Lüğət və enkslopediyalar

Yelena Qasımova, Serqey Kondratyev, Solmaz İskəndərova

Genderin aktual informasiya mənbələri

“BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya”sı qəbul edildikdən sonra konvensiyanın əsas müddəaları Pekində keçirilmiş Ümumdünya Qadın Forumunda inkişaf etdirildi. İnformasiya bazarında elektron KİV-in, gender kommunikasiyası üçün dialoq üsullarının yaranması, məlumatların ötürülmə sürətinin kəskin artması, “elektron gender birliklərinin” formalaşması və s. amillər gender məkanının dəyişməsində mühüm rol oynayır. Təqdim edilən topluda Azərbaycan Gender İnformasiya Mərkəzi ictimaiyyətin diqqətinə gender sahəsində ən mühüm dünya informasiya resurslarını təqdim edir.

“Adiloğlu” nəşriyyatı, 2003-cü il, 264 səh., 20x29, Ağ-qara, yumşaq, 300

 

Azərbaycan Gender İnformasiya Mərkəzi, Avropa qadın tezaurusu (Azərbaycan və rus dillərində)

Avropa Qadın Tezaurusu – məlumatlar bankında, internetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə “qadın” informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Avropa Qadın Tezaurusunun təyinedici və axtarış sistemləri ilk növbədə qadın təşkilatlarının məlumatlar bazasının, onların kitabxana və sənəd mərkəzlərinin yaranmasına yönəldilib.

ISBN 9952-8021-2-9, Gender İnformasiya Mərkəzi, 2003-cü il, 360 səh., 20x29, Rəngli, yumşaq

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

Gender Azərbaycanın Dövrü Mətbuatında, Annotasiyalı Biblioqrafik göstərici 2000-2002

Topluda ictimai həyatın bütün sahələrində qadınların rolu, onların istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində ortaya çıxan problemlər və bu problemlərin həlli yolları, qadın-kişi münasibətləri ilə bağlı dövri mətbuatda gedən materialların qısa məlumatları verilib.

“Yeni Nəsil” 2003-cü il, 681 səh., 20x29, Ağ-qara, yumşaq


Etibar Əliyev

Nobel mükafatı laureatları (1901-2003)

Kitabda 1901-2003 illər ərzində Nobel mükafatı almış şəxslərin həyat və yaradıcılığı, və onlar haqında məlumatlar dərc edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

ISBN 9952-8037-0-2, “Planet-press” qəzetinin nəşri, 2004-cü il, 266 səh., 15x22, Rəngli, sərt, 500

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Razılaşma yolu ilə
«Kitab Klubu» və «Akademkitab» mağazası


Tərtib edəni: Elmira Həmzəyeva

Türk mənşəli Azərbaycan şəxs adları sözlüyü

Azərbaycan xalqının əsrlər boyu müxtəlif xalqlarla intensiv mədəni-siyasi əlaqələr şəraitində yaşaması onun dilinə, xüsusilə də dilin lüğət tərkibinə öz güclü təsirini göstərib. Təsirə məruz qalan sahələrdən biri, bəlkə də birincisi şəxs adlarıdır. Bu kitabçada da məhz zaman-zaman dəyişikliyə məruz qalan sözlərin tarixi kökü araşdırılır. Kitabçaya 1500-ə qədər şəxs adı salınıb. Bu sözlük Azərbaycan-türk mənşəli şəxs adlarının dilçilik və etimoloji baxımdan araşdırılması, Azərbaycan xalqının tarixi, dilçilik, soykökümüz və s. haqqında dəyərli faktların üzə çıxarılmasında yardımçı ola bilər.

“Atatürk Mərkəzi ”, 2004-cü il, 31 səh., 15x20, Rəngli, yumşaq, 250


Rafiq Babayev

Min bir mahnı

Kitabda müxtəlif mənbələrdən toplanmış retro və müasir Azərbaycan mahnıları, uşaq nəğmələri, türk və digər xalqların mahnılarından seçmələr verilib. Mahnılar əlifba sırası ilə yığılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ISBN 9952-29-017-9, “Min bir mahnı” nəşriyyatı, 2001-cü il (təkrar nəşr, 2004), 500 səh., 14x20, Rəngli, yumşaq, 1000

Pulsuz (təbliğat vasitəsi)
Atatürk Mərkəzi və Kitab klubu,
tel: 4-98-49-67, 4-92-12-38
13000 manat
“Min bir mahnı” nəşriyyatı, tel: 4-39-75-06

Nazilə Mustafazadə

Klassiklərimiz, müasirlərimiz...

“Klassiklərimiz, müasirlərimiz...” kitabı görkəmli Azərbaycan klassiklərinin, həmçinin müasir elm, sənət, iş adamlarının həyat və fəaliyyətindən bəhs edən ensiklopedik topludur.

“Qapp-Poliqraf”, 2003-cü il, 400 səh.
15x22, Rəngli, sərt , 500


Tərtib edənlər: Azər Mehtiyev, Qubad İbadoğlu, Samir Əliyev

Büdcə terminləri (izahlı lüğət)

Kitabda büdcə ilə bağlı sosial prosesləri və büdcə şəffaflığını xarakterizə edən iqtisadi terminlərin və ifadələrin izahı verilib. Belə bir lüğət ölkədə ilk dəfə nəşr olunur.

