Esselər   1  2  3  4  5                                                                                   Elektron kitabxana

 

BÖYÜKKİŞİ HEYDƏRLİ

(YAZIÇI QOR)

və
ƏKRƏM ŞAMXALOV

 

QURAN
(Nəzəriyyə və praktika)

Nəzəri və praktiki Quran var. Nəzəri Quran lövhi-məhfuzda, ruhiyyətimizdə və kitabda, praktiki Quran təbiətdə.
Quran deyir ki, insan, məni təbiətdən oxu, lövhi-məhfuzdan. Qələm düşmən əlindədir. Bil ki, həyatın yazılmayan qanunları da var. Hamı Quranı təbiətdən oxumağı bacarmalıdır. Əks təqdirdə, Quran elə nəzəriyyə, yəni quru söz olaraq da qalacaq.
Əsrlərdir Quran oxunur, əzbərlənir, tərcümə edilir; lakin Quranın dərki məsələsindən danışılmır. Nəzəri Quranın praktiki dərki dərdimizi də göstərir, dərmanını da. Quran sözü Nur dəryasının - Xəzərin həm adıdır, həm də onun mahiyyətini göstərən sözdür. Quran sözü apastrof və iki hissədən ibarətdir: Qur və an. Bu söz hər iki aləmin dua halətinin, dəyər meyarının məhvini açıqlayan sözdür. Bu mənaları anladan Dərbənd, Mazandaran, Kaspi kimi sözlərimiz də var.
Quran sözü Nur dəryasının xroniki xəstəliyə salındığını, yəni Azərin Xəzər halətinə gətirildiyini görk edir. Azər “Yandı canım!” harayı, Xəzər isə “Külüm göylərə sovruldu” fəryadındadır. Quran-Azər-Xəzər, yəni öldürdük, yandırdıq, külünü göyə sovurduq. Azər Quranın şiddəti, Xəzər Azərin şiddəti, Xızır peyğəmbər də sərbanımızdır. Bu müsibəti, harayı, fəryadı bilən, eşidən, dadan, görən və anlayan varmı!? Quranın əsl sahibləri Xəzəryanı, Fars körfəzi, Qara dəniz, Qırmızı dəniz, Adriatik və Ağ dəniz sahili dövlətləridir. Həmin bu nur dəryaları Yer Kürəsi üzük qaşının cəvahirləri, Xəzər isə bu üzük qaşının mərkəzidir. Hentr Kaspi©.
Biri var Quranı kitabdan öyrənəsən, biri də var təbiətdən. Quranı təbiətdən öyrənmək üçün gərək Yaxın və Orta Şərq mühitində yaşayasan və oranı öyrənəsən. Fasiləsiz müharibələr isə həmin mühitdə yaşamağa imkan vermir. Beləliklə də, Qibləgah mühitimiz başdan-başa olur nəzəri Quran, yəni onlu, qoşalı məzarıstan.
Nəzəri Quranın təlimi yasaqdır, praktiki Quranın isə təbii sərvətləri yəğma edilib, müharibə, terror və qətli-qarətlərin siyasi hədəfinə çevrilib. Qibləgah mühitimiz, Nur dəyramız, Xudavəndimiz məzarıstana çevrilibsə, bu o deməkdir ki, dünyamız məhvə təhrik edilib.
Nəzəri Quranı praktiki olaraq gördük, duyduq və dərk etdik. Başa düşdük ki, dini parçalanmalar və dövlət qurumlarının ictimai tətbiqi yaramaz. Quran - Xəzər müalicə edilməzsə, elə bu, kainatın məhvi deməkdir. Praktiki Quran tələb edir ki, Yer Kürəsində, Yaxın və Orta Şərqdə, ələlxüsus Xəzərdə ilk növbədə təbii sərvətlərin istismarı dərhal dayandırılmalı, sulara çirkab axıdılmamalıdır.
Əxzəri-narən, yəni sular yanır.

21 avqust 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 242-ci günü.


KARİKATURA

İnsan ali yaradılışdı.
Insana möcüzə dedik.
Papağımızı qabağımıza qoyub düşünəndə qulağımızın dibində pıçıltılar eşidirik: “Qismətdən artıq yemək olmaz. Alnına yazılan başına gələcək”.
Qulağında birka gəzdirən qoyun və taleyə alnına həkk edilmiş adam, - doğrusu, belə bir müqayisəni istəməzdim. Açıq-aşkar şüursuzluğa, asılılığa təhrik edilirik.
Təhrikçilik ilahi buyruq deyə, pərdələnir, beyinlərə yeridilir. Şəriətin (əyaniliyin) boynumuza qoyduğu öhdəlikləri yerinə yetirmək üçün gərək Gözəgörünməzə əl açıb ondan əlavə vaxt diləyək. Müdriklərin “Açıq kitab”ı bizlərdən hər birimizə yalan və uydurmalardan uzaq olmağı, ağıl və düşüncəylə hərəkət etməyi tövsiyyə edir: “Öz ağlına sahiblik haqqını itirənlər yalanın sadəlövh qurbanlarıdır”.
Dünyanı diktator barmağı silkələyir, - Corc Buşun qəzetdəki şəklinə baxandan sonra adam başqa cür düşünə bilmir; bizi düşmən mövqelərə, münaqişələrə çəkiblər.
Şərikli nəyimiz var; Ilahi, nə gündəyik?! Nücumi-təsbeh təliminə görə, biz Ali Yaradanın təşbehləriyik. “Bizdə Ali Yaradana oxşar nə qalıb?” Rəssam dostumun bu sual qarşısında “Qeydlər”i diqqət çəkir: “Güzgü qabağında oturmuşam. Əksimə baxıb, öz karikaturamı çəkməyə cəhd edirəm; heç nə alınmır.
Üzdən, sir-sifətdən pis deyiləm. Bəs içim, daxilim necədir?! Təzədən işə girişirəm. Çox keçmir əcaib-qəraib, bir-birinə ağız büzən “nabroska”larım alınır. Yatsam yuxuma da girməzdi ki, mənən bu qədər yazıq, gülməli, cılız və çoxüzlüyəm.
Bir karikaturam halal qazancını məmur əlindən alarkən qul halına düşən yaltaq, simasız adamı ifadə edir. Ilahi, bu mənəmmi, özümə nə ad qoyum?! Öz haqqım mənə minnət kimi verilir, əl öpüb minnətdarlıq edimmi?!
Hamı kimi ehtiyacla doğulmuşam, zira ehtiyacım ödənmir. Ehtiyac məni qula çevirir. Yox, biz qul olaraq Ali Yaradana oxşamırıq. Mənə yol göstərin, öz təbii və sadəliyimiə qayıdım.
Ikinci karikaturam mənə Salvador Dalinin peysajını xatırladır. Əlimi tapança kimi tutub sanki intihara hazırlaşıram. “Intihar!” Qızım karikaturanı görəndə necə hıçqırırsa, başımın tükləri biz-biz olur.
Mən ki səvab əhliyəm. Nə baş verib ki, öz-özümün qatili olmuşam?"
Dostumun “Qeydlər”i məni sual qarşısında qoydu: səvabımız çoxdu, yoxsa günahımız?
Müdriklərin “Açıq kitab”ına görə əcr tərəzisi deyilən söhbət var. Yəni hər bir hərəkətimizə, sözümüzə görə öz qarşımızda hesabat verməliyik. Yoxsa günah günah üstə qalanar.
Bazar siyasəti hər kəsi və hamını əcr tərəzisindən, yəni dəyər meyraından məhrum edib: taraz yox, Cərçisik. Əcr tərəzisi hər kəsin öz əlində olmalıdır. Əcr tərəzisi hər kəsin öz əlində deyilsə, onda kişi və qadınlığımız xaça çəkilib. Olmuşuq kredo, ikili xaç - səkkizguşə. Özü də “Kredo” adlı qəzet buraxırıq.

21 avqust 2006


“HOLLAND SİNDROMU XƏSTƏLİYİ”
ƏLLAHİ - HƏLALİYYƏT

Yaradanın tərkibi yalnız onlu saitlərdən, yaradılışın tərkibi isə sait və samitlərdən ibarətdir. Bu onu göstərir ki, maddələr batini aləmdə saf (sadə), zahiri aləmdə isə qarışıq - mürəkkəbdir. Allah söz və öz tərkibi göründüyü kimi saitli-samitlidir, yəni qarışıqdır; deməli, Allah yaradan yox, ilkin ikili yaradılışdır. Yaradan incəli - qalınlı ikili saitlərdir. Yəni ikili duadır.
Allah məqamı öz tərəf müqabili olan Həllah ilə birlikdə yaradan və yaradılış arası qıl körpü, ağıl körpüsü, mizan tərəzi, dəyər meyyarı, optik ayinə və sair deyimli yeganə ali məqamdır. Əllahi həlaliyyət və ilahi eşq məqamı buna deyərlər.
Holland sözü Həllanı, yəni Allahın tərəf müqabilini rədd edir. Arvad dul, tək, təkətay qalır. Məryəm kişisiz doğur, Isa atasız doğulur. Allaha and içilməz. Həllanın inkarı dini və dövlət rejimlərinin strateji prinsipidir. Bu strateji prinsipə “Holland sindromu xəstəliyi” deyirlər. Holland sözündə Allah sözünün sonuncu saiti haqlı olaraq önə gətirilib. Holland sözü Allah sözündə yanlış hərəkət istiqamətini doğruya yönəldib. Bu o deməkdir ki, Allah məqamı şüurlu olaraq rejimlərin əsas zərbə hədəfidir.
Holland deyimi iki sözdən ibarətdir: Holla+and. Allah məqamı batini zahir edir. Simurq quşu kimi Məlik Məmmədi qaranlıqdan işığa aparır. Qarabağ məqamı da eynən.
“Holland sindromu xəstəliyi” dünyəvi mövzu olaraq gündəmdədir. Sindrom sözünə gəlincə bu söz hər iki aləmin, yəni batinin və zahirin məhvə təhrik edildiyini göstərir, birbaşa Holland sözünə istinadən. “Holland sindromu xəstəliyi” isə yuxarıda dediklərimizdən ibarətdir.
“Holland sindromu xəstəliyi”nin dərki əslində xəstəliyimizin həm diaqnozu, həm də dərmanıdır. Xəstəlik yox, haqqın bərpasıdır.
Əllahum - motəqəbbil - Həsənatəl - Mohsinin.

