Son nəşrlər


Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16

 

“Azərbaycan nəşrləri” 4-cü kataloq“Azərbaycan nəşrləri” kataloqu

(Kitab Klubu, 2004-2(4)

“Azərbaycan nəşrləri” kataloqu ildə 4 dəfə nəşr edilir. 2004-2(4) saylı “Azərbaycan nəşrləri” kataloqunun 36 səhifəsində son aylarda respublikada işıq üzü görmüş kitablar haqqında məlumat verilib. Üz qapağının 2-ci səhifəsinə kataloqda məlumatların yerləşməsi sxemi və sahələr üzrə rubrikaların mündəricatı daxil edilib.
36-cı səhifədə verilmiş ad göstəricisində kitabların adı 3 sütunda əlifba sırası ilə düzülüb. 3-cü sütunun 2-ci hissəsində rus dilində çap olunmuş kitablar həmçinin əlifba sırası ilə yer alıb. 35-ci səhifədə Kitab Klubunun “Azərbaycan nəşrləri” kataloqu haqqında məlumat, Kitab Klubunun kitabsevərlərə müraciəti, yeni nəşrlərini “Azərbaycan nəşrləri” kataloqunun növbəti saylarında görmək arzusunda olan naşir və müəlliflər üçün kitabların yerləşdirilmə qaydaları dərc edilib.   >>> 


Fəxrəddin Veysəlli

Dil, cəmiyyət və siyasət

Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı, qismən çap etdirdiyi və ilk dəfə işıq üzü görən məqalə və yazıları toplanıb. Dilimiz, onun cəmiyyətimizdə yeri, onunla bağlı aparılan və və bundan sonra aparılacaq siyasi xətt- budur müəllifi düşündürən əsas məsələlər.

 

“Mütərcim” nəşriyyatı, 2004, 308 səh., 15x20, rəngli, yumşaq, 300

 

12000 /  2.4 AZN

Aydın Kazımzadə
Bizim “Azərbaycanfilm”

Kitabda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 80 illik tarixi tədqiq olunur. Müəllif Azərbaycanda kinostudiyanın yaradılmasından, müxtəlif dövrlərdəki fəaliyyətindən, burada istehsal olunmuş filmlərdən söhbət açmaqla yanaşı, sovet ideologiyasının hakim olduğu bir dövrdə kinomatoqrafiyçılarımızın üzləşdikləri çətinliklərdən də bəhs edir.

 

“Mütərcim” nəşriyyatı, 2004, 476 səh., 14x22, rəngli, yumşaq, 400

35 000 / 7 AZN

Z.Eminov
Coğrafiya

Kitab coğrafiyanın bütün kursunu əhatə edir və mövzuların qəbul edilmiş ardıcıllığı əsasında tərtib edilib. Vəsaitdən orta və ali məktəb müəllimləri, tələbələr, abituriyentlər,yuxarı sinif şagirdləri , həmçinin coğrafiya ilə maraqlanan geniş oxucu kütləsi istifadə edə bilər.

“Çıraq” nəşriyyatı, 2005, 653 səh., 15x21, rəngli, sərt, 500

50 000 / 10 AZN

İbrahim Ethem Atnur

Muxtariyyat ərəfəsində Naxçıvan

Kitabda Türkiyənin Qafqaz siyasəti, XX yüzilliyin birinci və ikinci onilliklərində (1917-1921) Naxçıvanda ictimai-siyasi vəziyyət, bölgədə türk idarəçiliyinin qurulması, kapitalist dövlətlərinin Naxçıvana yiyələnmək cəhdləri və erməniləri himayə etmələri öz əksini tapıb.

Naxçıvan, “Qeyrət” nəşriyyatı, 1999, 442 səh., 14x20, rəngli, yumşaq, 500

12000 /  2.4 AZN

Rafiq Xan-Sayad oğlu

UŞAQ MAHNILARI (3 cilddə)

Kitablara orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş mahnilar daxil edilib. Mahnılar əlifba sırası ilə düzülüb.

ISBN 9952-29-016-0, “Min bir mahnı” nəşriyyatı, 2005, 14 x21, rəngli, yumşaq


III cildi - 32 manat / 6.4 AZN

Əziz Ələkbərli

Qərbi Azərbaycan, I cild.
Vedibasar mahalı (İkinci nəşri)

Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarının tarixi, coğrafiyası, mədəniyyəti və s. ilə bağlı silsilə kitablar üzərində işləyən f.e.n. Ə.Ələkbərlinin «Qərbi Azərbaycan» oncildliyinin Vedibasar mahalına (Vedi və Qarabağlar rayonlarına) həsr olunmuş I cildinin bu ikinci nəşrində (I cild 2000-ci ildə «Ağrıdağ» nəşriyyatında çap olunmuşdur) bölgə ilə bağlı məlumatlar daha da təkmilləşdirilmişdir. Kitab mütəxəssis alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

«Ağrıdağ» nəşriyyatı, Bakı, 2003-ci il, 736 səhifə, formatı: 60/84 1/16, qapaq: sərt, ağ – qara,

40000 / 8 AZN

Əziz Ələkbərli
Qərbi Azərbaycan, II cild.

Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları

Qərbi Azərbaycan torpaqlarının tarixi, coğrafiyası, mədəniyyəti və s. ilə bağlı silsilə kitablar özərində işləyən f.e.n. Ə.Ələkbərlinin «Qərbi Azərbaycan» oncildliyinin bu növbəti - 2-ci cildi qədim torpaqlarımızın Zəngibasar, Gərnibasar və Qırxbulaq mahallarına (Zəngibasar, Qəmərli, Ellər rayonlarına) həsr olunmuşdur. Tariximiz, milli-mənəvi keçmişimiz haqqında yeni, maraqlı faktlarla zəngin bu kitab mütəxəssis alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

«Ağrıdağ» nəşriyyatı, Bakı, 2002-ci il, 736 səhifə, formatı: 60/84 1/16, qapaq: sərt, rəngli, satış

40000 / 8 AZN

Əhəd Salamov

Exsel: Məlumat bazarlarının yaradılması vəmühasibat sənədlərinin tərtibatı

Kitab kompüter mühasibatlığını öyrənmək istəyən şagirdlər, tələbələr, kurslarının dinləyiciləri üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Cədvəllərdən praktik işlərdə istifadə olunmasına dair nımunələr verilib.

“Çıraq” nəşriyyatı, 2004, 196 səh., 14x21, rəngli, yumşaq

25000 / 5 AZN

Rza İbadov

AVROPA İTTİFAQININ ƏSASLARI

(Azərbaycan və İngilis dillərində)

Bu kitab oxucularün Avropa İttifaqına daha yaxından bələd olmasına kömək edəcəkdir. Kitabda Avropanın kömür və polad istehsalı sahəsində əməkdaşlıq edən 6 dövlətinin necə və hansı zərurətdən 25 dövlətin ittifaqına çevrilməsi prosesindən, həmçinin, genişlənərək bəzi dövlətlərin də üzv olmaq istəyindən bu İttifaqın əsasını təşkil edən sülh, sabitlik və tərəqqinin daha da möhkəmləndirilməsi istiqamətindəki səylərindən bəhs olunur. 

15000 / 3 AZN

Gülzar İbrahimova

Göy qurşağı qardaşlarının yeddi nağılı

 

Kitaba müəllifin “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Göy oğlanın hekayəti”, “Ağoğlanın hekayəti”, “Qaraoğlanın hekayəti”, “Qırmızın hekayəti”, “Yaşılbaşın hekayəti”, “Çəhrayın hekayəti”, “Sarıoğlanın hekayəti” nağılları daxil edilib.

 

“Oskar” nəşriyyatı, 2004, 84 səh., 15x21, rəngli, yumşaq

9000 / 1.8 AZN

Osman Gündüz

İNTERNET. AZƏRBAYCAN İNTERNET RESURSLARI

Dərslik və Azərbaycan milli saytlar kataloqu kimi təqdim olunan kitab Azərbaycanda İnternetdən istifadəni daha səmərəli mərhələyə qaldırmaq məqsədi ilə tərtib edilib. Elektron məlumatların istifadənçi üçün sadələşməsi kataloqun mühüm üstünlüklərindəndir.

 

Tirajı qurtarıb

Sənan Hacıyev

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizəyə dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyaları

Kitabda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əks təsir sahəsində beynəlxalq əməkdaşlığın formalaşması və inkişafı ilə əlaqədar əsas hadisələrin qısa xülasəsi, hüquqi sənədlər və xüsusi orqanlar haqda məlumat verilib.

25000 /  5 AZN

Tariyel Cavanşir

AZƏRBAYCANDA KİM KİMDİR

Ensiklopedik sorğu kitabında respublikanın ali dövlət aparatında, nazirlik və dövlət komitələrində, şirkət və konsenlərində, idarə və birliklərində, səhmdar cəmiyyətlərində mühüm vəzifələrdə çalışan rəhbər kadrlar, icra hakimiyyətləri və bədəliyyələrin, elm və tədris müəssisələri və kütləvi informasiya vasitələrinin, partiya və ictimai təşkilatların, səfirlik və nümayəndəliklərin və başqa sahələrin məsul işçiləri barədə məlumat verilib.

