ALFRED RENYİ "Riyaziyyat haqqında dialoqlar" / İSMİXAN YUSUF "Elm və metafizika haqqında monoloqlar"

Bu məhsula rəy verən ilk şəxs olun

man. 5,00
Məhsulun kodu 1563

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Alfred Renyi, İsmixan Yusuf
Dil: Azərbaycan
Nəşriyyat: "Ecoprint"
Nəşr ili: 2016
ISBN: 978-9952-29-101-8
Səhifə: 108 səh.
Format: 60x84/16 (150x210 мм)
Cildi: yumşaq
Tiraj: 200 nüsxə

OR
 

Details

ALFRED RENYİ
"Riyaziyyat haqqında dialoqlar"
İSMİXAN YUSUF
"Elm və metafizika haqqında monoloqlar"

Ruscadan tərcümə edən: İsmixan Yusuf

Kitabda riyaziyyatın mahiyyəti və onun tətbiqləri haqqında A.Renyinin "Dialoqlar"ının rus dilindən tərcüməsinə və tərcüməçinin elm-metafizika mövzusunda bəzi düşüncələrinə yer verilmişdir. Kitab əsasən gənclər üçün nəzərdə tutulmuşdur.

 

Daha ətraflı:

 

Alfred Renyinin “Riyaziyyat haqqında dialoqlar” və İsmixan Yusufun “Elm və metafizika haqqında monoloqlar” adlı yazılarının yer aldığı kitabın press-relizi

Görkəmli macar riyazıtçısı Alfred Renyinin (1921-1970) 1969 ilində “Mir” nəşriyyatı tərəfindən rus dilində nəşr olunmuş “Riyaziyyat haqqında dialoqlar” kitabı keçmiş SSRİ məkanında böyük maraqla qarşılanmışdı. Qeyd etmək lazımdır ki, bu kitab dünya riyaziyat camiəsində də kifayət qədər təqdir olunmuş və qısa zamanda demək olar ki, bütün mədəni dillərə tərcümə olunmuşdur. Bu kitabda əvvəlcə, bütün zamanların böyük filosofu hesab olunan Sokratla (b.e.ə. 469-399), dəqiq və dəyişməyən bilgilər əldə etmək üçün həyatını riyaziyyata həsr etmək fikrinə düşən gənc Hippokrat (b.e.ə. 470-410) arasında riyaziyyatın mahiyyəti haqqında baş tutan dialoqa yer verilmişdir. Daha sonra yenə bütün zamanların ən böyük mühəndisi hesab edilən, geniş kütlə içərisində özünün “Evrika!” (“Tapdım!”) nidası ilə məşhur olan Arximedlə (b.e.ə. 287-212) romalılarla müharibə vəziyyətində olan Sirakuzun kralı II Heron (b.e.ə. 308-215) arasındakı riyaziyyatın tətbiqlərinə həsr olunmuş dialoq yer almışdır. Bundan başqa kitabda “Təbiət kitabının dili haqqında söhbət”ə də yer verilmişdir ki, bu söhbət sinyora Nikkolininin iştirakı ilə müasir fizikanın əsasını qoyanlardan hesab olunanQalileo Qaliley (1564-1642) və onun yaxın qohumu, atmosfer təzyiqi ilə bağlı təcrübələri ilə şöhrət qazanmış Evangelista Toriçelli (1608-1947) arasında baş verir. Dialoqlarda həmçinin o dövrün tanınmış alimlərinin də adları zikr olunur və onların da mövzu ilə əlaqədar bəzi düşüncələrinə yer verilir.

Bu dialoqlardan yalnız ilk ikisi tərcümə olunmuşdur ki, bu barədə qərarın qəbulu da onların riyaziyyatla daha sıx bağlı olduqlarından irəli gəlmişdir. Bu dialoqlardan birincisi daha əvvəl qələmə alınmış, riyaziyyatçılar tərəfindən çox bəyənilmiş,çox təqdir olumuşdur və elə bu xoşgörünün “işığı altında” zamanla digər dialoqalar da ərsəyə gəlmişdir.

   Kitabı maraqlı edən ünsürlərdən biri heç şübhəsiz onun dili, bilginin oxucuya çatdırılması metodudur ki, bu metod “Sokrat metodu” və ya “Texas metodu” adı ilə məşhurdur. Bu metodda qarşıya qoyulmuş hədəfə çatmaq üçün “bilən” (müəllim) “bilməyən”ə (tələbə) sual verir və aldığı cavabdakı yanlışların tələbənin özü tərəfindən düzəldilməsinə çalışır ki, bunun nəticəsində də “bilməyən” öyrənmək istədiyi hədəfə “yıxıla-dura” özü çatmış olur. Qeyd edək ki, bu yolla əldə olunan biliklər daha sağlam və daha qalıcı olurlar. Sokrata görə hər hansı bir mövzu barədə fikir (qənaət) öyrənəni öz içərisində “doğmalıdır” və öyrədən bu zaman yalnız “doğumu” asanlaşdıran “mamaça” rolunda çıxış etməlidir.

Əlbəttə bu kitab haqqında Anri Puankarenin “Elm haqqında” adlı kitabı barədə Andrey Kolmoqorovun dediyi sözləri işlətmək mümkün deyildir. Kolmoqorov o kitab haqqında təxminən, “ötən on illər gəncliyimdə bu kitabdan aldığım təəssüratın parlaqlığını azalda bilməmişdir” şəklində bir fikir söyləmişdir. Mənə elə gəlir ki, Renyinin “Dialoqlar”da istifadə etdiyi priyomlar əsasən gənclər üçün nəzərdə tutulmuş və bu səbəbdən yaşlı nəsl üçün parlaqlığından bir qədər itirmə ehtimalı ola bilər. Ona görə bəri başdan bu kitabı(tərcüməni) yalnız gənclər üçün nəzərdə tutduğumuzu vurğulamaq istəyirik.

   Nəhayət “Dialoqlar”ın tərcüməsi verilən bu kitabda müqəddimə və son sözlə yanaşı tərcüməçinin iki qısa “Monoloq”una da yer verilmişdir ki, bunlardan birincisi riyaziyyatın mahiyyətinə, ikincisi isə riyaziyyat ilə metafizika arasındakı “əlaqə”yə həsr olunmuşdur.

      “Dialoqlar”ının tərcüməsini diqqətinizə çatdırmaq istədiyimiz müəllifin “Ehtimal” və “İnformasiya” nəzəriyyələrinə, həmçinin “Fibonaççi ədədləri” və “Riyazi ağaclar”a həsr olunmuş olduqca maraqlı populyar yazıları da vardır. Ümid etmək istərdik ki, onların bəziləri də bu kitabdakı düşüncələrlə bizi kimi həmhal olmuş gənclər tərəfindən gələcəkdə oxucularımıza qazandırılacaqdır. 

Öz rəyinizi yazın

You're reviewing: ALFRED RENYİ "Riyaziyyat haqqında dialoqlar" / İSMİXAN YUSUF "Elm və metafizika haqqında monoloqlar"

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Məntiqlə: çək...rənglə Məzəli və Məntiqli Platon - Dövlət

Platon - Dövlət

man. 11,00
Riyaziyyat. Məsələ və misallar Maraqlı məntiq məsələləri