Elektron kitabxana

Şerim - həyatım mənim

İsmixan Yusubov

MÜƏLLİF VƏ KİTAB HAQQINDA

1945-ci ildə Ağstafa rayonunun Poylu kəndində Allahverənli Məhəmməd Abdulla oğlunun ailəsində anadan olmuşdur. Anası Anaxanım Məhəmməd qızı əslən Qazaxın İşıxlı kəndindəndir.
Uşaqlıq illəri, atasının meşəbəyi olduğu, Ağstafa çayının sahili boyu uzanan Poylu və ya Əfəndi meşəsində, təbiətin qoynunda keçmiş, ilk müəllimi atası, ilk ayaq açdığı ictimai bina məktəb deyil, Poylu kənd kitabxanası olmuş və qismən də bunun nəticəsi olaraq 50 il boyunca elmin müxtəlif sahələrinə aid 5000-dən çox kitab toplaya bilmişdir.
1952-62 illəri arası Poylu orta məktəbində, 1962-64 və 1967-70 arası BDU (o zamanlar ADU)-nun mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1964-67 illərində Moskva şəhərində əsgəri xidmətdə olduğu zamanlar, əsgər yoldaşları əsasən latışlar olmuş (İvar Elerts, Aqris Redoviç, Andris Betxers, Andrey Kulikovski və s.), onlarla olan əlaqələri əsgərlikdən sonra da davam etmişdir.
Tələbə və əsgərlik illərinin ən yadda qalan xatirələrindən biri, onun dəfələrlə birinci olduğu klassik və sərbəst güləş yarışlarıyla bağlıdır (məşqçiləri Bakıda - Rasim Rəsulov və İnqilab Novruzov, Moskvada isə Kolmanovski və Yeqorov olmuşlar). Başqa bir xoş xatirə, ikinci kursda olarkən, rəhmətlik Səidə Mahmudovanın təklifi ilə hazırladığı və Ümumuniversitet konfransında (1964) təqdim etdiyi “Adi differensial tənliklərin periodik həlləri” adlı məruzəsi ilə bağlıdır. O zaman respublika riyaziyyat cəmiyyətinin ağsaqqalları sayılan Əşrəf Hüseynov, Maqsud Cavadov və Qoşqar Əhmədov kimi alimlər onun bu çıxışma xeyirxahlıqla yanaşaraq, təqdir və təşviq etmişlər.
1970-ci ildə məzun olduqdan sonra, bir il Cəlilabad şəhər 7 nömrəli Beynəlmiləl məktəbində riyaziyyat və fizika müəllimi olaraq, tələbə dostu Səmədağa Abdullayevlə bərabər fəaliyyət göstərmişdir. Bu dövrün ən parlaq hadisəsi isə, sinif rəhbəri olduğu 9A sinfinin qalan bütün siniflərin birlikdə topladıqları qədər pambıq toplamaları olmuşdur. Beləliklə məktəbə gələn “Tərifnamə”lərin demək olar ki, hamısı 9A sinfinə, bir dənəsi de sinif rəhbərinə verilmişdir.
1971-74 illərində Universitetin fizika fakültəsinin riyaziyyat kafedrasında aspirant, 1974-81 illərində müəllim, 1981-89 illərində baş müəllim, 1989-93 illərində isə dosent olaraq fəaliyyət göstərmişdir. Bu dövrdə Hamlet İsaxanlının təşəbbüsü və yaradılan və rəhbərlərindən biri olduğu "Operatorların ədədi oblastı" adlı seminarda aktiv iştirak etmiş və 1983-də "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bu işlərində, o, kafedra əmək-daşlarım, xüsusən də Məzahir Pənahovu və tələbə dostu Fərhad Hüseynovu daim yanında hiss etmişdir.
1991-2004 illəri arası iş yoldaşı və yaxın dostu Məzahir Qulam oğlu ilə birlikdə "Ehtimal nəzəriyyəsinin elementləri”