28 avqust 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 249-cu günü


Quran və Nizami məktəbi
“HOLAND SİNDROMU”

“Holland sindromu”nun xəstəlik olması nəhayətdə 5006-cı ildə açıqlandı. Məlum oldu ki, Allahı öz aşiqindən ayırıb təkləmək dünyəvi xətadır, atomu parçalamaq da eynilə.
Yaradan və yaradılış anlamı həyatiliyin ikili halətidir; biri batini, biri zahiri. Xuda öz-özünü yaradır. Xuda batini aləmlərdə həm yaradandır, həm də yaradılış. Sair varlıqlar da həmçinin.
Yaradan və yaradılış vəhdətdədir, ayrılmaz. Ayrılsa, həyatilik və əbədiyyət axarı dayanar. Həyatiliyin ikili vəhdəti xassəsi səslərdə, hərflərdə, sözlərdə öz təcəssümünü tapıb. Ilkin ikili yaradan və yaradılış batini aləmlərdə vəhdəti-vücudiyyətdədir, yəni canbirqəlibdə. Zahiri aləmlərdə isə təcridi-vücudiyyətdədir, yəni eşq halətində.
Batini yaradan - yaradılışın tərkibi onlu saitdir. Zahiri yaradan - yaradılışın tərkibi isə saitli-sammitlidir. Sait ölünün dirilməsi prosesinə, sammit isə dirinin ölümü prosesinə aiddir. Ölüm-dirim halətimiz sözlərimizdə belə təcəssüm olunur. Deməli, Holland sözündə Holla ilə Allah deyimləri birlikdə həyatiliyimizin əyani axarını, olum-ölüm istiqamətini təmin edir. Optik halətdə isə Holla-Alla hər iki olum və ölüm halətini təmin edir. Allahəlla deyimində “h” saiti ikili əlif amilləri arasında müştərək vəziyyətdədir. Allahəlla parçalanmaz atomdur. Holla deyə atomu parçalayıb Allahı fəlakətlərə salmışıq. Məhkəmələr kimi ər arvadı boşamışıq.
Yaradan və yaradılış hər iki aləmlərdə dua xassəlidir. Atomu bölməklə duanı parçalayırıq. Iran və erməni kimi. Allah öz tərəfmüqabili ilə birlikdə və yalnız optik halətdə həm yaradandır, həm də yaradılış.
“Holland sindromu xəstəliyi” deyir ki, yaradan və yaradılışın optik haləti unudulub, həm də həyatiliyin dua xassəsi parçalanaraq təkallahlıq nəzəriyyəsi uydurulub. Holland sözü Həllanı, yəni Allahın tərəfmüqabilini, yəni kişini rədd edir. Arvad qalır dul, tək, təkətay. Məryəm kişisiz doğur, Isa peyğəmbər isə atasız doğulur! Bu halət bütün ictimai dinlərin məsləkidir. Ictimai dinlər Allahı təkləməklə kifayətlənməyib tövbə etmək əvəzinə, Allaha and içməyi vərdiş ediblər. And içilməz.
“Holland sindromu xəstəliyi”nin mövzu olaraq gündəmə çıxması göstərir ki, din və dövlət qurumları öz tarixi səhvlərini gec də olsa başa düşməkdədir.
“Holland sindromu xəstəliyi”nin dərki ayrılıq mahnılarına son qoyur. Allahəlla deyimi Məlikməmmədi (bütün mühümmatları) qaranlıq dünyadan işıqlı dünyaya aparan Simurq quşunun təcəssümü, düsturu və tənliyidir. Bəğərə və Qarabağ deyimləri də həmçinin.
Sindrom sözünün isə tərsinə oxunuşu farsın morde-nist anlamını xatırladır.
“Holland sindromu xəstəliyi”nin dərki kainatı müayinə və müalicə qüdrətində olub, həyati əbədiyyəti təmin edir.
Əllahum-motəqəbbil Həsənatəl-Mohsinin.
Allahəlla harayı küll-məkan, verdi-zəban,
Batini-zahiri cudiyyətimə cəbbar imiş.

Rəbbi, talan edilir dürri-mühümmatlarımız
Alimi-bi əməlullahilərim barbar imiş. (Əkrəm)

01 sentyabr 2006
Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 253-cü günü


 Insan - Ünsi-on
II yazı
STATUS

Rəsmi qəzet redaktorlarından biri tost deyirmiş kimi söz azadlığından dəm vururdu.
Mənim yazımı çap edərsənmi? - soruşdum. Redaktor “siyasətə toxunma, başqa nə yazsan, gözüm üstdə yerin var” deyə cavab verdi. Təəssüf, ondan siyasət deyəndə nə başa düşdüyünü öyrənməyə imkan tapmadım.
Beş minillik dini və dövlət rejimləri öz rəmzləriylə şəhəri büsbütün bəzəyibsə, siyasətdən nə yazım. Siyasət özü-özünü açıqlayıb. Siyasətçi molla kimi etdiyini demir və dediyini eləmirsə, yəni sözüylə əməli düz gəlmirsə, burada əlavə söz deməyə ehtiyac qalmır. Müdriklər demişkən, yalan ayaq tutar, yeriməz. Doğruya zaval yoxdur. Həqiqət dalınca gedin. Artıq zərb zəyrəkdən yağı çıxarıb, yəni başımıza o qədər qapaz dəyib ki, beynimiz artıq şüur istehsal etməyə başlayıb. Ağıla gəlmişik. Daha qarşıdurmaya getmərik, yanaşı gedərik.
Məsləhət görürlər ki, dərinə getməyim, ağlımı başıma yığım. Hamı necə, mən də elə, palaza bürünüm, ellə sürünüm. Yoxsa baş qaldırıb neyləyəcəm. Onsuz da biz haqqımızın yox, payımıza düşən qismətimizin sahibiyik. Bir də deyirlər ki, vaxtımı boş şeylərə sərf etməyim, oruc tutum, namaz qılım. Nə cavab verim, sadəcə, Gözəgörünməz qarşısında saatlarla əyilib-qalxsaydım, yəqin çoxlu pulum-pənəm olardı. Çoxdan “beş kişinin biri”ydim.
Nə verib, nə alırıq - kaş sözümüzlə əməlimizin fərqində olaydıq. Dünya göz qabağında, fərz edin, nəhəng bir tamaşadır. Bu tamaşanın ssenarisi elə yazılıb ki, burada hamı cavabdehdir. Zira hər kəsin əli ürəyinin yox, cibinin üstündədir. Pul hamını ovsunlayıb, hamını yoldan çıxarıb. Pul əldə etmək ehtirası cəmiyyəti kriminallaşdırıb. ANS-də “Kriminal”a baxın: qan su yerinə axır, qatil kefini də pozmur. Çünki qanunla qatil ölüm cəzasından azad edilib. Rejim psixoloqları qatilliyi, manyaklığı insanın xislətiylə bağlayır; yəni öz adını bizə qoyur. O səbəbdən də məhkəmə cinayətin səbəbini araşdırmır.
Cəmiyyət separatın ətalət və başıpozuqluğu zərbələri altındadır. Sərhədlər dəxi işə yaramadığından hamı özünü hasarlayır.
Televiziya manyakların girinə keçib. Ekranda hamı at oynadır. Aparıcılar nə sözünə, nə də hərəkətinə fikir verir. Dəvəni ulağın quyruğuna bağlayıblar. Televizora baxmaq olmur. Manukyanın yetimləri “Qəfəs”, “Zəif bənd”də mənəm-mənəmlik təlqin edirlər. Şübhə etmirik, burada Ağabəy Sultanovun psixoloji məsləhətləri kara gəlir. “Yalan bizdən nə gizlədir” sualına cavab axtarsaq, burada “Çal-çağır”, “Cəm”, “Yeni ulduz” səhnələrinin adını çəkməyə də əsas var. Indi para-psixoloqlar, islam baxıcıları çaşıb həkimlərlə kəllə-kəlləyə gəlirlər. Onlardan biri məni inandırmağa çalışırdı ki, guya ölüm ayağında olan xərçəngli xəstəni sağaldıb, hazırda kef-damaqdadır, qoy müxbirlərdən biri filan ünvana getsin. Onun şəklini çəksin, onu cəmiyyətə tanıtsın.
Həyatın ən ali varlığı olan insan beləliklə öz statusunu itirərək ən rəzil və xaos mənbəyinə çevrilir. Bu vəziyyətdə hərə özünə də, özgəyə də sahib durmalıdır. Insana aid olan status yalnız insaniyyətlikdən ibarətdir.

2 sentyabr 2006


XÜLASƏLƏR

reklamları oxuyaq
1. Məscid daşlaşmış insan görküdür.
2. Mobitel reklamında kişilər öpüşür, duyğular oyanır.
3. Qiymətlərə zərbə reklamı bazar qiymətlərindənmi, yoxsa dəyərlərdənmi danışır.
4. Zaman-zənan reklamı dördguşəli papaqla yəhudun başı olmadığını göstərir.
5. Makdonalds komandos deməkdir.
6. Tələbə sözü elə tələ deməkdir. Tale də eynən.
7. Ərmən islam terrorizminin müalicəsi üçün narkotik vasitələrin qanuni və qanunsuz dövriyyəsi dayanmalıdır. Bu üsulla yəhudu da, dünyanı da müalicə etmək olar.
8. Lazoni reklamı dalan, tupik, mühasirə, girov, əsir, məhbus, tələ mənalarındadır.
9. Pampers uşaqları körpəlikdən tibbi üsulla şikəst edən vasitədir.
10. Paysell reklamı “məndən sənə kontur hədiyyə” deyir. Kontur dırnaq, caynaq, qarmaq, tələ, güllə deməkdir.
11. Quran ayələrindən bəziləri Kəbədə (Bakıda) nazil olub, yəni unudulub; bəziləri isə Mədinədə, yəni Mədain xərabələrində.
12. Bakı özü boyda tikinti meydançasıdır. Yəhud, ərmən, islam manyak separat üçlük Bakıda məskunlaşmaq qərarına gəlib. Hətta Bakıda separat tibbi müəssisə də tikilib.
Yəhudun Livan və Suriyanı hürkütməsi Hizbullah və sair birləşmələri Bakıda məskunlaşdırmaq üçündür, amma deyəsən, daş qayaya rast gəlib.
13. Allah ki təkləndi olur terrorist. Elə bu səbəbdən də Quran ələm qaldırıb. Dünyamız da başdan-başa ələmə sarınıb, yəni bayrağa.
14. Muğamat, xalq mahnıları Quran-Xəzər mövzusudur. Qahat da eynən. Odur ki, bunlara oxumaqla yanaşı, şüurlu münasibət də lazımdır.
15. Primadonna hicab əhlinə deyərlər. Primadonna sözünü hicabsız qadına aid etmək madonu pərdələyir, sifətini örtür. Odur ki, islam hicabı vacib buyurur.

4 sentyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 256-cı günü


Xülasələr
reklamları oxuyaq

1. Sanitar sözünü təmizlik anlamında beynimizə yeridiblər. Əslində, sanitar separat termindir, sənadır.
2. Alqış, yəni su yanır. Əlif amilləri, yaradan yanır.
3. Quran məclisində rəyasət olmaz. Quran məclisində hamı dairəvi, üzbəüz oturub növbəylə sözünü deyir.
4. Günah. Bilməmək günahdır, əcrdir. Bilməyib danışmaq, yazmaq ikiqat günahdır. Bu yolla pul qazanmaq isə üçqat günahdır.
5. Avtofil - Armeniya. Sərnişin nəqliyyatımızı ediblər avtofilarmoniya. Sərnişinlər də öz abrına qısılıb.
6. “Qadın, uşaq, ailə” mövzusu gündəmə çıxıb. Bu mövzu kişini ailədən ayıraraq qadını, uşağı, yəni bütün ailəni, cəmiyyəti məhv etməyə köklənib.
7. Fotokodak reklamı neqativi atıb, pozitivi tutur. Bu o deməkdir ki, kişini atıb, qadını tutur.
8. Islam, salam, nemes, namaz, zaman, saman, şaman, simens sözləri Quranın ələm (fəlakət) rəmzi (nidası) mənasındadır.
9. Snikers sözü ikili Arazın və ikili Iraqın məhvi anlamındadır. Hansı ki bizə şokalad kimi yedizdirirlər.
10. Riksos - yəni reks (snima rekse-abadan), rəqs, bir də sos. Bakı opera teatrı. Hər iki teatr islam inqilabları dövründə yandı.
11. Kontinental. Onullahın, onlu Günəşlər sisteminin, insanın, ailənin, hər iki aləmin məhvə çəkilməsi.