 

 

150000 / 30 AZN

İlya İlf, Yevgeni Petrov

ON İKİ STUL

Məşhur rus satirikləri İlya İlf və Yevgeni Petrovun “ON İKİ STUL” romanının qəhrəmanları “dahi kombinator” Ostap Bender və sabiq aristokrat Kisa Vorobyaninovun məzəli sərgüzəştlərini Azərbaycan dilində izləmək imkanını “ÇIRAQ” nəşriyyatı bizə bəxş edir.



15000 / 3 AZN

Gülnara Məmmədzadə

İRAN İSLAM RESPUBLİKASI İLƏ AZƏRBAYCAN RESPUBLİKASI ARASINDA MƏDƏNİ ƏLAQƏLƏRİN İNKİŞAFI

Monoqrafiyanın 1-ci fəslində İranda islam inqilabının qələbəsindən sonra İran İslam Respublikasının yaranması, SSRİ – İİR münasibətləri sistemində İran - Azərbaycan əlaqələrin təşəkkülü və-inkişafı tədqiq olunub. 2-ci fəsildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra İran - Azərbaycan münasibətlərinin inkişafı qələmə alınıb. İki ölkə arasında olan mədəni əlaqələrin inkişafının müxtəlif məqamları 3-cü fəslin tədqiqat obyektidir.

Monoqrafiya müəllimlər, aspirantlar, bakalavr-magistr sistemi üzrə təhsil alan tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

20000 / 4 AZN

Hakimiyyət və korrupsiyaSusan Rose-Ackerman

Hakimiyyət və korrupsiya
Səbəblər, nəticələr və islahatlar

Əsər korrupsiyanın tərifini verən, onun mahiyyətini açan bir dərslikdir. Onun müəllifi professor Rose-Ackerman uzun illər TI və Dünya Bankı kimi təşkilatlarda işləyərək korrupsiyaya dair müxtəlif mövzuda materiallar toplayaraq onları təhlil edib. Kitabı oxuyarkən müxtəlif ölkələrin rüşvət qalmaqallarından, antikorrupsiya qanunlarından, mütəşəkkil cinayətkarlıqdan, özəlləşdirmə, kommunal xidmət rüşvətxorluğundan, patronaclıq, hədiyyəbazlıq, qohumbazlıq, havadarlıq və favoritizm kimi "korrupsiya xəstəlikləri"ndən xəbər tutacaqsınız.
Kitab ACİ YF-nin maliyyə dəstəyi ilə nəşr olunub.
Redaktor və naşir Rafiq Məmmədli

 

Tirajı qurtarıb

Т.Н.Сеидов
Экологические правоотношения и право экологопользования
В книге приводятся история развития экологической науки, структура и функционирование экосистем, основные законы общей экологии, а также основы экологического права.
Изд.«Нурлан », 2005, 258 стр. 15x 21, цветная, твердая

 

25000 /  AZN

Bəhlul Abdulla

Azerbaycan mərasim folkloru

Kitabda xalq mərasimləri, mərasim ayinləri və onların poetik mətnlərinin bədii-estetik xüsusiyyətləri, folklorun arxaik janr və növləri hərtərəfli araşdırılmışdır.

“Qismət” nəşriyyatı, 2005, 208 səh., 14x20, rəngli, yumşaq

25000 /  5 AZN

                                Fəridə Səfiyeva
Fəridə Ramiz qızı Səfiyeva – filologiya elmləri namizədi, Azərbaycan Dillər Universitetinin dosenti, Bakı Oksford Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi. İyirmiyə yaxın elmi məqalənin müəllifi olan F.Səfiyeva hazırda doktorluq dissertasiyası üzərində işləyir.

Azərbaycan dili linqvistik sxemlərdə


Kitab şagirdlər, məzunlar, abituriyentlər, Azərbaycan dili müəllimləri, eləcə də Azərbaycan dilinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Çaşıoğlu” nəşriyyatı, 2004, 160 səh., 21x29, rəngli, yumşaq, 2000

25000 / 5 AZN

Земфира Али гызы Гаджиева

 

Описание Карабахской провинции
(Составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова). Тифлись-1866

Книга, составленная из ведомостей, является ценным источником для изучения истории, в первую очередь, экономической, а также демографической истории Карабаха
“Nurlan” nəşriyyatı, 2004, 416 səh., 20x29, rəngli, yumşaq, 500

100000 / 20 AZN

İsa Həbibbəyli

Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə

Pakistan, İslamabad, 2004, «Leaf Publications» nəşriyyatı, 236 səh., 500 tirac, Rəngli, sərt