1-ci və 2-ci hissə, "Riyazi fizika tənlikləri üçün qoyulmuş tipik məsələlərin həllinə dair metodiki göstəriş”, “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən məsəl həllinə dair rəhbərlik və çalışmalar” və “Xətti cəbrin əsasları” adlı kitabları yazmışdır.
1988-1993 illərində Azərbaycan Xalq Cəbhəsi hərəkatında iştirak etmiş, Fizika fakültəsi və Universitet Xalq Cəbhəsi idarə heyətlərinə seçilmişdir. 1989-cu ildə öncə "Molodost", sonra da Hüseyn Əfəndinin tərcüməsində "Gənclik" jurnallarında (redaktorları Məmməd İsmayıl) çap olunan Qarabağ münaqişəsinə həsr olunmuş "Dosta məktub" adlı məqaləsi geniş əks-səda doğurmuş, Bəxtiyar Vahabzadə "Şənbə gecəsinə gedən yol" adlı kitabında bu məqalədən təqdirlə bəhs etmişdir. Daha sonra rəhmətlik Yusif Səmədoğlunun təkidi ilə müəllif tərəfindən azəri dilinə çevrilən "Məktub" 1990-ın 19 Yanvar qırğınından sonra, Aprel ayında, eyni zamanda hər iki dildə nəşr olunmuş, respublika daxilində və xaricində yayılmışdır (Qarabağa Yardım Cəmiyyəti Firudin Abbasovun şəxsində 800 kitab alıb, lazımi ünvanlara göndərmişdi).
1993 ilində BDU rektoru Səməndərov Firudin tərəfindən Türkiyənin Van şəhərində yerləşən "Yüzüncü Yıl" Universiteti ilə əməkdaşlıq protokolu imzalayacaq olan nümayəndə heyətinin tərkibində Türkiyəyə ezam olunmuşdur. Və həmin ildən başlayaraq elmi-pedaqoji fəaliyyətini əvvəl Kocaeli Universiteti, Özel Seymen Eğitim Kurumlarında, hazırda isə (2000-ci ildən) Sakarya Universitetində davam etdirməkdədir. Türkiyədə işlədiyi Ulər ərzində, əvvəllər ara-sıra yazdığı şerlər artıq onun həyatının əhəmiyyətli bir parçasına çevrilmişdir.
Yadda qalan illəri: 1962 - Universitetə qəbul; 1967 - Əsgərlikdən dönmə; 1970 - Anasının vəfatı; 1976 - Ceyran xanımla evlilik; 1977 və 1979 - Oğulları Araz ve Seymurun təvəllüd illəri; 1983-Namizədlik dissertasiyası müdafıəsi; 1990 - Yanvar Qırğmı və Atasının vəfatı; 1991 - Müstəqillik qazanma; 1999 - Oğlu Arazın BDU-nun "Tətbiqi Riyaziyyat və Kibernetika" fakültəsində müəllim olaraq işə başladığı il; 2003 - Kiçik oğlu Seymurun TUS-u qazanaraq Hacettepe Universiteti Tibb fakültəsinin KBB bölümündə asisstent olaraq işə başlaması.
Bütün bu olmuş və gələcəkdə olacaq işlər İsmixan müəllimə görə göydə Allahın, Yerdə də xeyirxah insanların yardımları ilə olmuşdur və onların hamısına şükran borcu var. Ən böyük şükran isə, təbii olaraq, həyat yoldaşı və övladlarının anası Ceyran Əbdüləzim qızma aiddir. İsmixan müəllim həmçinin, bir alim kimi yetişməsində, həb məktəbə getmədiyi illərdə onunla maraqlanan və 2-ci sinifdə oxuyarkən, onu özü ilə 10-cu siniflərin alman dili dərsinə aparan, mərhum dilçi alim Vaqif Aslanovun rolunu xüsusi olaraq vurğulayır.
Bu kitabda toplanan şerlərə gəlincə, onlar əsasən şəxsi xarakter daşısa da, məntiqə dayalı didaktik yönü ilə diqqəti çəkir və ümid etməyə əsas verir ki, potensial oxucu üçün ən azından xeyirlərə vəsılə ola bilər.

