1918. Azərbaycan qətliamları foto və sənədlərdə (4 dildə)

Bu məhsula rəy verən ilk şəxs olun

man. 25,00
Məhsulun kodu 1058

Mövcüd olması: Anbarda var

Quick Overview:


Müəllif: Solmaz Rustəmova-Tohidi
Dil: Azərbaycan
Nəşriyyat: “Qismət”
Nəşr ili: 2012
ISBN: 978-9952-8072-0-2
Səhifə: 208 səh. + fotolar
Format: 70×100 1/8 (310x225 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə

OR
 

Details

Solmaz Rustəmova-Tohidi
“1918. Azərbaycan qətliamları foto və sənədlərdə”
(Azərbaycan, Rus, ingilis, türk dillərində)

Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rustəmova-Tohidinin hazırladığı
“1918. Azərbaycan qətliamları foto və sənədlərdə” kitab-albomunu nəşr edilmişdir.

Nəşrin baş məsləhətçisi – Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovdur. Elmi redaktoru - tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərlidir.

Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı uzun illər itirilmiş sayılan nadir faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilmişdir. Bu sənədli toplu 1918-ci ildə törədilmiş qətliam və xalqımızın müstəqillik və azadlıq uğrunda mücadilə tarixinin qaranlıq səhifəsinə aydınlıq gətirməsi baxımından da, öz unikallığı ilə diqqət cəlb edir.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı ilə bağlı materiallar silsiləsindən olan növbəti nəşr olmaqla, kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Cənubi Qafqazın müsəlman əhalisinə və onların mülkiyyətinə qarşı həyata keçirilmiş qətliam və talan hadisələrinin araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının müəyyən etdiyi, amma Azərbaycan arxivlərində saxlanmamış faktlar əksini tapmışdır.

Xatırlatmaq yerinə düşərdi ki, Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə Solmaz Rustəmova-Tohidinin 2009-cu ildə "Bakı. mart 1918. Azərbaycan talanları", 2010-cu ildə isə "Quba. 1918-ci il aprel-may. Müsəlman talanları sənədlərdə" kitabları nəşr edilmişdir.

Hazırkı nəşrlə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımız faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir. Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan son¬rakı vəziyyətini əks etdirən materiallar da yer alır.

Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilmişdir. 90 ildən artıq müddətdə aqibəti geniş ictimaiyyətə məlum olmayan bu fotosənədlərdən 102 ədədi xarici ölkə arxivlərində müəyyən edilərək əldə olunmuşdur. Kitab-alboma Fövqəladə İstintaq Komissiyasının bu materiallarla birbaşa əlaqəsi olan sənədləri də daxil edilmişdir.

Sənədli toplunun iki bölməsində ermənilərin Bakı, Şamaxı bölgəsinin yaşayış məntəqələrində və Kürdəmirdə törətdiyi vəhşiliklərə dair foto materiallar, Fövqəladə İstintaq Komissiyasının həmin təsvirlərin təsdiqi və aidiyyəti təhqiqatla bağlı digər sənədləri verilmişdir.

"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunmuşdur. Bu, Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusən təqdirəlayiqdir.

Öz rəyinizi yazın

You're reviewing: 1918. Azərbaycan qətliamları foto və sənədlərdə (4 dildə)

Bu məhsula hansı reytinqi verirsiniz? *

  1 ulduz 2 ulduz 3 ulduz 4 ulduz 5 ulduz
Məzmunu

Məhsulun Teqləri

Teqləri ayırmaq üçün boşluq simvoluna icazə verilsin. Frazalar üçün dırnaq (') simvolunu istifadə edin.