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəylinin Pakistanın İslamabad şəhərindəki «Leaf Publications» nəşriyyatında çapdan buraxılmış «Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə» adlı kitabında ingilis və urdu dillərində böyük demokrat yazıçının həyatı və yaradıcılığı uzaq Şərq xalqları oxucularına təqdim olunur. Bundan başqa, kitabda Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti, «Ölülər» tragikomediyası, «Poçt qutusu», «Usta Zeynal», «Pirverdinin xoruzu», «Xanın təsbehi», «Şəhər və kənd», «Konsulun arvadı», «Quzu», «Saqqallı uşaq», «İki alma» hekayələri və «Dil» adlı məqaləsi urdu dilinə tərcumə edilərək kitaba daxil edilmişdir. Əsərləri urdu dilinə gənc pakistanlı tədqiqatçı Nəcimə Rəfiqi tərcümə etmişdir. Kitabın redaktoru tanınmış Pakistan naşiri Seyid Məhəmməd Əlidir. Kitaba Azərbaycan Respublikasının Pakistandakı səfiri, fəlsəfə elmləri namizədi, dosent Eynulla Mədətli ön söz yazmışdır.

İsa Həbibbəylinin «Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə» kitabı böyük ədibin Pakistanla yanaşı urdu dilinin işlək olduğu Hindistan və Əfqanıstanda da tanınmasına xidmət edəcəkdir.

Cəlil Məmmədquluzadənin əsərləri ilk dəfədir ki, urdu dilində səslənir.

Əlavə məlumat üçün əlaqə telefonu- +994136 57288

Jeliu Jelev

Faşizm

Kitab faşizmin vəhşiliklərindən bəhs edir.

“Kitab aləmi” nəşriyyat-poliqrafiya mərkəzi, 2005, 280 səh., 17x24, rəngli, sərt, 500

 

 

 

35000 / 7 AZN

Л. Грановская

Образные выражения из танаха

В словарь включены библейские выражения, вошедшие во фразеологический фонд русского языка.

Изд. «Kitab aləmi», 2004, 113 стр., 14x20, цветная, твердая, 100



10000/ 2 AZN

К. М. Абдуллаев, И. Г. Гамидов

Русский язык в Азербайджане

В книгу включены научно-публицистические очерки об истории, сегодняшнем дне, перспективах русского языка в Азербайджане.

Издательство “Kitab aləmi”, 2004, 550 səh., 18x25, rəngli, sərt, 1500

100000 / 20 AZN

Джабиев Р.М.
Социально-экономическое развитие Азербайджанской республики за годы независимости
В монографии рассматриваются актуальные проблемы развития экономики страны за годы независимости.
Изд.“Центр экономических реформ”, 2005, 284 стр., 14х20, цветная, твердая, 1000

 

 

 

50000 / 10 AZN

Адгезал Мамедов

Час «икс» переворота М. Д. Багирова и Л. П. Берии

В книгу включены некоторые сведения из биографий М. Д. Багирова и Л. П. Берии.

İSBN 9952-29-025X, издательство “МБМ”, 2005, 320 стр., 14x21, цветная, твердая

 

 

 

40000 / 8 AZN

Heron Print

Baku Street Directory

Bakı Yol Məlumat Kitabcası

Məlumat Kitabçasına Bakı haqqında dolğun ensiklopedik məlumatlar daxil edilmişdir.

"Heron" kartoqrafiya və poliqrafiya şirkəti, 2005, 170 səh. 21x27, rəngli, yumşaq

60000 / 12 AZN

İrşad İbrahimov
Vətəndaş və tarix
(ikinci nəşri)

Kitabda Azərbaycan və onu əhatə edən ölkələrin tarixləri yeni baxımdan verilib. Dini-siyasi cərəyanların və həmçinin kommunizm və faşizm ideyalarının mahiyyətinə işıq salınıb. İki nəhəng tarixi sima - Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya yalvarışı və xalqa müraciəti oxucunu həyəcanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.
“Azərnəşr”, 2005, 600 səh., 14x21, rəngli, sərt, 500

50000 / 10 AZN

Марина Коломазова
Прости
Автор посвятил этот сборник своей маме и надеется, что он найдёт отклик у всех, кто любит своих матерей.
В книге нашли отражение глубокие чувства, которые испытывают романтические натуры иногда в отрочестве, иногда в юности, а иногда и в зрелом возрасте.


© Коломазова M.A. ISBN 9952-8070-0-7
Издательство «Адильоглы», 2005, 52 стр., 15х20, цветная, мягкая, 500

5000 / 1 AZN

Т.Р.Бехбудов

Полицейский этикет

В книге автор дает рекомендации по проблеме полицейского этикета, предлагает стройную систему для самоконтроля и самооценки поведения сотрудника полиции в стандартных и нестандартных ситуациях .
Издательство «Мутарджим» 2005, 80 стр., 14х21, цветная, мягкая, 100

25000 / 5 AZN

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16