BÖCƏK


Bu gün bir "Allah İnəyi" böcəyini
Hörümçəyin əlindən aldım.
Qorxunc jonqlyor oyunlarıyla
Yazıq qurbanı bərk-bərk sarıyıb
Bir bələk halına saldığı anda.
Böcək üçün ölümlə həyat
Bu qədər yaxın,
Qarşı-qarşıya duranda.
Hörümçəyin ağzı və mə'dəsi
İyi almış ov tulası kimi
Hanı-hanı deyib soranda,
Tam o anda.
Yekəcə bir dava saldım,
Qurbam Qatilin ağzından aldım.
Çünki, daha öncə onu
Tora tərəf yürüyən görmüşdüm.
Və heç bir xəbərdarlıq etmədən
Xəyalımda ona matəm çələngi hörmüşdüm.
Günahkardım qarşısında.
Bətayini açdım
Və qaranlıq dünyasına işıq saçdım.
Bir müddət sonra qorxusu keçdi,
Uçub getdi.
Və çox yə'qin, qurtuluş üçün
Yaradana şükür etdi.
Hörümçəyisə öldürdüm.
Allah günahımı bağışlar
Və iman gətirənlərin üzünü
Artıq neçənci dəfə olaraq
Güldürdüm.

İzmit, 08.11.1997

İKİ KOMŞU


Huzur ve zenginlik almak ve
yığmakln değil, iman ve gözüpeklikle olur.


Sen diyorsun ki,
Bu gün komşudan ekmek,
Yarın kibrit,
Obür gün tuz
Alıcam.
Böğlece kanaat edip,
Zengin olucam.
O ise diyor ki,
Bu gün, yarın, o bür gün
Komşunun istediği
Ekmek, kibrit ve tuzu
Vericem,
Böylece komşuluk borcunu
Ödemiş olarak,
Savab sahibi olub,
Nicata ericem.


Izmit, 12.06.1999

 

MƏNİM DƏRDİM


Yer üzünü dolaşıb məşhur olan bir səyyah
Söylədi: "Ey insanlar, edin siz məni agah,
Bu dünya evinə ki, bir dəfə gəlirsıniz,
Nədən gəzib hər yerin görmək istəmirsiniz?"
Duyunca bu sözünü səsləndim tez oııa mən,
Xeyr, bu deyil dərdim, bu deyil məni üzən.
Olsa da hər bir insan sirlə dolu kəhkəşan,
Maraqlanmır onunla qonşusu olan İnsan.
Yalandan salara verib, quru bir aleyk alar,
Açmaz qazanın ağzın, uzağı çölün yalar.
Məni üzən odur ki, qardaş olan insanlar,
Bir-birinə qarşı qar, daş ürəkli oldular.
Kimsə oxumur artıq kimsənin kitabını,
Eşitməz olduq hətta imamın xitabını.
Mənim dərdim bax budur, olmaz daha böyük dərd,
Künc-bucağı tərk edib, gəlin, olaq meydangərd.

Sakarya, 13.12.2001

 

 

 

 

 

 

QƏRINƏ

 

 

Tam bir qərinə keçdi Anamın ölməsindən,
Sonsuz uzaq düşdüyüm "Can!" deyən kəlməsindən.
Tam bir qərinədİr ki, yaşayıram Anasız,
Könül bağçam Bulbülsüz, can göllərim Sonasız.
Tam bir qərinədir ki, çıxmış uzaq səfərə,
Hərdən xəbər göndərir oradan bir nəfərə.
Tam bir qərinədir ki, bu bir nəfər dolaşır,
Guya qayğısı çoxdur, işi başmdan aşır.
Tam bir qərinədİr ki, yalan söybyir Adam,
Hay versin çağırana, işi bitibsə madam.
Tam bir qərinədir ki, odla su arasmda,
Yalan çirkin, doğru acı-qalıbdı arasında.
Tam bİr qərinədir kİ, gct deyirəm, getmİrəm,
Qoİbirn dediklərinə, düzgün əməl etmirəm.
Tam bir qərinədir ki, İsmixan yaralıdır,
Heç deyən yox, "A qardaş, bu yara haralıdır?"

 

Sakarya, 25.03.04

 

 

 

 

 

YAMAQ



Çox yamaqlar gördüm mən
Uzadılmış ömrümdə:
Ağ şalvara - qara yamaq,
Arxalıya - yersiz dayaq...
Və sairə və ilaxir,
Hamısı da bax bu sayaq.
Qiyam zəfər çalınca,
Adı olur İnqilab.
Yamaq "yamaq" olmazdı
Düşsəydi yerinə bab.


İzmit, 07.02.1998

FİLANKESİN KIZI, LORD VE KÖPEĞİ


Korkan göze çöp düşer


Filankesin kızına "Bu kızın parmağınm
Eğri baktı diyerek Lord köpeği ağzında
Kestiler Lordun başın, Söyle ne işi varmış ?!"-
Bir tık diyen olmadı. Fısıltısı artınca,
Filankesin kızının Tazminat davasıyla
Parmağını koparan İş çıktı mahkemeye.
Köpeğe deymediler, Lordun yakınlarıydı
Lordun itidir diye. Orda jüriye üye.