05 sentyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 257-ci günü


MƏSCİD, KİLSƏ, EHRAM

Məscid, klisə, ehramlar büsbütün mərhum və şəhid ruhlarının gorlardan baş qaldırmış insan timsallı görküdür.
Cədd, məcid, məscid, cəsəd, məsacid, nəcasət.
Məscid sözü hər hansı bir imarətin adı deyil, gorlardan baş qaldırmış mərhum və şəhid ruhlarının diri insanlara dedikləri sözdür, nəsihətdir, tövsiyyədir, məsləhətdir, nidadır, fəryaddır.
Məscid sözü deyir ki, insan, təbiət və cəmiyyəti çirkablara qərq etmə. Təbii sərvətləri istismar və yağma etmə. Aləmləri atəşlərə yaxıb yandırma. Terror, müharibə, qətli-qarətlərə bəs de. Mərhumları bilavasitə torpağa dəfn et. Bil ki yalnız torpaqdır məkruf. Yalnız su ilə cəsəd pak olmaz.
Məscidin quruluşu elə insanın quruluşudur. Məscidə baxan özünün içini də, çölünü də görməlidir. Məscid klisə və ehramların kümbəzi başımız, minarəsi qollarımızdır. Minarəsiz məscid klisə və ehramlar qolu kəsilmiş Həzrət Abbası, Əbülfəzül Əbbası xatırladır. Eləcə də Quranın ələm və ərəm rəmzlər timsalı.
Məscid, klisə və ehramlar bütün ictimai dinlərə aid olan rəmzlər daşıyıcısı, daşlaşmış kitabələrdir. Daşnaksütun sözü bununla əlaqədardır. Yəni daşlaşmış qan sütunu. Məscid sözü rəmzlərindən ibrət almadığımıza görə tarixən qan su yerinə axıdılır, laxtalanır, donur, daşlaşır və gorlardan məscid, klisə, ehram timsalında baş qaldırır. Məscid deyilən ünvana kor-koranə getmək olmaz. Ilk növbədə insan məscid sözünü və özünün içini və çölünü, yolunu və yolağasını bilməli və bunu klisə və ehram əhlinə başa salmalıdır.
Məscid deyir ki, insan dua edərkən namaz deyə baş əymə. Qolunu, belini, dizini bükmə. Bil ki məscid sözü deyəni elə nəmaz sözü də deyir.
Şair deyəndə ki, nəmaz əhlinə uyma, müsəlmanı nəzərdə tutur, insanı yox.
Məscid, klisə və ehramlar dəyərli tarixi abidə kimi din və dövlət tərəfindən qorunur. Bu işdə cəmiyyət də fəal iştirak etməli, eyni zamanda bu və bu kimi tarixi abidələrin geniş təlim və tədrisi də təmin edilməlidir.

06 sentyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 258-ci günü


MÜNASİBƏT
III yazı

Cavabı verilməyən suallar da mövzudur. Elə sualla başlayaq: Inamamı söykənək, təqvayamı, yoxsa yəqinəmi?
Insan eşidib xəbər tutur, görüb götürür, düşünüb dərk edir.
Müdriklərin “Açıq kitabı” deyir: “Ya insan, ən böyük möcüzə sən özünsən. Yəni Yaradanın bir mislisən”.
Şüur tarixən manyak rejimlərin hədəfi olub. Insan hər dəfə qan töküləndə, “Həqq mənəm, Həqq məndədir” deyənlərin dərisi soyulanda fəryad çəkib, göz yaşı töküb. Zülmə əyilməyib, düz danışıb.
Dünyəvi separat rejimlər “insan haqları” mövzusunda tez-tez danışır. Əslində müdafiə etdiyi “insan haqları”yla insaniyyətə qənim kəsilib. Separatın “insan haqlarının müdafiəsi” insanı ailədə, cəmiyyətdə təkləyir. Belə təsəvvür yaranır ki, dünya üzərində hamı bir nəfərdir və hamının bir başı var. Beləliklə, cəmiyyət təklənən fərd olur, Təkallah kimi. “Bir başı olsaydı bəşəriyyətin, Onu bir qılıncla vurardım yəqin” prinsipinə addım atılır.
Pasport, şəxsiyyət vəsiqəsi və sair sənədlər də insanı təkləmək məqsədi güdür.
“Yenidənqurma”nı beş min illik manyak rejimlərin özünübərpa siyasəti kimi qavrayırıq. Burada pul insaniyyətlikdən başqa hər şeyi satın ala bilir. “Təki pulun olsun. Indi pulun mənbəyi soruşulmur” rəsmi kürsüdən deyilən bu sözlər rejimin iç üzünü açıqlayır. Yəni çal-çap, qarət et, tala, heç kim səndən soruşmayacaq pulu haradan almısan? “Ne poyman, ne vor”. Beləcə, separat nə etmək və necə etmək məsələsini öz xislətinə uyğun həll edir. Bu səbəbdən münaqişələr səngimir, qan su yerinə axır, “Bakı-Ceyhan” təki. Telekanallarda müharibə və terror mövzusunda filmlərin fasiləsiz nümayişi “birinin xoşbəxtliyi o birinin bədbəxtliyidir” yanlış prinsipə dönüşü görk edir. Indi müharibə, terror, qətli-qarət, kriminal reklam edilir. Bir qatil bir müdrikdən daha çox tanınır.
Dünya fikrə söykənir. Buyurun, sözünüz varsa, deyin. Ədəbi hadisə axtarırsınız. Əgər həqiqəti deyirsə, elə bir cümlə də ədəbi hadisədir.
Ibrahim Xəlilullah qoçu (qoşanı) kəsən gündən günah və qəbahətlərimizi yumaq üçün qurban veririk və hər dəfə də günah edirik.
Sözü və əməlinə görə öz qarşısında, özgə qarşısında məsulluq duyan şəxs etiraf və imtina mövqeyinə çıxır.
Etiraf və imtina et! Onda yalan nə ayaq tutar, nə də yeriyər. Din pərdəsi altında insan fanatizmə və itaətə sürüklənməz.
Insan simmetrik və optikdir. Qaməti düz, alnı açıq, başı ucadır.
Ənənəvi din, elm, ədəbiyyat, incəsənət və sair insanı özünə tanıtmır, ondan manyak formalaşdırır.
Müdriklərin “Açıq kitabı” insanın quruluşu ilə məscid, klisə və ehramın quruluşu arasında oxşarlıq görür: “Məscidin quruluşu elə insanın quruluşudur. Məscidə baxan özünün içini də, çölünü də görməlidir.
Məscid, klisə və ehramın kümbəzi başımız, minarəsi qollarımızdır. Məscid və nəmaz deyir ki, insan, dua edərkən qamətini düz saxla və başını uca tut".
Gərək həyati münasibətlərə, vəhdətə gələk. Ali Yaradılış dediyimiz varlıq etnik, irqi, milli, siyasi yox, yalnız insan anlamına sığışır. Isaniyyətliyimizə söykənək.

7 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 259-cu günü


XÜLASƏLƏR
Sərbəst toplaşma hüququ

Hər bir insan sərbəst toplumdur, başı da üstündə. Fərdi insan toplumlarının cami-cəm halda ailə, qohum, cəmiyyət, dövlət, din, partiya və sair sərbəst toplumları da var. Fərdi insan öz-özlüyündə təbii toplum olduğu kimi bütün insanlar da bütövlükdə sərbəst toplumdur. Göründüyü kimi cəmiyyət həm təbii, həm də ictimai sərbəst toplum halətindədir. Təbii toplumu həyatiliyin özü tənzimləyir, ictimai toplumları isə rejimlər.
Məsələ burasındadır ki, həyati toplumu tənzimləmə əxlaqıyla ictimai toplumu tənzimləmə mexanizmi bir-birinə uyğun gəlmir. Yəni həyatla cəmiyyət, canla cism arası tənasüb pozulub. Tənasüb bərpa edilərsə, həm fərdiyyət, həm də cəmiyyət sağalar.

P.S. Bu qısa təqdimatdan sonra sərlövhəni hər kəs dərk edə bilər.

Separat

“Azərbaycan hakimiyyətində etnik separat qrup” ifadəsi “Hacının dostları” yazısında önə çəkilib. (“Yeni Müsavat” N237, 8 sentyabr 2006) Həmin yazıda söhbət Azərbaycanın hakimiyyət elitasından gedir.
Dünya Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində yekdildir. Dağlıq Qarabağda və sair mühitlərdə separat rejimin qurulmasında Azərbaycandaxili separat qruplardan istifadə edilməsi istisna deyil. Məhkəmə ilk növbədə separatçını yox, separatı mühakimə etməlidir. Cəmiyyətə nifaq toxumu səpən Separatın ömrü qurtarıb. Separat damğasıyla adamları həbs etmək yox, onları müalicə etmək və başa salmaq lazımdır.
Olimpiada
Idman termini kimi işlətdiyimiz olimp sözü Quranın ələm rəmzi, yəni fəlakət mənasındadır. Olimpiada sözü də eynən. Idman oyunları fəlakətlərimizi əyaniləşdirən və cəmiyyətə göstərən vasitədir. Olimpiada kompleksləri tikirik, lakin olimpiada söz mənasını cəmiyyətə başa salmırıq. Tikmək dövlətin işidirsə, mahiyyəti başa salmaq dindarın.

Generalissimus

Generalissimus sözü iki sözdən ibarətdir: biri general, biri simens. General sözünün mənası mason başqanı, simens isə nemes generallarının başqanı deməkdir. Generalissimus adını II dünya müharibəsindən sonra Stalinə veriblər. Lakin Stalinin bu sözdən, nə də rütbəverəndən xəbəri olub. Arada ölkələr dağılıb, əhali qırılıb.

Vəzifə və rütbədən ehtiyatlı olmaq lazımdır.

9 sentyabr 2006-cı il
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 261-ci günü


“ZƏİF BƏND”

Bu oyun davam edir
Ərmən Quranın ərəm, islam isə ələm rəmzidir.
Ərmən və xristian sözləri müharibə anlamındadır. Islam və müsəlman sözləri isə terror anlamında. Demək, müharibə və terror deyimləri din və millət adları kimi beyinlərə yeridilib. Bu üsuldan istifadə edilərək din də məhv edilib, cəmiyyət də. Ümumbəşəri tariximiz də olub büsbütün terror və müharibələr tarixi.
Tehran konfransı ikinci dünya müharibəsinin sonunu, Xerosima və Naqasakiyə atılan atom bombası isə üçüncü dünya terrorizminin başlanğıcını xəbər verdi. 1960-cı ildən başlayaraq terrorizm Azərbaycan və Qafqazda qismən açıq fəaliyyətə keçdi. Ilk növbədə Qarabağın bütün şəhər və kəndlərində ailədaxili arvad terrorizmi şəbəkəsi yaradıldı. Bu şəbəkə region kişilərini müxtəlif vasitələrlə məhv etdi. Burada seyid, baxıcı, parapsixoloq və falçıların geniş təbliğinə və narkotikanın gizli və qanuni yayımına göstəriş verildi. Bir tərəfdən ərmən müharibələri, bir tərəfdən də islam terrorçuları birləşərək Iranı və Qarabağı tələyə saldı. Iranda islam inqilabı (terrorizmi), Qarabağda isə erməni müharibəsi qələbə çaldı. Beləliklə, Azərbaycanda islam dirçəldi.
Cəmiyyət bilməlidir ki, terrorla müharibə əlbir olduğu kimi tarixən islamla ərmən də əlbir olub və əlbirdir. Islam və ərmən zahirən ayrı görünsələr, fərqli təbliğ edilsələr də hər ikisi eyni bir manyak rejimin sağ və sol əlidir. Eyni məqsədə qulluq edirlər. Birinin vəzifəsi açıq müharibə, o birinin vəzifəsi terrordur, yəni zahirən dost olub, arxadan zərbə vurmaqdır. Belə bir əxlaqa isə deyərlər: Xəyanət!
Yəhudi, ərmən, islam arvad manyak rejimləri əsrin sonunda tarixi ömrünün qurtaracağını bildiyinə görə ikinci dünya müharibəsindən sonra ilk növbədə Qarabağı hədəf götürdü. Separat kişiliyi məhv etdi, “Zəif bənd” oyunuyla qadın və uşağı ələ keçirdi. Iran islam inqilabı, əfqan müharibəsi, Qafqaz və sair fəlakətlər də “Zəif bənd” oyunuyla aparılıb.
“Zəif bənd” oyunu hələ də davam edir. Cəmiyyət də həm bunun şahididir, həm də iştirakçısı. Hərə öz evinə də, ailəsinə də sahib durmağı bacarmalıdır. Cəmiyyət islamın iç üzünü, yəni terrorist sifətini dərk etdikdən sonra islam dininə gələ bilər və nicat tapar. Xristian və sair cəmiyyətlər də eynən.

P.S. Qarabağ müharibəsi evimizin içindən başlayıb. Əkrəm Şamxalov bu məsələdə qətiyyən istisna deyil, nümunədir.