ISBN 9952-8031-2-5, “Nurlan” 2003-cü il, 100 səh., 15x22, Rəngli, yumşaq

Razılaşma yolu ilə
“Qapp-Poliqraf “ nəşriyyatı,
tel: 4-90-27-57, 4-98-95-55, 4-93-72-55
Pulsuz
“Oxfam GB” humanitar təşkilati və “Ekspert” jurnalı redaksiyası, tel: 4-92-20-21, 4-98-44-3122

Tərtibcilər: Əfəndiyev Oktay, Əliyev Etibar

Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 termin

Kitabda beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 terminin azərbaycanca və rusca izahı verilib. Kitab ümumi istifadə ücün nəzərdə tutulub.

“Hüquq ədəbiyyatı” nəşriyyatı, 2004-cü il, 440 səh.
18x25, Rəngli, sərt, 500,


Tərtibçilər: S.Məmmədov, F.Kərimov

Bilirsinizmi?

Kitabda müəlliflərin uzun müddət axtarışları zamanı araşdırılan dəqiq və maraqlı faktlar toplanılıb. Son vaxtlar hamının marağına səbəb olan intellektual oyunlarda iştirak edənlər bu kitabdan faydalana bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Nasir” nəşriyyatı, 2003-cü il, 88 səh., 14x20, Rəngli, yumşaq, 300

45000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası
Razılaşma yolu ilə
“Nasir” nəşriyyatı, tel: 4-31-11-00

Rəsul Rəxşanlı, Nailə Verdizadə, Yəhya Çepervi, Rəxşanə Rəxşanlı

Azərbaycanca-İngiliscə-Rusca kimya, kimya texnologiyası, neft və qazın emalına dair lüğət

Kitabda kimya, kimya texnologiyası, neft və qazın emalına dair azərbaycanca-ingiliscə və rusca lüğət verilib. Lüğətə 12 mindən artıq söz daxil edilib. Kitab bu sahə ilə bağlı olanlar, ekoloqlar, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

“Çıraq”, 2004-cü il, 480 səh., 18.5x25, Rəngli, yumşaq, 100

Məmmədəli Qıpçaq

Söz aləminə səyahət

Kitabda xalqımızın mifik dünyagörüşü, mədəni həyatı, məişəti, təsərrüfat fəaliyyəti ilə bağlı yaranmış söz və ifadələrin yaranma yolları, mənşəyi araşdırılır, 500-ə yaxın sözün etimoloji izahı verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Min bir mahnı” nəşriyyatı, 2002-ci il, 242 səh., 15x21, Rəngli, sərt, 500

 

70000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası
13000 manat
“Min bir mahnı” nəşriyyatı, tel: 4-39-75-06

Aida Quliyeva, Məmmədxan Soltanov

Məktəblinin orfoqrafiya-orfoepiya-qrammatika lüğəti

Lüğətdə 9500-ə yaxın sözün yazılışı verilib və həmin sözün qarşısında ədəbi tələffüz forması, daha sonra hansı nitq hissəsinə aid olması göstərilib. Sözlüyə son dövrlərdə dilimizə keçmiş bir sıra alınma sözlər də daxil edilib. Vəsait əsasən orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulub. Lüğətdən ali və orta ixtisas məktəblərinin tələbələri də istifadə edə bilər.

«Nurlan” nəşriyyatı, 2004-cü il, 123 səh., 14x20, Rəngli, yumşaq,
1000


Əli Polad

Üç min ilin hikməti

Oxucuya təqdim olunan bu hikmətli kəlamlar bəşəriyyətin üç min ildə yaradıb zamanın, tarixin, nəsillərin yaddaşına həkk etdiyi mənəvi sərvətin bu kitaba sığışdırılmış bir hissəsidir. 40 ilə yaxın bir müddətdə seçilib-toplanılmış bu kəlamlar məna baxımından, dəfələrlə sərf-nəzər edilib və onlar səkkiz fəsil, doxsan doqquz bölmədə sistemləşdirilib.

“YURD” Nəşriyyat-Poliqrafiya Birliyi, 2004-cü il, 720 səh., 20x28,
Rəngli, sərt (üzlü), 1500

4000 manat
Müəllifdən, tel: 4-95-80-59
Pulsuz
Kitab klubu: 4-92-12-38

İ.B. Novitski

Roma Hüququ (təkrar nəşr)

Dərslik Roma hüququ sahəsində görkəmli alim olan İ.B.Novitski tərəfindən ali hüquq təhsilinin tələbləri nəzərə alınmaqla hazırlanıb. Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən biri olan Roma hüququ inkişaf etmiş ölkələrin əksəriyyətinin hüquqşünasları tərəfindən qəbul edilir.

“Qanun” nəşriyyatı, 2004-cü il, 288 səh., 15x22, Rəngli, yumşaq, 500

 
17000 manat
“Kitab Klubu” və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38, 4-67-79-56