İzmit, 01.04.1999

ÇƏRXİ FƏLƏK

Keçmiş zamanlardan çatmışdır bizə,
Bizim çox qarışıq zəmanəmizə,
Kiçik bir nağılcıq, bəlkə yalandır,
Lakin yaşayır o xeyli zamandır.
Elə bu yaşarlıq haqq verir ki, mən,
Söhbət açım sizə bu hadisədən...
Bir vaxt şah çıxmışdı öz ə'yanıyla,
Gəzib, səs salırdı günəşə, aya.
Həm var, həm gözəllik, həm hökmdarlıq,
Atalar demişkən, vara nə darlıq.
Odur keyf edirdi yoldaşlarıyla,
Danışıb-gülürdü dostu-yarıyla.
Bu dəm lap uzaqdan bir toy göründü,
Musiqi səsinə aləm büründü.
Şahlara yaraşan bu toy karvanı,
Çox böyük marağa saldı xaqanı.
Dedi ki, qoy gəlin üzünü açsın,
Yerlərə-göylərə qoy işıq saçsın.
Rübəndi qaldırdı o mah camallı,
O, mərmər sinədə cüt qara xallı.
O, püstə ağızlı, mirvari dişli,
O, maral duruşlu, ceyran yerişli.
Qaldırdı başın o, qaşları kaman,
Kipriyin hər biri sanki bir peykan.
Bir qədər mat qalıb, danışmadı şah,
Gözəllik önündə susdu qibləgah.
Sonra öz başının adamlarına,
Bu toyun-büsatın adamlarına,
Dedi: "Ay camaat, qoy deyim bilin,
Bu cahi-cəlala yaraşır gəlin.
Var-dövlət ərişdir, gözəllik arğac,
Başqa heç bir şeyə yoxdur ehtiyac".
Xaqan bu sözləri söyləyən zaman,
Gəlin bu sözləri dedi ucadan:
"Üzr istəyirəm, böyük hökmdar,

Babamın dedikləri

Ancaq çatışmayan düz iki şey var".
Nə qədər etdisə tə'kid bizim şah,
Ki, eylə bu sirdən gəl məni agah,
Vermədi cavabı o mah camallı,
Şah ayrıldı ondan xeyli məlallı.
...Keçdi bu söhbətdən bir xeyli zaman,
Padşah unutmuşdu bu işi tamam.
Yenə də çıxmışdı ə'yanlar ilə,
Sədəqə verirdi yolda saılə.
Gördü ki, oturmuş yolda bir qarı,
Pərişan tökülmüş dümağ saçları.
Önünə cır-cındır bir süfrə salmış,
Sədəqə dilənir, xəyala dalmış.
Sanki şahı çəkdi gorünməz bir əl,
Atdı o, süfrəyə qiymətli bir ləl.
Baxıb şahənşaha o qarı bir an,
Dedi ki: "Sözüm var, hökmdar, dayan.
Bir vaxt tə'riflənmiş gəlin mən idim,
Yelkənim toxundu daşa, nə edim.
İki şey çatışmır dedim o zaman,
İndi söyləyirəm, qoy olsun əyan.
Qonşudur dünyada hər şey əzəldən,
Ələ gəlir bə'zən, gah gedir əldən.
Daim keçicidir sevinc də, qəm də,
Yaddan çıxar tezcə ah da, ələm də.
Çatmırdı o zaman çəkic və mismar,
Ki, fələk etməsin evim tarı-mar.
O çərxi-fələyin təkərini mən,
Mıxlardım, bir daha üyütməsin dən.
Onda fırlanmağa olmazdı qail,
Edə bilməzdi həm məni də sail".
Şah susub bir qədər xəyala daldı,
Bu fani dünyada yenə mat qaldı.

Bakı, 27.09.1978

HAYVA

Gözəl bir yaz ayında,
1993-ün mayında
Xəstələndin.
Yazımız qışa,
Gündüzümüz gecəyə döndü.
Mənim Türkiyə səfərim,
Sənini məktəbi bitirməyin,
Qəbul imtahanlarına girməyin
Və digər xoş ümidlərdən doğan təbəssümlər
Dodaqlarda dondu.
Sənə nə aldımsa yemədin.
Könlün nə istər deyincə,
Hayva istədin.
Gəzdim Bakıda bütün bazarları,
Qalmadı sormadığım qoca-qarı,
Dedim üç-beş kilonun puluna
Bir hayva alım barı.
Olmadı, tapılmadı hayva.
O zaman dərk etdim ki,
Tək mənim deyil,
Dünyanın bütün paralarının
Bir hayva yaratmağı imkansız.
Mümkünmü bunu dərk edən insanın
Qalması dinsiz, imansız ?!

