Ağabəyim ağa Cavanşir

Bu məhsula rəy verən ilk şəxs olun

man. 7,00
Məhsulun kodu 1924

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Mehriban Vəzir
Dil: Azərbaycan
Nəşriyyat: Pergament Yayın Evi
Nəşr ili: 2019
ISBN: 978-9954-5454-5-4
Səhifə: 218 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200

OR
 

Details

Mehriban Vəzir
Ağabəyim ağa Cavanşir
Tarixi-sənədli roman

Mehriban Vəzir “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanında Azərbaycanın, eləcə də Türk dünyasının yetirdiyi ən möhtəşəm xanımlardan biri, dövrün siyasi fəsadlarını taleyində yaşamış, dözüm və əzm rəmzi Ağa-bəyim ağa Cavanşirdən (1782-1832) bəhs edir. Ağabəyim ağa Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsi idi. O, Qarabağ siyasi mədəniyyətinin yüksək təmsilçisi olaraq Qacar səltənətinin ilk Şahbanusu (birinci xanım) təyin edilmişdi, İranın dövlət siyasətində söz sahibi idi.
Ağabəyim ağa Qarabağı rus işğalından qurtarmaq üçün dövlət siyasə-tinə təsir edir və Abbas Mirzənin hərbi yürüşlərinə dəstək verirdi. Bu səbəbdən rus mənbələrində onun adı “İran və Rusiya münasibətlərini pozan kraliça” kimi keçir.
Ağabəyim ağa Qarabağın işğaldan azad edilməsinə ömrünü, gününü, əməyini, varidatını fəda etdi... Bu yolda da şəhid oldu...
Əsər, Ağabəyim ağanın özkeçmişini şəkilləndirməklə yanaşı, Rusiya-İran savaşlarının tapdağına çevrilmiş Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.

Öz rəyinizi yazın

You're reviewing: Ağabəyim ağa Cavanşir

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.

Sizi bu məhsullar da maraqlandıra bilər
Xallı gürzə (tarixi roman) Sultan Alp Arslan (tarixi roman) Sonuncu fateh (tarixi roman) Gövhər ağa Cavanşir Sıyrılmış qılınc (tarixi roman)