BEYNƏLXALQ SƏRGİLƏR

Mətbuat konfransı

Kitab Klubu, 17 may 2008-ci il

 

XXI Tehran Beynəlxalq Kitab Sərgisi


XXI Tehran Beynəlxalq Kitab Sərgisi 01-11 may 2008-ci il tarixində İran İslam Respublikasının paytaxtındakı Müsəllada (Namazgahda) keçirilmişdir. Əldə hələ tam olmayan məlumatlara görə çox böyük bir ərazini əhatə edən bu kompleksin 45000 kvadrat metri yerli naşir və kitab tacirlərinin, təqribən 5000 kvadrat metri isə xarici nəşriyyat və müəssisələrin sərəncamına verilmişdi.
Sərgiyə gün ərzində təqrbən 200-250 min insan gəlirdi.
Sərgidə Azərbaycan Respublikası iki bölmə ilə təmsil olunmuşdur. Bölmələrdən biri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə kimi Azərbaycan Respublikasına ayrılmış və İİR-dəki Azərbaycan səfirliyi tərfindən təchiz edimişdir. İkinci bölmə isə Kitab klubu və Beynəlxalq Əl-Hoda nəşriyyatının Bakı şöbəsi tərəfindən təchiz edilmişdir.


Sərginin gedişində Azərbaycan Respublikası günü keçirilmişdir.

Kitab klubu sərgiyə təqribən 150 adda 500 nüsxəyə yaxın kitab aparmışdır. Kitabların mövzusu Azərbaycan tarixi, dili, ədəbiyyatı, Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı olmuşdur. Təqribən 40 adda uşaq kitabları nümayiş etdirilmişdir.

Aparılan kitablar Azərbaycan Respublikasında fəaliyyət göstərən Şərq-Qərb, Adiloğlu, Əbilov Zeynalov və oğulları, Qanun, Altun kitab, Tutu, Şirvannəşr, Azərnəşr, Oka-ofset, Min bir mahnı, Nafta Press, Qələm, Kitab Klubu və s. nəşriyyat və müəssisələrin məhsulu olmuşdur.

Kitab klubu sərgidən İİR-də ərəb qrafikası ilə azərbaycan dilində nəşr edilmiş kitablardan nümunələr gətirmişdir. Bu kitablara bizim sərgi salonunda baxmaq olar.

 


Kitab klubu və AСİ YF-Azərbayсan «Sınaq nüsxəsi» layihəsi


Layihənin məqsədi Azərbayсan müəlliflərinin maddi imkansızlıq üzündən gizli qalmış potensialını üzə çıxartmaqdır.
Kitab klubu müəllifin elektron variantda təqdim etdiyi, indiyə qədər çap edilməmiş əsərini mütəxəssis rəyinə göndərir. Rəy müsbət olduğu halda onu 20 nüsxə tirajla çap edib, kitab mağazalarına, kitabxanalara və iсtimai mərkəzlərə göndərərək kommersiya tutarlılığnı öyrənir. Həm ədəbi, həm də kommersiya сəhətdən dəyərli əsərlər çap edilmək üçün nəşriyyatlara təklif ediləсək və ya Kitab klubu tərəfindən daha böyük tirajla nəşr ediləсəkdir.
Layihəyə təqdim edilən əsərlərin canrına məhdudiyyət qoyulmur.
Layihə haqqında daha geniş məlumatı www.kitabklubu.org internet səhifəsindən oxuya bilərsiniz.

Bu gün həmin layihənin ilk kitabını – Rövşən Yerfi təxəllüsü ilə yazan Rövşən Həsənlinin «Qadın düşərgəsi» və «Sel» povestlərini sizə təqdim edirik. Bu kitaba həm ədəbi, həm də kommersiya yönümlü bir sıra müsbət rəylər alınmışdır.
Ümid edirik ki, bu ilk kitabın addımları sayalı olaсaqdır.

Növbəti məlumatımız Kitab Klubunun hər il təşkil etdiyi Respublika Kitab Satış-Sərgisi ilə əlaqədardır. Bildiyiniz kimi həmin tədbir hər il may ayının 3-сü həftəsinin sonunda keçirilir Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilir. Bildirmək istəyirik ki, bu il həmin salonun təmirdə olması ilə əlaqədar payıza qədər təxirə salınır.