Sakarya, 24.10.2000


AÇIQ YAŞIL KƏPƏNƏK

Açıq yaşıl kəpənək,
Gözü ışıl kəpənək,
Sinəm üstə yatsaydın
Mışıl-mışıl, kəpənək.

Açıq yaşıl donlu qız,
Ədalı, fasonlu qız,
Yanıram, özün yetir,
Süd dolu bidonlu qız.

Açıq yaşıl özlüm, gəl,
Şirin şəkər sözlüm, gəl,
Sənsiz buz bağlamışam,
Dodaqları közlüm, gəl.

Xınalı kəkliyim, gəl,
Bezdirdi təkliyim, gəl,
Ətrafım qızla dolsa
Sənə istəkliyim, gəl.

Ayağı səyalım, gəl,
Ağıllı, həyalım, gəl,
Sənsən gecə-gündüzlü
Fikirim, xəyalım, gəl.

İsminin yarı gəlsin,
İlin baharı gəlsin,
Çalışıb bağ salmışam,
Bağımın barı gəlsin.

Sakarya, 03.03.2002

YENƏ GƏLDİ

Ey dil, gözün aydın, güli-rüxsar yenə gəldi,
Dağıldı ləşkəri-hicran, bürci-hisar, yenə gəldi.

Təmənnim leylü-nəhar gül üzünü görmək idi,
Hər zaman olmuş olan əhdə vəfadar yenə gəldi.

Şəfa bulmağa əzm edər, həkimü-loğman gəlincə,
Qalxan taxar cəsarətdən xaifü-bimar, yenə gəldi.

Də'f oldu qaranlıq, bərq etdi Şəmsü-Sitarə,
Yıxılan can evimi qurmağa mimar yenə gəldi.

Qalmamışdı başda huş, qulaqda guş, ağızda dad,
Onunla bal dadıyar hətta zəhri-mar, yenə gəldi.

Gönlüm bağçasında xəzan eylərdi tüğyan durmadan,
Ötüşdü fəsli-zimistan, növü-bahar yenə gəldi.

Mə'ruz qalmışdı can evim qəmu-ləşkər talanına,
Də'f etməyə bu ləşkəri amadi-qəmxar yenə gəldi.

Sarmışkən ətrafımı dərdə biganə məxluqlar,
Dərdimi dinləyəcək hakimi-simsar yenə gəldi.

Təlaş eyləmə, İsmixan, zəhmətimiz getməz hədər,
Qismətsə, oğul bağından dərərik bar, yenə gəldi.
Sakarya, 21.04.2001

 

 

 

 

 


ATA-ANA, HAY VERİN !

Qıvrılıram yana-yana
Hay ver, Ata ! Hay ver, Ana !
Xatirələr şirin-acı,
Olmuşam sevgi möhtacı.
Hər ötən baxır qıyğacı,
Sün'ilikdən gəldim cana,
Hay ver, Ata ! Hay ver, Ana !
Günəş doğur, ay dolanır,
Könlüm hər an sizi anır,
Dünya yenə də fırlanır.
Sizsiz aləm dardı mana,
Hay ver, Ata ! Hay ver, Ana !
Sizin yanınıza gəlmək istərəm,
Dərdimi sizinlə bölmək istərəm,
Doğma qollar üstə ölmək istərəm.
Sevgiylə yetişir ömrüm xəzana,
Hay ver, əziz Ata, istəkli Ana !
Döyünən ürəyim, düşünən başım,
Damarda dolaşan qanım, göz yaşım,
Ağızım, burunum, kipriyim, qaşım,
Hamısı sizindir, aşkar qanana,
Hay ver, əziz Ata, istəkli Ana !
Qəflətdəydim, oyanmadım,
Səcdənizdə dayanmadım,
Qəlbinizi duyammadım,
İndi dönüm mən hayana ?!
Hay ver, Ata ! Hay ver, Ana !
İsmixanın yaşdı işi,
Tökülüb çiyi-bişmişi,
Ağ qəndi, qara kişmişi,
Siz getdiniz, yetdi sona,
Hay ver, Ata ! Hay ver, Ana !

