaqif Səmədov

 

İnternet


(dərs vəsaiti)


Kitabda internetin inkişafı, imkanları, internetdən istifadə etmək üçün provayderin, texniki vasitələrin, proqram təminatının seçilməsi, axtarış sistemləri və xüsusiyyətləri, Microsoft İnternet Explorer, elektron poçt, Outlook və istifadə qaydaları şərh edilmişdir.


ISBN 978-9952-25-054-7, “TS”, 2007, 294 səh., 15x20, yumşaq

 

 

 

35000 / 7 AZN

 

 

 

Amil Babayev, Etibar Seyidzadə


Kompüterin Element Vasitələri

 

 

(dərs vəsaiti)


Kitabda kompüterlərin inkişaf tarixi, fərdi kompüterlər və onların xüsusiyyətləri, kompüterlərin element vasitələri, onların xüsusiyyətləri, texniki xarakteristikaları geniş şərh edilmişdir.


“TS”, 2006, 264 səh., 15x20, yumşaq

 

 

 

35000 / 7 AZN

 

 

Etibar Seyidzadə


Borland C++ ilə Obyektyönlü Proqramlaşdırma

 

(dərs vəsaiti)


Kitabda obyektyönlü proqramlaşdırmanm əsasları, Borland C++ proqramlaşdırma dilinin xüsusiyyətləri şərh edilmişdir.


ISBN 5-86106-003, “Sabah”, 2007, 304 səh., 15x20, yumşaq

 

35000/ 7 AZN

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16