ABUNƏ

150 CİLDLİK "DÜNYA ƏDƏBİYYATI KİTABXANASI"
 

Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu sərəncamın 1-ci bəndində qeyd olunan "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2007-ci il

"Azərbaycan" qəzeti / 25.08.2007 / S.4.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------

Həmin il dekabrın 30-da dövlət başçısı topluya daxil olan əsərlərin siyahısını təsdiqləyib. Əsərlərin tərcümə olunması üçün peşəkar mütəxəssislər işə cəlb edilib. «Dünya ədəbiyyatı kitabxanası» «Şərq-Qərb» nəşriyyatında çap olunur.

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə nəşr edilən
«Dünya Ədəbiyyatı Kitabxanası» seriyasından olan kitablara
abunə yazılışı


DƏK seriyası 150 kitabdan ibarətdir. Bu seriyaya daxil olan 118 kitab artıq çapdan çıxıb.
Abunə yazılmaq istəyiniz haqqında Kitab Klubuna 489-84-69 (050 4049113) telefonla,
info@kitabklubu.org  ünvanlı elektron poçtla və ya www.kitabklubu.org  İnternet səhifəsi vasitəsilə xəbər vermək kifayətdir. Abunə agenti sizin istədiyiniz yerə gələcəkdir. Özünüz də Bakı şəhəri Tələt Şıxəliyev 14 ünvanında yerləşən Kitab Klubuna və ya rayon abunə mərkəzlərinə gəlib burada abunə yazıla bilərsiniz.
Əlavə abunə mərkəzləri açıldıqca onların ünvanları haqqında məlumat mətbuat və www.kitabklubu.org İnternet səhifəsi vasitəsilə sizə çatdırılacaqdır.
Seriyaya abunə yazılmaq üçün ABUNƏ VƏRƏQİ düzgün doldurulmalı və 20 manatdan az olmayaraq beh ödənilməlidir. Ödənilmiş beh ümumi məbləğə daxildir.

 

Abunəçilərin nəzərinə: Hər yeni yazdırdığınız abunəçiyə görə 1 kitab hədiyyə olunur..

 

Kitablar çapdan çıxdıqca abunəni aparan təşkilat bu barədə abunəçiyə telefon və ya məktubla xəbər verir.
Abunəçi kitabların ona çatdırılması üsullarını seçə bilər. Poçt və ya kuryerlə çatdırılma haqları müqaviləyə daxil deyil və kitablar gətirilən vaxt ödənir. «Özü götürür» halında abunəçi kitabları kitabın çap edildiyi xəbərini aldıqdan sonra Kitab Klubundan (Bakı, Tələt Şıxəliyev 14 və ya abunə mərkəzlərindən götürə bilər.
Bu sənədə imza atmaqla abunə yazan təşkilat kitablar çapdan çıxdıqca bu barədə abunəçiyə vaxtında xəbər verməyi, abunəçi isə həmin kitabları almağı öhdəsinə götürür. Daha ətraflı məlumat almaq üçün buraya tıklayın.

 

Abunəçilərin nəzərinə: hər yeni abunəçiyə görə 1 kitab hədiyyə olunur

 