İzmit, 08.01.1995

ÇIRAQQALA

Çıraqqala qalaların ucası,
Uzaq keçmişlərdən gəlir sədası,
Kəsilməmiş heç vaxt qanı-qadası,
İndi möhtac qalıb oda-ocağa.

Çıraqqala qalaların mərdidi,
Onun dərdi elimizin dərdidi,
Yanan oğul gecə-gündüz sər didi,
Zatın danan gtrər küncə-bucağa.

Çıraqqala qalaların gözüdü,
Koroğlumun, Babəkimin sözüdü,
Keçmişimin ocağıdı-közüdü,
Mərdlər üçün çox çevrilmiş qucağa.

Çıraqqala qayaların qardaşı,
Bu ellərin, obaların sirdaşı,
Min kəsəyə üstün gələr hər daşı,
Düşmən üçün dönər iti bıçağa.

Çıraqqala qalalrın gözəli,
Söhbətimin həm sonu, həm əzəli,
İsmixan da bu yerləri gəzəli
Oxşamayır deyim daha naçağa.


Dəvəçi, Qalaaltı, 13.08.1988

 

DİRİ BABA

 

Diri Baba babaların ulusu,
Qoruyandı çox obanı-ulusu,
Burdan batsa, ordan çıxar ulu su,
Diri Baba, sən kömək ol bizlərə.

Diri Baba, sinəndə çox yazı var,
Təbiətin qışdan sonra yazı var,
Bilirik ki, hər alında yazı var,
Yenə derik, sən göstər yol bizlərə.

Diri Baba, Diri Baba, ümidimiz sənədi,
Dərd əkirik, qəm biçirik gör bir neçə sənədi,
Başımıza hey çırpırlar hər tarixi sənədi,
Əzab payı olub çox bol bizlərə.

Diri Baba, Allah sözü döşün üstə həmayıl,
Sən yatdıqca yatır vallah həm ay-il,
Qəzəbnak ol bu vəhşətdən, səni Tanrı, həm ayıl,
Cəsarətə, ədalətə dönüb sən dol bizlərə.

Araz, Seymur və İsmixan, daim səni anırıq,
Hər andıqca həsrətindən qətrə-qətrə yanırıq,
Zaman-məkan pərdəsini yırtıb həmən, səni yaxın sanırıq,
Diri Baba, son sözümüz: bələdçi ol bizlərə.

Bakı, 03.04.1993

 

 

 

 

 

 


ŞÜKRAN

Ərrəhman.
Eyləysə neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
O ki səni xəlq etdi,
verdi sənə ruhla dopdolu bir can.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Sonra səni hər türlü bəlalardan qorudu,
hifz etdi zaman-zaman.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Səni O-nun rəhmiylə böyüdə bildi
Atan-Anan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
O-nun sayəsində adam cərgəsinə qarışdın,
oldun İnsan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Vaxtı yetişəndə sənə bir qadın lütf etdi, adı Ceyran.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Sonra da gül parçası kimi Araz, Seymur adlı
iki Oğlan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Və nəhayət sənə açıldı Yasin-i-Şərif qəlbli
müqəddəs Qur'an.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Gündə beş dəfə namaza çağırır səni ilahi Azan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
İç-içədir səninlə Rəqaib və Me'rac qəndilli Rəcəb
və səni bəkləməkdə Bərat qəndilli Şaban.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Daha sonra alacaq səni qoynuna Qədr Gecəsi qəndilli
mübarək Ramazan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Sənə doğru yol göstərər, deyər ki, Cəhənnəm atəşindən qorx, savab işlərlə Cənnəti qazan.
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?
Gecənin bu vaxtında səni şirin yuxudan oyandıran,
qəlbinə və ağlıyın hər hücrəsinə xitab edən də O-dur,
ey İsmixan!
O halda neyçin sarılmırsan O-na - Rəbbinə
Və adını zikr edərək göndərmirsən daim şükran ?!

P.S.Gecə yarısında nəqarət yazılmırdı və sözlər ala-yarımçıq
yazılmışdı. Surətini çıxarmaq 1,5 saat kimi bir zaman aldı.
Mə'lum oldu ki, bu gecə Me'rac qəndili gecəsiymiş.

İzmit, 16.11.1998