11 sentyabr 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 263-cü günü


ƏDƏBIYYAT
IV yazı

Qalmışıq odla su arasında. Havayla toprağı unutmuşuq.
Ədəbiyyat və əbədiyyət sözləri həyati həqiqətləri yox, həyati fəlakətləri təcəssüm etdirir; Quran ələm, ərəm rəmzləri kimi. Ədəbiyyat və əbədiyyət ictimai dərdlərimizin dərmanı deyil, diaqnozunu göstərir. Yazarlar isə cəmiyyəti dərmana qovuşdurmalıdır, yəni həyatiliyin özünə. Ədəbiyyat yalnız şerə, nağıla, dastana, povestə, romana deyilmir. Ədəbiyyat fəhmi mənada bütün ürfana aiddir. Ədəbiyyat əbədiyyətin, yəni həyatiliyin qəniminə çevrilib.
Ənənəvi ədəbiyyat müsbət və mənfi obrazlar arasında gedən mübarizə üzərində qurulur. Burada yazıçı mübarizə sözünü yanlış olaraq olum, ya ölüm kimi qavrayır. Ona görə də tərəflərdən birini, müsbəti “olum”a layiq görür; yəni qəhrəman edir. Qəhrəman, yəni qəhərimiz, fəlakətimiz.
“Partiya (demokratiya, departament-müəlliflər) işinin vintciyi və təkərciyi” olan ədəbi əsərlər əsasında çəkilmiş filmlər indi teleekranlardan düşmür. Əcəba, bizi hara dartırlar, inqilabamı?!
Bütün zamanlarda tendensiyalar ölür. Ölməyən insan və insanlıqdır. Sonuncu tutalqa olan marksizm-leninizm cəmiyyətin əlindən alınaraq mənəviyyatımız lüt-üryan edildi. Həmin ideologiyanın yerini reklam tutdu.
Klassik poeziyamızda “Həqq mənəm, Həqq məndədir” deyilir, insan Həqqə bərabər tutulur. Söz və əməlimizdə bəşəri dəyər və klassik irsimizə istinad edirikmi? - sual olaraq qalır. Biz Haqqı tanımadan Haqqın adından danışırıq (?)
“Naxışların yaddaşı”na istinad etsək, fikir məzmunu, məzmun formanı yaradır. Fikir yoxdursa, ədəbiyyat yoxdur. Ədəbiyyat yoxdursa, əbədiyyət də yoxdur.
Rejim ədiblərinin heç biri “Əlvida, silah!” deyən Heminquey qədər cəsarət sahibi deyil.
Müdriklərin “Açıq kitab”ı yazıçılara üz tutur: “Yalan yazmayın. Sizin üçün vaxt doğrunu yazmaq imkanıdır. Minillik ornamentlər gerçəyi ifadə etdiyinə görə qorunub saxlanır”.
Insan Ali Yaradanın seçimidir. Hər kəsin öz fitrətinə görə cəmiyyətdə yeri var. Ancaq Nəsrəddin yerimizi səhv salıb. Nəticədə Qozbel, Süpürgəsaqqal qarı ənənəvi ədəbiyyatın baş qəhrəmanıdır.
Yazıçı və yazı Yaradan-yaradılış münasibətindədir. Bu münasibətlərə əməl etməyən susmalı və qələmini sındırmalıdır.
Əql dəramət ke, tələb kərdəməş,
Tərki-ədəb bud, ədəb kərdəməş.

Tərcüməsi:
Ağıl dil açıban tələb eylədi,
Ədəbə xəyanət ədəbdir dedi. (Nizami)
P.S. Tərcümə və redəktə yalnız müəllifin iştirakıyla mümkündür.
15 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 274-cü günü


NƏTƏN - NƏBİ

Peyğəmbərə Nəbi deyirik. Nət (yox) deyimi batini aləmlərə xasdır, onu zahiri aləmlərə tətbiq etmək olmaz.
Varlığa heçlik demək olmaz. Biz isə söz mənasını anlamadan əyani peyğəmbərə Nəbi deyib, risaləti (baş, qulaq, göz və sözü) mürsəl etmişik. Yəni lal, kar, kor və manqut. Bu vəziyyətdə silaha, müharibə və terrora rəvac verilib. Beləliklə də, nütfəmiz edilib Vətən. Vətənimiz isə tünbətün.
Min illərdir topraq məkrufdur. Ixlas demişkən yaradan toplum taqətdən düşüb, bitirə bilmir. Bu, dərk edilmir.
Yerə qəsd eyləyib düşmüşük əldən,
Bu suya, toprağa qənimmisən sən.
(Nizami, tərcümə: Əkrəm)
Əməlin oldusa yəqini-vəri,
Arala atəşdən su dövrübəri.
(Nizami, tərcümə: Əkrəm)

ƏTALƏT SERİALI

Məhəmməd Peyğəmbərin karikaturası, Nizami barelyefinin qaralanması, Roma Papasının “müsəlmanları təhqir etməsi”, Bakı Islam Konfransına göndərilən teleqramdan imtina separatın ətalət seriallı tərkibləridir.
Serial seriallığında... Əgər söhbət Məhəmməd Peğyməbərdən, Islamdan gedirsə Quran və Hədisə istinad etmək bəs edər. Məhəmməd Peyğəmbər deyib: “Beşikdən qəbr evinədək elm öyrən. Elmin şəhəri mənəm, qapısı Əli”.
Roma Papası Islam haqqında söz deyib. Nə deyib? - gərək araşdırılsın. Düzdürsə təqdir, səhvdirsə təshih edilsin. Dəxi bu məqamda qaynayıb coşmaq, hədə-qorxu gəlmək elə terrorist olduğunu boynuna almaq deməkdir.
Ətalət serialı davam edir.
Müsəlman aləmini bədnam etməkdən çəkinək.
Biri var Islam, biri də var istan. Islam Quranın ələm rəmzi, istan isə ələmin dərmanıdır.
Istanbul sözünün mənası, türkə xitabən, islamın, ələmin müalicəsini ara, bul, tap deməkdir.
Islamı Istanbuldan sor.

16 sentyabr 2006
Sahibbiz-zəman əbədiyyatı bərpasının 6-cı ili, 268-ci günü.


SƏLİB

Səlib suyun başı deməkdir.
Su - Yaradan. Suyun və Yaradanın bətni ikilidir; istər zahirdə, istər batində. Bu ikililiyin adına “N” deyilib. Lakin biz bu “N”-ı xaç, xaş etmişik. Yəni kəsişdirmişik. Elə o andan sularımızı da, Yaradanı da, özümüzü də fəlakətlərə salmışıq. Bu sadə məsələni cəmiyyətə anlatmaq əvəzinə insanların heysiyyətilə oynayırıq.
Din bölünməz, Peyhəmbər bölünməz. Səlib deyə əlif amillərini, yəni insanları kəsişdirmək, qarşı-qarşıya qoymaq olmaz.
Səlib mühitlərimiz, yəni sular mühitimiz Kürreyi-ərzin ən müqəddəs mühiti - qibləgahıdır. Bu mühit Yer Kürəsinin başıdır. Baş da şüur istehsal etməkdən ötrüdür. Bu mühitdə əl qol atmaq, günahkar axtarmaq olmaz.
Dindar dediyimiz kəslər gərək bir araya gəlib mühit əhlini də, cəmiyyəti də mətləbdən agah edə. Bu meydan Ərəbzəngi meydanı deyil. Din və dəyərlər özəlləşdirilə bilməz.
Səlib mühribələrinin 5 min illik tarixi dövrü 2000-ci il dekabrın 21-də qurtarıb. Artıq Sahibiz-zəman əbədiyyəti bərpasının altıncı ilini 271-ci gününü yaşayırıq.
Bu gün türk-azəri arkadaşları,
Koroğlu korları, ağlı yaşları
Qafası, kəlləsi, başı boşları
Hələ də Səlibi zurna dəmində. (Əkrəm)

19 sentyabr 2006


BAYRAĞIM OĞUL

Yas çadırından asdığım fotonu güzgü kimi üzümə tutmuşam. Gözlərində özümü görürəm. Mən əyilməzdim, sənin qara günün qəddimi əydi oğul.
Nə tez böyüdün, heç Girdəni kəndi də xəbər tutmadı. Boyunla öyünürdüm, oğul. Səni özümdən uca tuturdum. Sən ucalığım.
Sənə bayrağım demədim, bayrağım oğul. Dolmuşam, gözümdən yaş çıxmır. Ömrümdə tək bircə dəfə “Əsgər atası”na baxanda hönkürmüşəm, onda da qonşular başıma yığışıb; mənə ürək-dirək veriblər, elə indiki kimi. Kim nə biləydi elə əsgər atası kimi məni də acı bir tale gözləyir.
Ananın arxanca su atan əlləri quruyub, oğul. Salam göndərmişdin, Baxış əmin, Gülgəz xalan qara geyinib. Mərifə xalan ağı deyir, Gülsüm bacın qan ağlayır.
Dedik sənə ev tikdirək. Daş almışdıq. Həmin daşlardan məzarını hördürdük. Qəbirini qucaqlayır Qədi əmin, Barat dayın.
Qız qismətini də səninlə öldürdülər, oğul.
Biz səni xidmətə yola salmışdıq, ölümə yox. Qohum-qara dedi, qoyma getsin, pul ver saxlat. Istəmədim. Bəs kim torpağımızı qorumalıdı, oğul. Püşkü kim atıb, kim atıbsa, torpağı qorumaq kasıbların payına düşüb. Milyonçu uşaqları Lənkəranda, Masallıda, Astarada guya xidmət edir, milçəklərini qoruyur.
Bağışla oğul, mən səni “gedər-gəlməzə” göndərdim. Kasıbın nəyi yoxsa, övladı çox. Sən varım, sən övladım. Mən səndən keçdim, oğul! Bəs onlar nə verir torpaq-yaşam uğruna; bəs onlar - haqq deyib bağıranlar, Yalançı oğlu yalançıqlar...
Əl atsam, əlim çatar. Guya uzaqmış Qazağın Quşçu Ayrımı. 8 avqust 2006-da sənə güllə dəyəndə mənə xəbər vermədilər. Nə yaralanmağını bildim, nə də ölməyini.
Kimdir Nahidin qatili? - sordum, hərbi hissədə susdular.
Qatilini tanımadım, oğul. Ermənimi, bizimkimi? Deyirlər guya minaya düşmüsən. Məni yalana sürdülər, oğul. Indi-indi başa düşürəm, “Atəşkəs” deyilən bir teatrda ölümə məhkum rolların ifaçıları kasıb-kusub uşaqlarıdı.
Əgər uşaqlarımız qırılırsa, atəşkəslə müharibənin nə fərqi?! Bağışla, Nahid balam. Mən sənə mane olmadım, mən səni ölümə, yalınçıqların xidmətinə göndərdim.
Göndərdim deyirəm, əslində mən sənə atalıq haqqına malik deyiləm. Dövlət səni hərbi xidmətə apardı, bəs niyə sənə sahib durmadı? Atəşkəsdə həlak olanların hesabını kim aparacaq? Uşaqlarımızı diri aparıb, ölü qaytarırlar. Oğul dağı nədi, sinəsinə dağ çəkiləndən sor! Qanı-qanla yumazlar. Sənin qanınla kimin qanını yudular, oğul.
Bütün kasıb-kusuba üz tutub demişəm: zabitlərə etibar etməyin, uşaqlarınızı xidmətə buraxmayın. Bəs ürəyimi necə soyudum, oğul. Yazmışdın yerin yaxşıdı. Bilirəm bizi nigaran qoymaq istəmirdin.
11 avqustda gecə ananın yuxusuna girmişdin. Yaralı, üst-başı qanlı. - Nahidi öldürüblər, dedi - əl atıb, saçını yoldu, küləyə verdi.
Dünyanı dəyişərkən gözlərini kim qapadı. Ilk sözünü eşitmişəm, son sözün nə oldu, oğul?!
Yadigar məktubun var. Qarşımdadı. Dönüb-dönüb oxuyuram: “Vaxtıma az qalıb, 55 gün qalıb, ata. Gələndə təzə forma geyinmək istəyirəm. Bununçün 10 şirvan göndərin, bu ünvana: Qazax rayonu, Quşçu Ayrım kəndi, Axundov Nahid Mirzəli oğluna. Hamınızı öpürəm, sağ olun”.
Oğul-oğul deməkdən dilim-ağzım qabar oldu. Indi 10 şirvanı hara göndərim, oğul?!
Ölüm haqdır, öldürmək yox.
Məni də səninlə öldürdülər oğul.