«Dünya ədəbiyyatı kitabxanası»na daxil olunmuş əsərlərin siyahısı
 

I. Klassik dünya ədəbiyyatı

1. Aleksandr Puşkin. Seçilmiş əsərləri
2. Anton Çexov. Seçilmiş əsərləri
3. Artur Konan Doyl. Əsərləri
4. Cek London. “Martin İden”
5. Con Milton. Seçilmiş əsərləri
6. Conatan Svift. “Qulliverin səyahəti”
7. Çarlz Dikkens. “Oliver Tvistin macəraları”
8. Daniel Defo. “Robinzon Kruzo”
9. Edqar Allan Po. Seçilmiş əsərləri
10. Emil Zolya. Seçilmiş əsərləri
11. Fenimor Kuper. Əsərləri
12. Fransua Rable. “Qarqantua və Pantaqruel”
13. Fridrix Şiller. Seçilmiş əsərləri
14. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, I cild
15. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, II cild
16. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, III cild
17. Gi de Mopassan. Seçilmiş əsərləri
18. Henrix Heyne. Seçilmiş əsərləri
19. Herman Melvil. Seçilmiş əsərləri
20. Homer. “İliada”
21. Homer. “Odisseya”
22. Jül Vern. Seçilmiş əsərləri
23. İohan Volfqanq Gete. Əsərləri
24. Qustav Flober. Əsərləri
25. Lev Tolstoy. Seçilmiş əsərləri, I cild
26. Lev Tolstoy. Seçilmiş əsərləri, II cild
27. Lev Tolstoy. Seçilmiş əsərləri, III cild
28. Mark Tven. Seçilmiş əsərləri
29. Mayn Rid. Seçilmiş əsərləri
30. Migel de Servantes. “Lamançlı Don Kixot”
31. Nikolay Qoqol. Seçilmiş əsərləri
32. O’Henri. Seçilmiş əsərləri
33. Onore de Balzak. Seçilmiş əsərləri
34. Oskar Uayld. Seçilmiş əsərləri
35. Prosper Merime. Seçilmiş əsərləri
36. Redyard Kiplinq. Seçilmiş əsərləri
37. Robert Stivenson. Seçilmiş əsərləri
38. Sədi Şirazi. “Gülüstan”, “Bustan”
39. Stendal. Seçilmiş əsərləri
40. Valter Skott. Seçilmiş əsərləri
41. Viktor Hüqo. Seçilmiş əsərləri, I cild
42. Viktor Hüqo. Seçilmiş əsərləri, II cild
43. Viktor Hüqo. Seçilmiş əsərləri, III cild
44. Vilyam Şekspir. Seçilmiş əsərləri
45. Yunus Əmrə. Əsərləri

II. Müasir dünya ədəbiyyatı

46. Akutaqava Rünoske. Seçilmiş əsərləri
47. Aqata Kristi. Seçilmiş əsərləri
48. Andre Morua. Seçilmiş əsərləri
49. Andrey Platonov. Seçilmiş əsərləri
50. Antuan Ekzüperi. Seçilmiş əsərləri
51. Artur Miller. Seçilmiş əsərləri
52. Ayzek Azimov. Seçilmiş əsərləri
53. Bertolt Brext. Seçilmiş əsərləri
54. Cerom Selincer. Seçilmiş əsərləri
55. Con Apdayk. Seçilmiş əsərləri
56. Con Faulz. Seçilmiş əsərləri
57. Corc Oruel. Seçilmiş əsərləri
58. Çingiz Aytmatov. Seçilmiş əsərləri
59. Erix Mariya Remark. Seçilmiş əsərləri
60. Ernest Seton-Tompson. Seçilmiş əsərləri
61. Frans Kafka. Seçilmiş əsərləri
62. Fransuaza Saqan. Seçilmiş əsərləri
63. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
64. Fridrix Dürrenmatt. Seçilmiş əsərləri
65. Henrix Mann. Seçilmiş əsərləri
66. Herbert Uells. Seçilmiş əsərləri
67. Xorxe Luis Borxes. Seçilmiş əsərləri
68. Xulio Kortasar. Seçilmiş əsərləri
69. Jorj Simenon. Seçilmiş əsərləri
70. Jorji Amadu. Seçilmiş əsərləri
71. Karlos Kastaneda. Seçilmiş əsərləri
72. Leon Feyxtvanger. Seçilmiş əsərləri
73. Marqaret Mitçell. “Küləklə sovrulanlar”
74. Marsel Prust. Seçilmiş əsərləri
75. Mixail Bulqakov. Seçilmiş əsərləri
76. Nazim Hikmət. Seçilmiş əsərləri
77. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri
78. Paulo Koelye. Seçilmiş əsərləri
79. Somerset Moem. Seçilmiş əsərləri
80. Stanislav Lem. Seçilmiş əsərləri
81. Stefan Sveyq. Seçilmiş əsərləri
82. Stiven Kinq. Seçilmiş əsərləri
83. Tomas Vulf. Seçilmiş əsərləri
84. Umberto Eko. “Qızılgülün adı”
85. Vladimir Nabokov. Seçilmiş əsərləri