19 sentyabr 2006
Sahibbiz-zəman əbədiyyatı bərpasının 6-cı ili, 271-ci günü.


XÜLASƏLƏR
Topraq iddiası.

Iran-erməni Qafqazda topraq iddialarından danışır. Türk, ərəb, əcəm isə tamaşa edir. O yandan Amerika və sair uzaq diyarlar da Qafqaz mühitinə mənafe iddiasındadır. Bu iddiaların hamısı doğrudur və sössüz təmin edilməlidir. Yəni hava, su, Günəş hamının olduğu kimi, topraq da elə hamınındır. Mühitləri parçalayıb özəlləşdirmək olmaz.
Günəş, su, hava ümumbirgə dəyərimiz olduğu kimi, topraq da ümumbirgə dəyərimizdir. Bu həqiqəti cəmiyyətə anlada bilsək, bütün iddialar sössüz təmin olunar. O ki qaldı ərazi iddiasına hərə, öz başına sahib durmalıdır.
Ateist.
Həyati həqiqətlərimiz Ateist sözünün içində gizlənib.
1. A - teologiya, yəni ikili dua. 2. A-nı inkar mənasında götürsək, həyatilik inkar edilir; həm zahiri, həm batini. Ənənəvi ateist təlimi həyatiliyə ziddir. Latının A inkar əlaməti ilə farsın həst, rusun yest, ingilisin yes təsdiq əlamətlərinin hə-yox qovşağında ilişib qalmışıq.

***
Ateist təlimi bizi optik halətin dərkinə yönəldir. Biz var-yox arası optik haləti (yol ayrıcını) dərk etsək, dünya düzələr. Səhv olaraq idealistlər Allahın varlığını, materialistlər Allahın yoxluğunu deyir. Həyatilik isə var-yoxu bütövlükdə təqdim edir, ayırmır; istər batində, istər zahirdə. Ateist sözünün mənası Allahsız demək deyil. Ateist sözü var-yoxumuzu qovuşduran, bizi Əllahihəlaliyyətə, duaya, dəyər meyranıa yetirən sözdür.
Ateist sözündən istifadə yoluyla ölkələri, millətləri, eləcə də Allah-təalanı saf-çürük etmək olmaz.

***
Türk tarixindən iki söz
Bu sözlərdən biri Şumer, biri də Skifdir.
Şumer eyni bir məsləki iki müxtəlif əqidəyə parçalayıb.
Yolları əks istiqamətlərə ayırmaqla nəhayətdə qarşıdurmaya gətirir (xaç).
Skif anlamı isə optik halətdə fiks halətinə gətirilir. Yəni skif-fiks-ikili xaç.
Şimal buzlu okeanın adını türk qoyub Skif dənizi. Xəzərin Skif dəniziylə əlaqəsi kəsilib. Beləliklə, Nur dürrdən təcrid edilib. Nəhayətdə kub-Kəbə görkəmində daşlaşıb. Türkün tarixini yazanlar olub piyada, Separat da olub atlı. Odur ki, türkşünas Firdovsidən dərs almaq əvəzinə ondan üz çevirir.
Islam sözdə Məhəmməd peyğəmbəri reklam, əməldə bədnam edir. Din əhlinin dindən xəbəri yox.

21 sentyabr 2006,
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 273-cü günü


RƏMAZAN

Islam əhli Rəmazanı nəfsinə qurban verib. Rəmazan rəmz sözünün cəmlər cəmidir. Rəmz-rümuz-rəmazan. Quran Rəmazan ayında nazil olub, yəni cəmi rəmzi mənalarını itirib. Rəmz-kod-şifrələrin açmasını Nizami təlimləri təmin edir. Odur ki, Quran və sair rəmzi mənaları bilmək üçün gərək Nizami söz təlimlərinə bələd olasan. Rəmazan ayında Oruc tutmaq vacib buyrulub. Oruc sözünün mənası əlac deməkdir. Oruc deyir ki, rəmzi mənaların açmasını bilməsək, dərdimizə əlac tapılmaz.
Islam əhli Rəmazanda Orucu nəfsinə qurban verdiyinə görə, dərdinə əlac tapa bilmir.
Rəmazan əhlini nəfsi sürüyür qəbr evinə,
Başı əhlət daşına dəyir, ayılmır da yenə.
Rəmazan əhlini nəfsi sürüdü gorbagora,
Başı əhlət daşına dəydi, qarnı zorbazora (Əkrəm)
...
SƏVAB. Su və ab sözünün hərəkət istiqamətləri batini və zahiri aləmlər münasibətini təmin edir. Burada su soldan sağa, ab isə sağdan sola optik halətlə səvabı abəstin edir - hamilə. Əgər səvabın optik haləti unudularsa, onda səvabı absurd etmiş olarıq, yəni sünnət.
Qəssab, ov, sünnəti-hərbiylə türməbazımız oooy.
Başa qoyduqlarımız qəsdi-qərəz, qəhhar imiş. (Əkrəm)
...

TÜRK sözü ikili dürr, dua deməkdir. Özü də nurlar aləmindən sərçeşmə alır. Türk deyimi təbiətə aid olub din, dil, milli, irqi, dövlət və sair kimi mənsubiyyət kateqoriyası tanımır və əsla hər hansı bir ad altında özəlləşdirilə bilməz.
Türkün dostu da özüdür, düşməni də.
Dost əgər cismimə aiddirsə, düşmən canıma,
Dostla düşmənlər isə hər iki ünvanlarıma. (Əkrəm)
Ərmən yəhudun övladı, islam isə ərmənin törəməsidir. Burada ərmən Azərin ikili tərkibindən biri olduğu kimi, eynən türkün də ikili tərkibidir, eləcə də kürd.
Həmi kürdəm,
Həmi türkəm, həm ərəb, həm də əcəmül-ülayam
Azərəm, həm ərəsey, həm də qəribül-vəlayam. (Əkrəm)
Türk söz deməkdən və hərəkət etməkdən öncə özünü tanımalıdır. Əks təqdirdə, özünüməhvə gedər.
TÜRKÇÜLÜK məsələsində gərək Bəhlul Danəndələr meydana çıxa. Bu meydan Əflatun meydanı deyil.
...
DİASPOR VƏ LOBBİÇİLİK Madon strukturudur. Cəmiyyəti qarşı-qarşıya qoyur.
25 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 277-ci günü


NƏFS, NEFT-FİTNƏ

Nəfs və neft sözlərinin heçlik də maddi varlıqdır, mənasını bədnam etdiyimizə görə fitnə olmuşuq. Cəmiyyətin əmək fəaliyyəti büsbütün həyati məhvə təhrik edilib. Ərzaq, ehtiras və əsəbimiz hədəf seçilib. Istər dindarlarımız, istərsə də cəmiyyət nəfs sözünün mənasını bilmədiyinə rəğmən yanlış yola təhrik edilir.
Nəfs batini mənəviyyatımız olduğu kimi neft də zahiri mənəviyyatımızdır. Onları istismar və yağma etmək qətiyyən olmaz. Bütün dövlətlərin mənafeyi budur.
Neft-qaz iksiri can, ərzi damarlarda qanım,
Cana qan-qan, qana qan, bəs bu necə dindar imiş?
...

Rəmazan əhlini, nefti, sürüyüb gorbagora
Bakı-Ceyhan daşı əhlətdir, dönüb turbadura. (Əkrəm)
27 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 279-cu gün
ü


MESAJ

Qarabağ münaqişəsinin mütləq həlli yolu birlikdir.
Ərmən Azərin, kürd də türkün ikili tərkib hissəsidir.
Qarabağ münaqişəsini sülh yolu ilə nizama salmaq istəyən rəhbər və dünya təşkilatları qəti və birmənalı şəkildə bilməlidirlər ki, Qarabağa olunan tarixi və müasir təcavüzlərin əsas iki səbəbi var: biri ərmən müharibəsi, biri də islam terrorizmi. Ərmənlə islam Separat rejimin vahid təcavüz qurumudur: biri aşkar, biri gizli.
Hamı şahiddir ki, ərmən Qarabağı işğal edib, eyni zamanda da Azərbaycanda islam çiçəkləyib. Ərmən Iran və Pakistanda islam inqilabı edib, islam rejimi qurdu. Həmin üsulla Azərbaycanda da islam rejimi qurulur. Məhz islamın fərasətindəndir ki, bütün müsəlman əhli sünnət edilir və min illərdi ki, bəşəriyyət Quran, məscid və sair dəyərlərimizə kor baxır. “Qarabağ düyünü” açılarsa, bütün dəyərlərimiz də cana gələr.
Ərmən-islam mövzusu Quranın ələm, ərəm və Nizaminin Isgəndər (iksir-əndər) mövzusudur. Uzun sözün qısası, özümüz-özümüzü tarixən müharibə, terror vasitəsilə məhv edirik, özü də kompramat, mədəniyyət və reklamın müşayiətilə. Söhbət ərmənlə islamın münasibətindən və vəhdətindən gedir. Günahkar axtarmaq olmaz.
Pərde bər əndazo, birun ay fərd,
Gər mənəm an pərde həm əndər nəvərd. (Nizami)
At, nəfər, at pərdəni, çıx pərdədən,
Cəngidəyəm pərdədə bil həm də mən. (tərcümə: Əkrəm)

29 sentyabr 2006, Sahibəz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 281-ci günü
***
XÜLASƏLƏR

FİTNƏ batini aləmlərə xasdır. Neft isə fitnənin zahiri görküdür. Neft öz kanından tədricən zahir olur. Nə nefti zorakılıqla istehsal etmək olar, nə də insanın nəfsinə təcavüz etmək. Fitnə sözünün batində ənt və anti mənası da var, yəni optika.
KORRUPSIYA - pərgar - fələk - kələf.
Nizami özünə xitabən yazır:
Nizami, fələkdən yüksəksən şüur etmə indi (tərcümə Əkrəm).
Bu misra onu deyir ki, Nizami irsi korrupsiyanı, pərgarı, fələyi, kələfi, xilafət və sair naqisliklərimizi müalicə etmək qüdrətindədir.
“Holland sindromu xəsətəliyi”nin reallığı onu deyir ki, korrupsiya, pərgar, fələk, kələf, xilafət və s. ictimai epidemiyalarımızın dərdinə əlac tapılıb.
Məlik Məmməd qırxıncı otaqda şüşəni sındırıb quşu tutur və başını üzüb atır. Yalan sözdür. Quş-huş-şüur, ağıl, idrak əsla tutulası deyil. Bu səbəbdən də həqiqət nazilər, amma üzülməz.

29 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 281-ci günü
***
İNSAN VƏ QANUN

Qanun sözü iki hissədən ibarətdir: biri qan, biri də on. Qanla 10-un birləşməsi deyir ki, batini aləmlərdə vəhdəti-vücudiyyətimizin vahid 10-lu bətni, zahiri aləmdə isə təcridi-vücudiyyətin yenə də vahid, iyirmili, qırxlı... bətni büsbütün qan çanağına dönüb. Deməli, cəmiyyət həyatiliyin 2-li, 4-lü, 10-lu, 20-li, 40-lı dəyər meyarına istinad etməli olduğu halda qan çanağına, qan donuna, eləcə də prezident üsul-idarəsinə söykənir. Qanunun ağzından qan iyi gəlir. Qanun müharibə, terror, təcavüz və sair kimi deyimlər terminidir, atributudur, daşıyıcısıdır.
Cəmiyyətdə - batini və zahiri aləmlərdə dəyər və dəyər meyarı yalnız və yalnız insandır - ünsi-on*(dur).
Ali Yaradanın dəyər meyarı insan və insaniyyətlik şəklində təcəssüm olur. Özünü gör, tanı, onda həmin qeybətdə olan Allahını da görüb tanıyacaqsan. Əks təqdirdə, Allahsız oluruq. Yəni həm özümüzü inkar edirik, həm də Ali Yaradanı. Insan cəmiyyəti əsla qanuna* istinad etməz. Qanun və qanunçuluq büsbütün rədd edilməlidir*. Istinadgah yalnız və yalnız insan və insaniyyətlikdir. Amin!
Anlamadan təbiəti, cəmiyyəti özümüzlə birlikdə qatı qəddarcasına qana qərq etmişik.
Qana-qan paylayırıq Qiblə məkanda dikəlib,
Başı kəsmək, qanı tökmək, ətimiz yemsə mübarəklə gəlib. (Əkrəm).
Dəryada qərq olan cəmiyyətə nicat verə biləcək iki saman çöpü var: bunlardan biri konstitusiya, biri də dövlət təhlükəsizliyidir. Cəmiyyət bu iki saman çöpündən yapışıb ağıla, dinə gəlməlidir.
Get-gedə təhərrük-təhrik eylədi,
Nə istədi xatiri həqdir dedi (Nizami, tərcümə: Əkrəm)

30 sentyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 282-cü günü
***
NƏQLİYYAT XƏRCİ

Sərnişin nəqliyyatında insanın çəkisi və qabariti nəzərə alınmaz. Yük nəqliyyatında yükün çəkisi də, qabariti də nəzərə alınar.
Şəhərdaxili sərnişindaşıma haqqının düzgün hesablanıb ödənilməsində çaşqınlıq hökm sürür.
Ictimai nəqliyyatı büsbütün konsert və reklam zalına çevirməklə sərnişinlərin heysiyyatını təhqir etməyək.
Marşrutla işləyən hər bir nəqliyyat vasitəsinin özünün xüsusi dayanacaqları var. Dayanacaqlararası məsafə və dayanacaqların sayından asılı olaraq gedişhaqqı müəyyənləşir. Burada nə nəqliyyat sahibinə, nə də sərnişinə ziyan dəyməməlidir. Nəqliyyat sahibinin qazancı da orta hesabla nəzərə alınmalıdır. Bu prinsiplər nəzərə alınmaqla müəyyən sınaq müddəti yaşanır. Hər bir dayanacağın qiyməti bir qəpik hesabı ilə artır. Sınaq müddətində yığılan məbləğ hesablanır və balans müəyyənləşir. Beləliklə, şəhərdaxili sabit gedişhaqqı tənzimlənir, özü də ictimaiyyətin iştirakıyla.
Dövlətin maliyyələşdirdiyi müəssisələr öz əməkdaşlarının işə gəlib-getmə xərcini özü ödəməlidir, şəxsi müəssisələr də eynən. Iş müddətindən sonra şəhərdaxili nəqliyyatdan istifadə edən sərnişinlər isə nəqliyyat xərcini özləri ödəməlidir. Işləməyənlərin - məktəbli, tələbə, xəstə, qoca və əlillərin nəqliyyat haqqı dövlətlə sahibkarların hesabına olmalıdır.
Şəhərətrafı nəqliyyatın taarifi də məsafəyə görə müəyyənləşir, qatar, gəmi və təyyarələrdə olduğu kimi.

30 sentyabr 2006
***
MONOLİT
SƏN SAYDIĞINI SAY, GÖR FƏLƏK NƏ SAYIR

Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətilə üzbəüz məşhur bir bina var. Həmin bina rəsmi, ya qeyri-rəsmi Monolit adlanır.
Cəmiyyət monolit sözünü bir inşaat termini kimi qavrayır; lakin monolit sözünün AMEA-nın Rəyasət Heyətilə mənəvi əlaqələrindən bixəbərdir. Söhbət cəmi rəmzi mənaların açmasından gedir. Cəmiyyət yəqinliklə zənn edir ki, möhtəşəm Elmlər Akademiyası Məhəmməd peyğəmbərin sözünə əməl edərək elmi hərətərəfli araşdırmaq yoluyla cəmi rəmzi müəmmaları açıb dərdlərə dərman edəcək. Lakin Akademiyanın başı üstündə duran monolit söz nidası buna imkan vermir. Belə ki, monolit sözü “rəmzi müəmmaları açma” nidasıyla AMEA-ya qarşı çox sərt dayanır.
Mono-məna, lit isə daloy, kaput, məhv et, açıqlama, ört-basdır et, rədd et deyir. Ümumiyyətlə, monolit mənəm-mənəmlikdir. Əsil elmi yazıların, o cümlədən Əkrəm Şamxalovun “Nizami Gəncəvi ”Xəmsə" dibaçəsinin mövzu və təlimləri" adlı elmi işinin də rədd edilməsi məhz Monolitlə əlaqədardır.
Monolit-Akademiya münasibətini “Sən saydığını say, gör fələk nə sayır” deyimilə əlaqəsi var. Monolit həmin o fələkdir ki, Akademiyanın fəaliyyətini xəyanətə təhrik edib. Ə.Şamxalovun işinin “elmin tələbinə cavab vermir” deyən Ədəbiyyat Institutu Akademiyanın fəaliyyətini iflic edən Monoliti nəzərdə tutur.
Monolit məsələsi əsla bununla bitmir. Quran, məscid və sair dəyərlərimiz, irsimiz min illərdir ki, “cəmi rəmzi mənaları açıqla və cəmiyyətin ixtiyarına ver” harayında, təlaşındadır. Monolit - Iran Islam Kitab Ticarət Mərkəzi təsadüfən Akademiya ilə üzbəüz dayanmayıb. Bu Ticarət Mərkəzi şüurun, dəyər və irsimizin yolunu kəsib.
Elmlər Akademiyasının səlahiyyət və məsuliyyətini özünə qaytaraq və onu monolit təcavüzdən qoruyaq.
Dost olub arxadan zərbə vuranlar,
Nizamla xəyanət kəmin quranlar,
Gorumuz, gorlardan gora atdılar
Gordalar ucunda gor oynatdılar (Əkrəm).

2 oktyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 285-ci günü

***
XÜLASƏLƏR

Raffaello sözündən gözəllik salonları, parfümeriya adları kimi istifadə olunur. Azərbaycan cəmiyyətində hökm sürən xaos cəmiyyətin anlamadığı sözlərlə müşaiyət olunur. O sözlərdən biri də Raffaellodur. Raffaello sözündə Allah sözünün birinci hecası tərsinə, üzüquylu çönüb. Ikinci hecası isə dörd dəfə təkrar olunub.
Əflatun sözünün mənası primadonna deməkdir.
Diamed, yəni rədd olsun, dua, kişi və qadın.
Suprut. Separat cəbhələşməni ifşa edən mövzudur. Türkün spor və rusun sport sözü də eynilə.
Meridian sözünün mənası təlim, təsir vasitəsilə həyatiliyi məhv etmək mənasındadır.
Şekspir. Ingilis Bekon adından istifadə yoluyla Şekspir ətrafında vurnuxur. Şekspir sözü üç xaçın eyni mərkəzdə birləşməsi mənasındadır, yəni “üçü birində” reklamı. Bekon sözünün mənası qaban, donuz deməkdir. Qaban 10-lu çeşmə, donuz isə 10-lu atəş, od mənasındadır. Şekspirə istinad edilən əsərlər Nizaminin “Fəxrəddin Bəhram şah mülkünün sənası” mövzusuna aiddir.
Ingilisin Şekspir adlı klassiki yoxdur və olmayıb.
Səkkizguşə əyanilikdə dörd erməni xaçıdır. Yəni ikili Kəbə (kub). Səkkizguşəni, yəni Kəbənin ikili kubunu müqəddəsliyə qovuşdurmaq üçün onun hər bir xəttini sonsuzluğa qədər uzatmaq lazımdır. Bu zaman həmin səkkizguşənin guşələri itir və müqəddəsliyə qovuşur. Kəbə, kub, ulduz, xaç və sair guşəli rəmzlər fələyin kələf düyünləridir. Həqiqət rəmzi müəmmaların guşələr girdabındadır. Həndəsə, riyaziyyat dərslikləri əyaniliyə istinad edir, başdan-başa guşələrdən ibarətdir.
Moda guşə, guşə tuman
Ağıl, huşa yoxdu güman.
Gözdə pərdə, kəllə duman
Qarboçovun uşaqları (Əkrəm).
Candan mahaldı nəql edəsən eşq gövhərin
Seyyid, bu bir ərəzdir ki, öz cövhərindədir (Seyid Əzim Şirvani)
Qarabağ münaqişəsi ətrafında bir deyim xüsusilə vurğulanır: “Danışıqlar xatirinə danışığa getmirik”. Bu səhnəbazlıq nəyin xatirinədir, yəqin ki, söhbət separat koordinasiyadan gedir.
Qarabağ bölgəsi bir daha Bakıda bölgələşib. Hər biri də öz işğal gününü ayrıca qeyd edir. Qarabağın işğalında ərmən önə çıxıb, mısərmən-müsəlman isə arxaya. Xosro Ərməndə, Şirin Mədaində.

3 oktyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 285-ci günü

***
MƏDƏNIYYƏT VƏ TURIZM

Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Odur ki, cəmiyyət mədəniyyət və turizm sözlərinin mənasını bilsə, yaxşıdır.
Mədəniyyət sözü dini inkar, turizm sözü isə ruhaniyyətlər aləminə yönəlmək mənasındadır. Mədəniyyət sözüylə turizm sözünü yanaşı işlətmək balla duzu qarışdırmaq kimi bir şeydir.
Turizm həyatilik xassəsidir, mədəniyyət isə əksinə, dinin düşmənidir. Xəqaninin “Mədain xərabələri”ni yada sal. Mədinə şəhərinin memarlıq sirlərini öyrən.
Turizm sözü cəmiyyəti kainatın Qiblə yönümünə yönəldir. Kürreyi-ərzin Qibləgah mühitini tanıdır.
Mədəniyyət sözü isə cəmiyyəti Qiblə və Qibləgahdan azdıraraq dəhrdə sərgərdan qoyur.
Sərgərdan dolandıq, açaq gözləri,
Tamamən gözləri açalım gərək!
Kor olmuş gözümüz, batmış, qurumuş
Təpəgöz-kəlləgöz olmuşuq demək. (Əkrəm)
IFTAR. Əlif amillərinin tərəf-müqabili olan arif amillərimiz iftar deyə müsəlmana yem edilib, özü də mübarək Rəmazanda.
Yemi ət, kürkü, papaqsa dəridən sər, səri-sər.
Haşa insan, nə də heyvan ki, deyilmiş bu bəşər. (Əkrəm)
BIZNES. Kapitalın xörəyi yalnız qandır. Kapital qan sorduqca şişir, lakin doymaq bilmir. Biznes eynən kapital deməkdir, şişib korrupsiya həddinə düşür. Biznes zühur edən cəmiyyətdə din, dövlət və qanundan danışmağa dəyməz.
YƏHUD, ƏRMƏN, ISLAM TERRORIZMININ XASIYYƏTI. Dost olub, arxadan zərbə vurmaq, tülkü hiyləgərliyi, timsah göz yaşı, qəfil-qəda zərbə vurmaq, özünüreklam, paxıllıq, həyasızlıq, yalan, bolşevizm xaosu, dərəbəylik rejimi... Bütün bu xislətləri cəmiyyətə sırımaq üçün mütləq tibbi xəyanət və narkotikadan istifadə edilir. Cəmiyyəti və dini müalicə etmək üçün Hippokrat andı və narkotikadan imtina etməliyik.
***
Qibləgah mühitin və təbiətin əlvanlığını cəmiyyətin qatı qəniminə çevirmişik. Təbiəti sərhədlərə, cəmiyyəti millətlərə, ruhiyyəti dinlərə parçalamışıq. Əhədiyyət təlimi sərhədlərin, millətlərin, dinlərin, dövlətlərin büsbütün rədd edilməsini tələb edir. Bütün bu və ya bu kimi parçalanmalar insaniyyətliyi məhv etməkdən ötrüdür. Batini və zahiri hakimi-mütləq, yəni həyati qüdrət yalnız və yalnız insaniyyətlikdir. Hər kəsin öz-özlüyündə insaniyyətliyə sahib durması elə bu cəmiyyətin nicatı deməkdir.