III. Nobel mükafatına layiq görülmüş müəlliflərin

əsərləri

86. Alber Kamyu. Seçilmiş əsərləri
87. Aleksandr Soljenitsın. Seçilmiş əsərləri
88. Bernard Şou. Seçilmiş əsərləri
89. Boris Pasternak. Seçilmiş əsərləri
90. Con Qolsuorsi. Seçilmiş əsərləri
91. Con Maksvell Kutzee. Seçilmiş əsərləri
92. Con Steynbek. Seçilmiş əsərləri
93. Elfrida Yelinek. Seçilmiş əsərləri
94. Elias Kanetti. Seçilmiş əsərləri
95. Ernest Heminquey. Seçilmiş əsərləri
96. Eyvind Yonson. Seçilmiş əsərləri
97. Fransua Moriak. Seçilmiş əsərləri
98. Günter Qrass. Seçilmiş əsərləri
99. Harold Pinter. Əsərləri
100. Henrix Böll. Seçilmiş əsərləri
101. Herman Hesse. Seçilmiş əsərləri
102. Jan-Pol Sartr. Seçilmiş əsərləri
103. Joze Saramaqo. Seçilmiş əsərləri
104. İvan Bunin. Seçilmiş əsərləri
105. Kenzaburo Oe. Seçilmiş əsərləri
106. Knut Hamsun. Seçilmiş əsərləri
107. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri
108. Lüis Sinkler. Seçilmiş əsərləri
109. Migel Asturias. Seçilmiş əsərləri
110. Mixail Şoloxov. Seçilmiş əsərləri
111. Moris Meterlink. Seçilmiş əsərləri
112. Nadin Qordimer. Seçilmiş əsərləri
113. Nəcib Məhfuz. Seçilmiş əsərləri
114. Orxan Pamuk. Seçilmiş əsərləri
115. Per Lagerkvist. Seçilmiş əsərləri
116. Rabindranat Taqor. Seçilmiş əsərləri
117. Romen Rollan. Seçilmiş əsərləri
118. Samuel Bekket. Seçilmiş əsərləri
119. Sol Bellou. Seçilmiş əsərləri
120. Tomas Eliot. Seçilmiş əsərləri
121. Tomas Mann. “İosif və qardaşları”
122. Toni Morrison. Seçilmiş əsərləri
123. Uilyam Folkner. Seçilmiş əsərləri
124. Uilyam Qoldinq. Seçilmiş əsərləri
125. Yasunari Kavabata. Əsərləri

IV. Dünya ədəbiyyatı üzrə antologiyalar

126. Alman ədəbiyyatı antologiyası
127. Amerika ədəbiyyatı antologiyası
128. Antik ədəbiyyat antologiyası
129. Dünya dramaturgiyası (antologiya), I cild
130. Dünya dramaturgiyası (antologiya), II cild
131. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, I cild
132. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, II cild
133. Fransız ədəbiyyatı antologiyası
134. İngilis ədəbiyyatı antologiyası
135. İspan ədəbiyyatı antologiyası
136. İtalyan ədəbiyyatı antologiyası
137. Qədim yunan-roma əfsanələri
138. Latın Amerikası ədəbiyyatı antologiyası
139. Dünya yazıçılarının nağılları
140. Ərəb ədəbiyyatı antologiyası
141. Rus nəsri antologiyası
142. Rus şeiri antologiyası
143. Skandinav ədəbiyyatı antologiyası
144. Türk xalqları ədəbiyyatı antologiyası, I cild
145. Türk xalqları ədəbiyyatı antologiyası, II cild
146. Türk xalqları ədəbiyyatı antologiyası, III cild
147. Yapon ədəbiyyatı antologiyası
148. XX əsr dünya ədəbiyyatı antologiyası, I cild
149. XX əsr dünya ədəbiyyatı antologiyası, II cild
150. XX əsr dünya ədəbiyyatı antologiyası, III cild

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu seriyaya daxil olan 118 kitab artıq çapdan çıxıb.

 


 

Yuxarıda siyahısı verilmiş kitablara abunə yazılmaq istəyiniz varsa, qeydlərinizi məktubla da bizə göndərə bilərsiniz.

Ad:        

E-mail: 

Url:        

Mektub (sifariş):


 

Bizə, elektron ünvanlara məktub və rəylərinizi də yollaya bilərsiniz - info@kitabklubu.org ; kitabklubu@gmail.com



Ana səhifə