05 oktyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 288-ci günü
***
DÜRDANƏ

Manyak rejimlər təbiəti məhv etməyin ən asan yolunu cəmiyyəti məhv etməkdə görürlər. Bunun üçün də cəmiyyətdə dəyər ölçüsü, dəyər meyarı olan türkü əsas hədəf götürüblər, yəni dürri-dürdanəni. Elə o vaxtdan “Durnalar” mahnısını oxuyuruq.
Həmin o ikili dürri-dürdanənin biri kürd, biri də türkdür. Türk və kürd mahiyyətləri dürdanənin mütləq ikili tərkibləridirlər. Kürd batini, türk zahiri, eynilə azər və əruz kimi. Dürdanənin ikili tərkibini təklədikdə hər iki tərəf vəhşiləşərək bir-birinin qəniminə çevrilir. Dürdanə məhv olduqda cəmiyyət də məhv olur, təbiət də. Parçalanmış Dürdanənin ikili tərkibi qaralı-ağlı, mənfili-müsbətli gümüşü halətdə olur, yəni boz. Boz isə dürdanənin təbii rəngidir.
Dürr parçalandıqda kürdlə türkün təbii vəhdəti, boz haləti ikili yırtıcı qurd vəziyyətinə gəlir. Beləliklə, cəmiyyətin dəyər meyarı, dəyər ölçüsü bütün dəyərləri için-için yeyir, ağacı qurd içindən yeyən kimi. Bu proses cəmiyyətdə musiqinin, mədəniyyətin, çal-çağırın, reklamın, biznesin və sairənin müşaiyətilə gedir.
Sahibi-zəman, yəni insaniyyətlik qeybə çəkilən andan cəmiyyət büsbütün olub bozqurd*.
Türkün bayrağı min illərdir ki, bu nadanlığı nümayiş etdirir. Min illərdir Quran bu fəlakəti car çəkir, amma islam görmür, kordur. Cəmiyyətlə təbiətin nicatı kürd və türkün, azər və ərmənin, eləcə də ərəb və əcəmin vəhdətindən, birliyindən və səmimiyyətindən asılıdır. Bu mühitə Qibləgah, Xudavənd mühit deyərlər. Bu mühitlərə münaqişə yox, münasibət gərəkdir. Belə dürdanə mühitlər hamıdan və hər kəsdən nəvaziş tələb edir. Münasibət və nəvaziş əhli olmaq üçün cəmiyyət islama yox, yalnız islam dininə gəlməlidir.
***
Həyatiliyin dəyər ölçüsü və dəyər meyarı var. Bu ölçülərə müvafiq olaraq qızıl dəyər ölçüsü kimi qəbul olunub. Dəyər meyarı olan qızıl tarixən pulun təcavüzünə məruz qalıb. Pul sözünün mənası dul deməkdir, istər erkək, istər dişi. Pul dəyər ölçüsü kimi həm özünü, həm də qızılı abırdan salıb. Pul, qızıl, gümüş və sair madiyyət dəyər ölçüsü ola bilməz. Təbiət və cəmiyyətdə insan dəyər, dəyər ölçüsü və dəyər meyarına sahib durmalıdır, yəni insani münasibətlərə*.
Mənəviyyatını pullar ilə ölçən var imiş,
Səmavo-dünyəvo-aləm başımıza dar imiş.
Nə ki var hər zadımız pullar ilə hərracıda
Pulumuz ölçülər, əndazəmizə meyar imiş.
Zəri-zərinələrim, yahu, dəyər ölçüsüdür,
Zəri-zinnar zərə, həm zərrələrə əğyar imiş. (Əkrəm)

6 oktyabr, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 289-cu günü
***
XÜLASƏLƏR

“Sona bülbüllər”. Dünyəvi din və dövlətlər tarixən vahid bir Separat qurumda birləşir. Bu qurumlararası münaqişə və mübahisələr olmayıb və yoxdu.
Dünyəvi din və dövlət faktiki olaraq eyni bir mexanizmin tərkib hissələridir. Praktiki şəkildə isə dünyamız özü boyda bir səhnə, din və dövlət başqanları aktyor, ssenari müəllifi isə Separatdır. Burada adamın ürəyindən “Sona bülbüllər”i oxumaq keçir.
Ömrü sona yetmiş din və dövlətlər öz qazdıqları quyuya düşüb. “Tülkü-tülkü-tünbəki” oyunu oynamaqdan özgə çarə qalmayıb. Həyatiliyin hökmü belədir. Separat qurumun din və dövlət deyimli tərkibləri özünüdərkə məhkumdur.
Hazırda Iran Islam-terror rejimi özünü dünyəvi təcavüzə hədəf edib.
Dünyəvi təcavüzün əsas hədəfi isə Qiblə və Qibləgah, Yaxın və Orta Şərqdir.
Separat terror rejimləri özünü aşkarlayıb. Bu səbəbdən Separatın da, təbiət və cəmiyyətin də nicatına ümid var. Için-için özünü yeməkdənsə, için-için özünüdərk məsləhətdir.
***
Rəmazan sözü rəmz sözünün 4-lü cəmlər cəmidir. Yəni rəmz-ramiz - rümuz - rəmazan. Söhbət camı-cəm vəhdətindən gedir.
***
Məscid, kilsə, ehram, eləcə də Quran və sair dəyərlər “insan, rəmzi mənaları aç və dərdlərə dərman et” deyir. Monolit və kurator sözləri isə deyir: açma, ört-basdır et.
***
Ali Yaradan deyir: Oruc mənəm. Mənəm yalnız cəmi, dərdlərə dərman. Insan, ağlını niyə unutmusan!? Bir gör nəylə məşğulsan?! Insan, ənənəvi qazan xörəklərindən imtina et, özünü yandırma, məni də yandırırsan.
***
Elit ticarət və əyləncə kompleksi binasının önünə QUEEN yazılıb. Bu söz nə deyir?
***
Laomumann müəmması həyati qüdrətin 4-lü cəm formasının inkarı mənasındadır, proletariat da həmçinin.
***
Qurban kəs, yəni öz sevgilindən can əsirgəmə. Namaz qıl, yəni ağıla gəl. Ibadət et, yəni mülayim ol.
***
Zaks və kəbin, nigah və təlağ ailə dağıtmağa və insan oğurluğuna xidmət edir. Məhəbbətə müdaxilə olmaz.
***
Hərbiçinin peşəsi insan öldürmək, hərbin təbliği isə ölüm təbliğidir.
***
Tolerant. Beynəlxalq dairələrdə Islamı tolerant dini adlandırırlar, yəni terror dini.
Terrorla din uyuşmaz.

9 oktyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 292-ci günü
***

XÜLASƏLƏR
Papaq, yəni ağappaq arvad. Ona görə də papağa namus deyirlər.
Arvadı başa çıxartmışıq. Başımızın sahibi etmişik. Kişi arvadı başına çıxartmaz. Arvad kişinin yanında olar.
Islam aləmi, ələlxüsus ərəb özünü kişilikdən məhrum etdiyinə görə ləçək bağlayır. Kişi mənəviyyatını itirəndə olur erkək arvad.
Xaçın, qarşıdurmanın, şüddət və tüğyanın xroniki halətinə aid olan beynəlxalq söz və rəmzlər var.
Lyuks iki xaçın eyni mərkəzdə birləşdiyini göstərən sözdür.
Lyuksun zərərlilik dərəcəsi adi qaydadan ikiqat artıqdır. Lyuks rəmzi əsasən ərzaqda istifadə olunur.
Ekstra sözü üç xaçın eyni mərkəzdə birləşdirilməsini görk edir. (eks-xaç, tra-tri)
Eksperiment, yəni iki xaçın birliyi.
Eksprezident, yəni gizli fəaliyyətə keçən prezident.
X tans - onlu xaç.
Cəmiyyətdə xaç əxlaqın yeritmək üçün narkotikadan geniş istifadə olunur.
Xətti hərəkət. Bizə elə gəlir ki, yollar əyanilikdə birləşir. Lakin bu aldadıcıdır. Nə xətt kəsişir, nə hərəkət. Dünyamız əsrlərdi xaçpərəst olub.
Xaçaturyan türklə kürdün baş-başa gəldiyini, bir-birini məhv etdiyini göstərən sözdür.
H (haş) - dan xaç, xaş düzəltmişik. Xaş yeyib özümüzü yandırırıq, yəni xaça çəkirik.
Hərəkət tərzimizi tərzi-nücumi - həmvar,
Tərzi xəyyamımızı əyyamilətməliyik.
(Əkrəm)

10 oktyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 293-cü günü
***

XÜLASƏLƏR

Örtülü bazar dostluğu pozar. Mətbuatda, televizor və radioda səlahiyyət sahibləri cəmiyyətin anlamadığı sözləri çox işlədirlər. Bu sözlərdən biri də jurnalistikaya nisbət deyilmiş diffamasiya sözüdür.
Diffamasiya sözü madərşahlıq termini olub ikili arvad mafiyası mənasındadır. Bu sözün ikili dişi əffi ilan mənası da var.
“Həqiqət acı olar” deyilib. Əffi ilanın öldürücü zəhəriylə jurnalistin doğru sözü arasında fərq var: bu da çalır, o da çalır. Biri var ilan çala, biri də var jurnalist çala. Jurnalist elə zurnaçı deməkdir, özü də müstəqim mənada. Odur ki, doğru sözə - jurnalist sözünə zaval yoxdur.
Bildiyini danış, bildiyini yaz. Bilmədiyini isə öyrən. Söz deyənin dilinin başıyla əlaqəsi olmalıdır.
Nitq mədəniyyəti deyilən mətləbdən uzaq düşmüşük. Diktor və aparıcılarımız nöqtəsiz, vergülsüz, nəfəsin dərmədən danışır.
Cəmiyyətə çıxış mədəniyyət tələb edir. Məsuliyyəti anlamadan istər-istəməz cəmiyyəti təhqir alətinə çevrilirik. Açıq, sadə, təmkinli yazıb danışmaq lazımdır. Örtülü bazar dostluğu pozar.
Cəmiyyət mətbuatdan imtina edib. Onu televizordan da imtina məcburiyyətində qoymayaq.
Reklam. Anlaşılmaz sözləri sadalamağa dəyməz. Bu sözlər kütləvi şəkildə reklam kimi yayımlanır. Buna deyərlər reklam söz təcavüzü.
Təcavüz şakəri. “Ermənistanın Azərbaycana təcavüzü davam edir” şakəri olub dilimizin əzbəri, ağzımızın saqqızı, uşaqlarımızın “xoxu”su.
Təcavüz sözü deyəsən, çox xoşumuza gəlir. Axı biz qılınc müsəlmanıq. Zopa dəyməsə, bitmərik. Odur ki, təcavüz sözü olub şakərimiz, dilimizdən düşmür. Bu sözü ingilis dilinə çevirib müsəlmanı dünyada bədnam etişik. Ümid var ki, müsəlmanın sonrakı ağlı başına gələ.

11 oktyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 294-cü günü
***
HƏDİS XÜLASƏLƏRİ

Soyqırım. Din və dövlət rejimləri soyqırımdan bir tiryək kimi istifadə edib cəmiyyətin heysiyyatını zorlayır, onun əsəbləriylə oynayır.
Su-suy-sey-say-soy. Axar-baxarlarımızın bu dördlü haləti dördlü həyati ünsürlər olan su, hava, od, toprağa aiddir. Soyqırım deyəndə söhbət həmin bu 4-lü həyati ünsürlərin məhvindən gedir.
Cəmiyyət büsbütün soyqırıma təhrik edilib. Bu mövzuda danışmaq, doğrunu yazmaq yasaqdır.
Soyqırım suların, axar-baxarların fəryadıdır. Soyqırım, yəni suların, axar-baxarların məhv edilməsi deməkdir. Bu məqsədlə ximikat və çirkablar təmizlik reklamıyla sulara axıdılır. Suların dirilik xassəsi itir. Dirilik suları ölüm sularına çevrilir.
Çirkabların sulara axıdılması, meşələrin yandırılması, təbii sərvətlərin istismarı, texniki tərəqqi, nüvə sənayesi, müharibə, terror, qəssablıq, kriminal, qaynar qazan xörəkləri, dönər və sairə soyqırım mövzusudur.
Soyqırım məmur, deputat, hökmdar söhbəti deyil, təbiət və cəmiyyətin söhbətidir. Soyqırımın əsas hədəfi Türkiyə, Qafqaz, Xəzər, Ərəb və Fars mühitləri, eləcə də ərzimizin ekvatoriyasıdır. Soyqırım məsələsində dünya dövlətləri türk mühitinə diqqət və himayə etməlidir.
Soyqırım ayrı-ayrı millətlərin yox, dünyanın problemidir. Bu problemin həlli ətrafında dünya dövlət və dinləri mütləq birləşməlidir. Əks həqdirdə bütün fəaliyyətimiz soyqırıma - dünyanın məhvinə xidmət edir.
Soyqırım adı altında aparılan kompaniyanın özü elə soyqırımdır.
Soyqırım məsələsində silah, zor yox, ağıl, təlim, tədris önə çıxmalıdır.
Soyumuz-sopumuz vahiddir, qırılmazdır. Bu səbəbdən həqiqət nazilsə də, əsla üzülməz.
Sanksiya. Şimali Koreya nüvə bombasından istifadə edəndən sonra ABŞ və sair dövlətlərin qəzəbinə tuş gəldi. Mərkəzi Kəşfiyyat Idarəsini tanımırmış kimi sanki məsələdən gec xəbər tutan. Amerika daldan-dala Şimali Koreyanı sanksiya ilə “hədələdi”.
Sanksiya, yəni səngi-siyah, qara daş.
Sanksiya, yəni bir daş altdan, bir daş üstdən. Məsələni qapayın, Şimali Koreya sözə baxmır, müstəqil dövlətdir, ağlı çaşıb, sərxoşdur.
Sehirli xalat. Aydın məsələdir ki, hər hansı hakimiyyət cəmiyyətə qarşı zor aparatıdır. Məsələnin çətin və anlaşılmaz tərəfi bu zorakılığı pərdələmək və hətta onu reklam etməkdən ibarətdir. Nağıllarda “Sehirli xalat” deyilən bir söhbət var. Sehirli xalat geyən görünməz olur. O hamını görür, amma onu görmürlər. Hərbi, polis, həkim, dəmiryolçu, idman və sair formalar sehirli xalat prinsipinə söykənir. Bu formalar, yəni zorakılıq olur görünməz, tanınmaz və toxunulmaz.
Forma geyənlər isə təxribata təhrik edildiklərini nümayiş etdirirlər. Sehirli xalat üsulu ilə zorakılıqlara geniş meydan verilir. Ölkə də olur zorxana. Fikrətoğlu buna neynəsin.
Hədis həvadis, hadisə, hadisələr deməkdir. Necə ki, xülasələrdə sadalanır. Hadisələri doğru-dürüst öyrənib bilsək, dünyanı hansı fəlakətlərə saldığımızı da bilərik.
“Inqilabi - adəm və həvadisi - aləm” Nizami mövzusudur.

16 oktyabr 2006, Sahibiz-Zəman əbədiyyəti barpasının 6-cı ili 299-cu günü
***

HƏDİS XÜLASƏLƏRİ

Hazırda Iraqın milli və dini təriqətlərə parçalanmasına ciddi-cəhd edilir. Bəs hanı islamın din birliyi?!
Minarə. Min illərdir bəşəriyyət Qurana kor baxdığı kimi tarixi abidələrə də kor baxır. Çünki Minarənin memarı olan Simnar əli-qolu bağlı elə tikdiyi minarədən başıaşağı atılaraq olub sim-sim. Minarə isə “alışdım, yandım” harayıdır.
Cəmiyyətə çıxan memarlıq nümunələri, rəsm və incəsənət əsərlərinin sadə, aydın izahı olmalıdır. Əks təqdirdə mənəviyyatımız zorlanır.
Istefa siyasətinə idmanda estafet oyunu deyərlər.
Dövlət çevrilişi deyimi əslində duanın, türkçülüyün bərpasına cəhd deməkdir. Dövlət çevrilişi ictimai-siyasi anlamda isə rejimdaxili kompromat oyundur, estafet oyunu.
Dövlət və millət Ali Yaradanın ikili tərkibinin inkarı mənasındadır.
Dövlət və millət sözləri Nəsran Separatın iki qoludur, birinci müzəkkər, ikinci müənnəs, yəni kişi-qadın, mənfi-müsbət, qara-ağ, batın-zahir. Həyati meyyarı təcəssüm etdirən bu kimi sözlərin sonuna əlavə edilmiş lət əlaməti ikili nurun, dürrün, dəyər meyyarının, dəyər ölçüsünün rədd edilməsinə işarədir. Dövlət və millət sözləri qoşalı dünyəvi sos, təhlükə mənalarını görk edir. Biz dövlət və millət sözlərini dərk edib həyatiliyin, təbiət və cəmiyyətin düşdüyü fəlakəti anlamalıyıq; bütün fəaliyyətimizi həyatiliyə uyğun tənzimləməliyik. Dəxi dövlət və millət kimi təbiətin fəryad nidalarını mənimsəyib doğmatik olaraq cəmiyyətə tətbiq etməməliyik. Dövlət təhlükəsizliyi və dövlət çevrilişi sözləri yuxarıda deyilənləri təsdiq edir. Yəni cəmiyyətə dövlətçilik üsul-idarəsini tətbiq etmək olmaz.
Ilkin ikili həyati baisliyi təbiət və cəmiyyətin məhvi alətinə çevrmək olmaz.
Qafiyə düzənlər sözlərlə həmin,
Yaxdı xəzinəsin iki aləmin.
***
Ikili yaranmış varlıq əzəli,
Şəkkərli, şirinli, dadlı, məzəli.
(Nizami, tərcümə: Əkrəm)
Insan cəmiyyətinə millət, idarəçilik qurumuna da dövlət deməzlər.
Ərzaq məsələsi dövlət rejimlərinin manapoliyasından çıxarılmalıdır. Rejimlər ərzaqdan gizli silah kimi istifadə edirlər.
Televiziyanı reklamın əlindən almalıyıq, yoxsa evimizdəcə təhqir və soyqırım hədəfiyik. Reklam kütləvi qırğın silahıdır.
Soyqırımdan tarixən milli ədavət aləti kimi istifadə olunub və olunur.
Moskva sözünün mənası erkək arvad deməkdir. Əfqanlar buna mordeqav, yəni ölü öküz deyirlər.
“Mən ekstra ordinaram” reklamı deyir ki, mən üçlü xaçlar girdabında yanıram.

17 oktyabr 2006, Sahibiz-Zəman ədəbiyyatı bərpasının 6-cı ili 300-cü günü
***

ŞÜUR AHƏNGİ
(narazmışlenie)

Kainatda, eləcə də insanda şüur və ruhaniyyət axarının istiqamət və ardıcıllığı aşağıdakı üçlü halətdədir:
1. Təhtəşşüur - şüuraltı, 2. Fövqəlbəşər - ali yaradılış, 3. Fövqəşşüur - şüurüstü, ali yaradan.
Insanın nitqi, hərəkəti, yaradılıcığı dövrədə təhtəşşüurla gerçəkləşir. Insan və onun məsuliyyət və səlahiyyəti təhtəşşüur hasilidir ki, buna da ilahi vergi deyirlər. Belə bir dəyər sahibi olan insan özünü dərk edərsə, kainatın ali yaradılışı olan Günəşi - onlu günəşlər sisteminin ən kiçik foks nöqtəsini, yeddili risaləti - 7 qardaşın bir bacısını, fövqəlbəşər rast məqamını tanıyar. Bundan sonra əyani Allahın dərki hasil edilir, dərhal da insan 7-li fələklər aləmiylə həmahəng qeybətə - ali yaradan məqama, gözəgörünməz Allah məqamına, yəni kainatın enerji potensialı olan ali həyati qüdrət məqamına, fövqəşşüur məqamına yetişir. Belə bir vahid üçlü təbii halətə uyğun olaraq kinatda əsla enerji itmir, bir şəkildən başqa şəklə keçərək həyatilik axarını təmin edir. Soyqırım əməllərimizin nəticəsində isə enerji bir şəkildən başqa şəklə çevrilmir, itir; təbiət də məhv olur, cəmiyyət də. Tövbə. Ya Həqqəl - mövcud.

Demokl qılıncı rədd eylə, Xuda,
Qərq eylə aləmi kuhisər suda.
Allahla bəndəlik münasibəti
Demokl qılıncı kəsibdir qəti.
(Əkrəm)

19 oktyabr 2006, Sahibiz-Zəman ədəbiyyatı bərpasının 6-cı ili 302-ci günü
***
MAQNİT SELİ

Təbii fəlakət deyiminin ikili tərəfləri mənaca bir-birinə yad olan sözlərdir. Yəni fəlakət sözü lüğəvi mənada təbiət sözünə yaddır, biganədir. Bu sözlərin bir yerdə işlənməsi deyir ki, insan sözünün və əməlinin sahibi deyil. Bu səbəbdən də islam demişkən Sahibi-zəman qeybə çəkilib. Bu söz həm yalandır, həm də doğru; ona görə ki, Sahibi-zəman yeri əbədən qeybətdir. Biz insanlarsa qeybətdə olan Sahibi-zəmanın görküyük.
Oruc tut, yəni qeybətdə olan Sahibi-zəmana yön tut, ün tut - deyirik. Bunu bacarmasaq, təbiətimiz də, özümüz də fəlakətlər girdabına düşərik, necə ki düşmüşük.
Təbii fəlakətlərin ayrı-ayrı adları mahiyyətcə bütün fəlakətləri ümumiləşdirən sözlərdir, yəni eyni mənalı müxtəlif sözlər - sinonim.
Təcrid. Ilkin ikili həyati amillərin təcridi əyanilikdə ilkin fəlakət törədir. Bu fəlakət ondan ibarətdir ki, təcrid amillər həyatda irs qoymadan dünyalarını dəyişirlər. Təcrid eşqin qayçısıdır. Elə təkcə təcrid həyatiliyin məhvini büsbütün təmin edir. Əgər bunu yüzbəyüz həyata keçirmək mümkün olsaydı, onda təbiət və cəmiyyətin məhvi üçün silsilə xəyanət əməllərinə ehtiyac qalmazdı.
Hava haqqında məlumatlarda maqnit seli barəsində danışılır. Bu mövzu elə eşq dediyimiz mövzudur. Eşq mövzusunda hər zərrənin özünün təbiətdə xüsusi tərəf-müqabili var. Belə olduğu halda maqnit selinin mənası bizə nə deyir? Bu suala cavab vermək üçün maqnit və qasırğa sözlərinin məna çalarlarını açıqlamalıyıq. Fiziki termin kimi işlətdiyimiz maqnit sözü magiya-mafiya deməkdir, yəni erkəkli, dişili təcridi amillərdir.
Bəs qasırğa nə deyir? Sadəcə cavab versək, qasırğa sözündə qısır, qarı, qarğa, sırğa kimi mənalar gizlənib.
Insanın təbiətdə yaratdığı fəalkətlərdən birinin adına deyərlər qasırğa: su qasırğası, hava qasırğası, od qasırğası, topraq qasırğası. Maqnit seli mövzusu 4-lü həyati amillərin birgə fəlakətinin nəticəsidir ki, bunu hava bürosu hər gün hava haqqında məlumat kimi yayır. Maqnit seli söhbəti təkcə hava haqqında söhbət deyil. Maqnit seli mövzusu dünyəvi SOS-dur. Suyumuz da sırğalı qısırdı, havamız da, odumuz da, toprağımız da. Bu yerdə deyərlər, ölünü qoy, dirini ağla.

21 oktyabr 2006, Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili 303-cü günü